GƏRDİŞ

is. [ fars. ]
1. Gəzinti, seyr.
□ Gərdiş etmək (eləmək) – gəzmək, hərəkət etmək, dolanmaq, o baş-bu başa gedib-gəlmək.
Ərəb pəhləvan meydana çıxdı, bir o başa gərdiş elədi, bir bu başa gərdiş elədi, gəlib əmudun dəstəyindən yapışdı. Koroğlu”.
…Cavan sürətlə otaqda gərdiş eləməyə başladı və gərdiş etdikcə çənəsində bitən … tükləri əli ilə vurub şişmərlədi. Çəmənzəminli.

Gərdişə gətirmək məc. – qızışdırmaq, coşdurmaq, hərəkətə gətirmək.
Aslan paşa əmr elədi, mehtərbaşı qabaqca Dəmirçioğlunun atını minib gərdişə gətirdi. Koroğlu”.

// Gəzmə, yerimə tərzi; yeriş.
Qəmzəsi can alan, gərdişi əla; Doğrudan gözəldir, göyçəkdir Leyla. Ə.Cavad.

2. məc. Dövran, dövr etmə, dolanma, hərlənmə.
…Dünyanın gərdişinə görə insan gərək öz rəftarın da dəyişsin. Əkinçi”.
Qalın meşə, yaşıl ot … insana ləzzət verir.
Gərdişin comərdliyini anlayırsan. N.Nərimanov.
Nə etmək, fələkin gərdişi rəqqasə qadınlar kimidir… Ə.Məmmədxanlı.

Etimologiya

  • GƏRDİŞ Farsca qeştən (fırlanmaq) feili ilə qohumdur. Qrammatik əsası gərd sözüdür, -iş şəkilçisi isə sifariş, saziş sözlərindəkinin eynidir
GƏRDİ
GƏRDUN

Digər lüğətlərdə

ве́шать дегтя́рь джинн для блези́ра координа́ты обслу́живать оправля́ть по-спорти́вному пра́сольский раде́лица тельня́шка бьенна́ле впада́ть лабиализо́ванность лучеза́рно недожима́ть побри́ть циакри́н авось -chrome agro-politics noncombat pug-nosed заграждение изумиться