Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gadus
Treska (lat. Gadus) — Treskalar fəsiləsinə aid balıq cinsi. Ümumilikdə cinsə üç növ daxil edilsə də, hazırda Mintay növü də bura daxil edilir.
Strophanthus gratus
Cazibəli strofant (lat. Strophanthus gratus) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin strofant cinsinə aid bitki növü.
Tiberiy Qrağus
Tiberi Semproni Qrakx (lat. Tiberius Sempronius Gracchus; e.ə.162 - e.ə.133) — məşhur Qədim Roma siyasi xadimi. Qədim Romada torpaq islahatların təşəbbüskarı olan iki qardaşdan biri. Qay Semproni Qrakxın böyük qardaşı. == Tiberinin tribunatı == Tiberi Qrakxın ilk tribunatı böhranın kəskinləşməsi ilə səciyələndi. E.ə 133 ildə xalq tribunu seçilən Tiberi Qrakx, məqsədi, qismən erkən respublika dövrünün polis bərabərliyinin bərpası olan aqrar islahatı təklif etdi. Hər ager publicus sahibinə 500 yuqerdən(125 ha) artıq olmayaraq torpaq saxlamaq icazə verilirdi; bundan başqa o hər yetkin yaşlı oğluna görə daha 250 yuqer torpaq saxlaya bilərdi ki, hər ailəyə düşən ümumi torpaq payı 1000 yuqerdən artıq olmasın. Bu paydan artıq torpaq dövlətin sərəncamına qaytarılırdı. Onlardan hərəsi 30 yuqer olmaqla topaq sahələri yaradılmalı idi və yoxsullara paylanmalı idi. Keçmiş sahiblərə torpağın əvəzinə pul ödənilməli idi.
Gadus morhua
Atlantik treskası (lat. Gadus morhua) — Treskalar fəsiləsinə daxil olan balıq növü. Bədəninin uzunluğu 1,8 m təşkil edir. Sənayedə isə 40–80 sm, yaşı 3–10 il olan balıqlardan istifadə edilir. Bel üzgəclərinin sayı 3-dür. Belinin rəngi zeytuni-yaşıldan qonura qədər çalır. Qarqı ağdır. Burnu ətlidir. Arealı Atlantik okeanın mülayim enliklərində üzürlər. Arktika, Ağ dəniz və Baltik dənizi hövzəsində müxtəlif yarımnövlər əmələ gətirir.
Tiberiy Semproniy Qrağus
Tiberi Semproni Qrakx (lat. Tiberius Sempronius Gracchus; e.ə.162 - e.ə.133) — məşhur Qədim Roma siyasi xadimi. Qədim Romada torpaq islahatların təşəbbüskarı olan iki qardaşdan biri. Qay Semproni Qrakxın böyük qardaşı. == Tiberinin tribunatı == Tiberi Qrakxın ilk tribunatı böhranın kəskinləşməsi ilə səciyələndi. E.ə 133 ildə xalq tribunu seçilən Tiberi Qrakx, məqsədi, qismən erkən respublika dövrünün polis bərabərliyinin bərpası olan aqrar islahatı təklif etdi. Hər ager publicus sahibinə 500 yuqerdən(125 ha) artıq olmayaraq torpaq saxlamaq icazə verilirdi; bundan başqa o hər yetkin yaşlı oğluna görə daha 250 yuqer torpaq saxlaya bilərdi ki, hər ailəyə düşən ümumi torpaq payı 1000 yuqerdən artıq olmasın. Bu paydan artıq torpaq dövlətin sərəncamına qaytarılırdı. Onlardan hərəsi 30 yuqer olmaqla topaq sahələri yaradılmalı idi və yoxsullara paylanmalı idi. Keçmiş sahiblərə torpağın əvəzinə pul ödənilməli idi.
Aramus
Aramus - İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Başqa adı Ərəmusdur 1590-cı ilə aid türkcə mənbədə Əramus kimidir [169, 61]. Mənbədə adı İrəvan əyalətinin Qırxbulaq nahiyəsində çəkilir [23, 75]. Yerli tələffüz forması -Ərəmis. VII əsrdən məlumdur. Katolikos David Aramusetsinin [728-741] məlumatından göründüyü kimi [150, 70] kənddə ermənilər də yaşamışlar. Orta əsrlərdə Qatar-göl monastırının Vəqf kəndi olmuşdur [150, 358]. 1886-cı ilə aid məlumatlarda əhalisi ermənilər idi. Lakin XX əsrin əvvəllərində orada azərbaycanlıların da yaşadığı məlumdur və onlar 1918-ci ildə qovulmuşlar. Türk dillərindəki urem "dağ vadisində çaykənarı dərinləşmiş zolaq" [126, 380] və erməni dilindəki yunan mənşəli os (us) şəkilçisindən ibarətdir.
Araxus
Araxus - İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı. == Toponimikası == Araxus -"Kəndin başqa adı Başköydür" 1. Azərbaycan dilindəki ara (yer) və qədim türk dillərindəki küz "payız (otlağı)" sözlərindən ibarətdir. 2. Toponim türk dillərində örək "qala" sözündən və "us" şəkilçisindən ibarətdir. Mənbədə kəndin Qatar-Göl monastrına mənsub olması qeyd olunmuşdur.
Brabus
Brabus — xüsusilə Mercedesin orijinal modifiye və mühərrik xidmətidir. Normal Mercedes marka avtomobilləri fabrik çıxışından götürüb faralar iç aksesuarlar mühərrik neon xenon alt parçalar kənarlar egzoz və daha bir çox aksesuar əlavə edən firmadır.
Doradus
Doradus (port. Dourados)— Braziliyanın Matu-Qrosu-du-Sul ştatı ərazisində yerləşən şəhər. Cənub-qərbi Matu-Qrosu-du-Sul mezoregionunun tərkib hissəsidir. Doradus istisadi rayonununa daxildir. Əhalisi 182,747 nəfərdir. Ərazisi 4,086,387 km²-dir. Əhalinin əraziyə nisbəti — 44,72 nəf./km². İqtisadiyyatı əsasən kənt təsarrüfatı üzərində qurulub. Kampu-Qrandi şəhərindən sonra ştatın ikinci böyük şəhəridir. Şəhər günü — 20 dekabr.
Qaradaş
Qara daş — Məkkədə Kəbə Evinin bir bucağında yerləşdirilmişdir. Müsəlmanlar bu daşın Cənnətdən endirildiyi inancındadırlar.
Qaraquş
Qaraquş (lat. Pandion Sav., 1809) — cinsi Quşlar (Aves) sinfinin Qaraquşlar (Pandionidae) fəsiləsinə, Qızılquşkimilər (Falconiformes) dəstəsinə aiddir. == Təsnifatı == Azərbaycanda Qaraquş cinsinə 1 növ daxildir: Balıqcıl qaraquş (Pandion haliaetus Linn., 1758) == Həmçinin bax == Müqəddəs ibis Adi göydimdikAdi ağqazBalıqcıl qaraquşAdi qarıldaq == Xarici keçidlər == An osprey fishing in spectacular super slow motion | Highlands — Scotland's Wild Heart == Ədəbiyyat == 1. Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: "Elm", 2004.-620 səh.
Qardaş
Ata və anası bir olan uşaqların bir-birinə bağlılığı (bir-birinə bağlayan əlaqə).
Qravür
Qravür (fr. gravure alm. graben‎dən — qazmaq, kəsmək fr. graver) — çap qrafikasıdır. Buraya metal, ağac, daş və maqnezium üzərində qazılmış və ya həkk olunmuş rəsmlər daxildir. Qrafik lövhənin materialından asılı olaraq müxtəlif texnikalar yaranmışdır. Metal, yəni mis üzərində iynə ilə cızılmış və sonra basma üsulu ilə yaranmış qravürlərə ofort deyirlər. Daş üzərində həkk olunmuş qravürə litoqrafiya (yun. lito — “daş”), ağac üzərindəkilərə isə ksiloqrafiya (“ksilo” – yunanca “ağac” deməkdir) deyilir.Nisbətən sonra yaranmış linoqravür – linoleumu qazımaqla işlənir. == Metalları qravür vasitəsi == Bir kəsici olaraq istifadə olunanlar: ştihel, bor (frez), puanson (dırnağa bənzər alət, müxtəlif ölçülü və dərinlikdəki nöqtələrdən kəsikli bir xətt ilə oyma zamanı istifadə olunur).
Radius
Radius (latınca: radius — təkərin oxu, şüa) - çevrənin yaxud sferanın mərkəzini onun istənilən nöqtəsi ilə birləşdirən parça, eləcə də bu parçanın uzunluğu. Radius diametrin yarısını təşkil edir. Radius sözünə ilk dəfə 1569-cu ildə Fransız alimi P. Ramusun əsərlərində rast gəlinmişdir. XVII əsrin sonlarında bu söz alimlər arasında ümumi termin kimi qəbul olundu.
Tarduş
Tardu xaqan (達頭可汗/达头可汗) — 575-ci ildə yabqu olmuş Qərbi Göytürk xaqanlığı I xaqanı. Bumın xaqanın nəvəsi, İstəmi xaqanın oğlu idi. == Həyatı == 575-ci ildə yabqu titulu almışdı. 581-ci ildə Göytürk vətəndaş müharibəsinə qatılmış, Apa xaqanı müdafiə etmişdi. Qərbdə isə qardaşı Tamqan şad vasitəsilə Şimali Qafqazda hakimiyyət qurmuşdu. 587-ci ildə Apa xaqana qarşı hərəkətə başlamış, onu da öldürtmüşdü. 591-ci ildə Bəhram Çubinə dəstək olmuşdu. 599-cu ildə isə Tulan xaqanın ölümündən istifadə edərək özünü Bilgə xaqan adı ilə ulu xaqan elan etmişdi. Çinə qarşı yürüş keçirərkən məğlub olmuş və 603-cü ildə böyük ehtimal öldürüldü. == Ailəsi == Bağatur xaqan adını alacaq Külüg Sibir və Tulu Tegin adında oğulları vardı.
Uraxus
Uraxus (yun. οὖρον — sidik + yun. χέω — tökürəm) embrionda allantoisin yuxarı hissəsindən təşkil olunmuş, boru şəkilli sidik axarı olub, sidikliyin dibinin ön şöbəsini göbək ciyəsi ilə birləşdirir. Doğuşa yaxın çapıq toxuması ilə əvəzlənərək orta göbək bağına — (lat. ligamentum medianum umbilicale) çevrilmiş olur. Bəzi hallarda axacaq tam bağlanmadıqda onun anomaliyalarına səbəb olur: Göbək svişi — uraxusun göbək hissəsinin bağlanmaması nəticəsində meydana çıxır. Qovuq-göbək svişi — uraxusun tamamilə bağlanmaması nəticəsində meydana çıxır. Özünü nəm göbək yarası kimi büruzə verir. Sidikliyin divertikulu — uraxusun sidiklik hissəsinin bağlanmaması nəticəsində meydana çıxır. Uraxus sisti — uraxusun orta hissəsinin bağlanmaması nəticəsində meydana çıxır.
Qrayms
Qrayms (Əsl adı: Kleyr Elis Buşe; 17 mart 1988, Vankuver, Britaniya Kolumbiyası) — kanadalı müğənni, bəstəkar və musiqi prodüseri. == Həyatı == Kleyr 17 mart 1988-ci ildə Britaniya Kolumbiyasının Vankuver şəhərində anadan olub və burada böyüyüb. O əslən ukraynalı və italyandır. Roma-Katolik məktəbində təhsil aldı. 2006-cı ildə MakQil Universitetində təhsil almaq üçün Monreala köçüb, lakin 2011-ci ilin əvvəlində təhsilini bitirməmiş universitetdən ayrılmışdır.
Panthera pardus pardus
Afrika bəbiri (lat. Panthera pardus pardus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Padus
Meşəgilası (lat. Prunus subg. Padus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
Qrats
Qrats (alm. Graz‎ [ˈɡʁaːts], sloven. Gradec) — Ştiriya əyalətinin inzibati mərkəzi. Ştiriyanın inzibati mərkəzi olan Qrats Avstriya imperiyasının ən qədim postlarından və ölkənin ən orijinal şəhərlərindən biridir. Bu şəhərdə 1805-ci ildə Napaleon tərəfindən dağıdılmış Yepiskop sarayını görmək mümkündür. Burada Şlossberq qalası (XI əsr), Urtrum saat qülləsi, Qlokkenturm zəng qülləsi, Tevtonik cəngavərlər kilsəsi (XIII əsr),Qədim Ratuşa 9XVI əsr) Domkirhe kilsəsi (XII əsr), İmperator II Ferdinandın Mavzoleyi (1614),yanvarda opera balı Opern-Redjuit və "Ştiriyada Milad" bayramının keçirildiyi məşhur Opera; Universitet, Ştiriya müzeyi (qalay və dəmir kimi metallardan hazırlanan əl işlərinin zəngin kolleksiyası ilə tətbiqi incəsənət muzeyi daxil olmaqla), kriminalistika Müzeyi, orta əsr silahlarının ən böyük kolleksiyası (30 mindən cox ekponat) ilə Arsenal (Tsojghauz), aeronavtik müzeyi; arxeoloji müzüyi ilə Şlos-Egenburg qalası (1625); orta əsr incəsənət kolleksiyası ilə Alte-galeri qalereyası və Herbshtajn sarayı(XVII əsr) yerləşir. == İstinadlar == == Xarici keçidlər == Филокартическая история города Грац.
Aglaia grandis
Aglaia grandis (lat. Aglaia grandis) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin meliekimilər fəsiləsinin aqlaiya cinsinə aid bitki növü.
Amblyseius pravus
Amblyseius pravus (lat. Amblyseius pravus) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius pravus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Andhra Pradeş
Andhra Pradeş (urdu: آندھرا پردیش; teluqu: ఆంధ్ర ప్రదేశ్; hind: आन्ध्र प्रदेश; ingilis: Andhra Pradesh) — Hindistanın cənub-şərq hissəsində ştatdır. Cənubda Tamilnad, qərbdə Karnataka, şimalında Maxaraştra, Madya Pradeş və Orissa ştatları ilə qonşudur. Şərq sərhəddini Benqal Körfəzi təşkil edir. Adını, qədim zamanlardan bəri bu ərazilərdə yaşayan və özlərinə aid Teluqu dilində danışan Andhra xalqından götürmüşdür. Ərazisi: 275.068 km², əhalisi: 75,727,000. Paytaxtı və ən böyük şəhəri Heydərabaddır. == Tarixi == Bu ərazilərdə e.ə. 3 əsrdən etibarən bir çox knyazlıqlar hakimiyyətdə oldu. Buddizim burada yarandı. 12 və 13 cü əsrlərdə hökümdarlar, Andhranın ərazisini genişlətdilər.
Aramus guarauna
Arama (lat. Aramus guarauna) — Durnakimilər dəstəsinin Sığırçı durnalar fəsiləsinə aid yeganə quş növü.
Banksia grandis
Banksia grandis (lat. Banksia grandis) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin banksiya cinsinə aid bitki növü.