Tarduş

Tardu xaqan (達頭可汗/达头可汗) — 575-ci ildə yabqu olmuş Qərbi Göytürk xaqanlığı I xaqanı. Bumın xaqanın nəvəsi, İstəmi xaqanın oğlu idi.

Qara Çürin Türk Tardu Xaqan
575 – 599
Əvvəlkiİstəmi xaqan (yabqu kimi)
Tulan xaqan (xaqan kimi)
SonrakıNili xaqan
Şəxsi məlumatlar
Doğum tarixi VI əsr
Vəfat tarixi
Vəfat yeri
Atası İstəmi xaqan
Uşağı Bağatur xaqan
Dini Tenqriçilik

575-ci ildə yabqu titulu almışdı. 581-ci ildə Göytürk vətəndaş müharibəsinə qatılmış, Apa xaqanı müdafiə etmişdi.[1] Qərbdə isə qardaşı Tamqan şad vasitəsilə Şimali Qafqazda hakimiyyət qurmuşdu. 587-ci ildə Apa xaqana qarşı hərəkətə başlamış, onu da öldürtmüşdü.

591-ci ildə Bəhram Çubinə dəstək olmuşdu. 599-cu ildə isə Tulan xaqanın ölümündən istifadə edərək özünü Bilgə xaqan adı ilə ulu xaqan elan etmişdi.

Çinə qarşı yürüş keçirərkən məğlub olmuş və 603-cü ildə böyük ehtimal öldürüldü.

Bağatur xaqan adını alacaq Külüg Sibir və Tulu Tegin adında oğulları vardı. Tulu Tegin Şekuy xaqanTonq Yabqu xaqanın atasıdır.

  1. Gümilev: Eski Türkler,(Çev.:Ahsen Batur), Selenge Yayınları, İstanbul, 2002, ISBN 975-7856-39-8 , s.141