Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gələxar (Urmiya)
Gələxar (fars. گله خر‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 175 nəfər yaşayır (35 ailə).
Geblera
Geblera Kitag. — Crepidiastrum bitki cinsinin sinonimi. Geblera Fisch. & C.A.Mey. — Flueggea bitki cinsinin sinonimi.
General
General (lat. generālis — ümumi; tarixi Azərbaycandilli mənbələrdə سرتیب Sərtib sözü işlənirdi) — polkovnikdən sonra və marşala qədər quru və hava qüvvələrində yüksək rütbəli zabitlərə verilən hərbi rütbədir. Donanmadakı ekvivalenti “admiral”dır. Müraciət edərkən yalnız general-leytenanta və dörd ulduzlu generala “general” deyə müraciət edilərkən, briqadir və general-mayor rütbəli zabitlər birbaşa bu rütbələri ilə çağırılırlar. Ümumi olaraq general rütbələri bunlardır: Briqada generalı: Briqada komandiri General-mayor: Diviziya komandiri General-leytenant: Korpus komandiri Dörd ulduzlu general: Ordu komandiri Marşal və ya Böyük Admiral: Ordu Komandiri olaraq üç döyüşdə qalib gələn generallara verilən tituldur. Bununla birlikdə, hərbi vəzifələrdən əlavə təşkilati vəzifələrə təyinatlarla əlaqədar olaraq hər Briqadir bir briqada komandiri və ya hər general-mayor bir diviziya komandiri deyildir.
Gilənar
Adi albalı və ya gilənar (lat. Prunus cerasus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Avropada, Şimali Amerikada, Cənubi Asiyada, Qafqazda təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 10 m-ə çatan, gövdəsinin qabığı qonur, qışda yarpaqlarını tökən, sallaq çətirli ağacdır. Yarpaqları növbəli yerləşir, sadə, saplaqlı, uzunluğu 7-12 sm, eni 3-5 sm-dir. Yarpaq ayası ellipsvari və ya yumurtavari, kənarları dişli, üst səthi tünd-yaşıl, alt səthi açıq-yaşıl, hər iki üzü çılpaq və ya tüklü, ucu bizdir. Çiçəklər ağdır, 2-4 ədəd olmaqla çətir çiçək qrupuna yığılmışdır, aprel-may aylarında çiçəkləyir, meyvəsi açıq və ya tünd-qırmızı rəngli çəyirdəkmeyvədir, çəyirdək lətdən asanlıqla ayrılır, iyulda yetişir. == Ekologiyası == Rütubətli, çimli torpaqlarda, qida elementləri zəngin olan sahələrdə, çay ətrafı ərazilərdə, işıqlı yerlərdə bitir. Şaxtaya davamlıdır. == Azərbaycanda yayılması == Böyük Qafqaz, Kiçik Qafqaz, Kür-Araz ovalığı, Talış və Naxçıvan MR-da təbii halda, Abşeronda isə həyatyanı sahələrdə rast gəlinir.
Gəllədar
Gəllədar — İranın Fars ostanının Möhr şəhristanının Gəllədar bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,982 nəfər və 1,995 ailədən ibarət idi.
Qəllədar
Gəllədar — İranın Fars ostanının Möhr şəhristanının Gəllədar bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,982 nəfər və 1,995 ailədən ibarət idi.
Qələgah
Qələgah — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Yerli tələffüz formaları "Qalagə", "Qələyə", eləcə də "Qələgah" və yaxud "Qələgah"dır. Sözün birinci komponenti olan qala (qələ) sözü yerli şivələrdə qala və yaxud qələ varianlarında işlənmişdir. Gah komponenti yerli şivələrdə gəh və gə variantlarında işlədilir. Mənşəcə İran dillərinə məxsus olan gah ünsürü həmin dillərdə (xüsusilə qədim və orta fars dillərində) "yer, məkan", "vaxt", "taxt-tac" mənaları daşıyan müstəqil söz kimi işlənmişdir. Müasir İran dillərində gah söz-şəkilçi funksiyasını yerinə yetirir. Linqvistik və ekstralinqivistik faktlar göstərir ki, bu yolla yaranmış mürəkkəb oykonimlər Azərbaycan toponimlər sistemində qədim yaşayış məntəqəsi adlarındandır. Onlar "gah"ın həm İran, həm də türk dillərində məhz müstəqil leksik vahid kimi işləndiyi dövrlərdə meydana gəlmişdir. Həm də toponimlərin tərkibindəki bu format başqa mənalarda deyil, məhz "yer, məkan" mənasında işlənmişdir. Topoformatın incə semantik çalarına diqqət edildikdə məlum olur ki, onda "yer, məkan" mənası ilə yanaşı, "kənd,yaşayış yeri, yaşayış məskəni" çaları daha güclüdür.
Qələsər
Qələsər — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 163 nəfərdir. == Toponimiyası == Kəndin adı ədəbiyyatlarda Güləsər, Qələsər variantlarında da qeydə alınmışıdır. Kəndin yaxınlığında eyni adlı mineral bulaq da var. Tədqiqatçılar bu oykonimi "qalanın başı, yuxan hissəsi” və yaxud "qoyun sürüsünün başlanğıcı” kimi izah edirlər.
Galera
Epipogium (lat. Epipogium) – səhləbkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == Ceratopsis Lindl. Epipogon S.G.Gmel., orth. var. Galera Blume Podanthera Wight == Növləri == Epipogium aphyllum Sw. Epipogium japonicum Makino Epipogium roseum (D.Don) Lindl. == İstinadlar == Epipogium:The Plant List saytında takson barədə məlumat.
Qərar
Qərar — yerli icra hakimiyyətləri, şəhər və kənd nümayəndələri tərəfindən onların səlahiyyətlərinə aid olan, vacib olan məsələlərin həlli üçün qəbul edilir. Qərar həmçinin kollegiyal idarəetmə xüsusiyyətinə malik olan müəssisə və təşkilatların ümumi yığıncaqlarında idarə heyətinin iclasında qəbul edilir. Ali hakimiyyət orqanının - Parlamentin (Deputatların səsçoxluğu ilə) - Parlamentin təşkilati məsələlərinə dair, Hökumətin hesabatına dair, büdcənin icrasının hesabatına dair, eləcə də Hökumətin formalaşdırılması, fəaliyyətinin qənaətbəxş olubolmamasına (votum) dair, yuxarı Məhkəmə orqanlarına hakimlərin seçilməsinə dair və s. aktı; Ali hakimiyyət orqanının- Məhkəmənin (Hakimin, Hakimlər kolegiyasının, Məhkəmə plenumunun və ya Rəyasət heyətinin) baxdığı konkret işlərin yekun nəticəsi xarakterli və ya ümumi göstəriş xarakterlı aktı; Mərkəzi Hakimiyyət orqanının - Hökumətin (Nazirlər Kabinetinin) ən mühüm siyasi və təsərrüfat məsələləri barəsində qəbul etdiyi aktı; dövlət və yaxud qeyri dövlət arbitajında baxılan təsərrüfat mübahisəsinin həllinə dair aktı; dövlət orqanının və yaxud vəzifəli şəxsin konkret məqsədli istiqamətli aktı; Yerli İcra hakimiyyətinin idarəçilik xarakterli aktı; Bələdiyyə orqanlarının yerli əhəmiyyətli aktları; İctimai (siyasi) təşkilatların başçıları və ya kollegial üzvləri tərəfindən (misal: qurultay, kofrans, sessiya) məqsədlərini həyat keçirilməsi naminə qəbul etdikləri aktları.
Adi gilənar
Adi albalı və ya gilənar (lat. Prunus cerasus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Avropada, Şimali Amerikada, Cənubi Asiyada, Qafqazda təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 10 m-ə çatan, gövdəsinin qabığı qonur, qışda yarpaqlarını tökən, sallaq çətirli ağacdır. Yarpaqları növbəli yerləşir, sadə, saplaqlı, uzunluğu 7-12 sm, eni 3-5 sm-dir. Yarpaq ayası ellipsvari və ya yumurtavari, kənarları dişli, üst səthi tünd-yaşıl, alt səthi açıq-yaşıl, hər iki üzü çılpaq və ya tüklü, ucu bizdir. Çiçəklər ağdır, 2-4 ədəd olmaqla çətir çiçək qrupuna yığılmışdır, aprel-may aylarında çiçəkləyir, meyvəsi açıq və ya tünd-qırmızı rəngli çəyirdəkmeyvədir, çəyirdək lətdən asanlıqla ayrılır, iyulda yetişir. == Ekologiyası == Rütubətli, çimli torpaqlarda, qida elementləri zəngin olan sahələrdə, çay ətrafı ərazilərdə, işıqlı yerlərdə bitir. Şaxtaya davamlıdır. == Azərbaycanda yayılması == Böyük Qafqaz, Kiçik Qafqaz, Kür-Araz ovalığı, Talış və Naxçıvan MR-da təbii halda, Abşeronda isə həyatyanı sahələrdə rast gəlinir.
General-feldmarşal
General-feldmarşal (alm. Generalfeldmarschall‎) — alman və rus ordusunda quru qoşunlarında ali hərbi rütbə, dünyanın bir çox ölkələrində anoloji rütbə -feldmarşal. General-feldmarşal rütbəsi ilk dəfə XVII əsrdə — 1620-ci ildə Bohemiyada tətbiq edilmişdir.. Sonralar bu rütbədən (1657-ci ildən) Brandenburqda (Prussiyada) istifadə olunmuş və eyni zamandau bu rütbə digər alman dövlətlərində (Bavariyada, Saksoniyada, Hannoverdə, həmçinin Avstriyada və Niderlandda feldmarşal variantında hərbi rütbələr sırasına daxil edilmişdir. Rusiyada general-feldmarşal rütbəsi 1699-cu ildə I Pyotr tərəfindən tətbiq edilmişdir. Fransada və bir sıra digər ölkələrdə general-feldmarşal rütbəsinə uyğun olan marşal rütbəsindən istifadə olunmuşdur.
General-leytenant
General-leytenant — hərbi rütbə. == Azərbaycan == Azərbaycan Silahlı Qüvvələrində ali hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə vitse-admiral rütbəsidir.
General-mayor
General-mayor — Azərbaycan Silahlı Qüvvələrində ali hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə kontr-admiral rütbəsidir.
General-polkovnik
General-polkovnik — Azərbaycan Silahlı Qüvvələrində ən yüksək hərbi rütbə. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə admiral rütbəsidir.
General (1970)
== Məzmun == Film tanınmış azərbaycanlı general, hərbi xadim, artilleriya general-leytenantı, Rusiya-Yaponiya müharibəsinin iştirakçısı, Port Arturun müdafiəsində göstərdiyi igidliyə görə qızıl qılıncla mükafatlandırılmış, Nikolay ordusunda "artilleriyanın allahı" hesab olunan Əliağa Şıxlinskinin həyat və fəaliyyətindən bəhs edir. == Film haqqında == Film-tamaşa yazıçı Qılman İlkinin eyniadlı povestinin motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Quruluşçu rejissor: Rauf Kazımovski Ssenari müəllifi: Qılman İlkin Quruluşçu operator: Nəriman Şıxəliyev Səs rejissoru: İsgəndər Kərimov === Rollarda === Yusif Vəliyev — Əliağa Şıxlinski Süleyman Ələsgərov Yusif Yulduz Ətayə Əliyeva — Nigar Məmmədağa Dadaşov Hacıbaba Bağırov Nadir Əsgərov Sadıq Hüseynov Muxtar Avşarov Bahadur Əliyev Məmməd Məcidov Məmmədsadıq Nuriyev Məmməd Sadıqov Əliheydər Həsənzadə == Mənbə == “Humay”ın laureatları. [Onların arasında mərhum televiziya rejissoru Rauf Kazımovskinin də adı vardır] //Xalq.- 2002.- 3 dekabr.
General (dəqiqləşdirmə)
General — Hərbi rütbə. General (film, 1970) — Əliağa Şıxlinskinin həyat və fəaliyyətindən bəhs edən film. General Aslanov (film, 1970) — Həzi Aslanovun şanlı döyüş yoluna həsr olunmuş film. General Motors — ABŞ şirkəti.
General Dynamics
General Dynamics: Amerika Birləşmiş Ştatlarına məxsus olan müdafiə sənayesi şirkətidir. Türk Hava Qüvvələri və başqa ölkələrin istifadə etmiş olduğu F-16 hərbi təyyarəsinin əsil istehsalçısıdır. Bir çoxları F-16 layihəsi Lockheed Martin şirkətinin hesab etsə də, əslində bu təyyarənin ilkin dizaynı və elektron sistemləri General Dynamics şirkətinə məxsusdur.
General Motors
General Motors — rəsmi adı General Motors Corporation olan bu şirkətin əsası Uliyam Dyurant tərəfindən qoyulmuşdur. Uliyam Dyurant həmin vaxt artıq Buick şirkətinin sahibi idi. İlk vaxtlar şirkətin binası Flint şəhərində olsa da daha sonra sənaye mərkəzi olan Detroyt şəhərinə köçürülmüşdür, elə həmin il 1897-ci ildə yaradılan Oldsmobile şirkəti satın alınmışdır. 1909-cu ildə Dyurant Cadillac, Elmore, Oakland şirkətlərini də GM tərkibinə daxil edərək şirkəti daha da gücləndirdi. 1910-cu ildə Dyurant böyük miqdarda borclar və satışların az olma səbəbindən bankirlərin etibarını itirdi. Bir neçə il sonra "Dyurant Chevrolet Motor car" şirkətinin əsasını qoyur və həmin şirkət vasitəsi ilə gizli olaraq General Motorsun səhmlərini satın alır. 1920-ci ildə şirkətin başına keçən Alfred Sloyen General Motors şirkətini dünyanın ən böyük sənaye şirkəti etdi. 1931-ci ildən 2008-ə qədər dünyanın ən böyük avtomobil istehsalçısı olub. == Azərbaycanda fəaliyyəti == Azərbaycanda General Motorsun istehsalı olan maşınları Performans Centerdən əldə etmək olar. 2002-ci ildə şirkət Tolyati şəhərində daha yeni bir şərikli zavod açdı.
General Tanaka
Genera Plantarum
Genera Plantarum, İsveçli təbiətşünas Carl Linnaeusun (1707–1778) bir nəşridir. İlk nəşri 1737-ci ildə Leidendə çap edilmişdir. Beşinci nəşri Species Plantarum (1753) üçün tamamlayıcı bir cild rolunu oynamışdır. Yosunlar, göbələklər və bitkilər üçün Beynəlxalq Nomenklatura Məcəlləsinin 13-cü maddəsində, Linnaeus Species Plantarum ed. 1 (1753) və II nəşrdə (1762-63) görünən ümumi adlar, verilən ilk şərhlə əlaqəli olduqlarını göstərir. Genera Plantarumun V (1754) və V (1764) nəşrləri də bu ad altındadır. Bu əsər bir çox bitki qrupunun elmi nöqteyi-nəzərdən adlandırılmasının başlanğıc nöqtəsini təyin edir.
Cənub-qərbi Azərbaycan general-qubernatorluğunun yaradılması haqqında qərar
Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu, Naxçıvan General-Qubernatorluğu və ya Əlahiddə Naxçıvan general-qubernatorluğu — Azərbaycan Xalq Cümhuriyyətinin Naxçıvan bölgəsində yaratdığı idarəçilik orqanı; yerli azərbaycanlı əhalinin qəti tələbinə uyğun olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 28 fevral 1919-cu il tarixli qərarı ilə yaradılmışdı (sənədlərdə həmçinin "Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu", yaxud "Naxçıvan, Ordubad, Şərur-Dərələyəz və Vedibasar rayonlarının general-qubernatorluğu" da adlanır). == Tarixi == General-qubernatorluğun yaradılmasını şərtləndirən mühüm amillərdən biri də bölgənin müsəlman əhalisinin problemlərini həll etmək zərurəti olmuşdur. Naxçıvanın Müvəqqəti hökuməti Azərbaycan torpaqları olan Naxçıvan, Şərur, Ordubad qəzalarının "Cənub-Qərbi Azərbaycan" adı altında Azərbaycan Xalq Cümhuriyyəti ilə birləşməsi üçün həm ingilis komandanlığına, həm də Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyinə müraciət etmişdi. Yerli hakimiyyətin təşkili üçün daxili işlər nazirliyinin 20 milyon manatlıq fondundan 500 min manatın general-qubernatorluq üçün ayrılması, Hökumətin bundan əvvəlki 1918 il 6 dekabr tarixli qərarına müvafiq olaraq ayrılmış bir milyon manatın 150 mininin Ermənistan ərazisində yaşayan müsəlman qaçqınlarının ehtiyacları üçün Ermənistandakı diplomatik nümayəndəyə, qalan 850 min manatın isə Cənub-Qərbi Azərbaycan qaçqınlarına yardım göstərmək üçün general-qubertorun sərəncamına verilməsi də qərarda öz əksini tapmışdı. Hökumətin 1919 il 3 mart tarixli qərarı ilə hərbi nazirliyə Cənub-Qərbi Azərbaycandakı silahlı qüvvələrin sayını və vəziyyətini aydınlaşdırmaq məqsədilə general-qubernatorluğa nümayəndə göndərilməsi, əlavə olaraq, bölgəyə daha 500 min manat vəsait ayrılması tapşırılmışdı. == Rəhbərlik == Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 28 fevral 1919-cu il tarixində qəbul etdiyi qərara əsasən Bəhram xan Naxçıvanski general-qubernator, Kərim xan İrəvanski hərbi, Hacı Mehdi Bağırov isə mülki işlər üzrə general-qubernatorun müavinləri təyin olunmuşdular. General-qubernatorluğun nəzdində 7 nəfərdən ibarət Şura yaradılmışdı. Şuranın tərkibinə Naxçıvan qəzasından 2, Sürməli, İrəvan qəzalarının və Ordubad mahalının hərəsindən 1 nümayəndə daxil edilmişdi. 16 mart 1919-cu il tarixində Azərbaycan hökumətinin qərarına əsasən Cənub-Qərbi Azərbaycan general-qubernatoru Bəhram xan Naxçıvanski öz xahişinə görə tutduğu vəzifədən azad olundu. Elə həmin gün digər bir qərarla Zaqatalanın qubernatoru general Əliyar bəy Haşımbəyov general-qubernator, Kərim xan İrəvanski hərbi, Bəhram xan Naxçıvanski isə mülki işlər üzrə general-qubernatorun müavin təyin edildilər.
Abbas Zamanov (general)
Zamanov Abbas Məmmədtağı oğlu (22 mart 1924, Bakı) — Azərbaycan SSR-in baş prokuroru (1976–1986-cı illər). == Həyatı == Abbas Zamanov 1924-cü il martın 22-də Bakı şəhərində anadan olmuş, 1942-ci ildə Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, eyni zamanda hərbi zavodda işləmişdir. 1944-cü ildə Azərbaycan SSR Xalq Komissarlığına işə göndərilmiş, 1944–1945-ci illərdə SSRİ Xalq Komissarlığının Bakıdakı məktəbinin kursantı olmuşdur. 1945–1947-ci illərdə respublikanın təhlükəsizlik orqanlarında əməliyyatçı işləmiş, 1947-ci ildə Moskva şəhərinə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi İstintaq işçilərinin məktəbinə göndərilmişdir. 1949-cu ildə təhsilini başa vurduqdan sonra 1949–1955-ci illərdə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində baş müstəntiq, bölmə rəisinin müavini, bölmə rəisi işləmişdir. Bununla yanaşı, Moskva Hüquq İnstitutunda qiyabi təhsil almış və 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində ekstern yolu ilə buraxılış imtahanlarını vermişdir. 1955-ci ildə işdə irəli çəkilərək Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini təyin edilmiş, 1959-cu ilə kimi bu vəzifədə çalışmış, 1959–1962-ci illərdə Zaqafqaziya Sərhəd Qoşunları idarəsində işləmişdir. 1962–1969-cu illərdə Naxçıvan MSSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olmuş, 1969-cu ildə yenidən Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini təyin edilmişdir. 1970-ci ildə ona general-mayor rütbəsi verilmişdir. 1976-cı ildə Abbas Zamanova daha məsul vəzifə – Azərbaycan SSR Prokuroru vəzifəsi etibar edilmişdir.
American General Center
American General Center — Texas ştatının Hyuston şəhərində yerləşən bir neçə ofis binasından ibarət olan kompleksdir. Binada 42 mərtəbə var, hündürlüyü 180 metrdir. Tikintisi 1983-cü ildə başa çatmışdı. Şəhərdə hündürlüyünə görə 19-cu yeri tutur.
Araz Məmmədov (general)
Araz Məmməd oğlu Məmmədov — Azərbaycan Dövlət Sərhəd Xidmətinin general-leytenantı, Dövlət Sərhəd Xidməti rəisinin müavini — Sərhəd Qoşunları Komandanı. == Fəaliyyəti == Azərbaycan Prezidenti İlham Əliyevin 14 avqust 2009-cu il tarixli Sərəncamı ilə Araz Məmmədova "general-mayor" hərbi rüstəbi verildi. Azərbaycan Prezidenti İlham Əliyevin 14.08.2010-cu il tarixli Sərəncamı ilə Araz Məmmədov "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 16.08.2016-cı il tarixli Sərəncamı ilə Araz Məmmədov "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 17 avqust 2020-ci il tarixli Sərəncamı ilə Araz Məmmədova "general-leytenant" hərbi rüstəbi verildi.