Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Guraş (Çaypara)
Guraş (fars. گورش‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 220 nəfər yaşayır (42 ailə).
Gəraş
Gəraş- İranın Fars ostanının şəhərlərindən və Gəraş şəhristanın mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 27,574 nəfər və 6,261 ailədən ibarət idi.
Quran
Quran (Qurani-Kərim, Qurani-Şərif) (ərəb. القُرآن‎ Əl-Quran) — İslam dininin müqəddəs və ən əsas kitabıdır. İslam dinində Quran Allahın buyurduğu sözlərdir. Quranın özünəməxsus adı olan 114 surəsi və 6236 ayəsi var. Quranın ən uzun surəsi Bəqərə surəsi (286 ayə), ən qısa surəsi isə Kövsər surəsidir (3 ayə). Quranın ən uzun ayəsi Bəqərə surəsinin 282-ci ayəsidir. Quranı digər səmavi kitablardan fərqləndirən əsas cəhət onun uzun zaman müddətində — 23 ilə hissə-hissə nazil olması və təhrifə məruz qalmamasıdır. Quran Allah tərəfindən birbaşa deyil, mələk — Cəbrayıl vasitəsilə nəql olunmuşdur. Bəzi mənbələrə görə, Bəqərə surəsinin son 2 ayəsi Allah tərəfindən birbaşa Məhəmməd peyğəmbərə vəhy edilmişdir. "Quran" kəliməsinin mənası oxumaq, qiraət etmək deməkdir.
Quruş
Quruş — Dağıstanın Doqquzpara rayonunda kənd. Yaşayış məskəni kimi Quruş kəndi onun tərkibində tək formalaşmışdır. == Coğrafi mövqeyi == Quruş kəndi Şalbuzdağ dağının cənub-şərq yamacında, Usuxçay vadisində, Usuxçay kəndindən 17 km cənub-qərbdə yerləşir. == Əhalisi == 2002-ci ildə kənd əhalisinin sayı 804 nəfər, 2012-ci ildə isə 816 nəfər olmuşdur. Son illər kənd əhalisinin sayında eniş müşahidə olunur və bu ilə olan məlumata görə Quruş kəndində 787 nəfər yaşayır. Quruş kəndinin əhalisi tarixən iki nəsl şaxəsinə bölünür - tuxumlar (türkcə) və ya uymaxlar (ləzgicə): Xaytakar, Qilevar, Tetesar, Falakar, Kızırar, Kirtar, Misriyar, Zanqavar, Avurar, Kuldurar, Xebeşar, Çuvallar. Kənd bir neçə məhəlləyə bölünür: Paqvay kiler, Vene kiler, Kirtar və Kamavaybur. == Tarixi == 1886-cı ildə Quruş kəndində 718 həyət və 4761 nəfər var idi. Əhalinin 2536 nəfəri kişi, 2225 nəfəri isə qadın idi. 71451 baş qoyun, 1767 at və 2189 baş iri buynuzu heyavan mövcud idi.
Qürah
Qürah (ləzg. Кьурагь) — Dağıstan Respublikası, Qürah rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətrdən Qürah rayonunun və Qürah kənd sovetliyinin mərkəzidir. == Kəndin salınması == Bu mövzu da bir çox fikirlər var, lakin əksər tarixçilər bu kəndin barabarlar tərəfindən viran qoyulmuş Giyar-şəhərdən gələnlər tərəfindən salınması fikirini irəli sürürlər. Belə ki, bu şəhərdən gələnlər tərəfindən yeddi elə də böyük olmayan aul salınmışdır: Xukvazar, Sliyixur, Serneqar, Yurxval, Çvatar-kam, Xiken-xur, Çuru-xur. Bir-birinə yaxın yerləşən bu aullar tədricən böyümüş Qürah kəndini əmələ gətirmişdir. İlk sakinlər arasında Lakiya və Avarstanı tərk etmiş insanlarda vardı. == Sonrakı tarix == XIV əsrdə Qürah kəndinin əhalisində artım müşahidə edilir. 1356-cı ildə Qürah icması adını alan müstəqil dövlət təşkil edilir. 1585-ci ildə Osmanlı imperiyasının ordu komandanlarından biri olan Cəfər paşa çox saylı cəhdlərdən sonra kəndi ələ keçirə bilir.
Qras
Qras (fr. Grasse) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti.
Quaş
Quaş (Sulu boya) — daha çox sıx və tutqun yapışqanlı, suda həll olunan rəngli boya növüdür. Quaş termini əvvəlcə Fransada XVIII əsrdə yarandı, ancaq bu rəngin yaradılması texnikası çox-çox əvvəllər — orta əsrlərlərə Avropada istifadə olunurdu. Orta əsrlərlərə kitab miniatürləri artıq adi akvarellə kombinasiyada sulu boyayla yerinə yetirilirdi. İntibah dövrünün rəssamları eskizlər, kartonlar və başqa hazırlıq işlərləri üçün, həmçinin portret miniatürləri üçün sulu boyanın texnikasını tətbiq edirdilər. Sulu boyanın texnikasının çiçəklənməsi XIX əsrin sonu — XX başlanğıcına təsadüf edir. Rusiyada rəssamlar birliyinin "İncəsənət Dünyası" quaşın (sulu boyanın) dekorativ keyfiyyətlərindən istifadə edərək böyük sənət əsərləri yaratdılar. Quaş tipli rənglər ağ boyaqlara (ruşullara) rəngli piqmentlərin və yapışqanların əlavə edilməsiylə hazırlanır. Ağ rəngli sulu boya ilə (ruşulların) rəng qatışığından alınan quaşa tutqun rəng zərifliyi (lətifliyi) verir, amma boyadan istifadə zamanı onun qurudulması vaxtı bir qədər vaxt aparır ki, rəsm çəkmə prosesində hər bir rəssam bunu nəzərə almalıdır. Quaş tipli boyaların köməyi ilə tünd tonları işıqlı tonlarla əvəz etmək daha asan olur. Sulu boya işlənmiş (çəkilmiş) rəsm və ya təsvir rütubətli yerdə saxlanılan zaman daha daha tez rənglərin tonu dəyişir.
Ahmədsər Gürab
Əhmədsərgurab — İranın Gilan ostanında yerləşən şəhər.
Geras (mifologiya)
Geras (yun. Γῆρας, Gēras) yunan mifologiyasına görə qocalıq tanrısıdır. Niktanın öz-özünə doğulan uşaqlarından biridir. Vaza rəsmlərində yaşlı, halsız adam kimi Herakl ilə birgə təsvir olunur. Gənclik tanrıçası Hebenin ziddi olaraq görünür.
Gurab Zərmix
Gurab Zərmix — İranın Gilan ostanında yerləşən şəhər.
Gəraş şəhristanı
Gəraş şəhristanı — İranın Fars ostanının şəhristanlarından biri. Şəhristanın inzibati mərkəzi Gəraş şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 39 348 nəfər və 8 734 ailədən ibarət idi.
Oktav Qudas
Oktav Viktor Qudas (fr. Octave Victor Houdas; 1 oktyabr 1840, Utarvil[d] – 5 dekabr 1916, Paris) — Fransa etnoqrafı, tərcüməçisi və fransız dili müəllimi, ərəb qrafikası üzrə mütəxəssis. O, XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində Paris şəhərindəki Şərq Dilləri Məktəbində fəaliyyət göstərmişdir. == Əsərləri == Octave Houdas, Histoire de Djouder le pêcheur, 1865 ; nouvelle traduction après celle de Cherbonneau et Thierry 2626 décembre 2011, re-publié chez Adolphe Jourdan, en 1908 Octave Houdas, Cours élémentaire de langue arabe, Gavault Saint-Lager, 1875 puis 1879 Octave Houdas, René Basset, Mission scientifique en Tunisie : 1882, Fontana, 1884 Muḣammad ibn Muḣammad (alias Ibn ʻĀsim), Octave Victor Houdas, Félix Martel, Traité de droit musulman : La Tohfat d'Ebn Acem, Gavault Saint-Lager, 1882 - 918 pages Octave Victor Houdas, Ethnographie de l'Algérie, Adrien Maisonneuve, 1886 - 124 pages (Lien vers le document). Source: Bibliothèque nationale de France. Nozhet-elhadi. Histoire de la dynastie saadienne au Maroc. Par Mohammed Essighir Ben Elhadj Ben Abdallah Eloufrâni. (Texte arabe et traduction par Octave Houdas). Paris, E. Leroux, 1886.
Qaraş Mədətov
Qaraş Əli oğlu Mədətov (10 fevral 1928, Qarabağlar, Naxçıvan MSSR – 1 iyul 1993, Bakı) — AMEA-nın müxbir üzvü (1983), AMEA A. Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın 1941–1945-ci illər tarixi" şöbəsinin müdiri, tarix elmləri doktoru (1965), professor (1968), Azərbaycan Respublikasının əməkdar elm xadimi (1980). == Həyatı == AMEA-nın müxbir üzvü Qaraş Mədətov 1928-ci il fevralın 10-da indiki Kəngərli rayonunun Qarabağlar kəndində anadan olmuşdur. 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. 1953–1956-cı illərdə Moskva Dövlət Universitetinin aspiranturasında təhsil almışdır. 1956-cı ildə namizədlik, 1966-cı ildə isə doktorluq dissertasiyaları müdafiə etmiş, 1969-cu ildə professor elmi adı almış, 1983-cü ildə isə AEA-nın müxbir üzvü seçilmişdir. Qaraş Mədətov 1956-cı ildən AEA Tarix İnstitutuna işə qəbul edilmiş, 1957–1958-ci illərdə AMEA Tarix İnstitutunda elmi katib, 1958–1968-ci illərdə baş elmi işçi olmuş və 1968-ci ildən ömrünün sonunadək "Azərbaycanın müasir dövr tarixi" şöbəsinə rəhbərlik etmişdir. Naxçıvan MR-in yaranması, Azərbaycan İkinci dünya müharibəsində mövzularında tədqiqatlar elmi fəaliyyətində əsas yer tutur. 5 monoqrafiyanın və bir neçə kitabçanın, 150-dən çox elmi məqalənin və s. əsərlərin müəllifidir. Qaraş Mədətov bütün elmi fəaliyyətini Azərbaycanın 1941–1945-ci illər müharibəsi dövrü tarixinin tədqiqinə yönətlmişdir.
Qaraş Xan
Qara oğlanlar- türk və altay mifologiyasında şər tanrıları. Qara ərlər də deyilir. Erlik Xanın oğullarıdırlar. Ədədləri doqquzdur. Monqolların "Doqquz Qana Susamış Tanrı"ları ilə bənzərlik göstərir. İnsanlara pisliklər gətirən qara fırtınalar əsdirər, qan yağışları yağdırırlar. Erlikin sarayının və ya yeraltının qapılarını gözlədikləri üçün Qapı Gözətçiləri deyə xatırlanarlar. Temir Xan: Dəmir ilahı. Qaraş Xan: Qaranlıq ilahı. Matır Xan: Cəsarət tanrısı.
Qaraş Əmirov
Qaraş Əmirov (26 sentyabr 1926, Tatar, Zəngilan rayonu – 22 mart 1973, Şamaxı rayonu) — tanınmış neftçi, Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == Qaraş İbrahim oğlu Əmirov 26 sentyabr 1926-cı ildə Zəngilan rayonunda anadan olmudşdur. Əmək fəaliyyətinə Bibiheybətdə qazma kontorunda qazmaçı köməkçisi kimi başlamışdır. Gənc Qaraş Əmirov burada Ağa Nemətulla, Hacı Temirxanov və başqa tanınmış ustalarla çiyin-çiyinə işləyib, tezliklə dərin quyular qazan qabaqcıl ustalardan biri oldu. Faşist Almaniyasının üzərində qələbədən sonra neft sənayesini dirçəltmək, hasilatı artırmaq lazım idi. Azərbaycan SSR-nin Neft Sənayesi naziri Süleyman Vəzirov bu məqsədlə respublikanın Şirvan zonasında kəşfiyyat quyuları qazmaq üçün nazirliyin ən bacarıqlı geoloqlarını və neft ustalarını bu işə cəlb etdi. Onların arasında Qaraş Əmirov da vardı. O, Kür ovalığında açılan yeni perspektivli neft yatarqlarını istifadəyə vermək üçün 1957-ci ildə oraya göndərilmişdi. "Kürovdağ", "Mişovdağ", "Qarabağlı", "Kursəngi" və başqa bu kimi iri neft yataqları bilavasitə onun iştirakı ilə kəşf edilmişdir. Elə həmin illərdə Qaraş Əmirov bacarıqlı təşkilatçı, mahir usta kimi tanındı.
Quram Kaşia
Quram Kaşia (gürc. გურამ კაშია; doğum 4 iyul 1987, Tbilisi, Gürcüstan SSR, SSRİ) — Niderlandın "Vitess" klubunun və Gürcüstan milli futbol komandasının futbolçusu. == Klub karyerası == === Dinamo Tbilisi === Kaşia karyerasına "Dinamo Tbilisi" klubunda başlayıb. 2006-cı ildən 2010-cu ilədək olan dövrdə Quram klubun heyətində 91 oyun keçirib və 12 qol vurub. O, klubun heyətində iştirak etdiyi sonuncu mövsümdə Gürcüstan çempionatında 33 matçda oynayıb və 8 qol vurub. === Vitess === Kaşia 2010-cu il avqustun sonunda Niderlandın "Vitess" klubuna transfer olunub, o zaman klubun prezidenti milliyətcə gürcü olan Merab Jordaniya idi. O, klubun heyətində debüt oyununa sentyabrın 18-də "NAK Breda" ilə oynanılan görüşdə çıxıb. Bu oyunun əvvəlində klubun əsas heyət oyunçusu olan Frank van der Streyk isinmə hərəkətləri zamanı özünü pis hiss etdiyindən, Quram bu oyunda onun əvəzinə start heyətində çıxmışdır. 2011-ci il martın 29-da Kaşiya "Vitess" ilə olan müqaviləsinin müddətini 2013-cü ilədək artırmışdır. 2011-2012-ci illər mövsümü öncəsi Quram klubun kapitan sarğısını alıb.
Quram Marxuliya
Quram Marxuliya (gürc. გურამ მარკჰულია) — tarix elmləri doktoru, Suxumi Dövlət Universitetinin professoru, AMEA–nın fəxri doktoru, "Tərəqqi" medalı laureatı. == Həyatı == Quram Rajdenoviç Marxuliya 1972-ci il Gürcüstan SSR–in tərkibinə daxil olan Abxaziya MSSR–də, Suxumi şəhərində anadan olmuşdur. Tarix elmləri doktoru, professordur. 1995–2007-ci ildə Ekvtime Takaişvili adına umumi Gürcüstan Tarix Cəmiyyətinin Gənclər təşkilatının sədri olmuşdur. 2003-cü ildə Suxumi Dovlət Universitetinin şöbə müdiri olmuşdur. 2007-ci ildə "İberiya" Universiteti nəzdində Strateji Araşdırmalar İnstitutunun direktoru olmuşdur. Hal-hazırda "Hüquq və Politologiya"jurnalının redaktor müavini, "Macne" Suxumi Dövlət Universitetinin elmi jurnalının redaktoru və "Кавказ и мир" beynəlxalq jurnalının baş redaktorudur. Azərbaycan alimləri ilə sıx əlaqə saxlayır. Azərbaycan həqiqətlərinin təbliğində təkcə Gürcüstan Respublikasında deyil, İsraildə və başqa ölkələrdə fəal iştirak edir.
Quram Tikanadze
Quram Tikanadze (12 sentyabr 1932, Kviriketi[d], Quriya – 27 avqust 1963, Şhara dağı, Sameqrelo-Yuxarı Svaneti diyarı) — gürcü sovet fotoqrafı və alpinisti. == Həyatı == 7-ci sinifdən bəri fotoqrafiyaya maraq salmışdı. 1959-cu ildən "Bayraq" (დროშის) jurnalında korrespondent işləməyə başlamışdı. 1962-ci ildən isə Tbilisi Fotojurnalist Həmkarlar İttifaqının sədri vəzifəsini icra etməyə başlamışdır. Onun işləri əsasən poetik janrdadır. Fotoları Almaniya, Çexoslovakiya və Polşada çap olunmuş, beynəlxalq sərgilərdə göstərilmişdir. 1963-cü ildə Kabardin-Balkariya sərhəddindəki Şxara zirvəsində faciəvi şəkildə vəfat etmişdir. Ölümündən sonra Murman Lebanidze ona rekviyem şeir yazmış, Qafqazın zirvələrindən biri onun şərəfinə adlandırılmışdır. Yaxın dostu yazar Quram Rçeuşvili də gənc vaşında vəfat etmişdi.
Quraq iqlim
Quru və ya arid iqlim (lat. aridus – quru) — rütubət əmsalının vahiddan çox kicik olduğu, torpaqda rütubatin kəskin çatişmadğı iqlim şəraiti. Yayı isti və quru keçən illik yağıntının miqdarı isə 450 mm-dən artıq olmayan iqlimdir. Mülayim enliklərin çöllərində qış soyuq, subtropik və tropik zonaların çöllərində isə mülayim isti keçir. Təkcə tranzit çaylar (Nil, Amudərya və b.) arid iqlim zonasını kəsib keçir, az sulu çaylar isə axımsız göl və şoranlıqlar əmələ gətirirlər. Bitki örtüyü ya olmur, ya da çox seyrək və quraqlığa davamlı formalardan ibarətdir. Quru kövrək süxurlar küləklə asanca aşınır və alevrit hissəcikləri səhra hüdudlarından kənara aparılaraq, qumsal süxurda eol relyef formaları əmələ gətirir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Qurax rayonu
Qürah rayonu — Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri. == Coğrafiyası == Rayonun sahəsi 740 km², inzibati mərkəzi Qürah kəndidir. == Əhalisi == Rayonun əhalisi 15.139 nəfərdir (2015-ci il).
Quraç (Baltas)
Quraç (rus. Курачево, başq. Ҡурас) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 226 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 33 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 98 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə ruslar (97%) üstünlük təşkil edir. == Tanınmış şəxsləri == Mixail Murzin — teatr tərtibatçısı, dizayner, SSRİ Rəssamlar İttifaqının Volqoqrad filialının üzvü.
Quçaş (Çaypara)
Quçaş (fars. قوچاش‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd.
Qürah rayonu
Qürah rayonu — Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri. == Coğrafiyası == Rayonun sahəsi 740 km², inzibati mərkəzi Qürah kəndidir. == Əhalisi == Rayonun əhalisi 15.139 nəfərdir (2015-ci il).
Suraş (Askın)
Suraş (başq. Сураш, rus. Чура́шево) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Sultanbəy kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 50 km, kənd sovetliyindən (Sultanbəy): 3 km. ən yaxın dəmiryol stansiyasından (Çernuşka stansiyası): 188 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (98 %) üstünlük təşkil edir.
Əhmədsər Gurab
Əhmədsərgurab — İranın Gilan ostanında yerləşən şəhər.
Duran Duran
Duran Duran — 1978-ci ildə İngiltərənin Birminhem şəhərində qurulmuş İngilis New Wave musiqi qrupudur. Albomları dünya miqyasında 85 milyondan artıq satılmışdır. Qrupun qurucuları sintizatorda Nik Rodes, bas gitarada Con Teylor, barabanda Rocer Teylor, gitarada Endi Teylor və vokalda Saymon Le Bon'dur. Qrup heçvaxt dağılmamıştır. 1989–2001-ci illər arasında Uoren Kukkurulo grupa qoşulmuş, 1989–1991-ci illər arasında Sterlinq Kempbell barabançı olaraq qrupa daxil olmuştur.