QURAŞDIRMAQ

f.
1. Bir neçə müxtəlif parçanı bir-birinə calamaq, bitişdirmək, uyuşdurmaq.
// Qatmaq, birləşdirmək, calamaq, yapışdırmaq.
[Səfər bəy Axunda:] …Bulaq yanında olanların bir parça yeri var, onu gərək bulaqqarışıq şəriətin yolu ilə mənim yerimə quraşdırasan. B.Talıblı.

2. xüs. Maşının və s.-nin hissələrini yığıb qurmaq, birləşdirmək, yerbəyer yerləşdirmək.
Özüllər qurulduqdan sonra vışka quraşdırılır. Quliyev.

3. məc. Özündən düzəltmək, özündən toxumaq, uydurmaq.
…Zeynalın özündən quraşdırıb oxuduğu şikəstə ortalığı daha da canlandırdı. Ə.Əbülhəsən.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QURAŞDIRMAQ calamaq — bitişdirmək — uyuşdurmaq — qatmaq — yapışdırmaq
  • QURAŞDIRMAQ toxumaq — uydurmaq

Antonimlər (əks mənalı sözlər)

  • QURAŞDIRMAQ QURAŞDIRMAQ – DAĞITMAQ Sökdüyü təkəri quraşdırıb yerinə keçirdikdən sonra üst-başını çırpıb ayağa durdu (İ
QURAŞDIRMA
QURAŞIQ
OBASTAN VİKİ
Quraşdırmaq
Quraşdırmaq (ing. mount, ru. монтировать ) – kompüterin fayl sisteminin fiziki diskə və ya lentə erişiminin (çıxışının) təmin edilməsi; adətən, Apple Macintosh’da və UNIX əməliyyat sistemində erişiləbilən (əlçatan) diskləri təsvir etmək üçün istifadə olunur. Termin ilk meynfreymlər zamanında meydana çıxıb; meynfreymlərin diskəri və lent qurğuları ölçü baxımından onların fərdi kompüterlər üçün olan analoqlarından əhəmiyyətli dərəcədə böyük idi. UNIX-də quraşdırılmış bütün fayl sistemlərinin siyahısını göstərmək üçün mount komandasından istifadə etmək olar. Windows quraşdırılmış (montaj olunmuş) bütün qurğuları MY COMPUTER qovluğunda göstərir. Macintosh kompüterlərində isə quraşdırılmış qurğulara iş masasında (DESKTOP) baxmaq olar. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Digər lüğətlərdə