Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Simcur Dəvati
Simcur Dəvati — X əsrdə Samanilərə xidmət etmiş türk sərkərdəsi. O, Samanilər dövlətində mühüm rol oynamış Simcurilər ailəsinin banisidir. == Həyatı == Simcur türk mənşəli qulam idi. Karyerasının ilk illərində Heratda vergi yığan vəzifəsində çalışmışdır. 911-ci ildə Samani hökmdarı Əhməd Samani Səfəri hakimiyyəti altında olan Sistana hücum əmri vermişdir. Simcur digər Samani sərkərdələri ilə birlikdə Sistanın bəzi hissələrini tez bir zamanda özünə tabe etmiş və sonra onun paytaxtı Zərənci Səfəri hökmdarı Müəddaldan almışdır. Sistanın fəthi zamanı türkəsilli Səbükəri adlı bir xəlifə üsyankarı tutularaq Bağdada Abbasi xəlifəyə göndərilmiş, Əhməd Səmaninin əmisi oğlu Əbu Saleh Mənsur isə Sistan valisi təyin olmuşdur. Bununla belə, Sistandakı münaqişələr bununla bitməmişdir. Mənsurun vergi siyasəti bir il sonra 912-ci ildə Sistanda Səfəri Əmr ibn Yaqubun tərəfdarı olan xarici Məhəmməd ibn Hürmüzün başçılığı ilə üsyana səbəb olmuşdur. Mənsur 913-cü ildə Hüseyn ibn Əli Mərvərruzinin başçılığı altında Samani ordusu tərəfindən üsyan yatırılana qədər əsir götürülmüşdür.
DEVGRU
Amerika Birləşmiş Ştatları Hərbi Dəniz Qüvvələrinin Xüsusi Müharibə İnkişaf Qrupu (ing. United States Naval Special Warfare Development Group) ümumi adı ilə DEVGRU — Amerika Donanmasının Terrorla Mübarizə və Xüsusi Missiya bölməsidir. Rəsmi olaraq SEAL Team 6-ya bağlandıqdan sonra qurulmuşdur. Qeyri-rəsmi mənbələrə görə DEVGRU sadəcə yenidən qurulmuş “SEAL Team 6”-dır. Delta Force ilə birlikdə JSOC adlı təşkilata tabedirlər və ABŞ Xüsusi Əməliyyatlar Birliyinin ən elit 2 birliyindən biridir. Tier 1 (1-ci səviyyə) sayılır. Dünyadakı terror hücrələrini və əlaqələrini aşkar etmək, məhv etmək və ya tutmaq onların əsas vəzifələridir. Bundan başqa, Dənizdə Terrorla Mübarizə sahəsində dünyanın ən yaxşılarından biridir. Bundan əlavə, SEAL Team Sixin qurucusu olan Riçard Marsinko, təlimlərdə DEVGRU əsgərlərinin həftədə 2500-3.000 atəş açdığını söyləmişdir. DEVGRU-nun bəzi əsgərlərinin TASK Force 121-də iştirak etdiyi güman edilir.
Davati
Davati (gürc. დავათი) — Gürcüstanda kənd. Msxeta-Mtianeti diyarının Duşeti bələdiyyəsinə aiddir. Dəniz səviyyəsindən hündürlük 1120 metrdir. Duşeti şəhərindən 24 kilometr məsafədə yerləşir. Əhali 157 nəfərdir (2014). 1985-ci ildə arxeoloji qazıntılar zamanı burada yerləşən kilsə ərazisində bir neçə stela tapılmışdır ki, onların birində gürcü əlifbasının erkən nümunələri təsvir edilmişdir.
Dejavü
Dejavü (fransızcadan tərcüməsi artıq görülmüş) — ilk dəfə baş verən hadisəni daha əvvəl gördüyümüz və yaşadığımız, ilk dəfə gedilən yerdə artıq bir dəfə olduğumuz hissini oyandıran illüziya deməkdir. Dejavünü qısaca olaraq “xəbərsiz tanışlıq” kimi xarakterizə etmək olar. Bu tanışlıq adətən qorxu, yadlıq və qəribəlik hissləri ilə müşayət olunur. Dejavü bütün yaş qruplarına aid insanlara təsir göstərir, lakin daha çox yeniyetmələr və gənclər (15-25 yaş arası) bu hissə qarşı həssasdırlar. Dejavü bir çox hallarda “gələcəyi xatırlamaq” kimi təsvir edilir və bu məşhur fenomen sağlam insanların 97 faizində ən azı bir dəfə yaşanmışdır. Bu hissi təsvir etmək çox çətindir. Bu halla qarşılaşan insanlar bəzən özlərini fövqəlgücə sahib hesab edirlər. Lakin bu hal tibbə məlumdur və elmi dildə beynin bu reaksiyasına dejavü deyilir. Dejavünun tərsi jamevudur. Yaşadığın hadisələri heç vaxt yaşamamış kimi hiss etməyə jamevu deyilir.
Dəvəotu
Dəvəotu (lat. Corispermum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi.
Death
Death — 1983-cü ildə 16 yaşındakı gitarist/vokalist Chuck Schuldiner, gitarist Rick Rozz və vurma alətlərdə Barney `Kam` Lee olmaqla Florida, Amerikada qurulan death metal qrupu. Qrupun ilk adı Mantas idi, amma daha sonra dəyişdirərək Death qərarını aldılar. Qrup Venom və Slayer'dan təsirlənmişdi amma fərqli bir şey etmək niyyətində idilər və Chuck`ın sərt vokalını istifadə etməyə qərar verdilər. 1987-ci ildə çıxardıqları «Scream Bloody Gore» albomu ilə bütün metal musiqi bazarını yerindən oynatdılar. Bu qədər sərt, iti ritmləri və vokalı olan bir musiqiyə insanlar vərdiş etməmişdilər, amma sonra bir çox vokalist Chuck'ın stilini təqlid edib death metal musiqisi hazırlamağa qərar verdilər. 1989-cu ildə əfsanəvi «Leprosy» albomunu çıxardıqları zaman artıq bütün dünya tərəfindən tanınmışdılar. İlk dəfə Amerika xaricinə çıxıb Avropa turnesinə çıxdılar. Albom böyük qalmaqal yaratmışdı. Bütün musiqi bazarı bu yeni musiqi stilini və yaradıcılarını heyranlıqla izləyirdi. 1990-ci il tarixli «Spiritual Healing» və 1991-ci il tarixli «Human» albomları ilə yerlərini yaxşıca sağlamlaşdırmışdılar.
Debat
Debat — özündə mübahisə, müzakirə, ziddiyyət, xüsusilə də Parlamentdə və ya hər hansı bir toplantıda ictimai mövzularla bağlı müzakirəni birləşdirən çəkişmə fəaliyyətidir. Debat interaktiv və müxtəlif əks tərəflərin təmsilçilərindən ibarət müzakirə metodudur. Debat yalnız nəticəni analiz edən deduktiv əsaslandırmadan, yalnız nəyinsə doğru olub olmadığını müəyyən edən faktual mübahisədən və yalnız inandırma taktikalarından ibarət ritorikadan fərqli olaraq, daha geniş anlayışı özündə əks etdirir. Debatda məntiqi davamlılıq, faktların dəqiqliyi və auditoriyaya emosional müraciət inandırma üçün mühüm rol oynayır və məsələni daha üstün kontekstdə və çərçivədə, daha mahircəsinə əsaslandıra bilən tərəf digərini üstələyir. Debatda faktlardan daha çox tərəflərin öz aralarında gəldiyi konsensus və ya birgə formal nəticəyə gəlmə əsas rol oynayır. Formal debat yarışlarında, tərəflərin hər biri üçün keçərli müəyən qaydalar və çərçivə mövcud olur. Debatlar həm siyasi mövzularda rəsmi orqanlarda, parlamentlərdə, həm də elmi və yaradıcılıq məqsədləri ilə keçirilir. Bir incəsənət metodu kimi debatın əsas məqsədi istənilən mövqedə opponentlə bərabər şərtlər altında rasional şəkildə müzakirə aparmaq bacarığının aşılanmasıdır. Debatın müxtəlif formalarının tarixi qədim Yunanıstana gedib çıxsa da, müasir formada debat cəmiyyətlərinin yaranması XVIII əsrdə baş vermişdir. Debat Cəmiyyətləri XVIII əsrin əvvəllərində Londonda yaranmış və tezliklə milli həyatın məşhur armaturuna çevrilmişdir.
Dəvan
Dəvan (fars. دوان) — İranın Fars ostanının Kazerun şəhristanında kənd. 2006–cı il siyahıyaalınmasına əsasən əhalisi 178 ailədə 601 nəfər idi. Əhalisi Dəvani dialektində danışır.
Deşat
Deşat (alb. Vargmali i Deshatit, mak. Дешат) — Albaniya və Şimali Makedoniya sərhəddində yerləşən dağ massivi. Massiv özünün dik zirvələri ilə tanınır. == Ümumi məlumat == Deşat massivi Şar — Korab — Deşat — Stoqovo — Karaorman dağ silsiləsinin bir hissəsidir. Ərazinin ən yüksək zirvəsi Velivardı. Onun hündürlüyü dəniz səviyyəsindən 2369 metrdir. Digər hündür zirvələr Krçin (2345 m), Deli-Senisa (2179 m) və Suva-Varadır (2140 m). Deşat silsiləsi şimaldan Korab silsiləsi ilə, qərbdən və şərqdən Qara Drin, Radika çaylarının vadiləri ilə həmsərhəddir. Radika çayı Deşat massivini Bistra və Stoqovo massivlərindən ayırır.
Cəlaləddin Dəvani
Cəlaləddin Dəvani (fars. جلال‌الدین دوانی‎; 1426, Dəvan, Fars ostanı və ya Kazerun şəhristanı, Fars ostanı – 12 oktyabr 1502, Dəvan, Fars ostanı və ya Kazerun şəhristanı, Fars ostanı) — XV əsr islam filosofu, teoloq, şair. Tam adı Cəlaləddin Məhəmməd ibn Əsəd Siddiqi Dəvani idi. Əllamə Dəvani adı ilə də tanınırdı. Hicri 830-cu ildə Fars əyalətində, Kazerun yaxınlığında yerləşən Dəvan kəndində anadan olmuşdur. == Əsərləri == Əxlaqi Cəlali Ərznamə == Mənbə == В. История Ирана: (10) Ак-Коюнлу, стр. 845 – 846. // Ч. А. Стори. — Персидская литература. Био-библиографический обзор.
Denni DeVito
Daniel Maykl "Denni" De Vito-oğul (ing. Daniel Michael DeVito Jr.; 17 noyabr 1944, Eşberi-Park, ABŞ) — amerikalı aktyor, ssenarist, prodüser və rejissordur. == Həyatı == Denni De Vito 1944-cü ildə ABŞ-də italyan əsilli ailədə anadan olmuşdur. Onun ilk sənəti bərbər olub. De Vito "Uilfred Bərbər Akademiyası"nı bitirmişdir. Film karyerası 1971-ci ildən başlayır. Denni De Vito ilk uğurunu "Ququ quşu yuvasının üzərindən uçarkən" filmində qazanır. 1984-cü ildə çəkilən "Daş ilə roman" filmindən sonra məşhurlaşır. 1985-ci ildən başlayaraq komediya filmlərində çəkilməyə başlayır. 1992-ci ildə öz kinokampaniyasını yaradır ("Jersey Films" kompaniyası).
Rəza Dəğati
Reza Deqati (26 iyul 1952, Təbriz) Rza Diqqəti (26 iyul 1952, Təbriz) — Milli Coğrafiya Cəmiyyətinin Reza ləqəbi ilə tanınan Güney Azərbaycan əsilli fransız fotoqrafı, humanist. == Həyatı == Reza Deqati 1952-ci il 26 iyul tarixində Təbrizdə azərbaycanlı ailəsində dünyaya gəlib. İlk şəklini 14 yaşında çəkən Reza bu fotosunu məktəbdə fəaliyyət göstərən Pərvaz adlı jurnalda yayımlayıb. Daha sonra Tehran Dövlət Universitetində Memarlıq üzrə təhsilini davam etdirən Reza burada fotolar çəkib yaymağa davam edir. Öz fəaliyyətinə görə 22 yaşında şah rejimi tərəfindən 3 il müddətində həbs olunaraq 5 ay işgəncələrə məruz qalır. Həbsdən çıxdıqdan sonra memarlıq təhsilini yarımçıq qoyaraq fotoqraflığa başlayır. Fəaliyyətə İran İnqilabını çəkməklə başlayır. Tezliklə çəkdikləri şəkillər dünyanın bir yerində yayımlanır. Tezliklə o Newsweek jurnalı ilə müqavilə imzalayır. 1979-cu il, 4 noyabr tarixində iranlı tələbələrin Tehranda ABŞ səfirliyində 66 amerikalı daxil olmaqla 99 nəfəri girov götürdükləri vaxt səfirlikdə olan tək jurnalist o olur.
Sokolski debütü
Sokolski debütü — Şahmat termini Bu debütü tədqiq edən və dəfələrlə işlədən Belorusiya şahmatçısının şərəfinə adlandırılmışdır.
Stela Davati
Stela Davati (gürc. დავათის სტელა) — Gürcüstanın Duşeti bələdiyyəsinin Davati kəndində tapılan daş barelyefi. Onun üstündə arxangellər Mikayıl və Cəbrayıl əks olunub, onlar ortada qədim gürcü əlifbası Asomtavruli təsviri olan perqament tutublar. Bu, əlifbanın bu günümüzə qədər qalan ilk təsviridir. Gürcü alimi G. Narsidzenin fikrini görə, Stela Davati eramızın IV—VI əsrlərinə aiddir. კ (K), ტ (T), və ჭ (Ç) hərflərində işarə şəklində qeyd var. R.Ramişvilinin ehtimalına görə, bu müəyyən nömrələrə uyğundur. 5000, 300 və 20 yəni = 5320 (qədim gürcü mətnlərindəki nömrələr hərflərlə işarə olunurdu). Bibliyada dünya xronologiyası eramızdan əvvəl 5604-cü ildən hesablandığını nəzərə alsaq, onda 5604-5320=e.ə. 284-cü il.
Çödükotuyarpaq dəvəotu
İssopyarpaq dəvəotu (lat. Corispermum hyssopifolium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin dəvəotu cinsinə aid bitki növü.
İssopyarpaq dəvəotu
İssopyarpaq dəvəotu (lat. Corispermum hyssopifolium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin dəvəotu cinsinə aid bitki növü.
Reza Deqati
Reza Deqati (26 iyul 1952, Təbriz) Rza Diqqəti (26 iyul 1952, Təbriz) — Milli Coğrafiya Cəmiyyətinin Reza ləqəbi ilə tanınan Güney Azərbaycan əsilli fransız fotoqrafı, humanist. == Həyatı == Reza Deqati 1952-ci il 26 iyul tarixində Təbrizdə azərbaycanlı ailəsində dünyaya gəlib. İlk şəklini 14 yaşında çəkən Reza bu fotosunu məktəbdə fəaliyyət göstərən Pərvaz adlı jurnalda yayımlayıb. Daha sonra Tehran Dövlət Universitetində Memarlıq üzrə təhsilini davam etdirən Reza burada fotolar çəkib yaymağa davam edir. Öz fəaliyyətinə görə 22 yaşında şah rejimi tərəfindən 3 il müddətində həbs olunaraq 5 ay işgəncələrə məruz qalır. Həbsdən çıxdıqdan sonra memarlıq təhsilini yarımçıq qoyaraq fotoqraflığa başlayır. Fəaliyyətə İran İnqilabını çəkməklə başlayır. Tezliklə çəkdikləri şəkillər dünyanın bir yerində yayımlanır. Tezliklə o Newsweek jurnalı ilə müqavilə imzalayır. 1979-cu il, 4 noyabr tarixində iranlı tələbələrin Tehranda ABŞ səfirliyində 66 amerikalı daxil olmaqla 99 nəfəri girov götürdükləri vaxt səfirlikdə olan tək jurnalist o olur.
Ponsiani debütü
Ponsiani debütü — Şahmat termini. İlk dəfə XVIII əsrdə italyan nəzəriyyəçisi tətbiq etmişdir.
Reti debütü
Reti debütü — Şahmat termini. Nəzəri cəhətdən yaradan və onu sistematik olaraq praktikasında tətbiq edən çex qrosmeysterinin şərəfinə adlandırılmışdır.
DEVA
Demokratiya və Sıçrayış Partiyası (türk. Demokrasi ve Atılım Partisi) və ya qısaca DEVA — Türkiyədə keçmiş Baş nazir müavini Əli Babacan tərəfindən yaradılmış siyasi partiya. == Tarixi == Partiyanın adı və quruluş sənədi 9 mart 2020-ci il tarixində Türkiyə Daxili İşlər Nazirliyinə verilmişdir. Partiyanın təqdimat toplantısı 11 mart 2020-ci il tarixində keçirilmişdir. Təsisçilər heyətinin birinci toplantısında Əli Babacan səs çoxluğu ilə partiyanın sədri seçilmişdir. == Siyasət == Əli Babacan 11 mart 2020-ci il tarixində partiya proqramını açıqladığı toplantıda parlamentli sistem, hüququn üstünlüyü, mətbuat azadlığı, qadın hüquqları, peşəkar orduya keçid, kürd məsələsinin həlli, qaçqın probleminin həlli mövzularına toxunacaqlarını bildirmiş, Türkiyənin xarici siyasətində Atatürkün "Yurdda sülh, cahanda sülh" prinsipinə əsaslanan yeni bir konsepsiyanı mənimsəyəcəyini vurğulamışdır. == Rəmzlər == Partiyanın məcəlləsinə görə rəsmi abreviaturası "DEVA", simvolu isə su damcısı və "DEVA" yazısıdır. Partiyanın abreviaturası olan "DEVA" türk dilindən tərcümədə "əlac" və ya "dərman" deməkdir. == Təsisçi heyət == Partiyanın təsisçiləri arasında Türkiyə Böyük Millət Məclisi deputatı Mustafa Yenəroğlu, keçmiş Ədalət naziri Səədullah Ərgin, keçmiş Balıkesir meri Əhməd Ədib Uğur, keçmiş Elm, Sənaye və Texnologiya naziri Nihad Ərgün və keçmiş Dövlət naziri Selma Aliyyə Kavaf var.
Cevat Selam
Cevat Çobanlı
Cevat Çobanlı (türk. Cevat Çobanlı; 14 sentyabr 1870, Konstantinopol – 13 mart 1938, İstanbul) — Osmanlı ordusunun hərbi komandiri, Osmanlı İmperiyasının Müharibə naziri və Türk ordusunun generalı olmuşdur. == Həyatı == 1870-ci ildə İstanbulda Şakir Paşanın və Əminə xanımın ailəsində doğulmuşdur., İstanbul – ö. 13.03.1938 === Hərb təhsili === Qalatasaray Liseyi bitirdikdən sonra 1888-ci ildə daxil olduğu Hərbi məktəbi 1891-ci ildə leytenant rütbəsi ilə bitirmişdir. 1892-ci ildə daxil olduğu Hərbi akademiyanı 1894-cü ildə kapitan rütbəsi ilə bitirmişdir. 1894–1900 illəri arasında "Sultan Yaveri" adı ilə Maiyet-i Şeriye Ərkani Hərbində xidmət etmişdir. Eyni zamanda, zəlzələrdən zədələnmiş hərbi binalarını təmir etməyə çalışırdı. 1895-ci ilin 26 avqustunda Orleanda təşkil edilən Fransız ordusunun manevrlərində iştirak etmək üçün Parisə getdi. Burada dörd il qaldıqdan sonra 1899-cu ilin 7 fevralında Bolqarıstana və elə həmin ildə Haaqada təşkil edilən Silahların Qadağan olunması-Silahsızlanma Konfransına göndərildi. 1905-ci ildə Ədirnə rəhbərliyinin tərkibində Tophane-i Amiredəki müəssisədə xidmət etmişdir.
Death Billiards
Death Parade (yaponca: デス・パレード, Hepbörn: Desu Parēdo) — Yuzuru Taçikava tərəfindən yaradılan, Madhouse istehsalı, 2015-ci ildə çıxan anime serialı. O, əvvəldən Madhouse tərəfindən Cavan Cizgiçilər Öyrənmə Layihəsi üçün çəkilən və 2013-cü ilin martın 2-də çıxan Death Billiards (デス・ビリヤード, Desu Biriyādo) adlı qısametrjı animesinin əsasında yaradılıb. == Məzmun == Yer üzündə iki nəfər eyni zamanda ölən zaman, onlar hakim olan barmenlərin sirli barlarına göndərilir. Onlar orada həyatlarının aslı olduğu "Ölüm Oyunları"nda iştirak etməlidir. Oyunların nəticələri onların vəziyyətinin sirrini və onların taleyinin gələcəyini açığlayır. Hakimlər onları mühakimə etdikdən sonra, insanlar ya reinkarnasiya, ya da boşluqa sürgün olunur.
Death Note
Death Note (デスノート, Desu Nōto, azərb. Ölüm dəftəri‎) — Tsuqumi Oba (yazıçı) və Takeşi Obata (rəssam) tərəfindən yaradılmış 13 cildlik manqa və eyni adlı anime serial, bir neçə tam metrajlı və bədii film, ranobe və videooyunlar. Manqanın 108 fəsili əvvəldən Shueisha nəşriyyatın tərəfindən çap edilən Weekly Shōnen Jump jurnalında 2003-cü ilin dekabr ayından bəri 2006-cı ilin may ayına gədər nəşr edilmişdir. Bundan əlavə, manqa Yaponiyada 12 cild tankobon şəkildə 2004-cü ilin may ayından bəri 2006-cı ilin oktyabr ayına qədər çap edilmişdir. == Məzmun == Orta məktəb şagirdi 17 yaşlı Yaqami Layt (yap. 夜神 月; bəzi tərcümələrdə Layt Yaqami ing. Light Yagami) Ryuk adlı ölüm tanrısının əyləncə xatirinə dünyaya atdığı Death Note adlı dəftəri tapır. Kimin adı bu dəftərə yazılsa həmin adam 40 saniyə içində ölür. Ancaq gərək adı yazarkən həmin insanın üzünü də xəyalından keçirəsən. Bundan əlavə həmin dəftərə bir dəfə də olsun ad yazan şəxs öldüyü zaman nə cənnətə, nə də cəhənnəm gedir.
Death Parade
Death Parade (yaponca: デス・パレード, Hepbörn: Desu Parēdo) — Yuzuru Taçikava tərəfindən yaradılan, Madhouse istehsalı, 2015-ci ildə çıxan anime serialı. O, əvvəldən Madhouse tərəfindən Cavan Cizgiçilər Öyrənmə Layihəsi üçün çəkilən və 2013-cü ilin martın 2-də çıxan Death Billiards (デス・ビリヤード, Desu Biriyādo) adlı qısametrjı animesinin əsasında yaradılıb. == Məzmun == Yer üzündə iki nəfər eyni zamanda ölən zaman, onlar hakim olan barmenlərin sirli barlarına göndərilir. Onlar orada həyatlarının aslı olduğu "Ölüm Oyunları"nda iştirak etməlidir. Oyunların nəticələri onların vəziyyətinin sirrini və onların taleyinin gələcəyini açığlayır. Hakimlər onları mühakimə etdikdən sonra, insanlar ya reinkarnasiya, ya da boşluqa sürgün olunur.