Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Benisa
Benisa (isp. Benisa) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 69,71 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 13369 nəfərə çatmışdır. == Qalereya == == Həmçinin bax == Marina-Alta Denia Xavea == İstinadlar == == Xarici keçidlər == Página oficial del Ayuntamiento de Benisa Arxivləşdirilib 2011-07-23 at the Wayback Machine Índice estadístico de Benisa.
Deniya
Denia (isp. Denia) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Marina-Alta ərazisinin 66.2 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 42704 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 100 km uzaqlıqda yerləşir. == Qalereya == == Həmçinin bax == Marina-Alta Xavea Kalpe == İstinadlar == == Xarici keçidlər == Rəsmi səhifə Ayuntamiento de Denia Portal Turístico de Denia Índice Estadístico Municipal de Denia.
Deşima
Deşima adası (yap. 礼文島, nid. Desjima) — Naqasaki körfəzindəki yelpik şəkilli süni ada (Yaponiya). Ada əvvəlcə portuqallar üçün bir anbar və ötürmə nöqtəsi olaraq inşa edildi. 1641–1853-cü illərdə Sakoku adı ilə tanınan Yaponiyanın təcrid dövründə ada Yaponiyadakı yeganə Hollandiya ticarət limanı idi. == Tarixi == Əvvəlcə süni adanın inşasına portuqaliyalı tacirlər üçün ticarət və malların saxlanma yeri olaraq syoqun İemisunun sifarişi ilə 1634-cü ildə başlanılmışdır. 1637-ci ildə Simabarda qiyam baş verdi. Bu qiyamda yapon xristianları fəal iştirak etdilər. Bundan sonra Yaponiyada xristianlığın artan təsirindən həyəcanlanan syoqunat bütün avropalıları ölkədən qovmaq qərarına gəldi. 1639-cu ildə syoqun Portuqaliyanı Yaponiyadan və müvafiq olaraq Deşimadan tamamilə qovdu.
Keşniş
Keşniş (lat. Coriandrum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Denia
Denia (isp. Denia) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Marina-Alta ərazisinin 66.2 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 42704 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 100 km uzaqlıqda yerləşir. == Qalereya == == Həmçinin bax == Marina-Alta Xavea Kalpe == İstinadlar == == Xarici keçidlər == Rəsmi səhifə Ayuntamiento de Denia Portal Turístico de Denia Índice Estadístico Municipal de Denia.
Denis
Denis — kişi adı. Bu adı olan tanınmışlarDenis Qolovanov — Rus tennisçi. Denis Rader — dünyanın ən məşhur və ən təhlükəli qatillərindən biri. Denis Suarez — Barselona FK oyunçusu. Denis Lou — şotland veteran futbolçu.
Despina (peyk)
Despina (lat. Despœna;yun. Δέσποινα) və ya Neptun V — Neptunun üçüncü ən yaxın daxili peyki. Peykə Poseydonnun və Demetranın qızı olan nimfa Despinanın adı verilib. Despina Voyager 2 zondu tərəfindən çəkilən şəkillərdən 1989-cu il iyulun sonlarında aşkar edilmişdir.Peyk müvəqqəti olaraq S/1989 N 3 adlandırılmışdır.Kəşf 2 avqust 1989- cu ildə açıqlanmışdır.Peyk 16 sentyabr 1991-ci ildə adlandırılmışdır. Despina düzənsiz formalaşır və hər hansı geoloji dəyişikliklərin əlamətinin olmadığını göstərir.Çox güman ki, bu peyk, Neptunun orijinal peyklərinin hissələrinin yenidən biləşərək əmələ gətirdikləri dağıntılardan ibarət bir yığndır. Despinanin orbiti Talassanın orbitindən kənarda və yalnız Neptunun halqaları daxilində hərəkət edir.Despinanın radiusu Neptunun sinxron orbital radiusundan aşağıda olduğundan,o nəhəg yavaşlama ilə içəriyə doğru spiralvari dolanır və ola bilsin ki sonda Neptunun atmosferinə təsir göstərsin.
Despina Olimpiu
Despina Olimpiu (Yunanca: Δέσποινα Ολυμπίου) — 1975-ci ildə anadan olan Kiprli müğənni. Despina Olimpiu 2013 Avroviziya Mahnı Müsabiqəsində Kipri "An Me Thimasai" mahnısı ilə təmsil edib.
Dərnişan (Sərdəşt)
Dərnişan (fars. دارنشان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Əkin keşnişi
Əkin keşnişi (lat. Coriandrum sativum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin keşniş cinsinə aid bitki növü. Birillik ot bitkisi olub, sıra ilə düzülmüş uzun saplaqlı və yumurtaşəkilli yarpaqlara malikdir. Çiçək tacı çəhrayı rəngdədir. == Botaniki təsviri == Keşniş bitkisi kök boğazı ətrafında birbirinə yaxın sıx, lakin növbə ilə düzülmüş yarpaq qrupları əmələ gətirir. Tez yetişən sortları zəif, gec yetişənləri isə qüvvəli yarpaqlar əmələ gətirir. Bitkisi silindrik, üzəri qabırğalı, torpaq səthində düz duran, yaxud dirsəkvarı buğumlu, əyilmiş gövdəli olur. Hündürlüyü şəraitdən asılı olaraq 130 sm və daha artıq olur. Xırda, bir evli, ikicinsli çiçəkləri mürəkkəb çətir şəklində gövdəsinin başında yerləşir. Çiçəkləri ilk öncə sadə çətirli, sonra isə 3-5-ci sıralarında baş gövdə və budaqların uclarında yerləşən mürəkkəb çətir əmələ gətirir.
Denise Bilmann
Denise Bilmann (11 dekabr 1962, Sürix) — İsveçrəli Fiqurlu konkisürmə ustası, idmançı. == Həyatı == Denise Bilmann 1981-ci ildə Avropa və Dünya çempionu olmuşdur və 3 dəfə İsveçrə dünya çempionatında qızıl medal almışdır. Bir yarışmada üçlü lutz atan ilk qadın Fiqurlu konkisürmə ustasıdır. İlk dəfə 1978-ci il Avropa çempionatında çıxış etmişdir. 1980-ci il qış olmiyasında sərbəst proqramı birinci tamamlayıb, toplamda dördüncü sırada yer almışdır. Billmann dönüşünə adını verən idmançıdır. Denise Bilmann bu dönüşü tapmamış ancaq dönüşün tanınmasına yardımçı olmuşdur.
Dennis Berqkamp
Dennis Nikolas Mariya Berqkamp (nid. Dennis Nicolaas Maria Bergkamp; 10 may 1969, Amsterdam) — niderlandlı keçmiş futbolçu, futbol məşqçisi. Berqkamp ilk dönəmlərdə yarımmüdafiəçi kimi çıxış etmiş, ancaq sonralar hücumcu kimi oynamağa başlamışdır. Keçmiş niderlandlı futbolçu Yan Mulder bildirib ki, Berqkamp tarixdə "ən texnikalı niderlandlıdır". Onun keçmiş tərəfdaşı Tyerri Anri isə bildirib ki, Berqkamp "xəyalların hücumçusudur".Berqkamp peşəkar karyerasına 1986-cı ildə yetirməsi olduğu "Ayaks"da başlayıb. 1993-cü ildə İtaliyanın "İnter Milan" klubuna keçib. Burada o, çoxda uğurlu olmayan 2 mövsüm keçirib. 1995-ci ildə İngiltərənin "Arsenal" komandasına transfer olunub. "Topçuların" heyətində üç dəfə İngiltərə çempionatının, dörd dəfə isə Federasiya Kubokunun qalibi olub. Berqkamp eyni zamanda 2006-cı ildə "Arsenal" klubu ilə Çempionlar liqasının finalına vəsiqə qazanıb, bu oyun onun karyerasında sonuncu oyun kimi də yadda qalıb.
Dennis Hacikaduniç
Dennis Hacikaduniç (9 iyul 1998-ci ildə anadan olub) — Rusiya Premyer Liqası təmsilçilərindən olan Rostov klubunda müdafiənin mərkəzi cinahında çıxış edən peşəkar İsveç futbolçusudur. == Karyerası == === Klub karyerası === Dennis Hacikaduniç 10 oktyabr 2016-cı ildə Malmö klubu ilə müqavilə imzalamışdır. Hacikaduniç öz peşəkar karyerasında debütünü Malmö klubu ilə 30 oktyabr 2016-cı ildə etmişdir. O, Gefle klubu ilə qarşılaşmada Kari Arnasonu əvəz etmiş və 24 dəqiqə meydanda mübarizə aparmışdır. 12 iyul 2018-ci ildə Dennis Rusiya Premyer Liqası təmsilçilərindən olan Rostov klubu ilə 5 illik müqavilə imzalamışdır.
Dennis Lyold
Dennis Lyold (ivr. ‏ניר טיבור‎‏‎;19 iyun 1993, Tel-Əviv) — İsrail musiqiçisi, prodüser, müğənni, mahnı müəllifi və çox instrumentalistdir. Onun 2016-cı ildə çəkilən "Nevermind" adlı mahnısı Almaniya, İsveçrə, Kanada, Birləşmiş Krallıq və ABŞ da daxil olmaqla bir sıra ölkələrdə qrafik çəkmiş və İtaliya, Kanada, Almaniya və İsveçrədə platin mükafatına sahib olmuşdur.
Dennis Qabor
Dennis Qabor (5 iyun 1900[…], Budapeşt, Macarıstan krallığı, Avstriya-Macarıstan – 8 fevral 1979[…], London) — Macar əsilli ingilis fiziki, 1971-ci ildə Fizika üzrə Nobel mükafatı sahibi
Dennis Ritçi
Denis Macalistair Ritçi (ing. Dennis MacAlistair Ritchie; 9 sentyabr 1941[…] – 12 oktyabr 2011[…]) — kompüter mütəxəssisi, BCPL, B, C proqramlaşdırma dillərinin və UNIX və Multics əməliyyat sistemlərinin işlənməsində iştirakına görə tanınır. == Həyatı == Ritçi 9 sentyabr 1941-ci ildə Nyu Yorkun Bronksvill qəsəbəsində anadan olub. Atası Alister Ritçi Bell Labs şirkətində alim kimi işləyirdi. O ailəsi ilə Nyu Cersi ştatının Sammit şəhərinə köçüb. Və orada Sammit orta məktəbini oxudu. Ritçi Harvardda fizika və tətbiqi riyaziyyat üzrə bakalavr təhsili alıb. 1967-ci ildən Bell Labs şirkətində işləməyə başlayıb.
Dennis Tito
Dennis Tito (8 avqust 1940, Kuins, Nyu-York) — milyonçu, dünyanın ilk kosmos turisti. == Həyatı == 1940-cı ildə avqustun 8-də ABŞ-də Nyu-York şəhərində doğulmuşdur. kosmik turizm şirkəti Space Adventures, Tito şirkəti ilə razılaşdırma yolu ilə, 28 aprel 2001-ci ildə Soyuz TM-32 missiyasına qoşulub, 7 gün, 22 saat, 4 dəqiqə yer üzündə və 128 dəfə yer üzündə orbitə çıxdı. Tito, onun şirkət və iş üçün faydalı olacağını söylədiyi bir neçə elmi təcrübəni reallaşdırdı.
Zenisa Universiteti
Zenisa Universiteti (bosn. Univerzitet u Zenici) — Bosniya və Herseqovinanın Zenisa şəhəri ərazisində yerləşən dövlət universiteti. Universitet 18 oktyabr 2000-ci ildə Sarayevo Universitetinin bəzi fakultələrinin onun tərkibindən çıxarılıb Zenisaya köçürülməsindən sonra təşkil olunmuşdur. Universitetdə 6000 tələbə təhsil alır. Təhsil ocağı 135 professor və 210 müllimlə fəaliyyət göstərir. 2013-cü ildə universitetdə birinci dövr ərzində 26 tədris proqramı və ikinci tədris dövründə 39 tədris proqramı təşkil edilmişdir. Universitetin rektoru Damir Kuçiçdir. == Tarixi == Zenisa Universitetinin sələfi 1950-ci ildə qurulan Metallurgiya kollecidir. Təhsil ocağı 1961-ci ildə Sarayevo Universitetinin Metallurgiya fakültəsinə çevrilmişdir. Sonradan Zenisada Universitetin bir çox fakültələri meydana gəlmişdir.
Ərnisa (Urmiya)
Ərnisa (fars. ارنسا‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 182 nəfər yaşayır (60 ailə).
Despina (Neptunun peyki)
Despina (lat. Despœna;yun. Δέσποινα) və ya Neptun V — Neptunun üçüncü ən yaxın daxili peyki. Peykə Poseydonnun və Demetranın qızı olan nimfa Despinanın adı verilib. Despina Voyager 2 zondu tərəfindən çəkilən şəkillərdən 1989-cu il iyulun sonlarında aşkar edilmişdir.Peyk müvəqqəti olaraq S/1989 N 3 adlandırılmışdır.Kəşf 2 avqust 1989- cu ildə açıqlanmışdır.Peyk 16 sentyabr 1991-ci ildə adlandırılmışdır. Despina düzənsiz formalaşır və hər hansı geoloji dəyişikliklərin əlamətinin olmadığını göstərir.Çox güman ki, bu peyk, Neptunun orijinal peyklərinin hissələrinin yenidən biləşərək əmələ gətirdikləri dağıntılardan ibarət bir yığndır. Despinanin orbiti Talassanın orbitindən kənarda və yalnız Neptunun halqaları daxilində hərəkət edir.Despinanın radiusu Neptunun sinxron orbital radiusundan aşağıda olduğundan,o nəhəg yavaşlama ilə içəriyə doğru spiralvari dolanır və ola bilsin ki sonda Neptunun atmosferinə təsir göstərsin.
Olivera Despina Xatun
Olivera Despina Xatun (1372 – 1444) — 4-cü Osmanlı sultanı İldırım Bəyazidin xanımı və Serbiya knyazı Lazar Xrebelyanoviçin qızı. == Həyatı == 1372-ci ildə dünyaya gəldiyi ehtimal olunur. Atası Serbiya knyazı Lazar Xrebelyanoviç, anası isə kraliça Militsadır. Ailəsinin altıncı övladı olan Oliveranın yolu Osmanlılarla ilk dəfə 1389-cu ildə baş tutan Birinci Kosovo döyüşündə kəsişdi. Belə ki, qəti Osmanlı qələbəsiylə nəticələnən döyüş əsnasında atası həlak olmuş, Osmanlı sultanı Murad Hüdavəndigar isə serb əsilzadəsi Miloş Obiliçin tərtiblədiyi sui-qəsdlə qətlə yetirilmişdi. Atasının ölümündən sonra hakimiyyəti ələ alan anası kraliça Militsa və qardaşı Stefan hakimiyyəti əllərində saxlamaq üçün Osmanlı təbəəliyini qəbul etməyə məcbur oldular. Yenicə taxta çıxan Osmanlı sultanı İldırım Bəyazidlə aparılan danışıqlar nəticəsində 1391-ci ildə tərəflər arasında sülh bağlandı. Sülhün şərtlərinə görə, Serbiya knyazlığı Osmanlı təbəəliyini qəbul etdi və illik xəracla tələb olunduğu halda əsgər göndərməyi öhdəliyinə götürdü. Bunun qarşılığında isə Osmanlılar daha öncə fəth olunan Səməndirə qalası və ətrafını serblərə geri verdilər. Sülhün təminatı olaraq isə yeni knyaz Stefan Lazareviçin bacısı olan Olivera Despina Osmanlı sultanıyla evləndirildi.
Baccharis densa
Baccharis densa (lat. Baccharis densa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Banksia densa
Banksia densa (lat. Banksia densa) — bitkilər aləminin proteyaçiçəklilər dəstəsinin proteyakimilər fəsiləsinin banksiya cinsinə aid bitki növü.
Denis Adeyev
Denis Adeyev (d. 14 dekabr 1997) — Rusiyalı üzgüçü. Denis Adeyev Rusiyanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Denis Adeyev birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 5 km məsafəyə açıq hovuz üzgüçülüyü yarışlarında iştirak etdi. 53:43.6 saniyəlik nəticə ilə 25-ci yeri tutdu və yarışı başa vurdu.
Desna çayı
Desna çayı (ukr. Десна) — Şərqi Avropada çay. Rusiya və Ukrayna ərazilərindən keçir. Dnepr çayının sol qolunu təşkil etməklə yanaşı həmdə onun ən böyük qoludur. Çayın uzunluğu 1130 km təşkil edir. Novqorod-Sevenski şəhərinə qədər 535 km məsafədə naviqasiya üçün yararlıdır. Daimi naviqasiya isə Jukovka şəhərinə qədərdir. Hövzəsinin sahəsi 88, 9 km²-dir. == Adının mənası == Adının mənası q.slav. дєснъ — "sağ" deməkdir.