Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xlebnıy adası
Xlebnıy adası — Şimal Torpağı adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. == Yerləşməsi == Kara dənizində, Oktyabr İnqilabı adasından 4,5 km aralıda yerləşir. Universitetski buzlağının girişindədir. Xlebnıy adasından şimal-qərbdə axipelaqa aid digər adalar yerləşir:Sverdlov adası, Nezametnıy və Xitrıy. == Təsviri == Ada cənubdən şimala 700 m məsafədə uzanır. Eni 300 metrdir. Adada ən böyük yüksəklik 30 metrdir. Mərkəzi hissədə geodeziya məntəqəsi yerləşir.
Zmeynıy adası
Zmeynıy (ukr. острів Зміїний, rum. insula Şerpilor, q.yun. Λευκός, yun. Φίδονισι, türk. Yilan Adası) — Qara dənizdə yerləşən və Ukraynaya mənsub olan ada. İnzibati cəhətdən isə Odessa vilayətinin Kiliyski rayonu ərazisində yerləşir. Adada yerləşən Beloe qəsəbəsi rəsmi statusa malikdir və burada poçt, muzey və ayrıca bank fəaliyyət göstərir. 2007 ildə adada provaslav kilsəsinin tikintisi planlaşdırılmışdır. Zmeynıy adası uzun zaman BMT məhkəməsində mübahisə predmeti olaraq qalırdı.
Eleni Fureyra
Eleni Fureyra (yun. Ελένη Φουρέιρα; d. 7 mart 1987, Fieri, Albaniya) və ya doğum adı ilə Entela Fureray — Yunanıstan müğənnisi, aktrisası, rəqqasəsi və modelyeri. O, öz musiqi karyerasına 2007-ci ildə Mystique qrupunun üzvü olaraq başlamışdır. 2009-cu ildə Fureyra qrupdan ayrılaraq solo karyerasına başlamışdır. Eleni Fureyra 2010-cu ildə Yunanıstanın Universal Music Greece albom şirkəti ilə anlaşma imzalamışdır. Həmin ildə ifaçının öz adını verdiyi debüt albomu işıq üzü görmüşdür. O, daha sonra Minos EMI albom şirkəti ilə yeni anlaşma əldə etmiş və ardınca 2012 və 2014-cü illərdə Fureyranın Ti poniro mou zitas və Anemos agapis studiya albomları satışa buraxılmışdır. Hər iki albom Yunanıstanda və Kiprdə uğur qazanmışdır. 2015-ci ildə Fureyranın Minos EMI şirkəti ilə müqaviləsinin vaxtı sona çatdıqdan sonra ifaçı Panik Records şirkəti ilə anlaşma imzalamışdır.
Eratosfen ələyi
Eratosfen ələyi(sieve of Eratosthenes,решето Эратосфена,Eratosthenes eleği)-sadə ədədlərin (təkcə 1-ə və özünə qalıqsız bölünən ədədlərin) axtarışı üsulu. Qədim Yunanıstanda işlənmiş Eratosfen ələyindən kompüterin, yaxud proqramlaşdırma dilinin işləmə sürətini müəyyənləşdirəndə etalon testi kimi istifadə olunur. Bu üsul yoxetmə prosesinə əsaslanır. 2-dən başlamaqla və ədədi öz mövqeyində saxlamaqla proses aşağıdakı kimi gedir: 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 2-dən başlayaraq bütün cüt ədədlər (2-nin misilləri) yox edilir:2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 3-dən başlayaraq 3-ün misli olan bütün ədədlər yox edilir:2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 Proses verilmiş ədədlər sırasında ən böyük ədədin kvadrat kökündən böyük olan ədədədək davam etdirilir. Bu halda növbəti ədəd olan 5 sıranın ən böyük ədədi olan 20’nin kvadrat kökündən böyükdür, deməli, proses dayandırılmalıdır. Yerdə qalan bütün yox edilməmiş ədədlər sadədir: 2, 3, 5, 7, 11, 13,17 və 19. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 770 s.
Oleniy (Kara dənizi)
Oleniy — ada Kara dənizində, Qdansk yarımadasından şimalda yerləşir. Sahəsi 1197 km² təşkil edir. İnzibati cəhətdən Yamalo-Nenets Muxtar Dairəsi ərazisinə daxildir. Böyük arktik qoruğu ərazisini təşkil edir. Materikdən dayaz Oleniy boğazı ilə ayrılır. Boğazın eni 2 km-dir. Adanın relyefi düzənlikdir. Burada göllər vardır. Ada əsasən Mamır, Şibyə və Tundra otları ilə örtülür.
Bolşoy Oleniy (Barens dənizi)
Bolşoy Oleniy — ada Murmansk vilayətinin Kola rayonu ərazisində yerləşir. Barens dənizinin sahilində qərarlaşır. Ada materikdən Bolşoy Oleniy boğazı ilə ayrılır. Adada eyni adlı qəsəbə vardır. 2010-cu ilə olan məlumata görə qəsəbədə cəmi 6 nəfər yaşayır.
Bolşoy Oleniy (Kola körfəzi)
Bolşoy Oleniy — Murmansk vilayətinin Kola rayonu ərazisinə yerləşir. Yaxınlığında Yekaterininski, Srednı Oleniy və Malıe Oleniy vardır. Ada Barens dənizinin Kola körfəzi ərazisində qərarlaşır. Ada ərazisi qoruğa daxildir, bu səbəbdən qorunur. 1910-cu ildə adada mayak quraşdırılmışdır. Adada 1950–2006 illərdə Mayak Bolşoy Oleniy qəsəbəsi mövcud olmuşdur. == İstinadlar == == Mənbə == Клюге Г. А. Письмо в Главнауку о заповедании Большого Оленьего острова. 1928 г. /. // Гос.
Malıy Oleniy (Murmansk vilayəti)
Malıy Oleniy — ada Murmansk vilayətinin Kola rayonu ərazisində yerləşir. Barens dənizinin sahilində qərarlaşır. Ada materikdən Bolşoy Oleniy boğazı ilə ayrılır. Adada eyni adlı qəsəbə vardır. Əvvəllər Blijnı Oleniy və ya Alman Oleniyi adlandırılırdı. == Coğrafiyası == Ada 7 km uzunluğa, 1.5 km enə malikdir. Maksimal hündürlüyü 121,2 metrdir. Materikdən 510 m enə malik eyni adlı boğazla ayrılır. Qərb qutaracağına yaxın Konsevoy adacığı yerləşir. Sahillərində dalğaların hündürlüyü 4 metrə çatır.
Fuego (Eleni Fureyra mahnısı)
Fuego (azərb. Atəş‎) — Kiprin 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Eleni Fureyra "Fuego" mahnısı ilə Kipri Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı İsveç bəstəkarı Aleks Papakonstantinu və eyni zamanda Qeraldo Sandell, Viktor Svensson, Andej Vretov və Didrik tərəfindən bəstələnmişdir. Papakonstantinu daha öncə 2007-ci ildə Yunanıstanın, 2009-cu ildə Azərbaycanın və 2012-ci ildə Kiprin Avroviziya mahnılarını yazmışdır.