Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rügen
Rügen — Baltik dənizində adadır. Almaniyanın daxilində ən böyük adadır (ümumi ərazi 926 km²). Meklenburq-Ön Pomeraniya federativ vilayətinin tərkibinə daxildir. Əhalisi təxminən 77 min nəfər təşkil edir. == Coğrafiyası == Adanın ümumi forması kifayət qədər əcaibdir, sahillər güclü kəsik-kəsik edilmişdir, onların əyrilikləri bir çox körfəz, körfəz, yarımada və burun yaradır. Rügenin cənub sahili Pomeraniyanın sahilləri boyunca uzanır. Cənubda adanın eni 41 kilometrə çatır, şimaldan cənuba maksimal uzunluğu 52 kilometrdir. Rügenin şimal-şərqində Yasmund (Jasmund) yarımadasında 1990-cı ildə əsası qoyulmuş 3000 hektar sahəsi olan eyni adlı milli park yerləşir. Tabaşirli qayalar Yasmundun ən məşhur simvoludur. Rügenin ən yüksək nöqtəsi — Pikberqdir (161 metr).
Eugen Bernadot
Şahzadə Eugen Bernadot qardaşlarının əksinə olaraq heç vaxt evlənməyib. 1865-ci ildə Stokholmda doğulan Eugen əsasən incəsənətə bağlı biri idi. Oslo Universitetini bitirən şahzadə İtaliya, Misir, Suriya və Osmanlı İmperiyasını gəzmişdi. 1947-ci ildə vəfat edən şahzadənin evi indi muzeydir.
Eugen Fischer
Eugen Fischer (5 iyul 1874, Karlsrue – 9 iyul 1967[…], Frayburq im Breisqau, Baden-Vürtemberq) alman tibb, antropologiya və yevgenika professoru və Nasist Partiyasının üzvü idi. O, Kayzer Vilhelm adına Antropologiya, İnsan İrsiyyəti və Yevgenika İnstitutunun direktoru, həmçinin Berlindəki Frederik Uilyam Universitetinin rektoru olmuşdur. Fişerin ideyaları Nasist Partiyasının alman irqi üstünlüyünə olan inamının düzgünlüyünü ifadə edən 1935-ci il Nürnberq qanunlarını lazımi informasiya ilə təmin etdi. Adolf Hitler 1923-cü ildə həbsxanada olarkən Fişerin əsərlərini oxumuş və özünün “Mein Kampf” (Mənim Mübarizəm) manifestində saf ari cəmiyyəti idealını dəstəkləmək üçün Fişerin qəzəbli fikirlərindən istifadə etmişdir. == Bioqrafiyası == Fişer 1874-cü ildə Karlsruedə, Baden Böyük Hersoqluğunda anadan olub. Berlin, Frayburq və Münhendə tibb, folklorşünaslıq, tarix, anatomiya və antropologiya üzrə təhsil alıb. 1918-ci ildə Frayburq Universitetinin tərkibində olan Frayburq Anatomiya İnstitutuna daxil oldu. 1927-ci ildə Fişer Kaiser Wilhelm Antropologiya, İnsan İrsiyyəti və Yevgenika İnstitutunun (KWI-A) direktoru oldu, bu rolu əvvəlki il Ervin Baur ona tövsiyə etmişdi. 1933-cü ildə Fişer Almaniya universitetlərinin və liseylərinin professorlarının Adolf Hitlerə və Nasional Sosialist Dövlətinə sadiq qalacağına söz verdi. 1933-cü ildə Adolf Hitler onu Berlindəki Frederik Uilyam Universitetinin, indiki Humboldt Universitetinin rektoru təyin etdi.
Eugen Suxon
Eugen Suxon (25 sentyabr 1908[…], Pеzinоk, Bratislava diyarı – 5 avqust 1993[…], Bratislava) — slovak bəstəkar, Slovakiya professional musiqisinin banilərindən biri, ÇSSR xalq artisti (1959), ÇSSR Dövlət Mükafatı laureatı (1951, 1954, 1959). == Həyatı == Eugen Suxon Bratislava konservatoriyasında təhsil almışdır. 1933-cü ildən həmin konservatoriyada pedaqoji fəaliyyətə başlamışdır. İlk əsərləri klassik ənənələrlə bağlıdır (fortepiano üçün "Süita-ballada"). 1920–1930-cu illərdə yaradıcılığına ekspressionizm və klassizmin təsiri olmuşdur. "Karpat torpaq haqqında psalm" (1938), "Kənd simfoniyettası" (1957) əsərlərində xalq musiqisindən istifadə etmişdir. Suxon ilk slovak milli musiqi dramının — "Burulğan"ın (1949) müəllifidir. Digər əsərləri Sayatonluk (1959) operası, skripka ilə orkestr üçün "Fantaziyavə bürlesk" (1948), "Metamorfozlar" (1953) simfonik süitası, xor silsilələri, bir sıra dram tamaşaları, kinofilmlər üçün musiqilər və uşaq musiqisindən ibarətdir.
Ouqen Fişer
Eugen Fischer (5 iyul 1874, Karlsrue – 9 iyul 1967[…], Frayburq im Breisqau, Baden-Vürtemberq) alman tibb, antropologiya və yevgenika professoru və Nasist Partiyasının üzvü idi. O, Kayzer Vilhelm adına Antropologiya, İnsan İrsiyyəti və Yevgenika İnstitutunun direktoru, həmçinin Berlindəki Frederik Uilyam Universitetinin rektoru olmuşdur. Fişerin ideyaları Nasist Partiyasının alman irqi üstünlüyünə olan inamının düzgünlüyünü ifadə edən 1935-ci il Nürnberq qanunlarını lazımi informasiya ilə təmin etdi. Adolf Hitler 1923-cü ildə həbsxanada olarkən Fişerin əsərlərini oxumuş və özünün “Mein Kampf” (Mənim Mübarizəm) manifestində saf ari cəmiyyəti idealını dəstəkləmək üçün Fişerin qəzəbli fikirlərindən istifadə etmişdir. == Bioqrafiyası == Fişer 1874-cü ildə Karlsruedə, Baden Böyük Hersoqluğunda anadan olub. Berlin, Frayburq və Münhendə tibb, folklorşünaslıq, tarix, anatomiya və antropologiya üzrə təhsil alıb. 1918-ci ildə Frayburq Universitetinin tərkibində olan Frayburq Anatomiya İnstitutuna daxil oldu. 1927-ci ildə Fişer Kaiser Wilhelm Antropologiya, İnsan İrsiyyəti və Yevgenika İnstitutunun (KWI-A) direktoru oldu, bu rolu əvvəlki il Ervin Baur ona tövsiyə etmişdi. 1933-cü ildə Fişer Almaniya universitetlərinin və liseylərinin professorlarının Adolf Hitlerə və Nasional Sosialist Dövlətinə sadiq qalacağına söz verdi. 1933-cü ildə Adolf Hitler onu Berlindəki Frederik Uilyam Universitetinin, indiki Humboldt Universitetinin rektoru təyin etdi.
Rügen adası
Rügen — Baltik dənizində adadır. Almaniyanın daxilində ən böyük adadır (ümumi ərazi 926 km²). Meklenburq-Ön Pomeraniya federativ vilayətinin tərkibinə daxildir. Əhalisi təxminən 77 min nəfər təşkil edir. == Coğrafiyası == Adanın ümumi forması kifayət qədər əcaibdir, sahillər güclü kəsik-kəsik edilmişdir, onların əyrilikləri bir çox körfəz, körfəz, yarımada və burun yaradır. Rügenin cənub sahili Pomeraniyanın sahilləri boyunca uzanır. Cənubda adanın eni 41 kilometrə çatır, şimaldan cənuba maksimal uzunluğu 52 kilometrdir. Rügenin şimal-şərqində Yasmund (Jasmund) yarımadasında 1990-cı ildə əsası qoyulmuş 3000 hektar sahəsi olan eyni adlı milli park yerləşir. Tabaşirli qayalar Yasmundun ən məşhur simvoludur. Rügenin ən yüksək nöqtəsi — Pikberqdir (161 metr).
Eugen von Lommel
Oygen Korneli Yozef fon Lommel (19 mart 1837 və ya 1837 – 19 iyun 1899 və ya 1899, Münhen) — Alman fiziki. O Lommel çoxhədlisi, Lommel funksiyası, Lommel-veber Funksiyası və Lommel difereniyal tənlilinə görə diqqətəlayiqdir. O həmçinin Nobel mükafatını qazanan Yohannes Ştarkın doktoral məsləhətçisi olmağı ilə də diqqətəlayiqdir. == Həyatı == Lommel Edenkobendə Palatintda Bavyera krallığında doğuldu. O Münhen Lüdviq-Maksimilian Universitetində riyaziyyat və fizika bölümlərində oxudu (1854-cü və 1858-ci illər).1860-cı ildən 1865-ci ilə kimi Şuiz (Schwyz) əyalət məktəbində fizika və kimya müəllimi olaraq işlədi.1865-ci ildən 1867-ci ilə kimi Sürix ortaməktəbində dərs dedi eyni zamanda,İsveçrə Federal Texnologiya İnstitutunda privatdozent idi həmçinin politexnik məktəbində də.1867-ci ildən 1868-ci ilə qədər,Hohenheim universitetinin professoru təyin edildi. Nəhayət 1868-ci ildə Erlangen universitetinin kafedrasında eksperimental fizikaçı təyin edildi.1886-cı ildə Münhen Lüdviq-Maksimilian Universitetinə qayıtdı.1899-cu ildə vəfat etdi. == Lommelin çalışmaları == Studien über die Besselschen Funktionen, (Leipzig 1868) Wind und Wetter, München (1873) Das Wesen des Lichts, Leipzig (1874) Über die Interferenz des gebeugten Lichts, Erlangen (1874–76) Lexikon der Physik und Meteorologie, Leipzig (1882) Die Beugungserscheinungen geradlinig begrenzter Schirme, München (1886) Die Beugungsrescheinungen einer kreisrunden Öffnung, München (1884) Lehrbuch der Experimentalphysik, Leipzig (8. A. 1902) == Xarici keçidlər == Lommel haqqında ədəbiyyat Almaniya Milli Kitabxanasıdan == İstinadlar == Robert Knott: Lommel, Eugen. In: Allgemeine Deutsche Biographie (ADB). Band 52, Duncker & Humblot, Leipzig 1906, S. 62–65.
Şarl Jülen Brianşon
Şarl Jülyen Brianşon (19 dekabr 1783[…] – 29 aprel 1864[…], Versal) — Fransa riyaziyyatçısı, proyektiv həndəsə sahəsində işləmişdir. Onun adı ilə bağlı Brianşon teoremi (1801) vardır.
Buben
Buben — Musiqi aləti. Buben (rusca Бубен, ukraynca Бубон, slovencə boben, çexcə buben, polyakca bęben) qavala bənzər musiqi alətidir. Buben taxta və ya dəmir halqadan ibarətdir ki bununda tərəflərindən birinin üzərinə sıx şəkildə dəri çəkilmiş olur. (bəzən heçbir dəri olmur). Adətən əldə tutulur və digər ələ vuraraq və ya aləti sarsaraq səs çıxarılır. Bu alətdən adətən xalq musiqisində, orkestrlarda istifadə olunur. Səlib yürüşlərindən bəri Cənubi Avropa musiqisində və 19-cu əsrdən Qərb simfonik və mis musiqisində istifadə edilən qaval Yaxın Şərqdə və Yunan-Roma antik çağında yayılmış qədim zərb alətindən sonra modelləşdirilmişdir (bax: timpan). Toxmaq ilə döyülən oxşar dizaynlı qaval Sibir və Hindistan şamanlarının sehrli aləti kimi xidmət edir.
Büzen
Büzen (fr. Buzeins, oks. Busens) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Severak-le-Şato kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12040. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 32 km şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 184 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 103 yaşında (15-64 yaş arasında) 74 nəfər iqtisadi cəhətdən fəal, 29 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71,8%, 1999-cu ildə 62,2%).
Cəgən
Cəgən (fars. جگن‎) - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 18 nəfər yaşayır (9 ailə).
Degen
Arpad fon Degen (mac. Árpád von Degen; 31 mart 1866 və ya 1866, Bratislava – 30 mart 1934 və ya 1934, Budapeşt) — Macarıstan botaniki. == Elmi fəaliyyəti == Arpad fon Degen toxumlu bitkilər, qıjıkimilər üzrə ixtisaslaşmışdır. 250-dən çox takson təsnif etmişdir. == Əsərləri == Egy új Ajuga fajról: (Ajugæ species nova [A. piskoi].) 1896. Wulfenia Baldaccii: Egy új Wulfenia faj a Balcan-félszigetről (Wulfenia baldaccii: una nueva especie de Wulfenia de la Península.) 1897. Nevezetesebb botanikai felfedezések a Balkán félsziget területéről (Notables descubrimientos botánicos en el territorio de la península de los Balcanes.) 1901. Magyar botanikai lapok (Placas de botánicos húngaros.) 1902. Studien über Cuscuta-Arten (Estudios sobre Cuscuta spp.) 1912. A heréseinket károsító arankákról.
Düren
Düren (alm. Düren‎) — Almaniyanın Şimali Reyn Vestfaliya regionunda şəhər.
Etügen
Fumən
Fumən — İranln Gilan ostanında yerləşən şəhər, Fumən şəhristanının mərkəzi. == Əhali == Əhalisi 27,763, nəfər 7,728 ailədir.
Gugəd
Gugəd — İranın İsfahan ostanının Gülpaygan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,686 nəfər və 2,031 ailədən ibarət idi.
Gürgən
Gürgan və ya Gürgən: Gürgan (Azərbaycan) — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə. Gürgan (İran) — İranın Gülüstan ostanının və Gürgan şəhristanının mərkəzi.
Hagen
Hagen (alm. Hagen‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətinin Amzberq inzibati dairəsində şəhər. Sahəsi 160.4 km2, əhalisi 185 996 nəfərdir (2013).
Haqen
Hagen (alm. Hagen‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətinin Amzberq inzibati dairəsində şəhər. Sahəsi 160.4 km2, əhalisi 185 996 nəfərdir (2013).
Jaqan
Jaqan (pol. Żagań) — Polşada şəhər. == Tarix == 1202-ci ildə ilk dəfə insanlar bu ərazidə məskunlaşmağa başlamışdır. Nəticədə 1280-ci ildə şəhər qurulmuşdur. == İstinadlar == == Xarici keçidlər == Şəhərin saytı.
Queen
Queen – İngiltərə rok qrupu. 1970-ci ildə Smayl qrupunun dağılması ilə Brayan Mey, Rocer Teylor və Freddi Merkuri Londonda Queen qrupunu yaratdılar. Bir il sonra Con Dikonun qrupa daxil olması ilə qrup tamamlanmışdır. 70-ci illərin sonlarında məşhurlaşan qrup indiki dövrə qədər geniş heyran kütləsinə sahibdir. Nə qədər nəzərə alınmasa da qrupun arena rok, qlem rok, hard rok, hevi metal, pop rok kimi tərzlərin inkişafında böyük rolu olmuşdur. 1999-cu ildə Channel 4 tərəfindən keçirilən `Music of the Millenium sorğusunda Queen ən yaxşı ikinci qrup seçilmişdir. Queen qrupunun 18 albomu 18 sinql 8 DVD-si dünya üzrə məşhurluq qazanmış və ən çox albom satan qruplar arasında yerini almışdır. Dünya üzrə 300 milyon albom satmışdır. Bunun 35,5 milyonu ABŞ-də satılmışdır. == Üzvlər == Freddi Merkyuri – solist və pianoçu.
Ququn
Yasaq şəhər və ya Ququn imperator sarayı (Çincə: 紫禁城) — ən gözəl orta əsr saray ansambllarından biridir və Pekinin düz mərkəzində yerləşir. == Tarixi == Hər bir tərəfdən o, hündür şəhər divarları ilə əhatə olunmuşdur, dördkünc qüllələrinə malikdir, divar boyunca su ilə doldurulmuş enli şəhər xəndəyi qazılmışdır. Tikilməyə başladığı 1420-ci ildən düz son Çin imperatorunun taxtdan salındığı 1911-ci ilədək təqribən 500 il ərzində burada Min və Tzin sülalələrinin 24 imperatoru yaşamış və hökmranlıq etmişlər. Bu qədim divarlar çox hadisələrin şahidi olmuşlar. Qədimdə "Yasaq şəhər" adlandırılan Ququnu Min sülaləsi imperatoru Çju Di öz hakimiyyətinin dördüncü ilində tikməyə başalmışdır və bu tikinti 14 il davam etmişdir. Bu orta əsrlər dövrünün ən nəhəng və ən bitkin memarlıq abidəsidir. Ququn sarayında saysız-hesabsız çoxlu pavilyonlar və köşklər həmahəng yerləşmişdir. Rəvayətə görə onların sayı 9995 olub. Bu rəqəm haradandır? Çinlilərin əcdadları hesab edirdilər ki, səmavi hökmdarın 10 minlərlə otağı olmalıdır, özünü səmavi hökmdarın oğlu adlandıran onunla bərabər tutula bilməz.
Quqəd
Gugəd — İranın İsfahan ostanının Gülpaygan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,686 nəfər və 2,031 ailədən ibarət idi.
Çuqun
Çuqun — dəmirin karbonla (2%-dən çox, adətən 3-4.5 % karbon), eləcə də tərkibində müəyyən miqdar manqan (1.5%-dək), silisium (4.5%-dək) və zəhərli qarışıqlar – kükürd və fosfor olan ərintisidir. Bəzən çuquna hər hansı bir xassə vermək üçün ona legirləyici adlanan elementlər – xrom, nikel, silisium, manqan və s. əlavə edilir. Bu cür çuqun legirlənmiş adlanır. Çuqunu domna sobalarında dəmir filizindən alırlar. Çuqun qara metallurgiyanın ən mühüm ilkin məhsuludur. Ondan polad istehsalında xammal kimi və tökmə ərinti kimi istifadə edilir. Müasir maşınqayırmada tökmə çuqunun payına ümumi kütlənin 75%-i düşür. Maşınqayırmada və tikinti qurğularında boz çuqun geniş yayılmışdır. Bəzən domna ferroərintiləri adlandırılan xüsusi Çuqun (domna ferrosilisiumu, ferromanqanı, ayna çuqun və s.) çox məhdud miqdarda əridilir, ondan poladı oksigensizləşdirmək və legirləmək üçün istifadə edilir.
Gülən
Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti. Bu hərəkət "ha-ha-ha" və ya "he-he-he" şəklindəki səslərin yaranması ilə nəticələnir. Gülüşün (qəhqəhənin) yaranması səbəbləri kimi qıdıqlanma formasında kənar mühit amilləri, yumorik hadisə və sözlər, düşüncələr göstərilir. Gülmək sevincin fiziki göstəricisi hesab olunur. Amma insanlar bəzi halldan utanmaq, təəccüblənmək kimi fərqli emosiyalarda belə gülürlər. Bəzən isə nəzakət xatirinə saxta gülüşlər baş verə bilər. İnsanlardan başqa bəzi primatlar da (şimpanze, qorilla, oranqutan) qəhqəhəyə bənzər səslər çıxarırlar. Ən çox sevinc, xoşbəxtlik, rahatlıq və s. kimi bir sıra müsbət emosional vəziyyətlərdə müşahidə olunsa da bəzi hallarda bunun əksinə xəcalət, təəccüb və ya əks duyğu halları zamanı da ortaya çıxa bilir.