Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zatoka
Zatoka (ukr. Затока) — Ukraynanın Odessa vilayətinin Bilqorod-Dnestrovski rayonunda yerləşən şəhər tipli qəsəbə. Məntəqə yerli bir çimərlik kurortudur. Əlavə olaraq, qəsəbədə Buqaz adlı kiçik bir dəniz limanı var. 2017-ci ildə Zatokada 1,869 nəfər yaşayırdı. Qəsəbə Dnestr estuarisinin çayın Qara dənizə axdığı dilində yerləşir. Qəsəbə Odessa şəhərindən 60 kilometr, Bilqorod-Dnestrovski şəhərindən isə 18 kilometr uzaqlıqla yerləşir. == Ərazi bölgüsü == İnzibati və ərazi baxımından Zatoka qəsəbəsi Bilqorod-Dnestrovski şəhər şurasının tərkibindədir. Zatoka qəsəbəsi üç əraziyə – "Limanski", "Solneçi", "Tsentralnıy" rayonlarına bölünmüşdür == Tarixi == Qəsəbənin yaxınlığında Tripol mədəniyyəti dövründən qalma bir abidə yerləşir. Zatoka qəsəbəsinin əsası 1827-ci ildə qoyulmuşdur.
Zamua
Zamua – Azərbaycan ərazisində, mərkəzləşmiş Manna dövlətindən qabaq mövcud olmuş kiçik çarlıqlardan biri. Zamuanın adı ilk dəfə II Adadnerari (e.ə. 911–891) yazılarında zəbt etdiyi dövlətlər sırasında çəkilir. Artıq e.ə. IX əsrin əvvəlində burada bütün Zamuanı, yaxud hər halda onun xeyli hissəsini əhatə edən birləşmə əmələ gəlir, onun başında Daqara vilayətinin tayfa başçısı Nur-Adad dururdu. Daqara vilayətn şimal-şərq və şərq ölkələrinin bir növ qapısı idi, buna görə də assurlar onu işğal etməyə xüsusi maraq göstərirdilər. E.ə. 881-ci ildə Zamua üzərinə yeriyən II Aşşurnasirapal (e. ə. 883–859) məlumat verir ki, zamualılar istilaçıların yolunu kəsmək üçün Babit aşırımında (indiki Dərbəndi Bazian) müdafiə divarı hörmüşlər.
Kaiika maxwelli
Kaiika maxwelli — Pinqvinkimilər (Sphenisciformes) fəsiləsinə daxil olan və vaxtı ilə в Yeni Zelandiya ərazisində yayılmış növ. Bu canlılara aid qalıqlar 1998-ci ildə paleontoloq Fillip Maksvell (Dr. Phillip Maxwell) Vaihao çayı hövzəsində aşkar etmişdir (44,79 °C. e. 171,02° ş. u.). Növ 2011-ci ildə Evam Fordikson (Ewan R. Fordyce) və Daniel Tomas (Daniel Thomas) tərəfindən tətqiq edilərən araşdırılmışdır. Ölçüləri müasir dövrümüzdə yaşayan imperator pinqvininə yaxındır (1,3 m). Onlar Waimanu cinsinə yaxındırlar.
Zima
Zima (rus. Зима) — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir.
Andreas Zampa
Andreas Zampa (13 avqust 1993 Kejmarok, Slovakiya) — Slovakiyalı dağ-xizək idmançısı. Andreas Zampa Slovakiyanı 2014-cü ildə Soçidə təşkil edilən XXII Qış Olimpiya Oyunlarında təmsil etdi. O, slalom və böyük slalom yarışları üzrə iştirak etmişdir. == Karyerası == Andreas Zampa birinci dəfə Olimpiya Oyunlarına 2014-cü ildə qatıldı. O, Soçidə baş tutan XXII Qış Olimpiya Oyunlarında kişilər böyük slalom yarışlarında iştirak etdi. Zampa 2:51.62 saniyəlik nəticəsi ilə 109 atlet arasında 32-ci yeri tutdu.
Nove Zamki
Nove Zamki (slovak. Nové Zámky, alm. Neuhäusel‎, mac. Érsekújvár, türk. Uyvar) — Slovakiyanın cənub-qərbində, Nitra çayının sahilində yerləşir. Əhalisi 42 min nəfərə yaxındır. == Tarix == Nove Zamki 1573—1581-ci illər arasında, Osmanlı İmperiyasına qarşı inşa edilmişdi və o zamanki Avropanın ən müasir qəsri hesab edilirdi.Tədricən qəsr ətrafında şəhər inkişaf etməyə başladı. Osmanlı İmeriyası qəsrə 10 dəfə hücum etmişdi, lakin qələbə qazana bilməmişdi. Yalnız 1663-cü ildə türklər qəsri ələ keçirə bilmişdilər. Bunun səbəbi də qəsr kommendantı Adam Forqahın türk qoşunlarının gücünü hesablamaması səhvi nəticəsində baş vermişdi.
Zaida (opera)
Zaida, KV 344, ( alm. Zaïde‎ Zaide ) - İohann Andreas Schachtner-in librettosunda V.A. Motsartın yarımçıq qalmış opera - singspieli ; 1780-ci ildə bəstələnmişdir. == Yaradılma tarixi == 1778-ci ildə İmperator II İosif komik operanın qurulmasına sifariş verir. Motsart 1779 - cu ildə opera üzərində işləməyə başlamış, lakin tezliklə "İdomen" operasının bəstələnməsinə daha çox diqqət yetirmək üçün fikrindən daşınmış və bir daha bu işə qayıtmamışdır. Tezliklə partitura yoxa çıxır və 1799 - cu ildə Motsartın dul qalmış arvadı Konstans tərəfindən fraqmentlər yenidən tapılır. Finalı İ.A. Andre tərəfindən tamamlanan operanın premyerası 27 yanvar 1866-cı ildə Frankfurtda baş tutur. == İştirak edənlər == Zaida - Soprano Qomats - tenor Allazim - bas Sultan Süleyman - tenor Osmin - bas Zaram, gözətçilərin kapitanı - danışıq rolu Dörd qul - Tenorlar == Tezis == Hadisə XVI əsrdə Türkiyədə baş verir. Sultan Süleymanın xristian əsiri Zaida Süleymanın köləsinə aşiq olur. Bu isə Sultanın qəzəbnə və qısqanclığına səbəb olur. Allazimin köməyi ilə qaçmağa çalışsalar da, heç bir nəticə vermir.
Zamik Rzayev
Zamik Rzayev (Zamik Rzayev Suleyman oğlu; 14 avqust 1989, İliç rayonu) — Azərbaycan Rəssamlıq Akademiyasının Heykəltəraşlıq kafedrasının müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış heykəltaraş == Həyatı == Zamik Rzayev Suleyman oğlu 1989-cu ilin avqust ayının 14-ü Naxçıvan Muxtar Respublikasının, Şərur rayonunda anadan olmuşdur. 1996-cı ildə Bakı şəhərinin Səbail rayonun 51 saylı orta məktəbində təhsilə başlamış, 2005-ci ildə 9 illik təhsilini tamamlamışdır. 2006-cı ildə Əzim Əzimzadə adına rəssamlıq kollecinin heykəltaraşlıq fakültəsinə qəbul olmuş, 2010-cu ildə təhsilini başa vurmuşdur. 2011-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltaraslıq fakultəsinə daxil olmuş, 2015-ci ildə bakalavr təhsilini bitirmişdir. Eyni ildə akademiyanın magistr bölməsinə daxil olmuşdur. 2011-ci ildə "Crescent Beach Hotel" də keçirilən rəsm müsabiqəsində istirak etmişdir. 2007-ci il fevral ayının 2- da Azərbaycan İstiqlal Muzeyində keçirilən "Xocalı — qan yaddaşımız" adlı sərgidə iştirak etmişdir. 2010-cu il martın 30-da Azərbaycan Istiqlal Muzeyində keçirilən "Susa bilmirəm" adli sərgidə iştirak etmişdir. 2008-ci il, may ayının 12-də Azərbaycan Dövlət Flarmoniyasının binasında "İnsan alverinə yox dəyək" devizi altında keçirilən xeyriyyə marafonunda iştirak etmişdir. Dövlət Rəssamlıq Akademiyasının muzeyində keşirilmiş "AZNAR" adlı sərgidə iştirak etmişdir.
Alfred Zampa
Alfred Zampa (12 mart 1905, Selby[d], Kaliforniya – 23 aprel 2000, Tormey[d], Kaliforniya) — Kaliforniyanın bir mahalı olan Qərbi Kontra-Kosta qraflığında əsas körpü inşaatçılarından biri. O, 1905-ci ildə Nyu-Yorkda anadan olub və 2000-ci ildə ölümünə qədər tikinti sənayesində fəal olub. Zampa San-Fransisko körfəz sahəsindəki körpü layihələrində, xüsusilə Qolden Qeyt körpüsü və Karkines körpüsünün tikintisində ön plana çıxmışdır.
Dərviş Zaim
Dərviş Zaimağaoğlu (1964, Famaqusta) — Kiprli türk film rejissoru və prodüseri. == Həyatı == Boğaziçi Universitetində Menecerlik fakültəsində oxumuş (1988), İngiltərə Warwick Universitetində mədəni çalışmalar fakültəsində master dərəcə almışdır (1994). Zaim İstanbulda yaşayır və müxtəlif universitetlərdə kinoşünaslıq dərsləri verir. == Kariyerası == Televiziya rejissorluğu və ssenaristliyi təcrübəsinə sahib olan Dərviş Zaimin bir romanı "Ares möcüzələr diyarında" (1995) çap olunmuşdur. İlk filmi "Tabutta rövaşata" (1996) ilə Türkiyədə və xarici ölkələrdə bir çox mükafat qazanmışdır. "Cənnəti gözləyərkən" rejissorun planlaşdırdığı bir trilogiyanın ilk filmidir. Ənənəvi ən işləmələri sənətinə əsaslanan trilogiyada Dərviş Zaim bu sənətlərin estetikasının film estetikası ilə harmoniya yaratmasına çalışmışdır. "Nöqtə" filmi isə trilogiyanın ikinci filmidir. Film işlərinə 1991-ci ildə təcrübi videosu "Hang the Camera" ilə başlayan Dərviş Zaim, sonra televiziya sənədli filmi olan "Məscidin ətrafındakı daş"a rejissorluq etmişdir. Bundan başqa, Dərviş Zaim, Londonda Hollivud Film İnstitutu tərəfindən idarə edilən müstəqil film prodüserliyi ilə əlaqəli bir kursa qatılmışdır.
Zama döyüşü
Zama döyüşü — Roma ilə Karfagen (Kartagen, Kartaq) arasında baş vermiş İkinci Pun müharibəsinin həlledici döyüşü. Romalıların Kartagen üzərində qələbəsi ilə nəticələnmişdir. == Döyüşün gedişi == Zama şəhəri Şimali Afrikada Karfagen şəhərindən 120 km cənub-şərqdə yerləşir. Eramızdan əvvəl 202-ci il 19 oktyabrda Şimali Afrikada burada Roma ilə Kartagen (Karfagen, Kartaq) arasında davam edən İkinci Pun müharibəsinin həlledici döyüşü baş vermişdi. Romalılara Ssipion, kartagenlilərə Hannibal başçılıq edirdi. Hannibal 50 min piyada, 4 min atlı, 80 döyüş fili, Ssipion isə 34 min piyada və 8 700 atlıdan ibarət ordunu idarə etməli idi. Çarpazvari fərqli göstəricilərə malik iki ordu üz-üzə gəlirdi. Ən ağıllı taktikanı seçmək qalibi müəyyən etməli idi. Hannibal Ssipionun arxadan həmləetmə taktikasını unutmadığı üçün ən təcrübəli əsgərlərini oraya yerləşdirmişdi. O, düşünürdü ki, fillərin və çoxsaylı piyadaların güclü irəliləyişi ilə romalıların ilk hücumunu dəf edəcək, sonra da cinahları döyüşə ataraq asanlıqla qalib gələcək, lakin Ssipion hamıda vahimə oyadan döyüş fillərini üzüyola qarşıladı.
Zika virusu
Zika virusu — 1947-ci ildə müəyyən edilib. Onun daşıyıcısı "Aedes aegypti" adlı ağcaqanad növləridir. == Təhlükəsi == Hamilə qadınlar üçün daha ciddi təhlükə yaratdığı deyilən bu virus, hələ doğulmamış körpənin beynində kiçilmə və fəsadlara, hətta ölümə belə yol aça bilər. == Əlamətləri == Əlamətləri sırasına yüksək qızdırma, baş ağrısı, gözlərdə qızarma, qusma, səpmə, əzələ və oynaq ağrıları daxildir. == 2016-cı ildə == Hazırda dünyanın 21 ölkəsində bu virusun qeydə alındığı bildirilir. Latın Amerikası ölkələrinin hökumətləri virusun yayılmasının qarşısını almaq üçün mübarizəyə başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı hesab edir ki, virus qərb yarımkürəsində sürətlə yayılacaq.
Daima Aydınlıq Üçün Bir Dəqiqəlik Qaranlıq Hərəkatı
Daima Aydınlıq Üçün Bir Dəqiqəlik Qaranlıq Hərəkatı - 1 Fevral 1997-də Vəkil Ergin Cinmən və Davamlı Aydınlıq Üçün Yurddaş Cəhdi liderliyində başladılan vətəndaş itaətsizlik hərəkatıdır. Susurluq Qəzası ilə birlikdə kimi dövlət təşkilatlarının və qanuni vəzifəli kəslərin qeyri-qanuni qruplarla və axtarışda olan adlarla əməkdaşlıq etdiyinin ortaya çıxması üzərinə Davamlı Aydınlıq Üçün Yurddaş Cəhdi, mafiya ilə əlaqəsi olan millət vəkilləri mühakimə önünə çıxana qədər bütün yurddaşları hər axşam saat 21:00-da evlərindəki işıqları bir dəqiqəliyinə bağlamağa çağırdı. Hərəkət kimi media quruluşlarının da dəstəyiylə zaman zaman özbaşına təşkilatlanan kütlə nümayişlərinə çevrildi. Xüsusilə varoşlarda məşəl yoldaşlığında gedişlər edildi. Ədalət Naziri Şövkət Qazanın hərəkətlə əlaqədar olaraq "şam söndü oynayırlar" şəklindəki şərhi, cəmiyyətin geniş seqmentlərindən və siyasətçilərdən böyük bir reaksiya gördü. 15 Fevral 1997-də hərəkətə Türkiyə daxilində təxminən 30 milyon adam qatıldı. Hərəkati hazırlayan platformanın mətbuat məlumatı belə idi: Biz Türkiyə cümhuriyyəti yurddaşları, illərdir səssiz əksəriyyət, olaraq təyin olunuruq. Kimiləri də, bu səssizliyimizi, olan bitən hər şeyi təsdiqlədiyimiz şəkildə şərh edir. Bir tərəfdə danışmağa dəyər heç bir haqlı sözü olmadığı halda danışanlar, kənar yanda danışacaq çox şeyi olduğu halda susdurulan bir cəmiyyət! Cəmiyyət olaraq, həyatda bizə təqdim edilən səssiz əksəriyyət rolunu bu dəfə rədd edirik...