Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zazalar
Zazalar və ya Dımli - əsasən Türkiyədə , İranda , İraqda və Suriyada çox az sayda Azərbaycanda yaşayan xalq. Hazırda əsasən Türkiyədə (milliyyətçi zaza kəsiminin iddiasına əsasən Türkiyə əhalisinin 3,33%-i) , qismən İranda , İraqda və Suriyada , müəyyən səbəblərdən doğan miqrasiya nəticəsində isə az sayda toplumlar şəklində dünyanın bir çox ölkəsində məskunlaşmış zazaların sayına dair dəqiq statistik - elmi məlumatlar yoxdur . Milliyyətçi zaza qeyri-dövlət təşkilatlarının iddialarına görə dünya üzrə zazaların ümumi sayı 4 - 6 milyon nəfər civarındadır . Zazalar Türkiyədə türklərdən və kürdlərdən sonra ən böyük üçüncü etnik toplumu təşkil edirlər . Bingöl və Tunceli vilayətində əhalinin çoxluğunu təşkil etsələr də Türkiyənin digər vilayətlərində azlıqdadırlar . Zaza-Talış toplumu bir-biri ilə yaxın bir neçə qrupa etnik qrupa bölünür : Zaza Deylemi Çarojlar Dimili bacalan şəbək sarlı avroman Abas • Abdalan • Ağuçan • Alan • Ali • Ali Abas • Alxan • Alz • Arê • Aslan • Aşur • Az • Badil • Balaban • Balçık • Bali • Bamasur • Beyit • Bêx • Bêxtiyar • Bılêçık • Birm • Butk • Cafer • Çarek • Çekel • Çin • Demen • Derık • Dewrêscemal • Dersimli • Ferat • Fınd • Gınic • Gulabi • Hadik • Heciyan • Hemoçık • Hesn • Heyder • Heyr • Holik • Hoş • İbık • İksor • İzol • Karsan • Keçel • Kem • Khal • Khew • Khud • Khurêş • Kılawus • Kırdaşi • Kımsorçık • Kulik • Laçin • Lol • Nemremu • Nenik • Okçı • Phezgewr • Pilvank • Pirsultan • Qerebali • Qırğ • Qoçgiri • Reşık • Rut • Sandalan • Sarısaltuğ • Sefılçık • Semk • Sewdax • Seydan • Seydal • Seysabun • Seykemal • Sıl(êman) • Sis • Sur • Şad • Şawel • Şemk • Şêlm • Şêxmamed • Şeyx Hasanlı • Şırtık • Tanriverdi • Taw • Titenik • Usıv • Xıd • Xırançık • Xormeçık • Zeng • Zerkhewık • Zıkte Türkiyə Respublikasında Tunceli yaşayış məntəqəsinin keçmiş adı Dersim olmuşdur . Eyniadlı vilayətin əhalisinin əksəriyyətini hazırda zazalar təşkil edir . Vilayətdəki zaza əhalisi Şeyx Hasanlı və Dersimli tayfalarının ayrılıqda əmələ gətirdikləri tayfa konfederasyonunda birləşmişdir . Şeyx Hasanlı tayfası Oğuz türklərinin Bayat boyuna mənsubdurlar . XIII əsrdə Xorasandan köç edərək Andoluya gəlmiş öncə Malatyada sonralar isə indiki Tünceli (keçmiş Dersim) bölgəsində məskunlaşmışdırlar .