Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İzmara
İzmara — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun İzmara kəndi Pirəbədil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Qorğan kəndi olmaqla, Qorğan kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Toponimikası == Oykonim ərəb dilindəki izmi (sümüklər) və fars dilindəki ara (sakinləşmək) sözlərindən düzəlib, "sümüklülər sakin olduğu yer" mənasındadır. Sümüklülər və ya üstüxanlılar Azərbaycan ərazisində yayılmış tayfalardan birinin adıdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
İzmara (Ərdəbil)
İzmara — Ərdəbil ostanının Germi (Muğan) şəhristanında yerləşən kənd. == Coğrafi mövqeyi == İzmara kəndi Germi şəhərinin doğusunda, 5 kilometr fasilə ilə yerləşir.
Hamarat
Hamarat — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 650 nəfərdir. == Toponimiyası == Hamarat kəndi salındığı ərazinin adı ilə adlandırılmışdır. Hamarat toponimik termin kimi düzən, səthi hamar və ya hamarlanmış yer mənasındadır.
İmarət
İmarət stadionu — Ağdam şəhərində yerləşən stadion. İmarət Qərvənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. İmarət qəbiristanlığı — Ağdamda Qarabağ xanı ailəsinin məzarları olan məqbərə-kompleks. İmarət Tayfa İmarət (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. İmarət (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Zarat
Zarat (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Zarat (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd. Zarat (Dəvəçi) — Azərbaycanın Dəvəçi rayonunda kənd. 30 dekabr 1997-ci ildə ləğv olunub. Dərə Zarat — Azərbaycanın Siyəzən rayonunda kənd. Zaratxeybəri — Azərbaycanın Şamaxı rayonunda kənd. Zarat — Dəvəçi rayonu ərazisində çay.
"İmarət" stadionu
İmarət stadionu — 1952-ci ildən 1993-cü ilə qədər Azərbaycanın Ağdam şəhərində yerləşən stadion. SSRİ-də sırf futbol üçün tikilmiş yeganə stadion. 1993-cü ilinin iyun ayında Ağdam uğrunda döyüş zamanı Ermənistan Silahlı Qüvvələrinin artilleriyası tərəfindən iki dəfə mərmi zərbərlərinə məruz qalaraq, yarasız vəziyyətə salınıb. == Tarixi == İmarətin əsas qapısı Kommunist küçəsi tərəfdən idi. Ora milli ornamentlərlə "İmarət" yazılmışdı. Köhnə ağacdan qapıda düzəldilmişdi. Stadionun əsas girişinə daxil olanda sol tərəfdə restoran və futbolçuların bazası idi. Stadionun arxa girişi isə Füzuli küçəsindən başlayırdı. Stadionun yaxınlığında Xurşidbanu Natəvanın heykəli var idi. Stadionun direktoru erkən illərdə şair Germanın Hüseynov atası Əli olmuşdu.
İmarət (Germi)
İmarət (fars. عمارت‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 223 nəfər yaşayır (49 ailə).
İmarət (Xudafərin)
İmarət (fars. عمارت‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 151 nəfər yaşayır (37 ailə).
İmarət Qərvənd
İmarət Qərvənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun İmarət Qərvənd kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Kəndi Qarabağda yaşamış qərvənd tayfasına mənsub ailələr salmışlar. Oykonimin birinci komponenti imarət (vaxtilə burada mövcud olmuş mülkə işarədir) sözü yaşayış məntəqəsini eyniadlı digər kəndlərdən fərqləndirmək üçün artırılmışdır. == Tarixi == İmarət Qərvənd kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. İmarət Qərvənd kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. == Coğrafiyası və iqlimi == Kənd Ağdaban çayının sahilində, Murovdağ silsiləsinin ətəyində yerləşir.
İmarət Tayfa
İmarət Tayfa – Qarabağ futbol klubunun ən məşhur azarkeş qruplarından biridir. Onlar öz meydanları olan Azərsun Arenada və Tofiq Bəhramov adına Respublika Stadionunda (beynəlxalq oyunlar) klublarına müxtəlif bəstələr, xareoqrafiya və şüarlarla dəstək olurlar. == Tarixi == ''İmarət Tayfa'' azarkeş qrupunun adı Qarabağ futbol klubunun Ağdam yerləşən ilk stadionu olan İmarət stadionundan gəlir. İmarət stadionunun inşasına 1950-ci ildə başlanılıb, 1951-ci ildə isifadəyə verilib. Həmin stadion tikiləndən sonra Qarabağ futbol klubu yaranıb. O vaxt Ağdam şəhərini təmsil edən klubun adı “Məhsul” olub. “İmarət” tikildikdən sonra isə komanda professional klub kimi fəaliyyətə başlayıb. “İmarət” təkcə Ağdamın deyil, bütün Qarabağın futbol məbədi olub.“İmarət tayfa” azad azarkeş qrupu 2009-cu ildə yarandı. “Qarabağ”ın tribunasında onsuz da, azarkeşlər vardı. Ancaq “Qarabağ”a yaraşan ideologiya ilə azarkeş topluluğunun yaranmasına ehtiyac var idi.
İmarət qəbiristanlığı
İmarət Qərvənd qəbristanlığı və ya sadəcə İmarət qəbristanlığı — Ağdamda Qarabağ xanı ailəsinin məzarları olan məqbərə-kompleks. Qəbristanlıqda Qarabağ xanlığının və ondan sonrakı dövrün bir çox tanınmış şəxsi dəfn edilmişdir. == Haqqında == XVIII–XIX əsrlərə aid Pənahəli xanın məqbərəsi Ağdam rayonunda İmarət qəbiristanlığında yerləşir. Türbənin yanında ona oxşar başqa bir türbə də var. Bu türbə isə Pənahəli xanın oğlu, Qarabağ xanı İbrahimxəlil xana məxsusdur. Pənahəli xanın türbəsinin bir giriş qapısı var. Giriş qapısı tağvari quruluşa malikdir. Türbə çoxbucaqlı konusvari plan quruluşuna malikdir. Türbənin içərisində mərhumun qəbri yerləşir. Pənahəli xanın türbəsinin yanında oğlu və varisi İbrahimxəlil xanın türbəsi yerləşməkdədir.
İmarət stadionu
İmarət stadionu — 1952-ci ildən 1993-cü ilə qədər Azərbaycanın Ağdam şəhərində yerləşən stadion. SSRİ-də sırf futbol üçün tikilmiş yeganə stadion. 1993-cü ilinin iyun ayında Ağdam uğrunda döyüş zamanı Ermənistan Silahlı Qüvvələrinin artilleriyası tərəfindən iki dəfə mərmi zərbərlərinə məruz qalaraq, yarasız vəziyyətə salınıb. == Tarixi == İmarətin əsas qapısı Kommunist küçəsi tərəfdən idi. Ora milli ornamentlərlə "İmarət" yazılmışdı. Köhnə ağacdan qapıda düzəldilmişdi. Stadionun əsas girişinə daxil olanda sol tərəfdə restoran və futbolçuların bazası idi. Stadionun arxa girişi isə Füzuli küçəsindən başlayırdı. Stadionun yaxınlığında Xurşidbanu Natəvanın heykəli var idi. Stadionun direktoru erkən illərdə şair Germanın Hüseynov atası Əli olmuşdu.
Dərə Zarat
Dərə Zarat — Azərbaycanın Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Zarat kənd Sovetinin Dərə Zarat kəndi Beşdam kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == XIX əsrdə Zarat kəndindən çıxmış ailələrin dərədə saldığı yaşayış məntəqəsidir. Bəzən Yenikənd də adlandırılmışdır. Oykonim "dərədə salınmış Zarat kəndi" deməkdir. == Coğrafiyası və iqlimi == Kənd Ataçayın sağ sahilindən 3 km. aralı, Yan silsiləsinin (Böyük Qafqaz) yamacında yerləşir. == Əhalisi == Əhalisinin sayı 36 nəfərdir.
Marat Allahverdiyev
Marat Allahverdi oğlu Allahverdiyev (18 may 1941, Bakı – 24 oktyabr 2015) — azərbaycanlı dövlət və siyasi xadim, 1990–1995-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı == Həyatı == Marat Allahverdiyev 1941-ci il mayın 18-də Bakı şəhərində anadan olub. Azərbaycan Politexnik Universitetini bitirib. === Ailəsi === 3 övladı, 6 nəvəsi var. Azərbaycan Milli Məclisinin VI çağırış üzvü Elnur Allahverdiyevin atasıdır. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Tikinti sahə rəisliyindən başlayaraq Bakı şəhər komitəsində tikinti instruktoru, dəmir-beton zavodunun direktoru, Azərbaycan Rabitə Nazirliyi rabitə montaj-tikinti trestinin rəhbəri, sonralar Mətbuat və İnformasiya Nazirliyinə çevrilən Azərbaycan Respublikası Dövlət Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədr müavini, sədri, məşhur "Bərpaçı" mərkəzinin rəisi, Azərbaycan Mədəniyyət nazirinin müavini, Respublika Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri vəzifələrində çalışıb. === Siyasi fəaliyyəti === 1990–1995-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. === Elmi fəaliyyəti === Beynəlxalq İctimai Telekommunikasiya Akademiyasının üzvü, akademik, texniki elmlər doktoru olub.
Marat Haqverdiyev
Marat Haqverdiyev (tam adı: Marat Xanlar oğlu Haqverdiyev; 21 iyul 1938, Bakı) — Azərbaycan yazıçısı, ssenarist, dramaturq, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2018). == Həyatı == Marat Haqverdiyev 1938-ci il iyulun 21-də Bakıda sənətkar ailəsində anadan olub.Atası Azərbaycan və Türkmənistanın Əməkdar artisti Xanlar Haqverdiyev və Anası Cahan Əfruz (Dilanova) şairə-dramaturq olub.İki sənətkarın əhatəsində böyüyən Marat uşaqlıqdan rəssamlığa böyük maraq göstərsə də, orta məktəbi bitirərkən memar olmağı qərara alıb və bu istəklə də 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olub. Tələbəlik illərində incəsənətə olan marağı ötüb keçməyib, institutun xalq çalğı alətləri ansamblı və estrada orkestrinin solisti kimi sovet respublikalarında qastrol səfərlərində olub. Marat Haqverdiyev təhsilini başa vurandan sonra qısa müddətdə tikinti sahəsində çalışıb. Ömrünün təxminən 40 ilini isə Mədəniyyət Nazirliyinin nəzdində Tarix və Mədəniyyət Abidələrinin Bərpası İdarəsində müxtəlif vəzifələrdə işləyib. Respublikanın tarix və mədəniyyət abidələrinin, o cümlədən Akademik Opera və Balet Teatrı, Rəşid Behbudov adına Mahnı Teatrı, muzeylər, məscidlər, mədrəsələr, qala və türbələrin bərpası ilə məşğul olub. == Yaradıcılığı == 1970-ci illərdə ədəbiyyata tərcüməçi kimi gələn Marat Haqverdiyev anasının əsərlərini — şeirlərini, poemalarını rus dilinə çevirir. Anası dünyasını dəyişəndən sonra qərara gəlir ki, onun yolunu davam etdirsin. İlk dram əsəri "Ailədə məhkəmə" komediyası olur. Əsər Lənkəran Dövlət Dram Teatrında Baba Rzayevin quruluşunda səhnəyə qoyulur.
Marat Kolşəripov
Marat Kolşəripov (başq. Марат Мәхмүт улы Ҡолшәрипов; 7 yanvar 1941) — Sovet və rus tarixçisi. Tarix elmləri doktoru, professor. Başqırdıstan Respublikasının əməkdar elm xadimi (2001), Salavat Yulayev ordeninin kavaleri (2009), Başqırdıstan Respublikası Elmlər Akademiyasının fəxri üzvü (2016). == Bioqrtafiyası == 7 yanvar 1941-ci ildə Başqırdıstan Sovet Sovet Sosialist Respublikasının Kuqərsen rayonunun Zireklya kəndində anadan olmuşdur. 1967-ci ildə Başqırdıstan Dövlət Universitetinin tarix fakültəsini, 1971-ci ildə isə Moskva Dövlət Universitetinin aspiranturasını bitirir. 1972-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetində "Başqırdıstandakı çarizmin siyasəti (1775–1800)" mövzusunda tarix elmləri namizədi alimlik dərəcəsi üçün tezisini müdafiə edir. 1971-ci ildən Başqırdıstan Dövlət Universitetində müəllim işləyir. 1991–1996-cı illərdə"Ural" Başqırd Xalq Mərkəzinin sədri olur. 1998-ci ildə Başqırdıstan Dövlət Universitetində "Başqırd xalqının milli hərəkatı (1917–1921)" mövzusunda tarix elmləri doktoru dərəcəsi üçün dissertasiyasını müdafiə edir.
Marat Manafov
Marat Manafov (1950-ci illər, Stepanakert) — Çexiyada yaşayan Azərbaycanlı biznesmen, xalq artisti Fəxrəddin Manafovun qardaşıdır. == Haqqında == Marat Manafov Xankəndi şəhərində doğulub. 1993-cü ildə Heydər Əliyevlə yaxın münasibətdə olub. Slovakiyada "Marat" futbol klubunu yaradıb. Neft kontraktları ilı bağlı ilkin danışıqları Marat aparıb. Daha sonra müəmmalı şəkildə Çexiyada yoxa çıxıb. Onun boş BMV maşını işlək vəziyyətdə tapıblar. İndiyə qədər nə baş verdiyini heç kim bilmir.
Marat İzmaylov
Marat İzmaylov - Rusiya futbolçu
Zarat (Dəvəçi)
Zarat — Azərbaycan Respublikasının Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 dekabr 1997-ci il tarixli, 419-IQD saylı Qərarı ilə Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati ərazi vahidi tərkibindəki Zarat kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Zarat (Siyəzən)
Zarat — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. == Haqqında == Kənd Azərbaycanın gözəl guşələrindən biridir. Orada yayda həddindən artıq isti, qışda isə həddindən artıq soyuq olur. Azərbaycanın məşhur Beşbarmaq dağı da bu kənddə yerləşir. == Əhalisi == Əhalisinin sayı 1410 nəfərdir (2009-cu il). == Toponimikası == Siyəzən rayonunun Çuxur-əzəmi inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Tədqiqatçılar oykonimi ərəb dilindəki ziraət (əkin yeri) sözü ilə əlaqələndirir, yaşayış məntəqələrinin keçmiş əkin yerlərində salınmalarına əsaslanırlar.
Zarat (İsmayıllı)
Zarat — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Lahıc turizm zonasında, Girdimançayın sol sahilində yerləşir. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 10 km yolu piyada və ya atla getmək olar. İsmayıllı-Lahıc- Quba turist marşrutları kəndin yaxınlığından keçir. Kənddən Şamaxının Zarat-Xeybəri kəndinə piyada yol vardır. == Əhalisi == 1859-1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Zarat kəndində 54 evdə etnik tatlardan ibarət 416 nəfər (244 nəfəri kişilər, 172 nəfəri qadınlar) sünni təriqətli müsəlman əhali yaşayırdı. Əhalisi 31 nəfərdir ki onunda 17 nəfəri kişi, 14 nəfəri qadındır. Kənd əhalisi heyvandarlıq, bostançılıq və arıçılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur.
Zarat Xeybəri
Zarat Xeybəri – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şamaxı r-nu Dəmirçi i.ə.d.-də kənd. Pirsaat çayının sahilində, dağətəyi ərazidədir. Əhalisi 233 nəfərdir (2009), 40 təsərrüfatı var. Keçən əsrin əvvəllərində Şamaxı qəzasında Zarat sözü ilə bağlı Zarat Bahadərəsi, Birinci Zarat (Zarat Xeybəri), İkinci Zarat adlı üç kənd qeydə alınmışdır. Xeybəri komponenti Zarat adlı bu kəndləri bir-birindən fərqləndirmək üçün artırılmışdır. 1933-cü ildə kəndin adı Zarat Xeybərli kimi qeyd edilmişdir. Xeybəri mənşəcə ərəb tayfalarından birinin adıdır. Tarixi mənbələrin məlumatına görə, Xəlifə Ömər dövründə (634-644) xeybərlər öz doğma yerlərindən qovulmuşdular. Görünür, Azərbaycanda məskunlaşmış ərəblərin tərkibində xeybərlər də olmuşdur.
İmarət Araşdırma Mərkəzi
İmarət Araşdırma Mərkəzi (ing. Research Centre Imarat; RCI) — Hindistan Müdafiə Tədqiqat və İnkişaf Təşkilatına bağlı laboratoriya. Telanqana ştatının Heydərabad şəhərində yerləşir. Laboratoriya Hindistan Silahlı Qüvvələri üçün raket sistemlərinin, idarə olunan silahların və qabaqcıl avionikaların tədqiqi və inkişafı üzrə məsuliyyət daşıyır. 1988-ci ildə Abdul Kalam tərəfindən təsis edilmişdir. Şri U Raca Babu hazırda "RCI" laboratoriyasının direktorudur.İmarət Araşdırma Mərkəzi raketlər üçün avionika və naviqasiya sistemlərinin hazırlanmasında dünya lideri hesab edilir.
İmarət Qərvənd qəbristanlığı
İmarət Qərvənd qəbristanlığı və ya sadəcə İmarət qəbristanlığı — Ağdamda Qarabağ xanı ailəsinin məzarları olan məqbərə-kompleks. Qəbristanlıqda Qarabağ xanlığının və ondan sonrakı dövrün bir çox tanınmış şəxsi dəfn edilmişdir. == Haqqında == XVIII–XIX əsrlərə aid Pənahəli xanın məqbərəsi Ağdam rayonunda İmarət qəbiristanlığında yerləşir. Türbənin yanında ona oxşar başqa bir türbə də var. Bu türbə isə Pənahəli xanın oğlu, Qarabağ xanı İbrahimxəlil xana məxsusdur. Pənahəli xanın türbəsinin bir giriş qapısı var. Giriş qapısı tağvari quruluşa malikdir. Türbə çoxbucaqlı konusvari plan quruluşuna malikdir. Türbənin içərisində mərhumun qəbri yerləşir. Pənahəli xanın türbəsinin yanında oğlu və varisi İbrahimxəlil xanın türbəsi yerləşməkdədir.
Eski İmaret məscidi
Pantepoptes Monastrı Kilsəsi və ya Köhnə İmarət Məscidi (yun: Μονή του Χριστού Παντεπόπτη Rom:Mori tou Hristou Pantepopti), İstanbulun Zeyrek ərazisində yerləşən Şərqi Roma dövrünə aid dini bir binadır. 1081 ilə 1087 arasında inşa edildiyi təxmin edilir. Kilsə Komnenos sülaləsinin qurucusu I Alexios tərəfindən inşa edilmişdir. Fateh Sultan Məhəmməd dövründə mədrəsə olaraq istifadə edilən Zeyrek Məscidinin İmarətxana olaraq istifadə edilmişdir. Fatih mədrəsələri tikiləndən sonra məscid oldu.