Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İSESKO
ICESCO (ing.) — IslamiC World Educational, Scientific and Cultural Organization — İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı) — İslam Əməkdaşlığı Təşkilatı nəzdində İslam ölkələri üzrə təhsil, elm və mədəniyyət məsələləri ilə məşğul olan, üzv ölklələri arasında əlaqələrinin daha da möhkəm olmasına xidmət edən xüsusi təşkilatdır. Təşkilatın Baş direktoru Dr. Salim bin Məhəmməd Əl-Malikdir. Azərbaycan dövləti ICESCO ilə yaxından əməkdaşlıq edir və dünyada mədəniyyət abidələrinin qorunması prinsipini dəstəkləyir. Ə.Səid: "Bakı şəhərinin 2009-cu il üçün İslamın paytaxtı elan olunması Azərbaycanın dinamik inkişafının təzahürüdür. 25–28 yanvar 1981-ci il tarixdə Səudiyyə Ərəbistanı Krallığının Məkkeyi-Mükərrəmə şəhərində keçirilən Üçüncü İslam Zirvəsi Konfransında İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində dünyadakı İslam qurumlarının birgə fəaliyyəti məqsədilə "İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı" adlı yeni beynəlxalq İslam təşkilatının təsis edilməsi qərara alındı. 29–30 yanvar 2020-ci il tarixlərində İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində baş tutan qırxıncı iclasında təşkilatın İcra Şurası 30 yanvar 2020-ci il tarixində təşkilatın adını dəyişərək "İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı" kimi təsdiqlədi. ICESCO-nun Baş direktoru Dr. Salim bin Məhəmməd Əl-Malik təşkilatın adının dəyişdirilməsinin qeyri-təbliği vəzifələrinin təbiəti ilə bağlı yayılmış qarışıqlığı aradan qaldırması və beynəlxalq səviyyədə iştirakı üçün daha geniş üfüqlər açmağı hədəflədiyini, yeni adın təşkilatın təhsil, elm, mədəniyyət və ünsiyyətdəki fəaliyyət sahələrində təbliğ etdiyi mədəni missiyanın təbiətini və reallaşdırmağa çalışdığı məqsəd və hədəflərini dəqiq şəkildə ifadə etməsini söylədi. Üzv dövlətlər arasında təhsil, elm, mədəniyyət və rabitə sahələrində əməkdaşlığın gücləndirilməsi, təşviqi və dərinləşdirilməsi, İslam dünyasının mədəni istinadgahları çərçivəsində, İslami bəşəri dəyərlər və örnəklər işığında bu sahələrin təşviqi və inkişafı; Üzv ölkələr və onun xaricindəki xalqlar arasında anlaşmanın gücləndirilməsi, müxtəlif vasitələrlə, xüsusilə təhsil, elm və mədəniyyət vasitəsilə dünyada sülhün və təhlükəsizliyin bərqərar edilməsinə töhfə vermək; İslamın və İslam mədəniyyətinin düzgün simasını təqdim etmək, sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında dialoqu təşviq etmək, ədalət və sülh mədəniyyəti dəyərlərini, azadlıq və insan hüquqları prinsiplərini İslam mədəniyyəti perspektivinə uyğun yayılmasına səy göstərmək; Mədəni şəxsiyyəti və intellektual müstəqilliyi qorumaqla üzv dövlətlərdə mədəni qarşılıqlı əlaqələri təşviq etmək və müxtəlifliyinin təzahürlərini dəstəkləmək; İslam Əməkdaşlıq Təşkilatının təhsil, elm, mədəniyyət və rabitə sahəsindəki ixtisaslaşmış qurumları ilə ICESCO-ya üzv dövlətlər arasında inteqrasiya və koordinasiyanı gücləndirmək, üzv dövlətlərin daxilində və xaricində ortaq maraqlara bənzər dövlət və qeyri-hökumət qurumları ilə əməkdaşlıq və tərəfdaşlığı gücləndirmək; İslam mədəniyyətinə diqqət göstərmək, intellektual və elmi tədqiqatlarda, tədris proqramlarında onun xüsusiyyətlərini və özəlliklərini açıb göstərmək; Üzv dövlətlərdə təhsil sistemləri arasında inteqrasiya və qarşılıqlı əlaqələr üzərində işlər görmək; ICESCO-ya üzv olmayan ölkələrdəki müsəlmanlar üçün təhsil, elm və mədəniyyət müəssisələrinin fəaliyyətinə dəstək olmaq.
İsekay
İsekay (yaponca: 異世界) (hərf. "fərqli dünya") – Yaponiya fentezi anime, manqa, ranobe və videooyunlarının altjanrı. Bu altjanrda heç bir fərqli xüsusiyyəti olmayan personaj paralel kainata düşür və ya həbs olur. Çox vaxt bu kainatlar bu personajların dünyasında uydurma kainat kimi məlumdur, lakin bəzən bu onlara məlum olmaya ola bilər. Bu kainat virtual dünya da ola bilər (məsələn, "Sword Art Online") və ya tamamilə fərqli və ancaq protaqonistin əvvəlki dünyadan xatirələr daşıdığı dünya da (məsələn, "Saga of Tanya the Evil") ola bilər. Bəzən isə ikisi də baş verə bilər. Məsələn "Log Horizon" və "Overlord" seriyalarında virtual reallıq reallığa çevrilir. Bu altjanr arzunun həyata keçirilməsi ilə xarakterizə olunur: NEET, oyunçu və ya hikikomori xüsusiyyətləri daşıyan şəxs fərqli dünyaya transportasiya olur. Yeni fentezi dünyasında onlar real həyatda onlar üçün əhəmiyyətli olmayan oyun bacarıqlarından istifadə edə bilirlər. Onların yeni dünyada əldə etdikləri güc bəzən hər kəsi məhv edəcək qədər güclü (məsələn, "In Another World With My Smartphone") və ya çox zəif ola bilər (məsələn, "Re:Zero"-da baş qəhrəman öləndə yenidən dirilmək gücündən başqa heç bir gücə malik deyil).
Sayka
Sayka (lat. Boreogadus saida) — Arktikanın soyuq sularında yayılmış, Treskakimilər dəstəsinin, Treskalar fəsiləsinə daxil olan. Öz cinsinin yeganə nümayəndəsidir. Maksimal uzunluğu 40 sm, adətən isə 25 sm olur. Orta ömür müddəti 7 ildir. Quyruğa doğru bədən kiçilir. Bığı kiçikdir. Başı isə əksinə böyükdür. Alt çənəsi nisbətən irəlidir. Başının üzəri və beli boz-qəhvəyidir.
Seyba
Seyba (lat. Ceiba) – əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Ceiba aesculifolia (Kunth) Britten & Baker, 1896 Ceiba glaziovii (Kuntze) K.Schum., 1900 Ceiba insignis (Kunth) P.E.Gibbs & Semir, 1988 Ceiba pentandra (L.) Gaertn.
İdeya
İdeya [yun. idea – anlayış, təsəvvür, fikir, ideya] insan şüurunda reallığı əks etdirən təsəvvür və anlayışların məcmusu; insanın reallığa onun dünyaya baxışının əsasını təşkil edən münasibəti; hər hansı bir şeyin məzmununu müəyyənləşdirən fikir, mahiyyət; istək, fikir, plan; "məna", "mahiyyət" bildirən, həmçinin şüur və təfəkkürün kateqoriyaları ilə sıx bağlı olan fəlsəfi termin; insan şüurunda varlığı (həqiqi və ya yanlış şəkildə) əks etdirən və onun bizi əhatə edən mühitə münasibətini ifadə edən anlayış, təsəvvür; dünyagörüşünün əsas və ən mühüm prinsipi; məfkurə, məslək, əqidə. Məsələn, ideya mübarizəsi, ideya silahı; fikir, qayə, məqsəd. Məsələn, [sülh]]ü qorumaq və möhkəmləndirmək ideyası. Əliquliyev R.. Şükürlü S., Kazımova S. Elmi fəaliyyətdə istifadə olunan terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
İskya
İskya — Kampaniya (İtaliya) vilayətinin Neapol əyaləinə məxsus İskya adasında yrləşən kiçik icmaya malik, bir turist şəhəri. Şəhər icması 18 864 nəfərdən ibarətdir. İskya icması 8378 evdən ibarətdir. 1991-2001-ci illərdə əhali sayı 16013 dən 18253 nəfərədək - 14 % artmışdır.
Şeyda
Şeyda — Azərbaycanda və İranda daha çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Fazil xan Şeyda — XIX əsr Azərbaycan şairi. Nəcəfqulu bəy Şeyda — XIX əsr Azərbaycan şairi. Qəmər bəyim Şeyda — XIX əsr Azərbaycan şairi. Mirzə Yəhya bəy Şeyda — XIX əsr-XX əsr Azərbaycan şairi. Mirzə Abbas xan Şeyda — XIX əsr-XX əsr İran şairi. Mirzə Ələkbər Şeyda — XIX əsr-XX əsr İran şairi. Yəhya Şeyda — XX əsr Azərbaycan şairi. Şeyda Əziz — Azərbaycan şairi. Əsərlər Şeyda (əsər) — Azərbaycan şairi Hüseyn Cavidin əsəri.
Inerka gölü
İnerka — Mordoviya Respublikası ərazisində yerləşən böyük göl. Göl Sura çayı vadisində, Böyük Berezniki kəndindən 17 km-lik məsafədə yerləşir. Erzyan dilində İnerka böyük göl deməkdir ( "ine" - böyük, "erke" - göl). İnerka gölü respublikanın turizm potensialı olan bölgələrindən biridir. Gölün uzunluğu 3 kilometr, maksimal eni 215 metrdir. Maksimal dərinlik - 12 metr (orta dərinlik - 7 m), sahəsi isə 0,437 km²-dir (təxminən 44,2 hektar). Uzunsov formada olan İnerka axmaz göl hesab olunur. O Sura çayının qədim yatağında su-erozion proseslər nəticəsində meydana gəlmiş meandrın axmaza çevrilməsi nəticəsində formalaşmışdır. Göl şirin suludur və şəffaflığı 2 metr dərinliyə qədər saxlanılır. İnerka gölü müxtəlif növ balıqlar, sahildə su quşları ilə zəngindir.
Isekai Shokudō
Restaurant to Another World (azərb. Başqa dünyaya restoran‎) və ya Yaponiyada tanınan adı ilə Isekai Shokudō (異世界食堂, azərb. Alternativ dünya restoranı‎) — Katsumi Enaminin rəssamlığı ilə Cunpey İnuzuka tərəfindən yazılan ranobe seriyası. Shufunotomo nəşriyyatı tərəfindən üç cildi buraxılmışdır. Takaaki Kuqatsunun rəssamlığı ilə hazırlanan manqa 2016-cı ilin noyabrında Square Enix nəşriyyatının "Young Gangan" jurnalında nəşr olunur. 3 iyul 2017-ci ildən 18 sentyabr 2017-ci ilə kimi anime serialı adaptasiyası yayımlanmışdır. == Məzmun == "Yōshoku no Nekoya" (azərb. "Qərb mətbəxi pişik restoranı"‎) alış-veriş rayonunun tanınmayan küncündə yerləşən Qərb üslubunda olan adi restorandır. Lakin müəmmalı şəkildə bu restoran bazar günləri açıq olur və çox qəribə müştərilərə çox qəribə yeməklər təklif edir. == Media == === Ranobe === Müəllif Cuppey İnuzuka ranobe seriyasını Shōsetsuka ni Narō veb-roman saytı vasitəsilə 4 yanvar 2013-cü ildən yayımlamaqdadır.
Seykan tuneli
Seykan tuneli — Yaponiyanın Honşu və Hokkaydo adalarını birləşdirən dünyanın ən uzun dəmir yolu tuneli. Uzunluğu 53,85 km olan tunelin 23,3 kilometrlik hissəsi dənizin altından keçir. Tunel ən dərin yerində dəniz səviyyəsindən 240 metr aşağıda, dəniz yatağından isə 100 metr dərinlikdə yerləşir. Hazırda dünyanın ən böyük və ən dərin dəmir yol keçidi olan Seykan liderliyi İsveçrənin Qotard baza tunelinin 2016-2017-ci illərə nəzərdə tutulan açılışına qədər qoruya biləcək. Tunelin tikintisinə 1955-ci ildə 5 sərnişin bərəsinin tufanlı havada batması və 1430 sərnişinin həlak olmasından sonra qərar verilib. 9 il davam edən layihələndirmə işlərindən sonra, tunelin tikintisi 1964-cü ildə başlayaraq 1988-ci ildə başa çatmış və o dövrün qiymətləri ilə 538,4 milyard yenə (3,6 milyard ABŞ dolları) başa gəlmişdir. Tunelin açılışı 13 mart 1988-ci ildə baş tutmuş və həmin il tunel 3,1 milyon sərnişinə xidmət etsə də, 1999-cu ildə sərnişinlərin sayı 1,7 milyon olmuşdur. The Seikan Tunnel — Aomori Prefekturasının Rəhbərliyi.
İsayya Berlin
Ser İsayya Berlin OM (ing. Isaiah Berlin, latış. Jesaja Berlins‎; 6 iyun 1909[…], Riqa – 5 noyabr 1997[…]) — ingilis filosofu, Avropada Vikodan Plexanova qədər maarifçiliyə, romantizmə, sosializmə və millətçiliyə xüsusi diqqət yetirən ideyalar tarixçisi, rus ədəbiyyatı və fəlsəfi düşüncənin tərcüməçisi, müasir liberal siyasi fəlsəfənin banilərindən biri. 1932-ci ildə, iyirmi üç yaşında, Berlin Oksford Universitetinin Bütün ruhlar kollecinin üzvü oldu. Məhsuldar işinə əlavə olaraq İvan Turgenevin əsərlərini rus dilindən ingilis dilinə tərcümə etdi və İkinci Dünya Müharibəsi dövründə İngilis diplomatik xidmətində çalışdı. 1957–1967-ci illərdə Oksford Universitetinin Çiçeli Sosial və Siyasi Nəzəriyyə professoru idi. 1963–1964-cü illərdə Aristotelian Cəmiyyətinin prezidenti olub. 1966-cı ildə Oksforddakı Volfson Kollecinin yaradılmasında böyük rol oynadı və qurucu prezident olmuşdur. 1946-cı ildə Berlin Britaniya İmperiyası Ordenini aldı, 1957-ci ildə cəngavər oldu və 1971-ci ildə Böyük Britaniyanın xidmətlərinə görə ordeni aldı. 1974–1978-ci illərdə Britaniya Akademiyasının prezidenti olmuşdur.
İsiaka İrankunda
Seka
Seka (15 aprel 1954, Radford[d], Virciniya) — ABŞ pornoaktrisası. Doriti Handli 15 aprel 1954-ci il tarixində Virciniya ştatında yerləşən Redford şəhərində doğulub. Hindu və irland əsillidir. 1972-ci ildə ailə həyatı qurub, lakin bir müddət sonra boşanıb. 1977-ci ildə porno karyerasına başlayıb. 1997-ci ildə porno karyerasını bitirərək, radioda yayımlanan şouların birində aparıcı olaraq iştirak edib.
Seyk
𐕚 (səslənməsi /s/, transkripsiyası S, s) — Alban əlifbasının 43-cü hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. սէկ (Sēk) kimi verilmişdir. Tədqiqatçı Jost Gippert bu adla razılaşır. Bütün tədqiqatçılar hərfin bu cür adlanması ilə razılaşır və Udi dilindəki S səsi ilə eyniləşdirirlər.
Bledar Seyko
Bledar Seyko — Albaniyalı gitara ifaçısı, bəstəkar və müğənni. Bledar Seyko Adrian Lulqyuray ilə birlikdə 2013 Avroviziya Mahnı Müsabiqəsində Albaniyanı "Identitet" mahnısı ilə təmsil edib.
Kuroda Seyki
Kuroda Seyki (黒田 清輝, 9 avqust 1866, Hiqaşisenqoku[d], Kaqoşima – 15 iyul 1924[…], Tokio şəhəri[d]) və ya Kuroda Kiyoteru – Yaponiya rəssamı. Yaponiyanı impressionizmlə tanış etmişdir. "Yaponiyada Qərb rəssamlığının atası" hesab olunur. == Həyatı == Kuroda Seyki 1866-cı ildə müasir Kaqoşima prefekturasının ərazisində doğulmuş və dayısı Kuroda Kiyotsuna tərəfindən övladlığa götürülmüşdür. 1884-cü ildə hüquq təhsili almaq üçün Parisə səyahət etmişdir. Parisdə sənət əsərləri satmaqla məşğul olan Hayaşi Tadamasa, eləcə də, sənətşünaslıq tələbələri Yamamoto Hasui və Fuci Masazo ilə tanış olmuşdur. İki il boyunca həm hüquq, həm də rəssamlıqla məşğul olmuşdur. Lakin ailəsinin icazəsi ilə özünü tamamilə rəssamlığa həsr etməyə qərar vermiş və Rafael Kollenin tələbəsi olmuşdur. Kurodanın yaradıcılığı tanınmış və Fransanın bir sıra təsviri incəsənət cəmiyyətlərinə qəbul edilmişdir. 1893-cü ildə Yaponiyaya qayıdaraq Meyci dövrünün Qərb rəssamlığında yeni istiqamət başlatmışdır.
Mito İsaka
Mito İsaka (25 yanvar 1976, Saytama prefekturası) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 46 oyun keçirib, 15 qol vurub.
Seyya Kişikava
Seyya Kişikava (岸川聖也, Kişikava Seyya, 21 may 1987, Kitakyuşu, Fukuoka prefekturası) — Yaponiyanı təmsil edən stolüstü tennisçi. Seyya Kişikava Yaponiyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, Komanda turnirində isə 5-ci pillənin sahibi olub. Daha sonra Seyya Kişikava Yaponiyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, Komanda turnirində isə 5-ci pillənin sahibi olub.
Simax Şeyda
Simax Şeyda (20 iyun 1936, Vartaşen – 13 fevral 2024, Münxen) — Azərbaycan uşaq ədəbiyyatının tanınmış simalarından biri, Azərbaycan və İsrail Yazarlar Birliyinin üzvü, şair-dramaturq. SSRİ "Əmək veteranı" medalı laureatı Simax Şeyda 1936-cı il iyunun 20-də Oğuz rayonunda anadan olub. 1940-cı ildə ailəliklə Gəncə şəhərinə köçüb. Burada Sabir adına 5 saylı orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra fəhlə-gənclər məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsilini davam etdirib. Simax Şeyda əmək fəaliyyətinə Gəncə şəhəri Rayonlararası Xalq Yaradıcılığı Evində teatr və təsviri incəsənət üzrə metodist kimi başlayıb. Orada baş metodist və direktor olub. Bakıda Azərbaycan Teatr Cəmiyyətinin xalq teatrları kabinetinin müdiri (1965–1990) və "Azərteatr" Yaradıcılıq İstehsalat Birliyində redaktor vəzifəsində çalışıb. Dağ yəhudisi olmasına baxmayaraq, Simax Şeyda həmişə Azərbaycan dilində yazıb, yaradıb. "Ədəbiyyat və incəsənət", "Azərbaycan pioneri", "Azərbaycan" qəzetlərində və "Göyərçin" jurnalı səhifələrində uşaq şeirləri, mənzum nağılları dərc olunub.
Yəhya Şeyda
Şeyda Yəhya Həsən oğlu — Azərbaycan şairi, ədəbiyyatşünas, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Yəhya Şeyda 1924-cü ilin may ayının 10-da Cənubi Azərbaycanın Təbriz şəhərində anadan olub. Onun atası Səttarxan hərəkatının iştirakçılarından, Təbrizin məşrutə mücahidlərindən olan "Yüzbaşı" ləqəbli Həsən Çərəndabidir. Şeyda, Firdovsi mədrəsəsinin ədəbiyyat bölümünü bitirmiş, fars və ərəb dillərini mükəmməl şəkildə mənimsəmiş, ilahiyyat, fəlsəfə və psixologiya elmlərinə yiyələnmişdir. Ədəbi fəaliyyətə gənclik dövründən başlamışdır (1940). Əli Fitrət, Cəfər Xəndan və Mövlana Yetim kimi şairlərdən ədəbiyyat dərsləri almış, mətbuatla çıxış etmişdir. 1948–51-ci illərdə Tehranda təhsilini davam etdirmiş, həmin müddətdə müxtəlif ədəbi məclislərin toplantılarına qatılmışdır. Tehranda təhsilini başa vurduqdan sonra Təbrizə dönmüş, burada jurnalist kimi mətbuatda fəaliyyət göstərmiş, eyni zamanda ədəbi məclislərdə fəal iştirak etmiş, Səhənd, Həbib Sahər, Həsən Qazı, Əhməd Tərcanizadə, Vaiz Çərəndabi, Ədib Tusi, Mənuçöhr Mürtəzavi, Ustad Şəhriyar və b. kimi şairlərlə dostlaşmışdır. Pəhləvi rejimi dövründə siyasi səbəblər üzündən daim təqib olunmuş, dəfələrlə həbs edilmişdir.
İradə Səyya
İradə Vaqif qızı Gözəlova — Azərbaycan teatr rejissoru, Gəncə Dövlət Dram Teatrının baş rejissoru. İradə Vaqif qızı Gözəlova 1982-cı ildə Bakı şəhərində anadan olmuşdur.1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu ixtisasına qəbul olunmuş, 2003 ildə bitirmişdir.1999 –2003 Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa işləyib 2003–2009 il. Azərbaycan Dövlət "YUĞ" Teatrında rejissor işləyib. 2009 ildə Moskva şəhərində yerləşən A.P. Çexov adına Moskva Bədai Teatrının maqistraturasına qəbul olunmuş və 2011-ci ildə bitirmişdi.2014 ildə Gəncə Dövlət Dram teatrina baş rejissor vəzifəsinə təyin olunmuşdur, hal-hazirda bu vəzifədə çalışır.2017-ci il 10 martda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif olunub. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. "Lay-lay" – (A.P. Çexovun hekayələri əsasında) – rejissor (Azərbaycan Dövlət"YUĞ" teatrı) "Ömər…Ömər…Ömər" – (Ömər Xəyyamin rübailəri əsasında) — rejissor (Azərbaycan Dövlət "YUĞ" Teatrı) "Səni görüm"- müəllif və rejissor (Azərbaycan Dövlət "YUĞ" Teatrı) "Qəribə oğlan" (İlyas Əfəndiyevin) — rejissor (Azərbaycan Dövlət Gəncə Dram Teatrı) "Bəlayi-eşq" (M. Fizulinin qəzəlləri əsasinda) — rejissor (Azərbaycan Dövlət"YUĞ" Teatrı) "Pulxafan" — rejissor (Moskva şəhərində, Meyerxold adına mərkəzdə); "Oğlum"- müəllif və rejissor (Moskva şəhərində,Meyerxold adına mərkəzdə) "Ailə səhnələri" (A.Yablonskaya) — (Moskva çəhərində, "Dok" teatrında) "Mən debiləm"( N.Duxaninanın) — (Moskva şəhərində, Meyerxold adına mərkəzdə) "Alisa, sən hara?"-rejissor, ssenari müəllifi (Azərbaycan Dövlət Rus Dram Teatrı) "Leyli və Məcnun" Nizami Gəncəvi (xip-xop muzikl) — rejissor, ssenari müəllifi (H.Əliyev adına Sarayda) "Evlənmə" (N.V.Qoqol) –rejissor (Azərbaycan Dövlət Gəncə Dram Teatrı) "1001 gecə" — rejissor, ssenari müəllifi (Azərbaycan Dövlət Mingəçevir Dram Teatrı) "Şah İsmayil Xətai" — (Azərbaycan Dövlət Gəncə Dram Teatrı) "Kimdir müqəssir?" (Ə.B.Haqverdiyev) — (Azərbaycan Dövlət Musiqi Teatrı) "Dağ Qadin və ya inadçının ram edilməsi" (V. Şekspir) — (Udmurtiya Rus Dram Teatrında, İjevsk şəhərində) "Mənim günahım" (İlyas Əfəndiyev) — (Azərbaycan Dövlət Musiqili Teatrı) "999-cu gecə" ("1001 gecə"də Şəhrizadın danışdığı 999-cu nağılı əsasında) — (Azərbaycan Dövlət Gəncə Dram Teatrı) "Sabir" (Şəfaət Mehdiyev) — (Azərbaycan Dövlət Gəncə Teatrı) Moskvada keçirilən Çexov adina gənc rejissorlsar seminarında; Londonda olan "Royal Court" teatrında stajirovkada; Sankt-Peterburqun Aleksandrinka teatrında stajirovkada; Ukraynada "Lyutıy fevral" festivalında "Səni görüm" tamaşasına görə mükafat; Ukraynada "Klassika bu gün" festivalinda Qoqoln "Evlənmə" tamaşasına göre mükafat Udmurtiyanin Rus Dram Teatrında Şekspirin "Dağ Qadin və ya inadçının ram edilməsi" tamaşasına göre mükafat. Udmurtiyanın İjevsk şəhərində " Şekspir dünyası" laboratoriyanin qalibi olub.
İskya (ada)
İskya (it. Ischia) — Tirren dənizində, Neapol körfəzində vulkanik ada. Adanın sahəsi 46 km² olub, İtaliyanın Kampaniya (İtaliya) muxtar vilayətinin Neapol əyalətinin inzibati bölgüsünə aiddir. İnzibati olaraq Kampaniya (İtaliya) muxtar vilayətinə aid olub, Neapol körfəzində olan üç əas adadan ən böyüyüdir. Digər yanaşı adalar Kapri və Proçidadir. Sahəsi 46 km², sahilinin uzunluğu 34 km, əhalisi 62 000 nəfərdir. Əhali 6 icmada cəmlənmişdir. Bunlar, Kasamissiola Terme, Lakko Ameno, Forio, Serrara Fontana və Barano d İskja icmalarıdırlar. Əsas şəhəri 18 253 nəfər əhalisi olan İskjadır. Tirren dənizinə aid buda kontinentdən 7 km, Neapol şəhərindən 40 km aralı yerləşmişdir.
Şeyla Skott
Şeyla Skott (27 aprel 1922, Vuster[d] – 20 oktyabr 1988, London) — uzun məsafədə uçuş işləri ilə 100-dən çox aviasiya qeydini qırdıran bir İngilis aviator idi. Seyla Kristina Hopkins, Worcester, Worcestershire, İngiltərədə doğulmuşdur o bir acınacaqlı uşaqlıq idi və Alice Ottley School yaxşı bir şey etməyib, təxminən bir neçə dəfə çıxarıldı. İkinci Dünya Müharibəsi dövründə dəniz hövzəsində bir tibb bacısı olaraq xidmətlərə qatılıb. 1943-cü ildə aktrisa kimi karyerasına başladı. O, özünü Sheila Scott adlandırdı. 1958-ci ildə dokuz ay təlimdən sonra Thruxton Aerodromunda solo gedəcəyini öyrəndi. Onun ilk təyyarəsi 1959–1964-cü illərdə olan Thruxton Jackaroo (çevrilmiş Tiger güvəsi) G-APAM idi . 1966-cı ilin aprelində o, Piter Comanche 260B G-ATOY'u Mif Too adına alıb, orada doksan dünya rekordunu təyin etdi. 1966-cı il mayın 18-də Londondakı Heathrow şəhərində ilk solo uçuşu keçirdi. 34 iyun 1966-cı ildə, 49.890 km (189 saat) sonra uçan bitirmişdir.
Seyya Stoyka
Seyya Stoyka ing. Ceija Stojka (23 may 1933 – 28 yanvar 2013, Vyana) Avstriyadan olan rəssam, aktivist və musiqiçi, Holokostdan xilas olan qaraçı. Stoyka 1933-cü ildə Ştiriyanın alm. Kraubath an der Mur‎ şəhərində anadan olmuşdur. Anası Mariya "Sidi" Riqo Stoyka və atası Karl "Vakkar" Horvatın altı uşaqlarından beşincisi idi. Onun iki qardaşı, Karl "Karli" Stoyka və Cohan "Monqo" Stoyka da yazıçı və musiqiçi idilər. Ailə Roma-Katolik kilsəsi lovari adlanan qaraçı xalqının alt qrupundan idi - ata tərəfdən Baqareşçi qəbiləsinin üzvləri və ana tərəfdən Giletçi qəbiləsinin üzvləri. Stoykalar at tacirləri idilər, onların karvanı qışı Vyanada, yayı isə Avstriyanın çöllərində səyahət edərək ailələrinin 200 illik ənənələrini qoruyub saxlamışdılar. Anası və beş qardaşdan dördü ilə birlikdə Holokostdan və Auşvitz həbs düşərgəsindən, eləcə də Ravensbrük həbs düşərgəsindən və Bergen-Belzendən xilas ola bilmişdi. Atası Daxau həbs düşərgəsinə, daha sonra Şloss Hartheymə göndərildi və orada öldürüldü.
Siyka Çonçeva
Siyka Kostadinova Çonçeva (bolq. Сийка Костадинова Цончева; 22 sentyabr 1926 – 17 sentyabr 1971) ― bolqar hərbi pilot. O həm hərbi təyyarə, həm mülki təyyarə, həm hidrotəyyarə, həm də helikopter idarə etmiş yeganə bolqar qadındır. Pilotluq karyerası ərzində o, ən azı 11 növ təyyarə idarə edib. Siyka Çonçeva 22 sentyabr 1926-cı ildə Bolqarıstanın Veliko Tırnovo vilayətinin Dzulunitsa şəhərində anadan olub. O, Qorna-Oryaxovitsa şəhərində orta məktəbi bitirdikdən sonra Varnada tibb bacısı kimi təhsilini davam etdirib. Universitetdə oxuduğu müddətdə Varnadakı aerokluba qoşulmuş və paraşütlə tullanma və üzgüçülük kursları almağa başlamışdır. O, doğulduğu kənddə ilk gimnastika məşqçisi olub. Çonçeva 1948-ci ildə Qraf-İqnatievo kəndində imtahan verərək uçuş sertifikatı almışdır. O, məktəbi bitirdikdən sonra 1949-cu ildə Pleven şəhərindəki "G. Benkovski" aviasiya məktəbinə kursant kimi daxil olub.