Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kaliopi
Kaliopi Bukle (mak. Калиопи Букле; d. 28 dekabr 1966, Oxrid, Makedoniya Respublikası, Yuqoslaviya Sosialist Federativ Respublikası) və ya sadəcə Kaliopi — Makedoniya Respublikası müğənnisi və bəstəkarı. O, öz musiqi karyerasında 80-ci illərdə Yuqoslaviyada fəaliyyət göstərən və öz adını daşıyan qrupun vokalistindən Makedoniya və bütün keçmiş Yuqoslaviya ölkələrində məşhur olan peşəkar solo ifaçıya dönüşməyə nail olmuşdur. Kaliopi Makedoniya Respublikasını "Crno i Belo" mahnısı ilə 2012 Avroviziya Mahnı Müsabiqəsində və "Dona" mahnısı ilə 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Bioqrafiya == === Erkən illəri və karyeranın başlanğıcı === Kaliopi kiçik yaşlarından musiqiyə həvəsli olmuşdur. 1976-cı ildə o, Makedoniyada keçirilən "Zlatno Slavejče" uşaq festivalında "Mojata učitelka" mahnısı ilə çıxış etmiş və nəticədə qələbə qazanmışdır. O, 1978 və 1980-ci illərdə Zapro Zaprov ilə birlikdə tur çərçivəsində Çexoslovakiya, Sloveniya və Avstriyada konsertlərdə səhnə almışdır. Daha sonra Kaliopi dörd il Mariya Nikolovskanın vokal dərslərində iştirak etmiş və 1984-cü ildə Musiqi akademiyasında Blaqoya Nikolovskidən dərs almağa başlamışdır. 1984-cü ildə o, Yuqoslaviyanın mahnı müsabiqələrindən birində solo ifaçı olaraq iştirak etmiş və nəticədə üçüncü yerə layiq görülmüşdür.
Kalsofit
Kalsofit — karbonatlı torpağı sevən bitki. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” (Dərs vəsaiti). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2004, s. 379 – 424.
Kalhori
Kalhori (kürd. Kelhurî) — İraqın cənub-şərqində və İranın qərbində yayılmış kürd dillərindən biri. XVI əsrdə tarixçi Şərəf xan Bitlisinin qeyd etdiyi Kalhor qəbiləsindən olan etnik kürdlər bu dili danışırlar.
Kalzone
Kalzone (azərb. corab, şalvar‎) — mayalı xəmirdən hazırlanan sobada bişirilən italyan kökəsidir. XVIII əsrdə Neapolda yaranmışdır. Səciyyəvi kalzone sobada bişirilən duzlu çörək xəmirindən hazırlanır, kolbasa, donuz əti, yaxud tərəvəz, motsarella, rikotta, parmezan, yaxud pekorino pendiri, həmçinin yumurta ilə doldurulur. Kalzone içində və üstündə fərqli regional variyasiyalar mütəmadiyən adi pizza sousları ilə əlaqəli digər inqrediyentləri ehtiva edə bilər.
Kalmon
Kalmon (port. Calmon) — Braziliyanın Cənub regionunun Santa Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 4069 nəfərdir. Ərazisi 639,528 кm²-dir. Əhalinin sıxlığı 6,4 nəfər/кm²-dir. Bələdiyyənin bayramı 9 yanvardır.
Kalori
Kalori — istiliyin sistemdən kənar vahidi; Adətən 1 q suyu 1 °C qızdırmaq üçün sərf olunan istilik miqdarı Kalori götürülür. Beynəlxalq kkal kimi beynəlxalq kvt. saatın 1/861 -i götürülür. Beynəlxalq vahidlər sistemində istilik vahidi couldur. 1 kal = 4,1868 °C, 20 dərəcəli K = 4,181 °C. K. müxtəlif vaxtlarda başqa temperatur intervallarında da təyin olunmuşdur..
Kasnı
Kasnı (lat. Cichorium) — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Kasnının tərkibində kalsium, maqnesium, fosfor, dəmir, A1, B1, B2, C, E vitaminləri vardır. == Növləri == Cichorium alatum Hochst. & Steud. Cichorium bottae Deflers Cichorium callosum Pomel Cichorium calvum Sch.Bip. ex Asch. Cichorium dubium E.H.L.Krause Cichorium endivia L. Cichorium hybridum Halácsy Cichorium intybus L. Cichorium pumilum Jacq.
Alessandro Tassoni
Alessandro Tassoni (it. Alessandro Tassoni; 28 sentyabr 1565, Modena – 25 aprel 1635[…], Modena) — italyan şair. == Həyatı == XVII əsr italyan poeziyasında zamanın qarşıya qoyduğu problemlərə cavab verməyə çalışan istedadlı sənətkarlardan biri də Allessandro Tassoni idi. Bir çox müasirləri kimi İtaliyanın taleyi onu da narahat edirdi. Tassoni öz həmvətənlərini birliyə, birləşib yadelli işğalçılara qarşı vuruşa, döyüşə çağırırdı. O, sözün əsl mənasında vətəndaş şair idi. Tassoni həyatı boyu dövrünün bir çox görkəmli adamlarının kardinal və hersoqlarının yanında xidmət etmişdir. Şairin zəngin ədəbi irsində onun ziddiyyətli, döyüşkən təbiəti əks olunmuşdur. Tassoninin bütün əsərlərində bu və ya başqa bir şəkildə nüfuzlara, ehkamlara qarşı mübarizə ruhu vardır. "İspanlar əleyhinə həcvlər" əsərində İtaliyanın fikir və iradəsini əzən, onu qul, kölə halına salan, yadelli ispanlara etiraz edir, qəzəb və həyəcanını bildirir, həmyerlilərində vətənpərvərlik duyğuları oyatmağa çalışır.
Andrea Karboni
Andrea Karboni (4 fevral 2001) – İtaliya A Seriyasında çıxış edən Monzanın və 21 yaşadək futbolçulardan ibarət İtaliya milli futbol komandasının müdafiəçisi. == Karyerası == === Kalyari === Kalyaridə ilk matçına 23 iyun 2020-ci ildə keçirilən SPAL-Kalyari matçının 90+5-ci dəqiqəsində çıxıb. Matç Kalyarinin 0–1 hesablı qələbəsi ilə başa çatıb.Kalyarinin heyətində 50-ci matçına 6 fevral 2022-ci ildə keçirilən Atalanta-Kalyari matçının 87-ci dəqiqəsində çıxıb. Matç Kalyarinin 1–2 hesablı qələbəsi ilə başa çatıb. 30 iyun 2022-ci ildə Kalyaridən ayrıldı. === Monza === 30 iyun 2022-ci ildə Kalyaridən Monzaya transfer olundu. Monzada ilk matçına 13 avqust 2022-ci İldə keçirilən Monza-Torino matçının 63-cü dəqiqəsində çıxıb. Matç Torinonun 1–2 hesablı qələbəsi ilə başa çatıb.
Apus balstoni
Apus balstoni (lat. Apus balstoni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin uzunqanad cinsinə aid heyvan növü.
Aynar Karlson
Aynar Karlson (13 oktyabr 1988) — Estoniyalı boksçu. Aynar Karlson Estoniyanı 2015-ci ildə I Avropa Oyunlarında təmsil etdi. Karlson 10 yaşından boks ilə məşğul olmağa başlamışdır. Kikboksinq üzrə dünya gənclər çempionu və 9 dəfə Estoniya boks çempionudur. Boksdan əlavə kikboksinq, sərbəst güləş, cüdo və ciu-citsu ilə məşğul olur. == Karyerası == Aynar Karlson birinci dəfə Avropa Oyunlarına 2015-ci ildə qatıldı. O, Bakıda baş tutan I Avropa Oyunlarında kişilər 81 kq çəki dərəcəsində, 1/32 final mərhələsində Monteneqronun nümayəndəsi Bosko Draskoviç ilə üz-üzə gəldi. Həmin görüşdə Aynar Karlson rəqibinə 1:2 hesabı ilə uduzdu.
Covanni Kassini
Covanni Domeniko Kassini (8 iyun 1625[…] – 14 sentyabr 1712[…], Paris, Fransa krallığı) — Fransız astronom. Yerin orbitini təyin etməyə cəhd edərkən nəzərdən keçirdiyi 4 tərtibli müstəvi əyrisi (Kassini ovalı) onun adı ilə adlandırılıb. == Fəaliyyəti == XVII əsrdə astronom Covanni Kassini 3 qonşu Fibonaççi ədədini əlaqələndirən düsturu isbat edib. Yerdən Günəşə qədər olan dəqiq məsafəni (149 597 870 700 metr) ilk dəfə 1672-ci ildə məşhur astronom Covanni Kassini ölçmüşdü. O, Yerdən Günəşə olan məsafənin 140 milyon kilometr olduğunu bildirmişdir.
Girts Karlsons
Girts Karlsons (latış. Ģirts Karlsons‎; d. 7 iyun 1981, Liepaya) — Latviya futbolçusu, Ventspils futbol klubunun hücumçusu. == Klub karyerası == Karyerasının çox hissəsini Latviyanın Metallurq Liepaya klubunda keçirən (203 oyun, 107 qol) Girts, Latviyanın digər klubu Venta-da (6 oyun), Rusiyanın Şinnik Yaroslavl (8 oyun) və Hollandiyanın De Qrafsxap (5 oyun) klubunda oynayıb. 2009—2012-ci illərdə İnter Bakı klubunda oynayıb. == Yığma karyerası == Karlsons 2003-cü ildən çıxış etdiyi Latviya milli futbol komandasında 49 oyunda 9 qol vurub.
Ixora lawsoni
Ixora lawsoni (lat. Ixora lawsoni) — boyaqotukimilər fəsiləsinin ixora cinsinə aid bitki növü.
Karlson (personaj)
Karlson (isv. Karlsson) — İsveç yazıçısı Astrid Lindqren tərəfindən yaradılmış ədəbi personaj. Karlson Stokholmda Vasastan ərazisində Astrid Lindqrenin vaxtilə özünün yaşadığı çoxmənzilli evin damındakı kiçik evcikdə yaşayır. Onun ən yaxşı dostu Svantessonlar ailəsinin kiçik uşaqları olan 7 yaşlı və "Balaca" (orijinalda Lillebror - balaca qardaş) ləqəbli Svante idi. Trilogiyada təsvir edilmişdir: "Balaca və damda yaşayan Karlson". (1955) "Damda yaşayan Karlson yenə uçub gəldi". (1962) "Damda yaşayan Karlson yenə nadinclik edir". (1968) Karlson haqqında olan bu trilogiyanı eston əsilli isveç qadən rəssamı İlon Vikland illustrasiya etmişdir. Məhz onun illüstrasiyaları dünyada yetərincə məşhurdur. Rusiyada isə rəssam və multiplikator Anatoli Savçenkonun illüstrasiyaları geniş yayılmışdır.
Kassini aralığı
Kassini aralığı — Saturn planetini xarici halqaları arasındakı aralıq. Onun eni təxminən 5000 km-dir. İtalyan və fransız astronomu Jan-Dominik Kassini ( it. Gian Domenic Cassini, fr. Jean-Dominique Cassini; 1625—1712) tərəfindən 1675-ci ildə kəşf edilmişdir. == Kassini aralığı incəsənətdə == Stanislav Lemin "Araşdırma" adlı hekayəsində Kassini aralığına tədqiqat məqsədli zondların buraxılması insanlarla robotların birgə ekspedisiyasının əsas məqsədidir. Robotlardan biri qəza törədir və göyərtədəki insanları məhv etmək üçün gəmini Kassini aralığına yönəldir.
Laslo Kalnoki
Laslo Kalnoki (mac. Kálnoky László; 5 sentyabr 1912, Eqer – 30 iyul 1985, Budakesi[d]) — macar şairi və tərcüməçisi. == Həyatı == Laslo Kalnoki Nyuqatın üçüncü nəslinə aid edilirdi. Onun şeirlərində pessimizm cərəyanı daha çox hiss olunurdu.
Luka Karboni
Luka Karboni (orig. Luca Carboni; 12 oktyabr 1962[…], Boloniya) — tanınmış İtalyan müğənnisi. O, həm də rəssam və dülgərdir. == Həyatı == Luka Karboni İtaliyanın Bolonya şəhərində doğulub. Musiqi karyerasını 1981-ci ildə bəstəkar və qitaraçı kimi başlayan musiqiçi, solo ifaçı kimi 1983-cü ildən fəaliyyətdədir. Karboni İtaliyanın ən məşhur musiqiçilərindən biridir.
Metaseiulus nelsoni
Metaseiulus nelsoni (lat. Metaseiulus nelsoni) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin metaseiulus cinsinə aid heyvan növü.
Micoureus alstoni
Micoureus alstoni (lat. Micoureus alstoni) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin opossumkimilər dəstəsinin opossumlar fəsiləsinin micoureus cinsinə aid heyvan növü.
Talioni Mariya
Mariya Talioni (it. Maria Taglioni; 23 aprel 1804[…], Stokholm – 23 aprel 1884, Marsel, Fransa) — XIX əsrin məşhur balerinası, italyan Talioni balet sülaləsinin üçüncü nəsil nümayəndəsi, baletin romantizim epoxasının əsas nümayəndələrindən biri. == Bioqrafiyası == Mariya balet ustası və xoreoqraf Talioni Filipponun ailəsində dünyaya gəlmişdir. Mariya kiçik qız ikən nə baletin tələbinə cavab verəcək qamətə, nə də xüsusi bir yaraşığa malik olmuşdur. Buna baxmayaraq, atası onu balerina etmək inadından əl çəkmir. Mariya Vyanada, Stokholmda və sonralar isə Parisdə Kulon Fransuanın yanında dərslər alır. Daha sonra isə Mariya ilə atası özü məşqul olmağa başlayır. 1822-ci ildə atasının quruluş verdiyi "Terpsixora sarayına gənc nimfanın qəbulu" baleti ilə Vyanada ilk çıxışını edir. Gənc balerina səhnəyə o dövr üçün məqbul olan ağır libas, parik və qrimdən imtina edərək, təvazökar və sadə bir libasda çıxmışdır. Paris tamaşaçılarının ürəyini 1827-ci ildə "Venesiya karnavalı"nda fəht edən Mariya, o vaxtdan Qarnye Sarayında tez-tez çıxışlar edir.
Çester Karlson
Çester Karlson (ing. Chester Carlson; 8 fevral 1906; Sietl — 19 sentyabr 1968; Nyu York — ABŞ fiziki, kseroqrafiyanın banisi. == Həyatı == Çester Karlson 1906-cı il, 8 fevral tarixində Sietldə İsveç mühacirinin ailəsində dünyaya gəlib. Atası və anası xəstə olduğundan Çester artıq on dörd yaşından işləməyə və ailəyə maddi cəhətdən kömək etməyə başlayır. O, çətinliyə baxmayaraq "Riverside Junior College" kollecini bitirərək Kaliforniya Texnologiya İnstitutuna daxil olur. Karlson 1930-cu ildə fizika sahəsində bakalavr dərəcəsinə layiq görülür, 1936-cı ildə "New York Law School" hüquq təhsil müəssisəsinə qəbul olur. O, Nyu-Yorkda "Bell Telephone Laboratories" laboratoriyasında çalışmağa başlayır. Ancaq böyük böhranın başlanması ilə vəziyyət dəyişir, gələcək ixtiraçı işdən çıxarılır. Bir ildən sonra Karlson "PR Mallory Company" (hal-hazırda Duracell) şirkətində çalışmağa başlayır, tezliklə patent bölməsinin rəhbəri olur. 1934-cü ildə Karlson Çester sənədlərin üzünün alınmasının tez və rahat üsulunu işləyib hazırlamağa başlayır.
Şistosoma mansoni
Şistosomalar (lat. – Schistosoma) — Strigeidida dəstəsindən olan qansoran yastı qurdların (trematodların) cinsidir. Şistosomaların 5 növü mövcudur. Onlar şistosomiaz xəstəliyinin törədiciləridir. Törədicinin növündən asılı olaraq şistosomiazın 2 əsas forması olur – mədə-bağırsaq və genitouriya. Bağırsaq şistosomiazın törədicilərindən biri də Şistosoma Mansonidir (lat. Schistosoma mansoni). Bağırsaq şistosomiazı tropik və subtropik bölgələrdə, xüsusən təhlükəsiz içməli su və düzgün sanitariya imkanı olmayan yoxsul icmalarda geniş yayılmışdır. Müalicəyə ehtiyacı olan şistosomiaz xəstələrinin təxminən 90% -i Afrikada yaşayır. Schistosoma mansoni əsas sahibləri insanlar, mal-qara, itlər, gəmiricilər, müvəqqəti sahibləri isə Biomfalariya cinsindən olan ilbizlərdir.
Adam Karson
Adam Karson (ing. Adam Carson; Qlazqo – 1935) — hücumçu mövqeyində oynamış Şotlandiya futbolçusu, 1890-cı illər ərzində "Qlazqo Tisl", "Nyuton Hit", "Arvdik" və "Liverpul" klublarında çıxış etmişdir. == Karyerası == 1892–1893-cü illərdə "Nyuton Hit" (indiki "Mançester Yunayted") komandasının heyətində 13 oyunda meydana çıxmış və 3 qol vurmuşdur. 1893-cü ildə "Ardvik" (indiki "Mançester Siti") komandasının heyətində 9 oyunda meydana çıxmış və 3 qol vurmuşdur.
Ben Karson
Bencamin Solomon Karson (18 sentyabr 1951[…], Detroyt, Miçiqan) — Amerikalı siyasətçi, 17-ci United States Secretary of Housing and Urban Development-ə xidmət edən sabiq cərrahdır. Trump Administration-ı altında xidmət edir. Onun kabinet vəzifəsindən əvvəl, 2016-cı ildə ABŞ-nin prezidentliyinə Respublika başçılarına namizəd oldu. == Həyatı == Michigan ştatının Detroit şəhərində doğulub və Yale Universiteti və Miçiqan Tibb Universitetinin məzunu olan Carson tibbi karyerası və siyasi duruşları ilə bağlı çoxsaylı kitabların müəllifidir. 2009-cu ildə bir televiziya draması filminin mövzusu oldu. 1984-cü ildən Merilenddə Johns Hopkins Xəstəxanasında Uşaq Neyrocərrahiyyəsi Direktoru oldu və 2013-cü ildə təqaüdə çıxdı. Hələ ilk neyrocərrahiyəyə başlayan vaxtlarda Karson'un nailiyyətləri başın arxası birləşdirilmiş əkizlərin müvəffəqiyyətlə ayrılmasını həyata keçirir; Bətnindəki bir dölə ilk müvəffəqiyyətli neyrcərrahi prosedurunu qabaqcadan təyin edən; tip-2 vertikal kraniopagus əkizlərinin ilk tamamilə uğurlu ayrılması; beyin kök şişlərini müalicə etmək üçün yeni üsulların hazırlanması; və nöbetlərin idarə olunması üçün hemisferektomiya texnikasınıyaradır. 33 yaşınadək ölkədə uşaq neyrocərrahinin ən gənc başçısı olur. O, 60-dan çox fəxri doktorluq dərəcəsi, onlarla milli qiymətli sitatlar və 100-dən çox neyrocərrahiyə nəşr yazmışdır. 2008-ci ildə ABŞ-də ən yüksək mülki mükafata layiq görüldü.