Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Daur
Daur tütəkcəsi (lat. Angelica dahurica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin tütəkcə cinsinə aid bitki növü.
Kadr
Kadr Kadr, kinotexnikada çəkiliş zamanı kinoplyonkanın və ya foto təbəqəsi üzərində alınan təsvir; Televiziyada tam açılış tsikli müddətində elektron-şüa borusunun ekranındakı birdəfəlik bütöv təsvir; İnformatikada displey ekranının tərkibi; Kinolentin ayrı-ayrı şəkli, sahəsi; Müəyyən sahədə çalışan işçilərin ən əsas və ən hazırlıqlı heyəti; 6)hərbidə qoşun hissələrinin daimi heyəti. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s. == Xarici keçidlər == Kinokadr nedir?
Kaup
İohann Yakob Kaup (alm. Johann Jakob Kaup‎) — Almaniya zooloqu.
Qaur
Qaur (lat. Bos gaurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinə aid heyvan növü. Qaur (Bos Bibos Frontalis Gaurus) hazırda Hindistanda və Zond adalarında yayılmışdır. Bəzi alimlərin rəyinə görə qaur özündən fərqli olan qayalın törəməsinə səbəb olmuşdur. Prof. A.A.Brauner burnu buğa yarımailəsinin törəməsi tarixinə dair təklif etdiyi sxemdə təsdiq etmişdir. Əslində isə qayal və qaur müxtəlif formalardır. Qaurun buynuzları uzun və çox əyilmişdir, dibləri enli, ucları isə sivridir. İstiqaməti yuxarıya, azacıq dala və içəriyə tərəfdir. Qaurun ilk təsviri 1827-ci ildə verilmişdir.
KAUR (kosmik platforma)
KAUR (rus. КАУР; Космический Аппарат Унифицированного Ряда) — unifikasiya edilmiş kosmik platforma üçün ümumi ad. XX əsrin 60-cı illərində akademik M. F. Reşetnyova adına İnformasion Peyk sistemləri Açıq Səhmdar Cəmiyyətin bazasında qurulub. Cəmi 4 peyk platforması işlənib: KАUR-1, −2, −3 və −4. 1965-ci ildən 2009-cu ilədək bu platformaların və onların modernləşdirilmiş variantlarının əsasında 400-dən çox həm hərbi, həm də mülki təyinatlı peyk əlaqəsi qurulub. 2000-ci ilin əvvəllərindən başlayaraq Kaur-4 modernizasiya edilmiş platforması əvəzinə "Ekspress" peyk platformaları ailəsinin işlənilməsinə başlandı. Onların da bazasında yeni perspektiv kosmik aparatlar qurulacaq. == KAUR-1 == 1963-cü ildə radionaviqasiyalı sistemlərin işlənilməsinə başlandı. Nəticədə, "Tsiklon" peyki yaradıldı. Bu peykin konstruksiyası gələcəkdə bütövlüklə müxtəlif təyinatlı KA ailəsinin varisi oldu.
Kür
Kür (türk. Kura; gürc. მტკვარი, translit. Mtkvari; erm. Կուր, translit. Kur; q.yun. Κῦρος, translit. Kiros; fars. کوروش‎‎, translit. Kuruş) — Qafqazda çay.
Anil Kapur
Anil Kapoor (hind. : अनिल कपूर , pəncab : ਅਨਿਲ ਕਪੂਰ; 24 dekabr 1959, Bombey) — məşhur hind aktyoru və prodüseridir.
Açar kadr
Açar kadr (keyframe,ключевой кадр,anahtar kare)-rəqəmsal videofilm faylında: tam görüntüdən ibarət olan və sıxılması yalnız kadrın içindəki artıq informasiyanın uzaqlaşdırılması yolu ilə həyata keçirilən kadr. Animasiya və ya hərəkət effektlərində: atributun dəyişilməsi zamanı onun yeni durumunu (məsələn, lazım olan hərəkət trayektoriyasının başlanğıcını və ya sonunu, materialın dəyişməsini və s.) qeydə almaq üçün yaradılan kadr. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı,467s.
Daur acıçiçəyi
Daur acıçiçəyi (lat. Gentiana dahurica) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.
Daur dili
Daur dili (daqur dili, daxur dili) — daurların dili. Monqol dilləri ailəsinin kidan qrupuna aiddir. Monqol dillərindən daha zəngin fonetikasına görə fərqlənir. Leksika sahəsində mancur, çin dilləri, həmçinin tunqus-mancur dilləridən, xüsusi ilə evenk dilindən xeyli sözlər götürmüşdür. == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Mənbə == Грамматики: Поппе Н. Н. Дагурское наречие М., 1930. Martin S.E. Dagur Mongolian. Grammar, Text, and Lexicon (pdf, 4.8 Mb, 1961) Arxivləşdirilib 2014-07-26 at the Wayback Machine на сайте Алтаика.
Daur durnası
Daur itburnusu
Daur itburnusu (lat. Rosa davurica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Daur kirpisi
Daur kirpisi (lat. Mesechinus dauuricus) — Kirpilər fəsiləsinə aid kirpi növü. == Xarici görünüş == Bu növ ölçülərinə görə elədə böyük deyildir. Rəngləri parlaq-qum, tünd-qonur rəngdə olur. Ölçüləri: uzunluğu 19,5—29 sm, quyruğu 25–37 mm, çəkimisi isə yaşdan asılı olaraq 600—1400 q arasında dəyişir. Başı konusvari olub uzun çənəyə malikdirlər. Qulağı elədə byük deyildir. Uzunluğu isə 29–34 mm-dir. Adi Kirpidən fərqli olaraq baş nahiyyəsində xətt yoxdur. == Yayılması == Daur kirpiləri əsasən Zabaykal diyarının çöl, meşə çöl ərazilərində yayılmışlar onlars həmçinin Monqolustanın şimal-şərq və Çinin şimal ərazilərində yayılmışdır.
Daur qulançarı
Daur qulançarı (lat. Asparagus dauricus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü.
Daur silsiləsi
Daur silsiləsi və ya sadəcə Daur (rus. Даур) — Rusiya Federasiyasındə, Yəhudi muxtar vilayətində orta yüksəklikli silsilər və və dağ massivləri. == Haqqında == Qranit və kristallik şistlərdən ibarətdir. Cila çayının yuxarı axınından Uldurqa çayının mənbəyinədək şimal-şərq istiqamətində 300 kilometrlik bir məsafədə uzanır. Silsilənin maksimal nöqtəsi 674 metr yüksəklikdə olan Daur dağıdır. Silsilənin aşağı hissəsində geniş yarpaqlı musson tipli meşələr üstünlük təşkil edir. Daur dağının zirvəsində isə onları iynəyarpaqlı meşələr əvəz edir. Silsilənin yamaclarında nadir bir gəlincik növü olan solonqoy və ya dağ gəlinciyi, bəzi nadir yırtıcı quşlar və kəpənəklər yaşayır.
Daur simisifuqası
Daur tütəkcəsi
Daur tütəkcəsi (lat. Angelica dahurica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin tütəkcə cinsinə aid bitki növü.
Daur çirişi
Daur çirişi (lat. Eremurus tauricus) - çiriş cinsinə aid bitki növü.
Daur çoğanı
Daur çoğanı (lat. Gypsophila davurica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin çoğan cinsinə aid bitki növü.
Daur ətirşahı
Daur ətirşahı (lat. Geranium dauricum) - ətirşah cinsinə aid bitki növü.
Di'Kuar
Di'Kuar (ing. D'Qar) — "Ulduz müharibələri" kainatında uydurma planet. Di'Kuar qalaktikanın ucqar nöqtələrində yerləşir, nisbətən Nabuya yaxındır. Bu, əsas kosmik marşrutlardan uzaqda yerləşən və geniş halqa ilə əhatə olunmuş, az tanınan bir planetdir. Yamyaşıl, cəngəlliklərlə örtülü səthində sayıqlı canlılar yoxdur, lakin burada müxtəlif növ quşlar və həşəratlar, eləcə də bitkilər yaşayır. Meşəlikdən əlavə, Di'Kuarın səthində düzənliklər və dağlar da var. Mürəkkəb ekosistemə və təhlükəli yırtıcılara ev sahibliyi etməsinə baxmayaraq, planet rahat mülayim iqlimə malikdir.Di'Kuar planeti ilk dəfə "Empire" jurnalında, 26 noyabr 2015-ci ildə nümayiş olunmuşdur. Bundan sonra, planet "Gücün oyanması" (2015) filmində nümayiş olunmuşdur. == İstinadlar == == Xarici keçidlər == D'Qar — Vukipediya saytında.
Dаur murdarçası
Edvard Karr
Edvard Holit Karr (28 iyun 1892, London – 3 noyabr 1982, Kembric) — Britaniya siyasət alimi, tarixçisi və jurnalisti Təhsilini Kembricdə başa vurmuş Edvard Karr 1916-cı ildə Britaniya Xarici İşlər Nazirliyinə qoşulmuş, 1919-cu ildə Paris Sülh Konfransında iştirak etmiş, daha sonra Riqada Britaniya səfirliyində işləmışdir. Riqada olarkən Karr Rusiya ilə maraqlanmağa başlamış və daha sonralar Rusiya haqqında bir çox fundamental əsərlər yazmışdır. 1936-cı ildə diplomatik xidməti tərk edən Karr Aberistvitdə Uels Universitetində Beynəlxalq siyasət üzrə Vudro Vilson professoru işləmiş, 1939-cu ildə özünün məşhur İyirmi İlin Böhranı əsərini çap etdirmişdir. 1941-1946-cı illərdə Tayms qəzetində redaktor köməkçisi işləmiş, sonra Oksfordda, daha sonra isə Kembricdə dərs demişdir. Karr İyirmi İlin Böhranı əsəri ilə beynəlxalq münasibətlər elmində siyasi realizmin əsaslarını qoyanlardan biri olmuş və bu əsərində iki dünya müharibəsi arasındakı dövr üçün hakim olan beynəlxalq münasibətlər nəzəriyyəsini ciddi tənqid etmişdir. Karrın idealistləri və idealizmi tənqidi zamanı üçün elə böyük əks-səda doğurmuşdu ki, idealistlər mənfi təəsssürat yaratmaqdan yaxa qurtarmaq üçün öz adlarını liberalizm və liberalist anlayışlarına dəyişmək qərarına gəlmişdilər Başlıca əsərləri Dostoyevski: yeni bioqrafiya (1931) Romantik sürgünlər: XIX əsr portret qalereyası (1933) Karl Marks: fanatizmin tədqiqi (1934) Mixail Bakunin (1937) İyirmi ilin böhranı, 1919-1939: beynəlxalq münasibətlərə giriş (1939) Sülhün şərtləri (1942) Millətçilik və sonrası (1945) Sovet Rusiyasının tarixi (10 cilddə:1950-1978) Yeni cəmiyyət (1951) Tarix nədir?
Kafr qartalı
Afrika qara qartalı (lat. Aquila verreauxii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. Afrikada yaşayır. Növün latınca adı fransız botaniki və ornitoloqu Jül-Pyer Verronun şərəfinə adlandırılmışdır. == Arealı == Arealı Afrikada - Çad və Keniya Samburu Parkının cənubunda Finboş və Əjdaha dağları əraziləridir.
Kafur ağacı
Kafur ağacı (lat. Cinnamomum camphora) - darçın ağacı cinsinə aid bitki növü. Kamfora ağacı dəfnəkimilər (Lauraceae) fəsiləsinin darçın (cin-namomum) cinsinə daxil olan həmişəyaşıl ağacdır. Kamfora sözü ərəbcə كافور(kafur) sözünün Avropa dillərinə keçmiş və bu şəkildə yayılmış formasıdır. == Tarixi və yayılması == Kamforanın vətəni Şərqi Asiya, Çinin cənub və cənub-qərb rayonları, Tayvan, Yapon adaları - Ryukyu, Kyu-syu, Sikoku, Xansyu və Koreyanın Çedjuda adası hesab olunur. Tayvanda dəniz səviyyəsindən 500-2000 metr, Xondo adasında isə 850 metrə qədər yüksəklikdə bitir. Cənubi Afrikada, Kanar adalarında, Madaqaskarda, Avstraliyada, Avropanın cənub rayonlarında və Şimali Amerikanın cənub şərq rayonlarında təbii şəkildə yayılmışdır. Kamfora ağacından kamfora yağı və kamfora Çində və Yaponiyada bizim eranın doqquzuncu yüzilliyində alınmışdır. Asiyada isə ondan hələ qədim zamanlardan həvəsə gətirici vasitə kimi istifadə edilirdi. Ərəblər isə artıq on birinci yüzillikdə kamforadan müxtəlif tibbi məqsədlər üçün istifadə edirdilər.Kamfora yağı birinci dəfə Avropaya 1676-cı ildə gətirilib və Hollandiyada əkilmişdir.1910-cu ildən başlayaraq Almaniya qeyri-təbii yolla kamfora istehsal etməyə başladı.