Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kolibri
Kolibrilər (lat. Trochilidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinə aid heyvan fəsiləsi. 300-dən çox növü məlumdur. Bu quşlar arxaya uça bilən yeganə quşlardır. 15 m/san sürəti ilə uça bilirlər. Yenidamaqlılar dəstəsinə aid quşlar fəsiləsi. Arıquşlar dünyada ən kiçik quşlardan biridir. Onlar ancaq Yeni Dünyada - Kanadanın cənubundan Cənubi Amerikanın cənub qurtaracağına qədər olan yerlərdə yaşayırlar.
Saqqallı kolibri
Saqqallı kolibri (lat. Threnetes) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin kolibrilər fəsiləsinə aid heyvan cinsi.
Eurocopter EC120 Colibri
Eurocopter EC120 Colibri, Eurocopter şirkəti tərəfindən istehsal olunmuş Avropa Birliyinə mənsub olan çoxməqsədli helikopterdir. Eurocopter, China National Aero-Technology Import & Export Corporation (CATIC), Harbin Aviation Industries (Group) Ltd (HAIG) və Singapore Technologies Aerospace Ltd (STAero) ilə ortaq olaraq yaradılmış və inkişaf etdirilmişdir. Bu helikopter Çin və Avropa İttifaqı mənşəli olub 1998-ci ildə istifadəyə qəbul edilib. Hal-hazırda da aktiv bir şəkildə istifadə edilən bu helikopterlərdən 1995-2017-ci illər arasında 701 ədəd istehsal edilmişdir. Vahidinin qiyməti 2 milyon ABŞ dolları qiymətindədir. == Teknixi xüsusiyyətlər (EC120 B) == Ekipaj: 1-2 Sərnişingötürmə qabiliyyəti: 4 Uzunluk: 9.6 m Pərvanə (pər, Vint) uzunluğu: 10.00 m Hündürlük: 3.4 m Boş çəkisi: 991 kg Maksimum yükgötürmə qabiliyyəti: 1,715 kg Mühərrik: 1 ədəd Turbomeca Arrius 2F qazturbin mühərriki == İstifadəçilər == Almaniya ABŞ Avstraliya Böyük Britaniya Braziliya ÇXR İndoneziya Fransa İspaniya - Eurocopter EC120 Colibrilərdən ibarət aviaşou komandası var.
Kolinyi
Kolinyi (fr. Coligny) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Kolinyi kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01108. == Coğrafiyası == Kommuna Paris şəhərinin 360 km şimal-şərqində, Lion şəhərindən 80 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 22 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1154 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 634 nəfər (15-64 yaş arasında) arasında 481 nəfər iqtisadi cəhətdən, 153 fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.9%, 1999-cu ildə 72.1%). Aktiv 481 sakindən 440 nəfər (237 kişi və 203 qadın), 41 nəfəri işsizdir (22 kişi və 19 qadın).
Kalibr
Kalibr — maşın hissələrinin səthlərinin ölçü, forma və qarşılıqlı yerləşməsinə nəzarət etmək üçün tətbiq olunan bölgüsüz ölçmə alətidir. kalibr odlu silahların lüləsinin, həmçinin mərminin (minanın, güllənin) diametridir, silahın gücünü təyin edən əsas kəmiyyətlərdən biridir. == Ümumi məlumat == Kalibrlər həddi və normal olurlar. Normal kalibrlər (şablonlar) mürəkkəb səthlərə nəzarət ertməyə xidmət edirlər. Həddi kalibrlər keçən və keçməyən tərəflərə (nominal ölçünün yuxarı və aşağı həddləri) malik olaraq ölçünü buraxılabilən müsaidə daxilində olmasını yoxlamağa şərait yaradır. Həddi kalibrlər silindr, konus, yiv və şlis formalı səthlərin yoxlanmasında istifadə olunur. Həddi kalibrlər kontruksiya olunan zaman Teylor prinsipinə riayət olunmalıdır. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, keçən kalibr birləşmə boyu xətaları nəzərə almaqla qovuşan hissənin yoxlanılan ölçüsünün prototipidir. Keçməyən kalibr isə yalnız hissənin ayrı-ayrı ölçülərini yoxlayır və buna görə də, xətaları aradan qaldırmaq üçün kiçik uzunluğa malik olur. Kalibrlər daxili və xarici ölçülər üçün nəzərdə tutulduğundan onlar iki qrupda birləşirlər.
Polibi
Polibi (q.yun. Πολύβιος— Polybius; E.ə. 200, Meqolopol, Arkadiya — E.ə. 120) — Yunan tarixçisi və sərkərdəsi. == Həyatı == Qədim yunan tarixçisi və mütəfəkkiri Polibi e.ə. 200-ci ildə anadan olmuşdur. Romalılar tərəfindən 16 il girov saxlanılmış Polibi öz bacarıq və qabiliyyəti sayəsində dövlət xadimi və sərkərdə səviyyəsinə qalxa bilmişdir. O, Roma sərkərdəsi Ssipionla birlikdə Afrika sahillərində hərbi səfərlərdə olmuş, I Pun müharibəsində iştirak etmişdir. Vətəni Yunanıstanla Roma arasındakı müharibədə Korinf məğlubiyyətindən sonra həmvətənlərinə hər cür köməklik göstərməyə çalışmışdır. Buna baxmayaraq Roma əzəmətinin qızğın tərəfdarı olan Polibi 40 cildlik "Yeni tarix" əsərində Romanın dünya hökmranlığına can atmasını əsaslandırmağa çalışmışdır.
Günəş kolibrisi
Günəş kolibrisi (lat. Phaethornis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin kolibrilər fəsiləsinə aid heyvan cinsi.
Kolinyi (kanton)
Kolinyi (fr. Coligny) — Fransada kanton, Rona-Alplar regionunda yerləşir. Departamenti — En. Burk-an-Bres dairəsinə daxildir. Kodu — 0111. Kolinyi kantonuna 9 kommun daxildir və bunlardan əsas Kolinyi kommunası hesab edilir. == Kantonun kommunları == == Əhalisi == 1999-cu ildə əhalinin sayı 9531 nəfər təşkil edirdi.
Kolinyi (kommuna)
Kolinyi (fr. Coligny) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Kolinyi kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01108. == Coğrafiyası == Kommuna Paris şəhərinin 360 km şimal-şərqində, Lion şəhərindən 80 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 22 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 1154 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 634 nəfər (15-64 yaş arasında) arasında 481 nəfər iqtisadi cəhətdən, 153 fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.9%, 1999-cu ildə 72.1%). Aktiv 481 sakindən 440 nəfər (237 kişi və 203 qadın), 41 nəfəri işsizdir (22 kişi və 19 qadın).
Kolvari acıyonca
Hippocrepis emerus (lat. Hippocrepis emerus) — paxlakimilər fəsiləsinin hippocrepis cinsinə aid bitki növü. == Təbii yayılması == Aralıq dənizyanı ölkələrində, İspaniyadan Kiçik Asiyaya qədər olan ərazilərdə və Şərqi Avropada yayılmışdır. == Botaniki təsviri == 0,5-1,5 m hündürlüyündə, yarpağını tökən koldur. Budaqları yaşıl rəngli, tillidir. Yarpaqları təklələkvari, 5-9 ədəd tərs yumurtavari formalı yarpaqcıqdan ibarətdir. Onların uzunluğu 0,6-2,3 sm, eni 0,3-1 sm olub, qısa saplaqlı və ya oturaqdır. Yarpaq altlığı üçkünc, çiçəkləri qızılı-sarı rəngdə, 3-8 ədədi birlikdə qoltuqlarda çətirvari çiçək qrupu təşkil edir. Onlar yarpaqdan 2-3 dəfə iridir. Kasacığı zəngvari, 3-5 mm uzunluqda, ensiz, tərs-yumurtavari, qayıqcıq formalı, oraqvaridir.
Kolvari amorfa
== Təbii yayılması == Təbii halda Şimali Amerikada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2 m-ə çatan, şaxəli, çubuqvari koldur. Yanlardan çoxlu kök pöhrələri verir. Yarpaqları təklələkvari, tökülən, uzunluğu 8-20 sm-dir. Yarpaqcıqların sayı 11-25 ədəddir. Yarpaqcıqları uzunsov-ellipsvarı və ya ovalşəkilli, uzunluğu 2,5-4 sm-ə çatır, rəngi tünd yaşıldır. Xırda çiçəkləri əvvəlcə bənövşəyi, sonradan tutqun qırmızımtıl rəngdə olub, uzunluğu 15 sm-ə qədər, sıx, ensiz, dikduran, sünbülvari təpə salxımlarda yerləşir. Çiçəkaltlıqları xırdadır. Kasacığı zəngvarı, vəzili olub, 4 küt dişli və bir alt çıxıntılıdır. Tacı birləçəkli, qırmızımtıl-bənövşəyi, uzunluğu kasacığından 2-3 dəfə böyükdür.
Kolvari ağəsmə
Kolvari ağəsmə (lat. Clematis fruticosa) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şimali Çin və Şimali Monqoliyadır. == Botaniki təsviri == Kiçik, düz kollardır. Gövdələri 1m-dək, budaqları xırda 4 və ya 5 hissəli, parlaqdır. Yarpaqları sadə, saplağı 0,3-1,2 sm, yarpaq ayası lansetvari, uzunsov-lansetvari və ya ensiz, rombvari - yumurtavari, bölünməmiş, hər tərəfdən 1 hissəli, kənarları bir az dişli və ya bütövdür. Çiçək altlıqları yarpaqvari, çiçəklərin diametri 1,8-3,5 sm, çiçək saplağı 0,4-1,8 sm, erkəkcikləri 8–13 mm, çılpaq, tozluqları ensiz-uzunsov, 2,5–4 mm, ucu kütdür. Yumurtaları tükcüklüdür. Avqustun axırı çiçəkləyir. Dörd ləçəkli açıq çiçəkləri yuxarıya baxır.
Kolvari jasmin
Kolvari jasmin (lat. Jasminum fruticans) — zeytunkimilər fəsiləsinin jasmin cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Avropanın cənubunda, Türkiyə, Suriya, Livan, İsrail, İordaniya, İran, Kapet dağ, Krım, Azərbaycan, Gürcüstan, Dağıstanda və Qafqazda-Qara dəniz sahillərində rast gəlinir. == Botaniki təsviri == Qışda həmişəyaşıl, soyuq rayonlarda isə yarpağıtökülən koldur. Hündürlüyü 1 m-dək, zoğları künclü, yaşıldır. Yarpaqları üç hissəli, cüt olmayan, lələkvari; yarpaq yerləşməsi spiral, xırda yarpaqları ensiz-ellipsvari, ucu küt və kənarları tükcüklü; ayaları çılpaq, parlaq, üstü tünd yaşıl, alt tərəfi daha açıqdır. Çiçəkləri ikicinsli, parlaq, sarı, yan budaqların uclarında 2-5 ədəd yarımçətirlərə yığılmış, çiçək tacı ensiz, uzun borucuqlu, kasaşəkilli, borucuğu 2 dəfə qısa, zəngşəkilli kasacıqdan böyük; erkəkcikləri 2, yumurtalığı yuxarıdır. May-iyulda çiçəkləyir. Meyvələri-şarşəkilli, parlaq, qara giləmeyvədir; avqust-sentyabrda yetişir. == Ekologiyası == Mezotermdir, -20-25 c-dək şaxtalara dözür.
Kolvari kombretum
Kolvari kombretum (lat. Combretum fruticosum) - kombretum cinsinə aid bitki növü.
Kolvari söyüd
Keçi söyüdü və ya kolvari söyüd (lat. Salix caprea) — Söyüd fəsiləsindən bitki cinsi. == Botaniki təsviri == Bu növə Bədmüşk də deyilir. Boyu 18 m-ə və diametri 60 sm çatan ağac və ya koldur. Qabığı yaşılımtıl boz və hamardır. Yaşlı gövdələrinin qabığı qaramtıl və uzununa dərin çatlıdır. Zoğları yoğun, bozumtul yaşıl və tumurcuqları iridir. Yarpaqları qalın, iridir, 11-18 sm uzunluqdadır. Enli-yumurtavari, azacıq qarışıqlıdır, kənarı dalğavari dişlidir. Üstdən tünd-yaşıl, altdan sıx ağımtıl saçaqlı tükcüklüdür, yan damarları 6-9 cüt olub aydın seçilir.
Kolvari xostək
Kolvari xostək (lat. Caragana frutex) — paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü.
Kolvari çoxçətirli
Kolvari çoxçətirli (lat. Polyscias fruticosa) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin çoxçətirli cinsinə aid bitki növü.
Lara Kolturi
Kolturi Lara (15 noyabr 2006, Turin) — 2022-ci ildən Albaniya millisində çıxış edən italyan-alban dağ xizəkçisi. Sankt-Antonda nəhəng slalomda 2023-cil il Superqiqant Junior Dünya Çempionatında bürünc medal qazanır. == Bioqrafioyası == 2006-cı ildə Turində, idman ailəsində anadan olub. Ana ─ Daniela Ceccarelli, Solt-Leyk-Sitidə keçirilən 2002 Qış Olimpiya Oyunlarında super nəhəngdə Olimpiya çempionu olur. Ata ─ Alessandro Kolturi, xizək sürmə üzrə məşqçidir. Hazırda ailəsi ilə birlikdə Cesana Torinesedə yaşayır. O, valideynlərinin rəhbərliyi altında , onların idarə etdikləri xizək klubunda məşq etməyə başlayır. 13 yaşına qədər fiqurlu konkisürmə yarışlarında da iştirak edir. 2022-ci ildə anası Albaniyanın dağ xizək idmanı üzrə milli komandasının texniki direktoru vəzifəsinə təyin edilib. Məhz bu səbəbdən Lara 16 yaşına az qalmış Albaniya bayrağı altında Beynəlxalq Xizək Federasiyasının yarışlarında debüt etmək qərarına gəlir.
Kilibi xaqan
Kilibi xaqan (əsl adı: Aşina Simo (阿史那思摩), Çin titulu: Yiminişukilibi xaqan (乙彌泥孰俟力苾可汗)) — 630-cu ildə Tan sülaləsi tərəfindən xaqan olaraq vəzifələndirilmişdi. 639-cu ildəki Aşina Cieşeşuay üsyanı imperatoru qorxutduğu üçün xaqanlığı yenidən qurmaq qərarına gəldi. == Öncəki xaqanlar dövründə == 583-cü ildə doğulub. Atası Tuğruq Şad Taspar xaqanın oğlu idi. Şibi xaqan və Çula xaqan onu çox sevməzdi. Çünki o türkdən çox soğda bənzəyirdi. Onların dövründə sərkərdə ola bilməmişdi. İllig xaqan onu imperatorla danışıq aparmağa göndərəndə imperator tərəfindən Heşun knyazı titulu ilə mükafatlandırılmışdı. Bütün bunlara baxmayaraq Şərqi Göytürk xaqanlığının zəiflədiyi dövrdə imperatora yox xaqana sadiq qalmışdı. İmperator onun sədaqətindən ruhlanaraq 23 iyul 630-cu ildə Xuayxuay knyazı titulu vermişdi.
Vilyam Kolbi
Vilyam İqan Kolbi (ing. William Egan Colby; 4 yanvar 1920, Sent-Pol, Minnesota, ABŞ – 27 aprel 1996, Rock Point[d], Merilend) — ABŞ dövlət xadimi və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru (1973–1976). == Şəxsi həyatı == Vilyam Kolbi iki dəfə evlənmişdir. İlk dəfə 1945-ci ildə Barbara Heynzen ilə evlənən Kolbinin bu evlilikdən beş övladı var idi. 1984-cü ildə Kolbi Barbaradan boşanmışdı. O, Salli Şelton-Kolbi ilə evlənmişdir. == Publikasiyalar == Colby, William. Intelligence and the press: Address to the Associated Press annual meeting by William E. Colby on Monday, 7 April 1975. CIA (1975). 1975.
Ağır kalibrli snayper tüfəngi
Ağır kalibrli snayper tüfəngi, böyük kalibrli snayper tüfəngi və ya Anti-material tüfəngi hərbi nəqliyyat vasitələrinə və ya digər hərbi texnikalara qarşı istifadə edilmək üçün hazırlanmış tüfəng növüdür. Ağır kalibrli snayper tüfənglərinin tarixi Birinci Dünya Müharibəsində istifadə olunan tank əleyhinə tüfənglərə gedib çıxır. İkinci Dünya Müharibəsində də geniş şəkildə istifadə edilmişdirlər, lakin sonralar ağır zirehli texnikalara qarşı effektiv olmadıqlarına görə bazuka kimi raket buraxıcı qurğular və arxaya təpməsiz tüfənglərlə əvəz edildilər, ancaq Koreya müharibəsinə qədər istifadə edilmişdirlər. Modern ağır kalibrli snayper tüfəngləri Soyuq müharibənin sonlarından hazırlanmağa başlanıldılar. Əvvəlki tank əleyhinə tüfənglərdən fərqli olaraq, onlar əsasən yüngül zirehli maşınlar və ya hədəflər qarşı istifadə olunurlar.