Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Konami
Konami (yap. コナミ株式会社 Konami Kabushiki-gaisha) — 21 mart 1969-cu ildə Tokioda qurulan səhmdar cəmiyyət. Kompüter, oyuncaq və əyləncə sektorunda fəaliyyət göstərən əsas şirkətlərdəndir. "Konami" şirkətin qurucularından olan Kagemasa Kozuki, Yoşinobu Nakama, Hiro Matsuda və Şokiçi İşiharanın adlarının birləşməsidir. Həmçinin "kiçik dalğalar" mənasına da gəlir. Qurucusu Kagemasa Kozuki indi də şirkətin rəhbəridir. Yaponiyanın ən böyük 567-ci şirkətidir. Həmçinin Yaponiyadakı ən böyük 9-cu oyun şirkətidir.
Bakı konkası
Bakı konkası — Bakı şəhərində mövcud olmuş atla hərəkətə gətirilən tramvay xətti. 1887-ci ildə Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyev başda olmaqla digər beş mesenat atlı-dəmiryol səhmdar cəmiyyətini təşkil edirlər. Bakı konkası ilk dəfə 7 (19) aprel 1889-cu ildə hərəkətə gətirilir. Səhmdar cəmiyyətin ilk sədri H. Z. Tağıyev olur. Tikinti işləri isə B. A. Rotulda tapşırılır (1 dekabr 1890 ilə qədər, sonradan rəhbərlik L. М. Rıjanskiyə həvalə edilir). Relslər arasında məsafə 1524 mm-dir. İlk ildəcə tikintiyə 52 min rubl pul ayrılır. 1923-cü ilin 1 oktyabr tarixində xətlər elektrikli tramvayla əvəzlənir. Şəbəkə öz növbəsində bir-biri ilə əlaqəsi olmayan xətlərdən ibarət olmuşdur: Voğzal — Bayıl: Voğzal, Voğzal meydanı, Telefonnaya (28 may), B.-Morskaya, Molokanskaya, Mariinskaya, Baryatinkaya, Mixaylovdkaya, Naberejnaya prospekti (Neftçilər prospekti), Mixaylovski bağı (Əliağa Vahid bağı), Bayıl (Dağlıq hissəsi). Əks istiqamət: Mixaylovski bağı (Əliağa Vahid bağı), Naberejnaya, Mixaylovski, Merkurevskaya, B.-Morskaya, Telefonnaya, Voğzal meydanı, Voğzal.
Konkani dili
Konkani — Hindistanın qərb sahilində Konkan adlanan torpağın ensiz zolağı boyunca danışılan bir neçə qohum dialektə verilən addır. (Devanāgarī:कोंकणी , KōṅkaṇīIAST),Hind-Avropa dillərinin Hind-ari dilləri qrupuna aid olan bir dildir. Hindistanın rəsmi dillərindən biridir və habelə Qoa əyalətin rəsmi dilidir.Karnataka və şimali Keralada (Kasaraqod rayonu) bir azlıq dilidir.
Vinsent Kompani
Vinsent Kompani (fr. Vincent Jean Mpoy Kompany; 10 aprel 1986[…], Ukkel[d]) — Belçika peşəkar futbol məşqçisi və mərkəz müdafiəçisi kimi oynayan keçmiş oyunçu və Bundesliqa klubu "Bayern Münxen" klubunun hazırkı məşqçisi.
Key Okami
Kei Okami (岡見 京子, Okami Keiko, 15 avqust 1859 – 2 sentyabr 1941) yapon fiziki. O, Qərb universitetindən tibb təhsili alan ilk yapon qadın olub. Key Okami 1858-ci ildə Aomori prefekturasında Nişida Keykoda anadan olub. O, 1878-ci ildə Yokohama Kyoritsi Qızlar Məktəbini bitirib və sonra Sakurai Qızlar Məktəbində ingilis dilini tədris edib. Key Okami 25 yaşında olarkən incəsənət müəllimi Okami Senkiçiro ilə evlənib. Cütlük sonra Birləşmiş Ştatlara səfər edib. Amerikada Key Okami Presbiteriyan Kilsəsininin Qadınların Xarici Missioner Cəmiyyətinin köməyi ilə Pensilvaniya Qadınlar Tibb Kollecində təhsil alıb. Dörd illik təhsildən sonra 1889-cu ildə oranı bitirib. O beləliklə Qərb universitetindən tibb təhsili alan ilk yapon qadın olub. Yaponiyaya qayıtdıqdan sonra Key Okami Takaki Kanehironun dəvəti ilə Jikey Xəstəxanasında (indiki Jikey Tibb Universiteti Məktəbi xəstəxanası) işlədi.
Tom dayının koması
Tom dayının daxması — Amerika yazıçısı Harriyet Biçer-Stounun 1852-ci ildə quldarlıq əleyhinə yazdığı romanı Əsərdə qüdrətli Amerika ölkəsində köləlik sistemi, irqçilik, bunların insanların psixologiyasına, intellektinə vurduğu pozucu təsirlər, zəngin mənəviyyatlı zəncilərin ağlasığmaz məhrumiyyətləri ustalıqla qələmə alınmışdır. ABŞ-də quldarlığa və afro-amerikanlara olan münasibətinin dəyişməsində 1852-ci ildə nəşr edilən bu kitabın mühüm rolu olmuşdur. Əsər çox tərif qazansa da, onu pisləyənlər heç də az olmamışdır. Kitab ABŞ-nin cənubunda "abolisionist təbliğatı" kimi qiymətləndirilərək qadağan olunmuşdur. Quldarlıq tərəfdarı olan bir sıra cənublu yazıçılar əsərə cavab olaraq "Anti-Tom ədəbiyyatı" silsiləsinə daxil olan əsərlər yazmışdırlar. Roman ilk dəfə Azərbaycan dilində kütləvi tirajla 1986-cı ildə isə Voyniçin “Ovod” əsəri ilə birlikdə 50 cildlik "Dünya uşaq ədəbiyyatı kitabxanası" seriyasının 23-cü cildində nəşr olunmuşdur. 1991-ci ildə "Gənclik" nəşriyyatı tərəfindən azərbaycanlı yazıçı Hidayətin tərcüməsində təqdim edilmişdir. 2011-ci ildə "Apostrof" MMC-də təkrar çap olunmuşdur.
Britiş Saut Afrika Kompani
«Britaniya Cənubi Afrika şirkəti» («bsac», ing. British South Africa Company (BSAC)) — İngilis ticarət şirkəti. 1889-cu ildə Sesil Rods, Alfred Beyt və Ceyms Hemilton tərəfindən quruldu Öz ordusunu quran şirkət, Afrika qitəsindəki hal-hazırda Zimbabve və Zambiyada yer alan əraziləri birləşdirdi. 1923-cü ildə İngilis hökuməti şirkət tərəfindən ələ keçirilmiş torpaqlara "yarı öz-özünüidarə" statusu verdi, yəni əslində tacın nəzarətində olan 2 dövlət qurdu: Cənubi Rodeziya (Zimbabve) və Şimali Rodeziya (Zambiya). Bununla birlikdə, şirkət hər iki Rodeziyanın mineral ehtiyatları, dəmir yolları və kənd təsərrüfatı üzərində nəzarəti əlində saxladı.