Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kork
Kork (irl. Bruachbhaile Chorcaí, ing. Cork) — İrlandiyanın cənub-qərbində Manster vilayətində yerləşən şəhər. 2016-cı il hesablamalarına görə, şəhər əhalisi 125,622 nəfər təşkil edir.Şəhər qərb istiqamətində iki kanala bölünən və şəhər mərkəzini kiçik adalara bölən Li çayı dərəsində yerləşir. Dünyanın ən böyük təbii limanı da burada yerləşir.Yerli sakinlər şəhəri İrlandiya vətəndaş müharibəsində inqilabçı qüvvələrin mərkəzi olmasına istinadən ölkənin "həqiqi paytaxtı" adlandırırlar.Şəhərin şüarı latın dilində "Statio Bene Fida Carinis", yəni "Gəmilər üçün təhlükəsiz liman" mənasını verir. == Qardaşlaşmış şəhərlər == 2017-ci ilə olan məlumata əsasən, Kork şəhəri aşağıdakı şəhərlərlə qardaşlaşmış şəhər əlaqələrinə malikdir. 2017-ci ilin fevralına olan məlumata görə, şəhər şurası Bordo, Sankt Peterburq və Mayami şəhərləri ilə də "qardaşlaşmış şəhər" olmaq üçün danışıqları davam etdirir. Köln, Almaniya Şanxay, Çin Ren, Fransa San Fransisko, ABŞ Koventri, İngiltərə Suonsi, Uels == Həmçinin bax == İrlandiya İrlandiya şəhərləri == İstinadlar == == Xarici keçidlər == VikiSəyahətdə Cork haqqında səyahət məlumatları var.
Korn
Korn (bəzən loqotiplərdə əslinə uyğun olaraq "KoRn" və ya "KoЯn" kimi də yazılır ) — 1993-cü ildə Kaliforniyada yaranmış nu metal qrupudur. == Qrup haqqında == Qrup nu metal janrının banisi hesab edilir. 1994-cü ildə çıxardıqları eyni adlı (Korn) debüt albomu bütün dünyada 3 milyondan çox satmışdır. Qrup 1996-cı ilin aprelinə kimi "Life Is Peachy" albomunun üzərində işləyir və həmin il 15 oktyabr albomu satışa çıxardır. 1998-ci ildə Billboard 200 siyahısında 1-ci sıraya yüksələn "Follow the Leader Korn" albomu qrupun əsas tanınmasında rolu olan albom kimi qəbul edilir. 1999-cu ildə çıxardıqları "Issues" albomu yenə eyni siyahıda 1-ci sıraya yüksəlir. Qrup 11 iyun 2002-ci ildə "Untouchables" albomunu və 21 noyabr 2003-cü ildə "Take a Look in the Mirror" albomunu yayımlayır. Hər iki albom Billboard 200 siyahısında ilk onluq içərisindən zirvəyə yüksəlir. İlk yığma albomları olan "Greatest Hits Vol. 1", Billboard 200 siyahısında 4-cü sıraya yüksəlir.
Morj
Su inəyi (Erkəyinə Su öküzü deyilir) və ya Morj (lat. Odobenus rosmarus) — dəniz məməlisi olaraq Morjkimilər fəsiləsinə daxil olan müasir dönəmdə mövcud olan növ. Yaşlı fərdi asanlıqla cavan fərddən fərqləndirmək olur. Bu dəniz canlısı ölçülərinə görə pərayaqlılar arasında yalnız Dəniz filindən geri qalır. Arealı əsasən Arktika qurşağında yerləşir. == Görünüşü == Nəhəng dəniz məməlisi olan morjlar qalın dəriyə malikdirlər. Ön yuxarı yırtıcı dişləri digərlərinə nisbətdə yaxşı inkişaf etmişdir. Uzun olub, aşağı istiqamətlənmiş formadadır. Geniş sifətə malikdir. İri bığcıqlara sahibdir.
Şorj
Şorj (fr. Chorges, oks. Chorge) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Şorj kantonuna daxildir. INSEE kodu — 05040. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2485 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 1549 nəfər əmək qabiliyyətli insanlar arasında (15-64 yaş) 1114 nəfər iqtisadi fəal, 406 fəaliyyətsizdir (fəaliyyət göstərici 73.8%, 1999-cu ildə bu 68.6%). Aktual 1114 nəfərdən 1038 nəfər (551 kişi və 487 qadın), 105 nəfər işsiz (34 kişi və 71 qadın) işlədi.
Jorj
Jorj (fr. Georges) — ad.
Amir-Kort
Amir-Kort (çeç. Iамир-Корт, Ӏаьмиран корта) — Dağıstanın Kazbekov rayonu ilə Çeçenistan Respublikasının Nojay-Yurtov rayonu sərhəddində yerləşən dağ zirvəsi. Dəniz səviyyəsindən hündürlüyü 1061 metr; Çeçen dilindən tərcüməsi Amir zirvəsi. == Haqqında == === Adı === Dağın adı mifik narta Amira ilə bağlıdır. Amira Çeçenistanın Prometeyidir. Amira Narta obrazı - Amirani - Gürcüstan mifologiyasına geniş şəkildə nüfuz etmişdir. === Tarixi === Amir-korta rayonunda monqol-tatar qoşunları ilə çeçenlər-auxovlular arasında gərgin döyüşlər baş vermişdir. Bu döyüşlərin gedişində sonuncunun köməyinə lak döyüş dəstələri gəlmişdir. Bu döyüşlərdə auxovlu rəhbər Yanbek həlak olmuşdur. Döyüşün nəticəsində monqol-tatar qoşunları böyük itkilər verərək döyüş meydanını tərk etmişdilər.
Andrea Korr
Andrea Korr (ing. Andrea Corr; d. 17 may, 1974, Dandolk, Laut, İrlandiya) — İrlandiya ifaçısı, mahnı müəllifi və aktrisa.
Batay Jorj
Batay Jorj (10 sentyabr 1897[…] – 9 iyul 1962[…], Paris) — Sosial həyatın irrasional tərəflərinin öyrənilməsi və dərk olunması ilə məşğul olan fransız filosofu, sosioloqu, sənət nəzəriyyəçisi == Həyatı == 10 sentyabr 1897-ci ildə Fransanın cənubundakı kiçik əyalət Biyomda şəhərində dünyaya göz açmışdır. Uşaqlıqda dini təhsil almadan, 1914-cü ildə Katolikliyi qəbul etdi və keşiş olmağa hazırlaşdı. Bir müddət seminariyada oxudu, amma məzun olmadı. Daha sonra inancdan məyus oldu və 1920-ci illərin əvvəllərində özünü ateist kimi göstərdi. 1918-ci ildə Batay məzun olduğu Parisdəki Milli Xartiya Məktəbinə daxil oldu. 1922-ci ildə uzun illər kurator işlədiyi Milli Kitabxanaya daxil oldu. 1920-ci illərdə Batay Lev Shestov ilə sıx təmasda idi. Sonra Boris Souvarinin Demokratik Kommunist Dərnəyinə daxil oldu. 1931-ci ildən etibarən Batay, Ali Tədqiqatlar Məktəbində Alexander Koyrenin din tarixi seminarına qatıldı və 1930-cu illərdə Batay, Alexander Kozhevin, Raymond Aron, Andre Breton, Maurice Merleau-Ponty və başqaları kimi görkəmli şəxsiyyətlərlə fəal əməkdaşlıq etdiyi seminarların fəal iştirakçısı idi. 1935-ci ildə Jak Lakanın təşkil etdiyi bir psixoanalitik tədqiqat qrupunun işində iştirak etdi.
Deysi Kori
Deysi Kori (isp. Deysi Cori Tello; 2 iyul 1993, Lima) — perulu şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2010). Qadınlar arasında beynəlxalq qrosmeyster titulunu qazanan ilk Peru şahmatçısı. == Şahmat karyerası == Deysi Kori dəfələrlə müxtəlif yaş kateqoriyalarında Perunu gənclər arasında şahmat üzrə dünya çempionatlarında təmsil etmişdir. Bu yarışlarda dörd medal qazanıb: iki qızıl (2009-cu ildə U16, 2011-ci ildə isə U20 kateqoriyasında) və iki gümüş (2009-cu ildə U20, 2010-cu ildə isə U18 kateqoriyasında). Beş dəfə müxtəlif yaş kateqoriyalarında gənclər arasında keçirilən şahmat üzrə Panamerika çempionatlarında qalib olub (2003 — U10, 2004 — U12, 2007 — U14, 2008 — U16, 2008 — U20).2009-cu ildə Kolumbiyanın Kali şəhərində keçirilmiş şahmat üzrə qadınlar arasında 5-ci şəxsi Amerika çempionatında ikinci olub. 2011-ci ildə Ekvadorun Quayakil şəhərində keçirilmiş şahmat üzrə qadınlar arasında 6-cı və 2016-cı ildə Perunun paytaxtı Lima şəhərində keçirilmiş şahmat üzrə qadınlar arasında 8-ci şəxsi Amerika çempionatlarında isə birinci olub.Deysi Kori dörd dəfə şahmat üzrə qadınlar arasında keçirilən dünya çempionatlarında iştirak edib: 2010-cu ildə Antakyada ilk turda ukraynalı Mariya Muzıçuka uduzub; 2012-ci ildə Xantı-Mansidə ilk turda rusiyalı Anna Uşeninaya uduzub; 2015-ci ildə Soçidə ilk turda çinli Ley Tintszeyə uduzub; 2017-ci ildə Tehranda ilk turda rusiyalı Alina Kaşlinskaya uduzub;2015-ci ildə Azərbaycanın paytaxdı Bakı şəhərində keçirilmiş şahmat üzrə Dünya Kubokunda iştirak etmiş, lakin elə ilk turdaca rusiyalı Vladimir Kramnikə məğlub olaraq turnirdəki iştirakını dayandırmışdır.Perunun qadınlardan ibarət milli komandasının tərkibində beş dəfə Ümumdünya Şahmat Olimpiadalarında çıxış etmişdir (2004, 2010–2016). == Şəxsi həyatı == Deysi Korinin kiçik qardaşı Xorxe (doğ. 1995) kişilər arasında beynəlxalq qrosmeysterdir. == İstinadlar == == Xarici keçidlər == FIDE Chess profili Deysi Kori.
Din Kort
Din Kort (ing. Dean Court) — İngiltərənin Dorset qraflığının, Bornmut şəhərində yerləşən futbol stadionu. 11.464 tamaşaçı tutumuna malik stadionda yerli "Bornmut" futbol klubu ev oyunlarını keçirir. Stadion əvvəllər "Faytness Fyost" adı ilə tanınırdı, lakin 2011-ci ilin iyulunda, stadionu adlandırmaq hüququnun "Syuard Mühərrik Qrup"una satılmasından sonra, stadionun adı dəyişdirilərək "Syuard" adlandırılıb. 2012-ci ilin fevralında, stadion iki il müddətinə "Qoldsends" adlandırılıb. Hazırda sponsor müqaviləsinə görə Vitaliti Stadionu (ing. Vitality Stadium) kimi tanınır. == Tarixi == "Din Kort" 1910-cu ildə futbol klubuna stadion tikmək üçün torpaq sahəsi bağışlayan, Din Kort ailəsinin şərəfinə adlandırılıb. Stadionun tribunalarından biri 1924-cü ildə "Uembli" sərgisi üçün istifadə olunub. Stadionda rekord tamaşaçı sayı, 1957-ci ildə, İngiltərə Kuboku çərçivəsində "Mançester Yunayted"ə qarşı oynanılan görüşdə qeydə alınıb, bu oyunu canlı olaraq stadiondan 28.799 tamaşaçı izləyib.Stadion 2001-ci ildə tamamilə yenidən qurulub və yeni üç tribuna tikilib.
Fyodor Korş
Fyodr Yevgeniyeviç Korş (4.5.1843-1.3.1915) — rus filoloq, professor, görkəmli dilçi. == Həyatı == Fyodr Yevgeniyeviç Korş 4 may 1843-cü ildə Moskva şəhərində anadan olmuşdur. Fyodr Korş 1 mart 1915-ci ildə Moskva şəhərində vəfat etmişdir. == Xarici keçidlər == Фундаментальная электронная библиотека «Русская литература и фольклор»: Энциклопедия «Слова о полку Игореве» Фундаментальная электронная библиотека «Русская литература и фольклор»: ЭНИ «Personalia» Arxivləşdirilib 2007-07-17 at the Wayback Machine Русский биографический словарь, сетевая версия Arxivləşdirilib 2005-05-18 at the Wayback Machine Биография на сайте «Поэзия Московского университета». Биография на сайте «Ярус». Arxivləşdirilib 2012-11-07 at the Wayback Machine Биография на сайте «Грамота.ру». Шуточные стихи Ф. Е. Корша // Российский Архив: История Отечества в свидетельствах и документах XVIII—XX вв.: Альманах. - М., 1992. Т. II—III. Фонд на сайте Архив Российской академии наук.
Fyodr Korş
Fyodr Yevgeniyeviç Korş (4.5.1843-1.3.1915) — rus filoloq, professor, görkəmli dilçi. == Həyatı == Fyodr Yevgeniyeviç Korş 4 may 1843-cü ildə Moskva şəhərində anadan olmuşdur. Fyodr Korş 1 mart 1915-ci ildə Moskva şəhərində vəfat etmişdir. == Xarici keçidlər == Фундаментальная электронная библиотека «Русская литература и фольклор»: Энциклопедия «Слова о полку Игореве» Фундаментальная электронная библиотека «Русская литература и фольклор»: ЭНИ «Personalia» Arxivləşdirilib 2007-07-17 at the Wayback Machine Русский биографический словарь, сетевая версия Arxivləşdirilib 2005-05-18 at the Wayback Machine Биография на сайте «Поэзия Московского университета». Биография на сайте «Ярус». Arxivləşdirilib 2012-11-07 at the Wayback Machine Биография на сайте «Грамота.ру». Шуточные стихи Ф. Е. Корша // Российский Архив: История Отечества в свидетельствах и документах XVIII—XX вв.: Альманах. - М., 1992. Т. II—III. Фонд на сайте Архив Российской академии наук.
Hempton Kort
Hempton Kort Sarayı- Londonda yerləşən saray-park ansamblıdır. Şəhər mərkəzindən 18 km məsafədə (1965-ci ilədək - Midlseks qraflığı), Riçmond-apon-Tems rayonunda, Temza çayının sol sahilində yerləşir. Təxmini 1514-cü ildə Kralın əsabəsi Tomas Uolsi üçün tikilən sarayı 1529-cu ildə VIII Henriyə hədiyyə etmişdir. XVII əsrin ikinci yarısında Hempton Kortu ingilis Versalına çevirməyi arzulayan III Vilhelmin krallığı zamanı, memar K.Renom tərəfindən barok tərzdə inşa edilmişdir. 1760-cı ilədək krallıq iqamətgahı kimi xidmət göstərmişdir. "Tarixi Krallıq sarayları" fondunun nəzarəti altındadır. Fransa parkının sahəsi 60 ha ərazidə yerləşir. Krallıq kolleksiyasından olan əntiq əşyaların, Mantenyanın, Rafaelin, Böyük Breygelin və başqalarının rəsm əsərləri mövcuddur. == Tarixi == Sarayın tarixinin başlanğıcı kral VIII Henrinin əsabəsi - Kardinal Tomas Uolsinin 1514-cü ildə əvvəllər qospitalyerlər (İoannçılar, eləcə də Yerusəlim, Rodos, Malta- Müstəqil Hərbi Müqəddəs İoann ordeni) ordeninə aid olan torpaq sahəsini alması ilə başlamışdır. Sonrakı 7 ildə Uolsinin 200 min qızıl "qızılgüllü kron" pul xərclədiyi renessans və qotik tərzlərdə inşası davam etmişdir.
Jorj Bize
Jorj Bize (Georges Bizet, 25 oktyabr 1838[…] – 3 iyun 1875[…]) — Tanınmış fransız bəstəkarı. 60-cı illərdə "Don Prokopio", "Mirvari axtaranlar"(1863), 1867-ci ildə-"Pert gözəli", "Cəmilə" operaları, "Rim","Venesiya", "Florensiya", "Neapol" proqramlı simfoniyalarının müəllifi. == Həyatı == Jorj on yaşından konservatoriyada oxumağa başlayır. Anası ona — "İstedadını boş yerə xərcləməyinə icazə verməyəcəm" söyləyirdi. Jorj artıq bilirdi ki, onu yedirdəcəklər, daha sonra otağa salıb ağzını bağlayacaqlar, yorğunluqdan yuxu tutana qədər pianoda çalacaq. Jorj dərslə məşğul olmağa qarşı deyildi. Ona atası, oxu müəllimi və peşəkar pianoçu anası ilə vaxt keçirmək maraqlı idi. Dörd yaşında o artıq notları əzbər bilirdi və fortepianoda çalmağı bacarırdı. On yaşı olmağına iki həftə qalmış o, Paris konservatoriyasına daxil olur. Jorj üçün uşaqlığı başlamamış bitmişdi.
Jorj Brak
Jorj Brak (fr. Georges Braque, 13 may 1882[…], Arjantöy – 31 avqust 1963[…], Paris) — fransız rəssam, qrafikçi, heykəltaraşçı və dekarator. Kubizm istiqamətinin banisi (Pablo Pikasso ilə birlikdə). == Bioqrafiyası == Jorj Brak Val-d'Uaz departamentinin Arjantöy şəhərində anadan olmuşdur. Sənətkar ailəsində dünyaya gəlmişdir. O, Havr şəhərində böyümüşdür rəssamlıq və dekorator sənətində təhsil almışdır, atası və babası kimi. Lakin, 1897-ci ildən 1899-cu ilədək İncəsənət Məktəbində (Şarl Luyinin sinifində) axşam saatlarına kimi rəssamlıq sənətini ciddi şəkildə öyrənməyə başlamışdır. 1900-cü ildə Parisə köçdükdən sonra dekorativ sənətinin təhsili almış və 1902-ci ildə sertifikat verilmişdi. Daha sonra Parisdə Amber Akademiyasına daxil oldu və 1904-cü ilə qədər orada işləmişdir. Burada Mari Loransen və Fransisa Pikabiailə tanış olmuşdur.
Jorj Dantes
Jorj Dantes (fr. Georges Charles de Heeckeren d'Anthès; 5 fevral 1812[…], Kolmar (Yuxarı Provans Alpları) – 2 noyabr 1895[…], Sulz-Haut-Rin) — fransız zabiti, diplomatı və senatoru. 1837-ci ildə Aleksandr Puşkini dueldə ağır yaralaması ilə məşhurlaşmışdır. Həmin dueldən iki gün sonra Aleksandr Puşkin aldığı güllə yarasından vəfat etmişdir. == Həyatı == Jorj Dantes 1812-ci ilin 5 fevral tarixində Fransanın Kalmar şəhərində varlı zadəgan ailəsində andan olmuşdur. Atası Yozef Konrad Dantesin Jorjdan başqa daha beş övladı vardı və o, Jorjun hərbi təhsil alıb, hərbçi olmasını istəyirdi. Ailəsinin dəstəyi ilə Jorj Dantes Seyint-Küyra hərbi təhsil almağa göndərilir və 1830-cu ildə kavalyer zabiti rütbəsini alır. Jorj 1830-cu ildə Fransada baş vermiş iyul inqilabı zamanı Kral X Karlın partiyasını dəstəkləmişdir. İyul inqilabı nəticəsində dəstəklədiyi tərəfin məğlub olması Jorjun rəqib qüvvələrin nəzarəti altında fəaliyyət göstərməkdən imtina etməsinə səbəb olur və o, atasının malikanəsinə çəkilir. Fransanı xaricdə təmsil etmək üçün Jorj Dantes əvvəlcə Prussiya daha sonra isə Rusiya imperiyasına doğru yola çıxır.
Jorj Dyumezil
Georges Dumézil (4 mart 1898[…], Paris – 11 oktyabr 1986[…], Paris), Fransız tarixçi və linqvistik == Bəzi əsərləri == Le crime des Lemniennes: rites et legendes du monde egeen, Geuthner (Paris), 1924. Le festin d'immortalite: Etude de mythologie comparee indo-europenne, Volume 34, Annales du MuseeGuimet, Bibliothèque d'etudes, Geuthner (Paris), 1924. Le probleme des Centaures: Etude de mythologie comparee indo-europenne, Volume 41, Annales du MuseeGuimet, Bibliothèque d'etudes, Geuthner (Paris), 1929. Legendes sur les Nartes, Champion (Paris), 1930. La langue des Oubykhs, Champion (Paris), 1931. Etudes comparatives sur les langues caucasiennes du nord-ouest, Adrien-Maisonneuve (Paris), 1932. Introduction a la grammaire comparee des langues caucasiennes du nord, Champion (Paris), 1933. Recherches comparatives sur le verbe caucasien, 1933. Ouranos-Varuna: Etude de mythologie comparee indo-europenne, Adrien-Maisonneuve (Paris), 1934. Flamen-Brahman, Volume 51, Annales du Musée Guimet, Bibliothèque de vulgarisation, Geuthner (Paris), 1935.
Jorj Klemanso
Jorj Bencamin Klemanso (fr. Georges Benjamin Clemenceau; 28 sentyabr 1841[…] – 24 noyabr 1929[…], Paris) — fransız siyasi və dövlət xadimi, jurnalist,Fransanın 41-ci (1906–1909) və 54-cü (1917–1920) baş naziri, Fransa akademiyasının üzvü. == Həyatı == === Uşaqlığı === Jorj Klemanso Fransanın qərbində yerləşən Vandeya departamentində respublikaçı baxışlı həkim ailəsində dogulmuşdu. Vandeya 1789-cu il Fransa burjua inqilabından etibarən royalizmin və katolisizmin dayağı olması şöhrət qazanmışdı. Klemansonun əcdadları ölkədə vətəndaş müharibəsi gedən zaman inqilabi hökumətin tərəfində vuruşmuşdular. Jorj Klemanso xatırlayırdı ki, uşaqlığında ona qiyamçıların güllələdikləri respublikaçının həlak olduğu ağacın ətrafını göstərmişdilər. Bu hekayə onun təxəyyülündə o qədər canlanmışdı ki, hətta ağacın ətrafında naməlum vətənpərvərin həyatına son qoyan güllələri axtarıb tapmağa cəhd etmişdi. Klemansonun atası Benjamen tibbi təhsil almış, lakin respublikaçı ruhu onu siyasi fəaliyyətə cəlb etmişdi. Jorj Klemanso etiraf edirdi ki, məhz atasının Böyük Fransa inqilabı haqqında oxuduqlarını dəfələrlə ona danışması və özünün bununla bağlı fəlsəfi fikirlərini zarafatyana formada ona təqdim etməsi onun baxışlarının formalaşmasına təsir göstərmiş yeganə hal olmuşdur. === Gəncliyi === Klemanso atası kimi tibbi təhsil almaq üçün 1858-ci ildə liseyi bitirdikdən sonra əvvəl Nantdakı tibb məktəbinə daxil oldu.
Jorj Küvye
Jorj Leopold Küvye (fr. Jean Léopold Nicolas Frédéric Cuvier; 23 avqust 1769[…] – 13 may 1832[…], Paris) — fransız təbiətşünası, naturalist, "paleontologiya elminin və müasir müqayisəli anatomiyanın atası", Fransa Coğrafiya Cəmiyyətinin üzvü, Frederik Küvyenin qardaşı. == Həyatı == Jorj Leopold Küvye 23 avqust 1769-cu ildə, o zaman Vürtemberqə məxsus olan Mempelqard (Mömpelgard və ya Montbéliard) şəhərində anadan olmuşdur. O, burada dini məktəbdə təhsil alırdı (Küvyenin ailəsi protestant idi) və din xadimi olmaq istəyirdi, lakin oxuduğu gimnaziyanın direktorunun ona olan nifrəti Jorjun sonrakı taleyinə də ciddi təsir göstərdi. Sonralar Jorj Küvye Ştutqartda Karolin (Karlsschule) akademiyasına daxil olmuş, burada o, hələ uşaqlıq dövründən meyil göstərdiyi təbiətşünaslıqla daha dərindən tanış olmaq imkanı verən kameral biliklər fakultəsini seçmişdir. 1788-ci ildə Küvye Normandiyada Fikkenvill qalasında qraf d’Erisinin yanında ailə müəllimi işləyərkən bu qalanın dənizin yaxınlığında olmasından istifadə edərək dəniz canlılarının tədqiqi ilə məşğul olurdu. Abbat Anri Aleksandr Tesse ilə ilə tanış olan Küvye onun xahişi ilə Tessenin rəhbərlik etdiyi hospitalın həkimləri üçün botanikadan mühazirələr oxumuşdur. Tessenin vasitəçiliyi ilə Küvye Paris alimləri ilə tanış olmuş, onların dəvətilə Parisə getmiş və burada 1795-ci ildə mərkəzi Panteon məktəbində professor vəzifəsini tutmuşdur. Küvye Parisdə Kral Nəbatət Bağının müqayisəli anatomiya müəllimi Jan-Klod Mertrünün köməkçisi təyin edildikdən az sonra, 1796-cı ildə Milli İnstitutun üzvü təyin edildi, 1800-cü ildə Collège de France məktəbində təbii tarix fakültəsinin müdiri, 1802-ci ildə Mertrünün ölümündən sonra isə Kral Nəbatət Bağında müqayisəli anatomiya kafedrasının müdiri vəzifəsinə təyin edildi. 1809–1811-ci illərdə yenidən imperiyaya birləşdirilən ərazilərdə tədris prosesini təşkil etdi, sonralar dövlət şurasında xidmət etmiş və ona 1822-ci ildə dini fakultələrdə protestantlar üzərində nəzarət tapşırılmışdır.
Jorj Lemetr
Jorj Anri Jozef Eduar Lemetr (fr. Georges Henri Joseph Édouard Lemaître; 17 iyul 1894[…], Şarlerua, Eno – 20 iyun 1966[…], Leuven, Brabant əyaləti[d]) — Belçikadakı Katolik kilsəsində keşiş, riyaziyyatçı, astronom və Löven Katolik Universitetində fizika üzrə professor olmuş yezuit. O, tarixdə ilk dəfə yaxın qalaktikaların resessiyasının genişləyən kainat nəzəriyyəsi ilə açıqlamağın mümkün olduğunu təsbit etmişdir. Daha sonra bu fikir Edvin Habbl tərəfindən aparılan müşahidələr nəticəsində doğrulanmışdır. Lemetr ilk dəfə hal hazırda Habbl qanunu və ya Habbl-Lemetr qanunu olaraq bilinən qanunu ortaya qoymuş və Habblın məqaləsindən iki il əvvəl, 1927-ci ildə çap etdiyi məqaləsində Habbl sabitinin hesablamasını aparmışdır. O, həmçinin, ilk başda "ibtidai atom nəzəriyyəsi" olaraq adlandırdığı, bu gün isə "Böyük partlayış nəzəriyyəsi" fikrini irəli sürmüşdür.
Jorj Melyes
Jorj Melyes (ing. Maries-Georges-Jean Méliès; 8 dekabr 1861[…], Paris – 21 yanvar 1938[…], Paris) — məşhur Fransa komediya rejissoru, prodüseri, ssenaristi və aktyorudur.
Jorj Mirzəyev
Ramiz Həsənoğlu (tam adı: Mirzəyev Ramiz Həsənağa oğlu; 13 aprel 1946, İrəvan) — Azərbaycan teatr, kino və televiziya rejissoru, "Azərbaycantelefilm"in direktoru (2019), Azərbaycan Respublikasının xalq artisti (2006), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989). == Həyatı == Ramiz Həsənoğlu 1946-cı ildə İrəvan şəhərində dünyaya göz açıb. Anası Azərbaycan milli teatr sənətində bənzərsiz ifa qabiliyyəti olan, əməkdar artist Ətayə Əliyeva, atası əməkdar mədəniyyət işçisi Həsənağa Mirzəyevdir. 1948-ci ildə ermənilərin yenidən azğınlaşmasından sonra İrəvan teatrının kollektivi qonşu Azərbaycana üz tutur. 2 yaşlı R. Həsənoğlu valideynləri ilə birlikdə Gəncə şəhərinə köçür. 1956-cı ildə Bakıya gəlirlər. Ramiz 1965-ci ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə qəbul olunur. 1966-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi işləməyə başlayır. Ağaəli Dadaşov, Rauf Kazımovski, Arif Babayev kimi görkəmli sənətkarlardan bu sənətin sirlərini öyrənir. == Sənət yolu == Anarın pyesləri əsasında "Mən, sən, o və telefon", "Dindirir əsr bizi", "Ötən ilin son gecəsi" teletamaşalarını ekranlaşdırır.
Jorj Orik
Jorj Orik (fr. Georges Auric, 15 fevral 1899[…] – 23 iyul 1983[…], Parisin 8-ci rayonu[d]) — fransız bəstəkarı, A. Russelin şagirdi, "Altılıqın" ən gənc iştirakçısı. Monpelyedə, sonra isə 1913-cü ildən Parisdə oxumuşdur. Bəstəkar kimi ilk debütü 1914-cü ildə olmuşdur və o zaman onun bir neçə mahnısını Pola de Lestan (soprano) və Alfredo Kazella (fortepiano) ifa etmişlər. Teatr tamaşalarına musiqi yazmışdır, müzikllər və baletlər müəllifidir. Müharibə iilərində, eləcə də müharibədən sonrakı ilk illərdə Fransanın ən çox sevilən bəstəkarı idi. Monparnas qəbiristanlığında dəfn olunmuşdur. Orikin musiqisi Kokto ("Orfey", "Gözəl və idbar", "İkibaşlı qartal"), Ofülsün ("Lola Momntes"), Dassenin ("Kişi savaşı"), Delannua ("Əbədi qayıdış", "Klevli şahzadə xanım"), Uayler ("Roma tətilləri"), Kluzo ("Pikassonun sirləri") filmlərində səslənir.
Jorj Perek
Jorj Perek (fr. Georges Perec, 7 mart 1936[…], Parisin 19-cu rayonu[d] – 3 mart 1982[…], İvri-sür-Sen) — fransız yazıçısı və kinorejissoru. == Həyatı == Jorj Perek 7 mart 1936-cı ildə Parisdə anadan olmuşdu. Jorj Perek müasir fransız ədəbiyyatının tanınmış nümayəndələridəndir. Onun “Ömrü sərf etmə yolu” adlı əsəri 1978-ci ildə “Medisi” ədəbiyyat mükafatına layiq görülüb. Bu yüz əlli ilə yaxın bir dövrü əhatə edən ensiklopedik bir romandır. Yüzdən çox tanınmış adamın həyatından parçalar əsərə böyük maraq yaradıb, onun yazıçı şöhrətini daha da artırıb. Jorj Perek 3 mart 1982-ci ildə vəfat edib.
Jorj Perro
Jorj Perro (fr. Georges Perrot; 12 noyabr 1832[…], Vilnöv-Sen-Jorj – 30 iyun 1914, Paris) ― Fransa arxeoloqu. 1875-ci ildən Sarbonnada dərs demiş və 1888-1902-ci illərdə École Normale Supérieureun direktoru olmuşdur. 1874-cü ildə Academie des Inscriptions et Belles-Lettresə seçilmiş və 1904-cü ildən ölümünə qədər burada daimi katib vəzifəsində işləmişdir. Ən məşhur arxeoloji kəşfi 1861 və 1862-ci illərdə Kiçik Asiyaya təşkil edilmiş bir ekspedisiyada olarkən “İmperator Avqustun Siyasi vəsiyyəti” kimi tanınan sənədin yunan dilinə tərcüməsini tapmasıdır. Perrot Revue Archéologique jurnalının redaktorluğunu etmiş və bu jurnala öz töhfələrini vermişdir. Əsərlərinə Souvenirs d'un voyage en Asie mineur (1863) və Şarl Şipye (1882-1914) ilə birlikdə yazdığı on cildlik "Histoire de l'art dans l'antiquité" daxildir.