KOR

sif.
1. Görmək qabiliyyətini itirmiş, gözü görməyən. Kor uşaq. Kor qoca. – Kor quşun yuvası öz-özünə düzələr. ( Ata. sözü ).
Kor rəssam əlini oğlunun başına çəkərək gülümsədi. İ.Əfəndiyev.

□ Kor etmək (eləmək) – gözlərini çıxartdırmaq.
[Alı kişi:] bir paşanın sözü ilə məni kor elədin. Koroğlu”.
Bir parasın Şah İsmayıl özü kor edibdir, bir parasın Şah Abbas özü, … onlar məsrəfdən çıxıbdır, bir zada yaramazlar. M.F.Axundzadə.

Kor olmaq – görmək qabiliyyətini itirmək.
Bir azdan sonra Hacının bir gözü kor oldu. Ə.Haqverdiyev.
[Qurbanqulunun] əvvələn, bir gözü çiçəkdən kor olmuşdu, ikinci də, burnu qəribə iri idi… T.Ş.Simurq.

2. is. Kor adam. Korlar məktəbi. Korlar üçün əlifba.
– Dullara və yetimlərə və şillərə və korlara ianət və himayət göstərilsin. M.F.Axundzadə.
Dilənçilərin duaları, korların sızıltısı … deyirdi ki, imperatorun konsulxanası açıqdır. M.S.Ordubadi.
[Mehriban:] …Korlar işığı, gözəlliyi necə duyurlarsa, mən də məhəbbəti eləcə hiss edirəm. İ.Əfəndiyev.

// Zəif görən, gözü pis görən.
3. məc. Ətrafdakı hadisələri, işləri görməyən, dərk etməyən, başa düşməyən, hiss etməyən.
[Cahan:] Bəs mənim gözlərim kordur?! Ü.Hacıbəyov.
[Əbdül:] Mənim gözüm kor deyil. Ə.Haqverdiyev.
[Südabə:] Gözəlliyə qarşı kordur gözlərin. H.Cavid.

// məc. Küt, qanmaz, anlamaz, cahil.
[Elxan:] Saxlan oyunlar oyuncağı, tapdanmış qul! Hədəfsiz kor kütlə! C.Cabbarlı.
Savadsız, elmsiz insan kordur. M.İbrahimov.

4. məc. Qatı, kəsif, bərk.
Getdikcə ətraf dərələr kor dumanla doldu. S.Rəhimov.
[Xan:] Bu kor qaranlıqda bu azğın seli keçmək olmayacaq, gərək dan ağarmasını gözləyək. M.Rzaquluzadə.

// məc. Aydın olmayan, bəlli olmayan, yaxşı seçilməyən; zəif. Kor işıq.
5. Qoşulduğu sözlərə pislik, məşumluq məfhumu verir: Kor tale. Kor qüvvələr.
– Axı bunlar nədir ki, əlində kor fələyin; Kaş çiçəyi olaydın, eyvandakı dibçəyin. B.Vahabzadə.

6. məc. Çıxış yolu olmayan, ardı kəsik olan. Kor xətt. Kor küçə.
□ Kor çay coğr. – heç bir hövzəyə tökülməyib yarıda quruyan çay.
// Pəncərəsi olmayan, pəncərəsiz. Evin kor divarı.
7. Qaranlıqda, dumanlı havada yalnız cihazların köməyi ilə icra edilən. Kor uçuş. Təyyarənin kor enişi.
◊ Kor bağırsaq anat. – yoğun bağırsağın, soxulcanvari çıxıntısı olan hissəsi.
Kor qalmaq – cəhalətdə qalmaq, maarif işığından məhrum olmaq, dünyadan xəbərsiz olmaq.
[Rüstəm:] Mən kor qaldım, savadsız oldum. S.Rəhimov.

Kor qoymaq1) dağıtmaq, xaraba qoymaq, heçə çıxarmaq, puç etmək.
[Aslan bəy:] Sən mənim ətək-ətək tökdüyüm pulu, çəkdiyim zəhməti kor qoydun. A.Şaiq.
[Qızıl Arslan:] Eldənizin yurdunu kor qoydun, mənim belimi sındırdın. M.S.Ordubadi;

2) məc. cəhalətdə saxlamaq, gözünü bağlı qoymaq, maarif işığından məhrum etmək.
Köhnə zamanın üzü qara olsun, yaxşıca kor qoydu babanı. Mir Cəlal.

Kor quruş (qəpik) – bir qəpik də olsa.
[Pərzad] həm Əlidən oldu, həm də Vəlidən: kəbindən bir kor quruş gəlmədi. Mir Cəlal.

Kor düyün1) açılması çətin olan düyün;
2) məc. həlli çətin olan məsələ.
Kor etmək – heç etmək, yox etmək, puça çıxarmaq.
Sözüm bəyənilib, işim saz olub; Sən Allah, siftəmi kor eyləməynən. Aşıq Ələsgər.

Kor ilan zool. – cücülərlə bəslənən ilanabənzər sürünən heyvan.
Kor yapalaq1) bayquş;
2) məc. məşumluq, nəhslik simvolu kimi işlənir.
Gözünün üstündə Buxara papaq; Əntərə bənzəyir o kor yapalaq. S.Vurğun.
Bu olan iş deyil, o kor yapalaq; Məni pəncəsindən buraxmaz ki, sağ. M.Rahim.

Kor olmaq – gözü tutulmaq, suyu kəsilmək. Bulağın gözü kor olubdur.
Kor olsun! – qarğış, nifrət məqamında işlənir.
Dam üstədir damımız; Qoşadır eyvanımız; Sən ordan bax, mən burdan; Kor olsun düşmanımız. (Mahnı).
[Pəri:] Laçınım, kor olsun Pərin, mən sənin başına bəla gətirdim. Ə.Məmmədxanlı.

Kor öküz kimi – heç bir iş görməyən, fəaliyyətsiz.
[Bayraməli bəy:] …Rəsul ağa, sən heç zəhmət çəkib yerindən tərpənmə, necə ki, yatmısan elə də kor öküz kimi yat… N.Vəzirov.

Kor siçan zool. – yer altında yaşayan gəmirici; köstəbək.
Kor tutduğun( u) buraxmaz – tərs, inadkar, yekəbaş adam haqqında.
Kor höcət – tərs, inadcıl, höcət adam haqqında.
Heç kəsi bəyənmir, özü də ki, kor höcətin lap böyüyüdür. M.Süleymanov.

Kor çiban – başı olmayan, gözsüz çiban.
Kor şeytan – guya insanlara pislik gətirən mövhumi qüvvə… Şeytandan murad həmin kor şeytandır ki, taskülahından zınqırov asılıb. C.Məmmədquluzadə.
Adamlar həmişə bir fəlakətə, uğursuzluğa düçar olanda kor şeytandan görərdilər. Mir Cəlal.

Kor şeytan deyir ki…, kor şeytan nə deyir… – bax dəli şeytan deyir… (“dəli”də).
Yurdu kor olmaq (qalmaq) – öləndən sonra nəsli qalmamaq, yurduna sahib duran övladı qalmamaq.
[Şiraslan] Əmiraslan babasına hiss etdirmək istəyirdi ki, onun yurdu kor deyildir. S.Rəhimov.
[Hacı:] Mən elə-belə adam deyiləm ki, yurdum kor qalsın, sabah başımı yerə qoyandan sonra var-dövlətimin başına qarğa-quzğun yığışsın. Mir Cəlal.

Lənət sənə, kor şeytan! – bax lənət.
KOPPUŞ
KOR-KOBUD
OBASTAN VİKİ
Kor Bayquş
Kor Bayquş (بوف کور: Buf-e kur) - İran yazıçısı Sadiq Hidayətin 1936-cı ildə nəşr etdiyi romandır. Kor Bayquş romanını Azərbaycan dilinə İlqar Əlfi tərcümə etmiş və 2015-ci ildə Xəzər jurnalında nəşr etmişdir. == "Süjet”, yaxud əvvəl hanı, son hanı? == Sadiq Hidayətin "Kor bayquş” romanı öz içinə boylanan, ordakı qaranlıqda güzgülənən insanın hekayətidir. Qəhrəmanın taleyi doğuluşla ölüm arasındakı keçiddə iki qadına "ilişir”. Onlardan biri rəqqasə anası, digəri fahişə arvadıdır. Qəhrəmanın atası Hindistanda bütlər qarşısında mərasim rəqsləri ifa edən Buqamdasi adlı bir qıza vurulur. Qızla ailə qurur və az sonra qardaşı da yanına gəlir. İki qardaş bir-birinə çox oxşayır – xüsusən zövqləri – əmisi də qəhrəmanın anasına vurulur. Anasını həm əmisi, həm də atası sevir və bu "aşiqlər”in dueli fərqli olur: Atası və əmisi kobra olan otağa girirlər, çığırtı gəlir, ilangəzdirən otağın qapısını açır və bir-birinə oxşayan iki kişidən biri canını qurtarır.
Kor bağırsaq
Kor bağırsaq - lat. cecum; yun. typhlon yoğun bağırsağın qalça bağırsağa açılan yerindən aşağı olan hissəsinə deyilir; uzunluğu 6-8 sm və eni 7-7,5 sm olub, sağ qalça çuxurunda, pupart bağından yuxarı, qalça fassiyası üzərində yerləşmişdir. Çox vaxt kor bağırsaq hər tərəfdən periton ilə örtülü olur; ona görə də çox mütəhərrikdir; bəzən arxa səthi periton ilə örtülü olmayıb qarın boşluğunun arxa divarına bitişir. kor bağırsaq içəri tərəfdən uzun, silindirəbənzər və 1,0-1,5 sm diametrində bir çıxıntı gedir, buna soxulcanabənzər artım (çıxıntı) - lat. appendix vermiformis (processus vermiformis s. appendix - BNA) deyilir. uzunluğu çox müxtəlifdir - 2 sm-dən 20 sm-ə qədər tərəddüd edir, orta hesabla 7-9 sm-ə çatır. Bunun içərisi boşdur və lat. ostium appendicis vermiformis adlanan dəlik vasitəsilə kor bağırsağa açılır.
Kor bucaq
Kor bucaq — 90 dərəcədən böyük 180 dərəcədən kiçikdir.
Kor ilanlar
Kor ilanlar (fəsilə) (lat. Typhlopidae) — İlanlara aid fəsilə. == Görünüşləri == Kiçik ölçüyə malik olaraq (760 mm), yumurlanmış quyruğa malik olurlar. Pulcuqları çox hamar olur. Kiçik ağıza malik olurlar. Kiçik gözə görünməz dişləri vardır. == Müştərək həyat == Bayquşlar bütün ilanlar kimi kor ilanları ovlayaraq yuxasına gətirirlər. Burada bayquşlar korilanlarla bacara bilməyərək müştərək yaşayırlar. Korilanlar yuvaya dazil olan Cücülərlə qidalanaraq quş balaları iıə müştərək yaşayırlar.
Kor qışlaq
Kor qışlaq — coğrafi adı Ağcabədi rayonunun Boyat kəndi yaxınlığında qeydə alınıb. == Tarixi == Yaşlı nəslin dediklərinə görə bir il çox bərk soyuq olur. Nəticədə qızılca xəstəliyi yayılır. Qışlaqda yaşayanların hamısı bu xəstəlikdən ölür. Elə o zamandan da həmin qışlaq el arasında Kor qışlaq adlanır. Qışlaq-mal-qaranın qışladığı əraziyə, otlağa deyirlər. O, maldarlıq təsərrüfatının meydana çıxması ilə əlaqədar yaranmışdır. Qarabağın ərazisi qoyunçuluğun qədim qışlaqları hesab edilir. Soyuqlarla bağlı olaraq mal-qara 7–8 ay qışlaqda qorunub saxlanır, otarılır. Qışlaqların təxminən 6 min illik yaşı var.
Kor Əhəd
Əhəd Fərzəli oğlu Əliyev (Kor Əhəd) (1893, Bakı – 17 fevral 1942, Bakı) — Azərbaycan qarmonçusu. == Həyatı == 1893-cü ildə Azərbaycanda dünyaya gəlib. İki yaşına çatanda onun gözləri zəifləməyə başlayır. Üç yaşı olanda isə gözləri tamamilə tutulur və o dünya işığından məhrum olur. Valideynləri ona 12 dilli qarmon alırlar və bu qarmon onun üçün bir təsəlli olur. O, qarmonu ifa edəndə hələ qara dillər kəşf olunmamışdı. Kor Əhəd iyirmi yaşına çatana kimi ağ dillərdə ifa edirdi. Hətta Cabbar Qaryağdı belə onun vurğunu olmuşdu“. Zakir Mirzəyev qeyd edir ki, Azərbaycanda qarmon musiqi aləti sırf Kor Əhədin adı ilə bağlıdır: “O, həm qarmonda, həm sazda, həm də piano da çox mükəmməl ifa edirdi. Onun ilk tələbələrindən Teyyub Dəmirovun adını çəkə bilərəm.
Kor qanun
Kor qanun — hind filmi. == Haqqında == Vicay Kumar faciəli keçmişlə yaşayan cavan insandır. Uşaqlıqda o bacısının üzərində zorakılığın və öz atasının qətlinin şahidi olub. Ona görə Vicay üç quldurdan qisasını alır. Onun ikinci bacısı Durqa polisdə xidmət edir və Vicaya ədaləti öz əlləriylə bərpa etməsinə icazə vermək istəmir. Yan Nissar qaçaqmalçının qətli üçün müddəti gedib həbsxanadan çıxır. O aşkar edir ki, insan, hansının ki, qətli üçün o ittiham edilmişdi, əslində sağdır. Ədalətin axtarışları Yanın Vicaya və Durqanın talelərini itələyir. Sonda Vicay düşmənlərindan ata və bacısının qisasını alır.
Kor Şahmat Olimpiadası
Kor Şahmat Olimpiadası korlar üçün beynəlxalq şahmat yarışıdır. Yarışda komandalar bir-birilərinə qarşı oynayırlar, hər 4 ildən bir keçirilir və Beynəlxalq Brayl Şahmat Assosasiyası (ing. International Braille Chess Association) tərəfindən maliyyələşdirilir. Gözdən əlillər arasında keçirilən ən böyük idman yarışıdır. == Tarix == 1958-ci ildə Almaniyanın Raynbraytbax şəhərində keçirilən korlar üçün şahmat turniri korlar üçün şahmat olimpiadasının keçirilməsi üçün ilk təşəbbüs idi. Turnirin qalibi Beynəlxalq Brayl Şahmat Assosasiyasının qurucusu Reqinald Volter Bonham oldu. İlk rəsmi Kor Şahmat Olimpiadası 1961-ci ildə Almaniyanın Meşed şəhərində keçirildi. Yarışda 8 komanda 122 oyun keçirdi və Yuqoslaviya komandası qalib gəldi. 3-cü Kor Şahmat Olimpiadası 1968-ci ildə İngiltərənin Weymouth şəhərində keçirildi, 20 komanda yarışdı. Yarışın qalibi Rusiya komandası oldu, Yuqoslaviya komandası isə ikinci yeri tutdu.
Kor ərəbin mahnısı
Kor ərəbin mahnısı — görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun Azərbaycan şairi, yazıçı və dramaturq Hüseyn Cavidin "Şeyx Sənan" dram əsərinin tamaşasına bəstələdiyi mahnı. Mahnının ilk ifaçısı Məmmədəli Əliyev olub.
Kor həlqə sindromu
Kor həlqə sindromu (ing. blind loop syndrome) – bağırsaq anastomozlarında nazik bağırsaqda staz nəticəsində bakteriyaların sürətlə artması, malabsorbsiya və steatoreya, oynaq sindromu baş verir. Kor ilgək və ya durğun bağırsaq sindromu nazik bağırsaqda bakteriyaların çox artması ilə (bakteriyaların miqdarı >105/ml) əlaqədar meydana çıxan funksional pozğunluqlar (diareya, steatoreya) və malabsorbsiyadır. Malabsorbsiya malnutrisiyaya, sepsisisə və böyrək çatmazlığına gətirib çıxara bilir.
Kor ilgək sindromu
Kor həlqə sindromu (ing. blind loop syndrome) – bağırsaq anastomozlarında nazik bağırsaqda staz nəticəsində bakteriyaların sürətlə artması, malabsorbsiya və steatoreya, oynaq sindromu baş verir. Kor ilgək və ya durğun bağırsaq sindromu nazik bağırsaqda bakteriyaların çox artması ilə (bakteriyaların miqdarı >105/ml) əlaqədar meydana çıxan funksional pozğunluqlar (diareya, steatoreya) və malabsorbsiyadır. Malabsorbsiya malnutrisiyaya, sepsisisə və böyrək çatmazlığına gətirib çıxara bilir.
Kor məhəbbət (film, 2006)
Kor məhəbbət (Hind: फ़ना, Urdu: فناء, Rom: Fanaa) — Aamir Xan və Kajolun baş rollarda çəkildiyi 2006-cı il Bollivud filmidir. Filmin musiqi tərtibatçısı Jatin-Lalit, montaj rejissoru isə Ravi K. Chandran olmuşdur. == Süjet xətti == Zooni (Kajol) kor, lakin çox gözəl bir qızdır. Bir gün o, bələdçi Rehan (Aamir Khan) ilə tanış olur və ona aşiq olur. Gözündən əməliyyat olunarkən Rehanı itirir. O, Rehanın öldüyünü düşünür, lakin illər sonra bunun doğru olmadığını başa düşür. == Aktyorlar və rolları == Kacol ... Zooni Ali Beig Aamir Khan ... Rehan Qadri / Rehan Khan Rishi Kapoor ... Zulfikar Ali Beig Kirron Kher ...
Kor qanun (film, 1983)
Kor qanun — hind filmi. == Haqqında == Vicay Kumar faciəli keçmişlə yaşayan cavan insandır. Uşaqlıqda o bacısının üzərində zorakılığın və öz atasının qətlinin şahidi olub. Ona görə Vicay üç quldurdan qisasını alır. Onun ikinci bacısı Durqa polisdə xidmət edir və Vicaya ədaləti öz əlləriylə bərpa etməsinə icazə vermək istəmir. Yan Nissar qaçaqmalçının qətli üçün müddəti gedib həbsxanadan çıxır. O aşkar edir ki, insan, hansının ki, qətli üçün o ittiham edilmişdi, əslində sağdır. Ədalətin axtarışları Yanın Vicaya və Durqanın talelərini itələyir. Sonda Vicay düşmənlərindan ata və bacısının qisasını alır.
Le-Kot-de-Kor
Le-Kot-de-Kor (fr. Les Côtes-de-Corps) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38132. Kommunanın 1999-cu il üçün əhalisi 44 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 680 ilə 2 015 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 530 km cənub-şərqdə, Liondan 135 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.
Erik Kornell
Erik Kornell (19 dekabr 1961)- Karl E. Vayman ilə Bose-Eynşteyn sıxlaşması üzərində etdikləri görüş səbəbiylə 2001-ci ildə Fizika üzrə Nobel mükafatını qazanmış ABŞ fizikidir. == Bioqrafiyası == Stanford Universitetindən magistr dərəcələrlə məzun olmuş valideynlərə sahib olan Erik Allin Kornell 1961-cı ildə Palo Altoda, Kaliforniyada anadan olmuşdur. Kornell doğulduqdan iki il sonra daşındıqları Kembricdə, Massaçusetsdə böyümüşdür. Atası (MIT) Massachusetts Institute of Technologyda inşaat mühəndisliyi professoru, anası liseylərdə ingilis müəllimliyi etmişdir. Bir bacısı, bir də qardaşı var. == Təhsili == Anasından məktəbə başlamadan oxuma-yazma öyrənən Kornell liseydə riyaziyyat və şahmat klublarına qatılır. Liseyi bitirməsinə bir il qala San-Fransiskoya daşınırlar. "Lowell High School" dan məzun olur. Bu məktəb şəhərin hər yerindən gələn akademikaya meylli şagirdlər üçün "maqnit məktəb" deyilən bir yerdir. Lisenziya təhsilini Stanford Universitetində alır.
Erkin Koray
Erkin Koray (24 iyun 1941, İstanbul – 7 avqust 2023, Toronto) – türk musiqiçi. Əsasən rok sənətçisi kimi tanınır və anadolu rokunun yaradıcılarından biri hesab olunur.
Ermənistanda koronavirus pandemiyası 2020
Ermənistanda COVID-19 pandemiyası — 1 mart 2020-ci il tarixdə Ermənistanda ilk yoluxma halının rəsmi elan edilməsi ilə ölkədə 2019–20 koronavirus pandemiyasının yayılması təsdiq olundu. == Hadisələrin ardıcıllığı == === Mart === 1 mart 2020-ci ildə, 2019–20-ci il koronavirus pandemiyasının ilk hadisəsi Ermənistanda öz təsdiqini tapdı. Baş nazir Nikol Paşinyan öz Facebook səhifəsində xəbəri təsdiqlədi. Martın 16-da hökumət koronavirusun yayılmasının qarşısını almaq məqsədilə aprelin 14-dək davam edən fövqəladə vəziyyət elan etdi. Fövqəladə tədbirlərə bütün təhsil müəssisələrinin, eləcə də, Gürcüstan və İranla sərhədlərin bağlanması, 20-dən çox insanın toplaşmasına qadağa qoyulması və 2020-ci il Ermənistanın Konstitusiya referendumunun təxirə salınması daxildir. 18 mart tarixinə qədər, özünütəcrid vəziyyətində olan 799 nəfərdən əlavə, Zaxqadzorun Qızıl Saray Otelində və Dilican şəhərinin Monte Melkonyan Hərbi Kollecində karantində qalan 444 nəfər vardı. Martın 20-də Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısını almaq və aradan qaldırmaq üçün fiziki şəxslər və təşkilatlardan dövlətə maliyyə yardımı fonduna 398 milyon 401 min 619.8 Dram pul köçürülüb. Pul köçürmələrinin ümumi sayı 2210 olub. Həmin gün Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycandan olan hakerlərin internetdə erməni istifadəçilərin səhifələrini qırması və onların adından pandemiya haqqında yalan məlumatlar yaymasının qarşısını aldığını bəyan edib. Martın 21-də Ermənistanın Səhiyyə naziri Arsen Torosyan Ermənistanın müxtəlif bölgələrində 600-dən çox şəxsin karantində olduğunu söylədi.
Ernan Kortes
Fernando Kortes Monroy Pisarro Altamirano (isp. Fernando Cortés Monroy Pizarro Altamirano; 1485[…] – 2 dekabr 1547) — daha çox Fernan, Fernando, Ernando və ya Ernan Kortes kimi tanınan ispan konkistadoru. Meksikanı ələ keçirərək burada mövcud olan astek dövlətini məhv etməsi ilə məşhurluq qazanmışdır. Bu xidmətlərinə görə İspaniya kralı V Karl ona Oaxaka vadisinin markizi (Marqués del Valle de Oaxaca) titulunu vermişdir. Həyatı haqqında çox az məlumat qorunub saxlandığı üçün tarixçilər onun şəxsiyyətini dəyərləndirməkdə çətinlik çəkirlər.
Evdem (Korinf çarı)
Evdem (q.yun. Εὔδημος) — yunan mifologiyasında personaj. O, Korinf çarı II Agelin oğlu qardaşı və davamçısıdır. Korinf çarı Evdem Heraklın övladlarından idi, Aletin nəslindən gəlirdi. Onlar dorilərlə birlikdə Korinfi fəth etmiş, Korinf padşahlarını devirmiş və kral taxtına oturmuşdur. Evdemin Aristomed və Agemon adlı iki oğlu var idi. Onun yerinə böyük oğlu Aristomed hakimiyyətə keçmişdir.
Eyşa Korrera
Eyşa Karrera (6 avqust 1973, Nyu-York, ABŞ) — ABŞ pornoaktrisası, ssenaristi və modeli. 300-dən artıq pornoqrafik filmdə iştirak etmişdir. Ateistdir. == Həyatı == Eyşa Karrera 1973-cü ildə ABŞ-nin Nyu-York şəhərində anadan olmuşdur. Atası yapon, anası alman əsillidir. Ailədə 4 uşaqdan biridir. Uşaqlıq vaxtında piyano dərsləri almışdır. 1990-cı ildə barlarda striptizçi olaraq çalışmışdır. 1993-cü ildə isə artıq porno kassetlər yayımlamışdır. Bəzən "Cessika Bennett" ləqəbi ilə də filmlərdə iştirak etmişdir.
Fontanil-Korniyon
Fontanil-Korniyon (fr. Fontanil-Cornillon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sent-Eqrev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38170. Kommunanın 2007-ci il üçün əhalisi 2696 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 90 km cənub-şərqdə, Qrenobldan 9 km şimal-qərbdə yerləşir.
Fyodor Korş
Fyodr Yevgeniyeviç Korş (4.5.1843-1.3.1915) — rus filoloq, professor, görkəmli dilçi. == Həyatı == Fyodr Yevgeniyeviç Korş 4 may 1843-cü ildə Moskva şəhərində anadan olmuşdur. Fyodr Korş 1 mart 1915-ci ildə Moskva şəhərində vəfat etmişdir. == Xarici keçidlər == Фундаментальная электронная библиотека «Русская литература и фольклор»: Энциклопедия «Слова о полку Игореве» Фундаментальная электронная библиотека «Русская литература и фольклор»: ЭНИ «Personalia» Arxivləşdirilib 2007-07-17 at the Wayback Machine Русский биографический словарь, сетевая версия Arxivləşdirilib 2005-05-18 at the Wayback Machine Биография на сайте «Поэзия Московского университета». Биография на сайте «Ярус». Arxivləşdirilib 2012-11-07 at the Wayback Machine Биография на сайте «Грамота.ру». Шуточные стихи Ф. Е. Корша // Российский Архив: История Отечества в свидетельствах и документах XVIII—XX вв.: Альманах. - М., 1992. Т. II—III. Фонд на сайте Архив Российской академии наук.
Fyodr Korş
Fyodr Yevgeniyeviç Korş (4.5.1843-1.3.1915) — rus filoloq, professor, görkəmli dilçi. == Həyatı == Fyodr Yevgeniyeviç Korş 4 may 1843-cü ildə Moskva şəhərində anadan olmuşdur. Fyodr Korş 1 mart 1915-ci ildə Moskva şəhərində vəfat etmişdir. == Xarici keçidlər == Фундаментальная электронная библиотека «Русская литература и фольклор»: Энциклопедия «Слова о полку Игореве» Фундаментальная электронная библиотека «Русская литература и фольклор»: ЭНИ «Personalia» Arxivləşdirilib 2007-07-17 at the Wayback Machine Русский биографический словарь, сетевая версия Arxivləşdirilib 2005-05-18 at the Wayback Machine Биография на сайте «Поэзия Московского университета». Биография на сайте «Ярус». Arxivləşdirilib 2012-11-07 at the Wayback Machine Биография на сайте «Грамота.ру». Шуточные стихи Ф. Е. Корша // Российский Архив: История Отечества в свидетельствах и документах XVIII—XX вв.: Альманах. - М., 1992. Т. II—III. Фонд на сайте Архив Российской академии наук.
Fəxri Korutürk
Fəxri Sabit Qorutürk (türk. Fahri Sabit Korutürk; 3 avqust 1903, Fateh, İstanbul ili – 12 oktyabr 1987, İstanbul) — Türkiyə Respublikasının 6-cı prezidenti (1973–1980). Qorutürk soyadını ona Mustafa Kamal Atatürk vermişdir. Fəxri Korutürk 1901-ci ildə İstanbulda anadan olub. Atası Osman Sabit Əfəndi, anası Əminə Nəsrin xanımdır. 1916-cı ildə Hərbi məktəbə daxil olmuş, 1923-cü ildə isə leytenant rütbəsi ilə Dəniz Qüvvələrinə qəbul olunmuşdur. Müxtəlif hərbi məktəblərdə oxumuş, 1933-cü ildə Dəniz Hərb Akademiysından məzun olmuşdur. Roma, Berlin və Stokholmda Dəniz Attaşeliyi vəzifələrində çalışmış, 1936-cı ildə Montrö Boğazlar Konfransına hərbi mütəxəssis kimi qatılmış, nəhayət, Dəniz Hərb Akademiyasının komandanı olmuşdur. 27 may çevrilişindən sonra Moskva səfirliyindən istefa vermiş, 7 iyun 1968-ci ildə prezident tərəfindən senator təyin edilmişdir. 6 aprel 1973-cü ildə TBMM tərəfindən prezident seçilmişdir.
Glycyrrhiza korshinskyi
Ural biyanı (lat. Glycyrrhiza uralensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin biyan cinsinə aid bitki növü. == Arealı == Qafqazda (Ön Qafqaz, Şərqi Qafqaz, Cənubi Qafqazda xüsusilə), Rusiyanın Avropa hissəsində, Mərkəzi Asiyada, Mərkəzi Avropada, Aralıq dənizi ölkələrində, Balkanlarda, Malaziyada, İranda, Armavirdə və digər ərazilərdə bitir. == Botaniki xarakteristikası == 60-80, bəzən isə 150 sm-ə qədər hündürlüyü ola bilən çoxillik ot btkisidir. Gövdəsi dik qalxır, möhkəmdir, şaxəli-budaqlıdır, qısa tükcüklüdür, bəzən kələkötül vəzilərlə örtülü olur. Yarpaqcıqları 5-17 (19) ədəd olmaqla yerləşir və uzunsov, ellips formasında, lanset formasında, aşağı hissəsində adi vəzilər yerləşməklə ümumi saplaq üzərində düzülmüşdür və teztöküləndir. Salxımları uzunsovdur, lətli və yumşaqdır. Yarpaqdan bir az qısa olur. Çiçək tacı açıq-bənövşəyi rəngdə olub uzunluğu 10-12 mm-ə çatır. Kasacıq yarpaqları birvaridir (uc hissədən əyilmiş formada), kasacıq uzunluğunda və ya ondan nisbətən uzun olur.
HTC korporasiyası
High Tech Computer Corporation (HTC) — kommunikasiya avadanlığının istehsalı və satışını həyata keçirən Tayvan şirkəti. 1997-ci il mayın 15-də təsis edilmişdir. Dünyanın ən qabaqcıl markalarındandır. Fəaliyyətinin ilk dövründə şirkət personal cib kompyuterlərinin (Pocket PC) istehsalı ilə məşğul olmuş, nəticədə prioritet istiqamət olaraq aktiv inkişaf prosesində olan kommunikatorlar bazarı seçilmişdir. 2001-ci ildən etibarən HTC öz markası ilə istehsalı ikinci plana keçirərək telefon operatorları üçün hazır, markasız telefonların satılmasına üstünlük vermək qərarına gəlmişdir. Operatorlar bu telefonlara loqotiplərini yerləşdirərək öz brendləri altında satırlar. O zaman bu istiqamətin seçilməsinin şirkət üçün uğurlu olduğu hesab edilirdi. İlk belə müqaviləni HTC 2001-ci ildə bağlamış və bu şəkildə əməkdaşlıq etdiyi şirkətlərin sayı artmaqdadır. Şirkətlə əməkdaşlıq edənlər arasında T-Mobile, Orange, O2, Vodafone və s. iri mobil operatorlar var.
Hacıabad (Korani)
Hacıabad (fars. حاجي آباد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 61 nəfər yaşayır (20 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Hempton Kort
Hempton Kort Sarayı- Londonda yerləşən saray-park ansamblıdır. Şəhər mərkəzindən 18 km məsafədə (1965-ci ilədək - Midlseks qraflığı), Riçmond-apon-Tems rayonunda, Temza çayının sol sahilində yerləşir. Təxmini 1514-cü ildə Kralın əsabəsi Tomas Uolsi üçün tikilən sarayı 1529-cu ildə VIII Henriyə hədiyyə etmişdir. XVII əsrin ikinci yarısında Hempton Kortu ingilis Versalına çevirməyi arzulayan III Vilhelmin krallığı zamanı, memar K.Renom tərəfindən barok tərzdə inşa edilmişdir. 1760-cı ilədək krallıq iqamətgahı kimi xidmət göstərmişdir. "Tarixi Krallıq sarayları" fondunun nəzarəti altındadır. Fransa parkının sahəsi 60 ha ərazidə yerləşir. Krallıq kolleksiyasından olan əntiq əşyaların, Mantenyanın, Rafaelin, Böyük Breygelin və başqalarının rəsm əsərləri mövcuddur. == Tarixi == Sarayın tarixinin başlanğıcı kral VIII Henrinin əsabəsi - Kardinal Tomas Uolsinin 1514-cü ildə əvvəllər qospitalyerlər (İoannçılar, eləcə də Yerusəlim, Rodos, Malta- Müstəqil Hərbi Müqəddəs İoann ordeni) ordeninə aid olan torpaq sahəsini alması ilə başlamışdır. Sonrakı 7 ildə Uolsinin 200 min qızıl "qızılgüllü kron" pul xərclədiyi renessans və qotik tərzlərdə inşası davam etmişdir.
Herbert Estuardo Meneses Koronado
Herbert Estuardo Meneses Koronado — Qvatemalanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2014-cü ildən)
Hernan Kortes
Fernando Kortes Monroy Pisarro Altamirano (isp. Fernando Cortés Monroy Pizarro Altamirano; 1485[…] – 2 dekabr 1547) — daha çox Fernan, Fernando, Ernando və ya Ernan Kortes kimi tanınan ispan konkistadoru. Meksikanı ələ keçirərək burada mövcud olan astek dövlətini məhv etməsi ilə məşhurluq qazanmışdır. Bu xidmətlərinə görə İspaniya kralı V Karl ona Oaxaka vadisinin markizi (Marqués del Valle de Oaxaca) titulunu vermişdir. Həyatı haqqında çox az məlumat qorunub saxlandığı üçün tarixçilər onun şəxsiyyətini dəyərləndirməkdə çətinlik çəkirlər.
IX korpus (film, 2012)
IX korpus qısametrajlı sənədli filmi rejissor Tahir Əliyev tərəfindən 2012-ci ildə çəkilmişdir. Film "Səlnamə" kinostudiyasında istehsal edilmişdir. Film İkinci Dünya müharibəsi illərində Sloveniya və İtaliya cəbhələrində alman faşistlərinə qarşı mübarizə aparmış və döyüşmüş 9-cu korpusun azərbaycanlı əsgərlərinin xatirəsinə həsr olunur. 2012-ci ildə filmin rejissoru Tahir Əliyevə bu filmə və "Unudulmuş partizan" filminə görə Nova Qoriça şəhəri rəhbərliyinin və Veteranlar Şurasının xüsusi mükafatı verilib. == Məzmun == Film İkinci Dünya müharibəsi illərində Sloveniya və İtaliya cəbhələrində alman faşistlərinə qarşı mübarizə aparmış və döyüşmüş 9-cu korpusun azərbaycanlı əsgərlərinin xatirəsinə həsr olunur. Filmdə korpusun daxilində “Ruskaya çetna” adlı azərbaycanlılardan ibarət batalyonun döyüş yolundan və qəhrəmanlığından bəhs edilir. == Mükafat == 2012-ci ildə filmin rejissoru Tahir Əliyevə bu filmə və "Unudulmuş partizan" filminə görə Nova Qoriça şəhəri rəhbərliyinin və Veteranlar Şurasının xüsusi mükafatı verilib.
I Agel (Korinf çarı)
Agel (q.yun. Ἀγέλας) — yunan mifologiyasında personaj. O, Korinf çarı İksionun oğlu və davamçısıdır. Korinf çarı Agel Heraklın övladlarından, Aletin nəvəsi idi. Onlar dorilərlə birlikdə Korinfi fəth etmiş, Korinf padşahlarını devirmiş və kral taxtına oturmuşdur. Qədim müəlliflər Agelin e.ə. 1029-ci ildən 992-ci ilə qədər hakimiyyətdə olduğunu bildirir. Onun varisi öz oğlu Primnis olmuşdur.
I Qafqaz korpusu
Osmanlı ordusunun I Qafqaz korpusu (türkcə: I Kafkas Kolordusu ya da I Kafkas Kolordusu), Osmanlı ordusunun ordu korpuslarından biri. I Dünya Müharibəsi dövründə yaradılmışdır. == Yaradılması == === 1916 dekabr, avqust 1917, yanvar 1918 === 1916 dekabr, avqust 1917, yanvar 1918-ci illərdə korpusun strukturu belə idi: Birinci Qafqaz Korpusu IX Qafqaz diviziyası, X Qafqaz diviziyası, 36-cı Qafqaz diviziyası === 1918 iyunda strukturu === 1918-ci ilin iyun ayında korpusun strukturu belə idi: Birinci Qafqaz Korpusu IX Qafqaz diviziyası, X Qafqaz diviziyası, XV diviziya == Komandanları == General-leytenant Yusif İzzət paşa — 1916–1917-ci illər. Kazım Qarabəkir paşa — 1917 dekabr 27-dən, 1918 dekabrın 25-nə qədər. == Azərbaycan Xalq Cümhuriyyəti ilə əlaqəsi == Qafqaz İslam Ordusu təşkil edilnə zaman onun hərbi birləşmələrinin əksəriyyəti bu ordu korpusunun hissələrindən təşkil edilmişdi. Kürdəmir döyüşü, Göyçay döyüşü və xüsusilə də Bakı döyüşləri zamanı Qafqaz İslam Ordusunun canlı qüvvəyə olan ehtiyacı bu korpusun şəxsi heyəti hesabına təmin edilmişdir. Bu ordu korpusunun birləşmələri həmçinin Naxçıvanda və ətraf ərazilərdə ermənilərin azərbaycanlılara qarşı soyqırım aktlarının qarşısının alınmasında da iştirak etmişdir. == Ləğvi == 1916-cı ilin sentyabrında yaradılan ordu korpusu, 1918-ci ilin oktyabr ayının 21-də Mudros barışığına görə ləğv edilmişdir. Ordu korpusu ləğv edilsə də şəxsi heyəti Kazım Qarabəkir paşanın rəhbərliyi altında Türkiyə İstiqlaliyyət müharibəsinin sonuna qədər döyüşmüşdür.
Jurinea korotkovae
Jurinea korotkovae (lat. Jurinea korotkovae) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Kamerata Kornello
Kamerata Kornello(it. Camerata Cornello) — İtaliyada kommuna. Lombardiyanın Berqamo əyalətində yerləşən kommunanın 565 əhalisi var. Yuxarı Brembana vadisində, Brembo çayının sağ tərəfində, Berqamo şəhərindən təxminən 33 kilometr şimalda yerləşir. Bələdiyyə Brembana Vadisinin dağ icmasının bir hissəsidir. Sahəsi 12 km² ərazini tutur. Poçt kodu — 24010. Telefon kodu — 0345. Avqustun 15-də kommunada Müqəddəs Məryəmin fərz edilməsi xüsusilə qeyd olunur.
Kamp de Les Korts
Kamp de Les Korts (Les Korts kimi də adlandırılır) — İspaniyanın Kataloniya muxtar vilayətinin Barselona şəhərində yerləşən idman stadionu. 1957-ci ildə Barselona FK Kamp Nouya köçənə qədər klub ev oyunlarını burada keçirirdi. Les Korts klubun prezidenti Joan Qamper tərəfindən Barselonanı öz stadionu ilə təmin etmək üçün hazırlanmış üzunmüddətli planın nəticəsi kimi tikilmişdi. Stadion Barselonanın ev stadionu kimi Camp de la Indústria stadionunu əvəzləmişdi. 1922-ci ildə açılan stadion ilk əvvəllər 20000 tamaşaçı tutumuna malik olub. Stadionda ilk oyun Barselona və Sent Mirren klubları arasında olub. 13 may 10923-cü ildə stadionda Atletik Bilbao və CE Evropa arasında İspaniya Kral Kubokunun finalı, 21 dekabr 1924-cü ildə İspaniya və Avstriya milli komandaları arasında oyun təşkil olunub. 24 iyun 1925-ci ildə stadion məlum hadisədən sonra altı ay müddətində bağlı qalıb. Belə ki, oyun zamanı Barselona klubunun azerkeşləri İspaniya himnini fitə basıb və Britaniya Kral Donanması orkestrinin ifa etdiyi God Save the King himnini alqışlayıblar. Migel Primo de Rivera diktaturası Kataloniya millətçiliyini təbliğ edən Joan Qamperi ittiham edib.
Katerina Kornaro
Katerina Kornaro (yun. Αικατερίνη Κορνάρο, it. Caterina) (25 noyabr 1454 – 10 iyul 1510) — 1474-1489-cu illərdə Kipr krallığının kraliçası. Həyat yoldaşı II Ceymsin ölməsindən sonra "Venesiya Respublikasının qızı" adını qəbul etdi və adanı Venesiya Respublikasının himayəsinə verdi. Beləliklə, Kipr krallığı süqut etdi.
Kiira Korpi
== Karyerası == === 2002–2003-cü illər: === Kiira Korpi 2003-cü ilin 10 – 12 yanvarında baş tutan gənclər arasında Finlandiya Çempionatında mübarizə apardı. Nəticədə o, gənclər arasında Finlandiya Çempionatının gümüş medalına sahib oldu. Daha sonra isə Kiira Korpi 24 mart-2 apreldə Çexiyanın Ostrava şəhərinin ev sahibliyində baş tutan gənclər arasında Dünya Çempionatında mübarizə apardı. Qısa proqramda 17-ci pillənin, sərbəst proqramda isə 20-ci pillənin sahibi olan Kiira Korpi ümumi nəticədə 33.0 balla gənclərin Dünya Çempionatını 19-cu pillədə başa vurdu. === 2003–2004-cü illər: === Kiira Korpi 2003–2004-cü illər mövsümündə gənclər arasında Sloveniya və Polşa Qran-Prilərində mübarizə apardı. Əvvəlcə o, Sloveniyanın Bled şəhərinin ev sahibliyində baş tutan gənclərin ISU Sloveniya Qran-Prisində mübarizə apardı. Qısa proqramda 2.5 balla beşinci pillənin sahibi olan Kiira Korpi sərbəst proqramda 8.0 balla yeddinci pillənin sahibi oldu. Bununla da o, ümumi nəticədə gənclərin ISU Sloveniya Qran-Prisini 10.5 balla altıncı pillədə başa vurdu. Gənclərin ISU Sloveniya Qran-Prisindən sonra Kiira Korpi 1 – 2 noyabrda Polşada baş tutan gənclərin ISU Polşa Qran-Prisində mübarizə apardı. Qısa və sərbəst proqramlarda dördüncü pillələrin sahibi olan Kiira Korpi gənclərin ISU Polşa Qran-Prisini ümumi nəticədə də 6.00 balla dördüncü pillədə başa vurdu.
Korabl-Sputnik 4
Korabl Sputnik 4 (rus. Корабль-Спутник 4, Gəmi Peyk 4 deməkdir) — və ya Qərbdə Sputnik 9 kimi tanınan Vostok-3KA № 1, 1961-ci ildə buraxılmış Sovet kosmik gəmisi idi. Maneken İvan İvanoviçi, Çernuşka adlı iti, bir neçə siçanı və qvineya donuzunu daşıyan bu, Vostok kosmik gəmisinin sınaq uçuşu idi. Korabl Sputnik 4, 9 mart 1961-ci ildə saat 06:29:00 UTC-də Baykonur Kosmodromundan buraxıldı. O, müvəffəqiyyətlə aşağı Yer orbitinə yerləşdirildi. Kosmik gəmi yalnız bir orbiti tamamlamaq üçün nəzərdə tutulmuşdu, ona görə də buraxıldıqdan qısa müddət sonra orbitdən çıxarıldı və yenidən orbitə daxil oldu. O, 08:09:54 UTC-də yerə endi və uğurla bərpa edildi. Eniş zamanı maneken kosmik gəmidən atma oturacağı vasitəsilə çıxarıldı və öz paraşütü ilə ayrıca endi.

Digər lüğətlərdə