Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kroton
Kroton (lat. Croton) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinə aid bitki cinsi.
Kursan
Kursan(mac. Kurszán;847-904)—macarların başçısı, Arpadın müasiri. == Həyatı == Kursan macarların başçısı idi. 892-ci ildə Böyük Moraviya sərhədlərinə hücum etmişdi. O, çalışırdı ki, Frank dövləti ilə arası pozulmasın və varlığına son qoyulmasın.Onun törəmələri Kartel soyadını daşıyırdılar.
Kursor
Kursor (lat. cursor) - displey ekranında klaviaturadan daxil edilən növbəti işarənin əks etdiriləcəyi mövqeyi göstərən işıqlanan simvol.Kursor mətn kursoru və maus kursoru fərqləndirilir. Mətn kursoru ekranda sayrışan simvoldur (adətən şaquli xətt). Bu simvol ekrana növbəti simvolun daxil ediləcəyi yeri göstərir. Maus kursoru mausun ekranda hərəkətini və onun köməyi ilə aparılan əməliyyatları əks etdirən qrafik nişandır (çox vaxt ox şəklində olur). == Növləri == Blokşəkilli kursor – ekranda piksellə ölçülən eni və hündürlüyü mətn rejimində olan simvol oyuğunun ölçülərinə uyğun gələn kursor. Mətn emalı proqramlarında istifadə olunur. == Ədəbiyyat == Kitabxana – informasiya terminlərinin qısa lüğəti. Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010. 144 s.
Crusoe
Crusoe — 1986-cı illərin sonlarında Transmeta tərəfindən yaradılan x1990 uyğun mikroprosessorlar ailəsi. Prosessor 2000-ci ilin yanvarında ictimaiyyətə nümayiş olundu, real istehsal həmin il başladı. X86 əmrlərinin icrası üçün virtual maşın şəklində proqram emulyasiyası istifadə olunur — proqram kodunun morfinqi adlanan texnologiya. Prosessorun özü VLIV arxitekturasına əsaslanır və həmişə doğma kodlarında yazılmış yeganə proqramı yerinə yetirir: bu əmrləri VLIV təlimatlarına çevirən x86 əmr tərcüməçisi nəzəri olaraq, Prosessor hər hansı digər arxitekturanın emulyasiyasına yönəldilə bilər, lakin bu cür inkişaf ehtimalı azdır, çünki avadanlıq açıq şəkildə x86 emalı üçün optimallaşdırılmışdır. Proqram yayımı, prosessorun daxili hissəsini hədəf platforma ilə uyğunluğunu pozmadan çevik şəkildə dəyişdirməyə imkan verir. Məsələn, ailənin yeni nəsli olan Efficeon, orijinal Crusoe-də 256 bit əvəzinə 128 bitlik bir təşkilata sahibdir. Proqram emulyasiyası ənənəvi olaraq aparat tərəfindən həyata keçirilən bir çox funksiyanı, məsələn, əmrlərin növbədənkənar icrasını öz üzərinə götürür, bunun sayəsində aparat daha az tranzistor sayəsində daha yığcam olur, yəni oxşar prosessorlara nisbətən daha az enerji sərf edir və daha az istilik istehsal edir. Adı uyrudma səyahət qəhrəmanı Robinson Kruzodan götürülmüşdür. == Təsvir == Crusoe əvvəlcə iki variantda mövcud idi: quraşdırılmış sistemlər üçün TM3200 və aşağı güclü fərdi kompüterlər üçün TM5400. Hər ikisi eyni memarlıq şəklində mövcud idi, lakin fərqli tezliklər və ətraf mühit dəstəyi ilə.
Keson
Keson (kor. 개성시) — Şimali Koreyada şəhər. Keson şəhəri KXDR-nin əsas yüngül sənaye mərkəzi hesab olunur. 1910-cu ildən 1945-ci ilə qədər Yaponiya İmperiyasının işğalı altında qalmış şəhər Keson Sənaye Bölgəsinin yaxınlığında yerləşir. == Qardaş şəhərlər == Katmandu, Nepal Belsı, Moldova Kusko, Peru == Həmçinin bax == Şimali Koreya Şimali Koreya coğrafiyası == İstinadlar == == Xarici keçidlər == VikiSəyahətdə Kaesong haqqında səyahət məlumatları var. North Korea Uncovered Arxivləşdirilib 2012-01-14 at the Wayback Machine, (North Korea Google Earth) смотрите больше об Кэсоне, его экономике, культуре и промышленной инфраструктуре на Google Earth.
Kuşan
Kuşanlar — Kuşan padşahlığının əsas əhalisi. E.ə. I əsrdən Orta Asiyada yaşamışdılar. I–III əsrlərdə qüdrətli dövlət yaratmışdılar. Kuşanların mənşəyi dəqiq məlum deyil. Onlar Orta Asiyada yaşamış irandilli toxarlarla eyniləşdirilir. Kuşanların türkdilli olmaları da ehtimal edilir.
Rason
Rason (kor. 라선 직할시) — Şimali Koreyada şəhər. Rason şəhəri 1993-2004-cü illər aralığında respublika tabeli şəhər olmuş, 2010-cu ildə isə xüsusi şəhər statusu almışdır. Ölkənin ucqar şimal-şərqində, Yapon dənizi sahilində yerləşən şəhər Çin Xalq Respublikasının Jilin vilayəti və Rusiyanın Primorsk diyarı ilə həmsərhəddir. Şimali Koreya Şimali Koreya coğrafiyası North Korea Uncovered Arxivləşdirilib 2012-01-14 at the Wayback Machine (North Korea Google Earth) Maps out Rason's economic infrastructure, including railways, hotels, tourist destinations, cultural facilities, ports, electricity grid, and electrified perimeter fence on Google Earth.
Ruqon
Ruqon (fr. Rougon, oks. Rogon) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Kastellan kantonuna daxildir. Kommunanın dairəsi — Kastellan. INSEE kodu — 04171. 2008-ci ildə əhalinin sayı 114 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 78 nəfər (15-64 yaş) arasında 37 nəfər iqtisadi fəal, 41 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 47.4%, 1999-cu ildə 66.0%). Fəal olan 37 nəfərdən 33 nəfəri (16 kişi və 17 qadın), 4 nəfər işsiz (2 kişi və 2 qadın) idi.
Ruşan
Ruşan – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 13 km qərbdə, Alazan-Həftəran vadisində yerləşir. Əhalisi əkinçilik və heyvandarlıqla məşğul olur. Kənddə orta məktəb, klub, kitabxana fəaliyyət göstərir. Əhalisi 1002 nəfərdir ki onunda 484 nəfəri kişi, 518 nəfəri qadındır. 1. Rafiq Gülmirzə oğlu Ağakişiyev 1964-22.04.1994 2. Qərib Mirzağa oğlu Məmmədov 1974-09.02.1993 3. Hidayət Əziz oğlu Mirzəyev 1943-05.03.1993 4. Ağasəf Ağaşirin oğlu Əmirov 1960-22.04.1994 5.
Tuson
Tuson (ing.
Har Krişan
Har Krişan - pənc. ਸ੍ਰੀ ਗੁਰੂ ਹਰਿ ਕ੍ਰਿਸ਼ਨ ਜੀ. (1556-1664). Siqhlərin səkkizinci qurusudur. yaşında ikən atası Quru Har Rayın vəfatından sonra quru elan edilmişdir. Az sonra Dehliyə köçmüş, səkkiz yaşında ikən burada vəfat etmişdir.
Karlson (personaj)
Karlson (isv. Karlsson) — İsveç yazıçısı Astrid Lindqren tərəfindən yaradılmış ədəbi personaj. Karlson Stokholmda Vasastan ərazisində Astrid Lindqrenin vaxtilə özünün yaşadığı çoxmənzilli evin damındakı kiçik evcikdə yaşayır. Onun ən yaxşı dostu Svantessonlar ailəsinin kiçik uşaqları olan 7 yaşlı və "Balaca" (orijinalda Lillebror - balaca qardaş) ləqəbli Svante idi. Trilogiyada təsvir edilmişdir: "Balaca və damda yaşayan Karlson". (1955) "Damda yaşayan Karlson yenə uçub gəldi". (1962) "Damda yaşayan Karlson yenə nadinclik edir". (1968) Karlson haqqında olan bu trilogiyanı eston əsilli isveç qadən rəssamı İlon Vikland illustrasiya etmişdir. Məhz onun illüstrasiyaları dünyada yetərincə məşhurdur. Rusiyada isə rəssam və multiplikator Anatoli Savçenkonun illüstrasiyaları geniş yayılmışdır.
Karson səhrası
Karson səhrası - Nevada ştatı ərazisində yerləşən kiçik səhra. Səhranın sahəsi 5, 568 km² təşkil edir. İl ərzində səhraya cəmi 130 mm yağıntı düşür.
Kenson (kommuna)
Kenson (fr. Quinson, oks. Quinçon) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Rye kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04158. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 440 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını turizm və kənd təsərrüfatı təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 264 nəfər (15-64 yaş arasında) arasında 171 nəfər iqtisadi fəal, 93 hərəkətsiz (fəaliyyət göstərici - 64,8%, 1999-cu ildə 63,2%) olmuşdur.
Korason Akino
Mariya Korason "Kori" Koxuanqo-Akino (isp. María Corazón Cojuangco-Aquino; 25 yanvar 1933[…] – 1 avqust 2009[…]) — 1986–1992-ci illərdə Filippin prezidenti. == Həyatı == Korason Akino Tarlak vilayətində qarışıq mənşəli zəngin bir ailənin tərkibində (Filippin, Çin və İspan dili) altı uşaqdan biri idi. Kori Aquino Xose Kojuanqo və Demetria Sumulonqun 6-cı övladı olan Korazonun həm ata, həm də ana tərəfi zəngin və ünlü ailələr idi. Kojuanqlar iri mülkədarlar, Sumulonqlar isə Filippin Konqresində (hər iki palatada) yüksək səlahiyyətə malik idilər. O da bacıları kimi, öncə Manilada Müqəddəs Sxolastika Kollecində, müharibədən öncə isə alman rahibələri tərəfindən idarə olunan katolik məktəbində təhsil almışdı. Öz bacı-qardaşlarından fərqli olaraq, Korazon çox sadə idi. Bacısı Terenin məktəbli formasını geyinməyi çox sevən balaca Korazonun sevimli fənni riyaziyyat idi. Məktəbi fərqlənmə ilə bitirsə də yaponların Manilanı işğal etməsi nəticəsində təhsilini yarımçıq qoymalı oldu. İkinci Dünya Müharibəsindən sonra isə atası onu bacı və qardaşları ilə birlikdə ABŞ-yə göndərdi.
Krasin adası
Krasin adası — Nordenşeld arxipelaqına daxil olan ada. Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhatələnmişdir. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. == Yerləşməsi == Nordenşeld arxipelaqının mərkəzi hissəsində qərarlaşır. Həmcinin Şivolki adaları qrupuna daxildir. Öz qrupunun ucqar şərq qutaracağını təşkil edir. Şimaldan, qərbdən və cənub-qərbdən qrupun digər adaları ilə əgatələnmişdir: Ukromnıy adası, Vitte adası, Kovalevski adası, Brandvaxta adası, Savvı Loşkin adası (Melkiy boğazı ilə), Ledokol adası və Oktyabr adası. Şərqində Paxtusov adaları: Dobrınya Nikitin adası, Truvor adası və Silaç adası, cənub-şərqində Vilkis adaları: Novıy adası və Çabak adası (Radzeevski boğazı ilə ayrılır). == Ümumi məlumat == Qərbdən şərqə uzadılmış formaya malikdir. Mərkəzi və şərq hissələrində şimala uzanan iki yarımadası vardır.
Krilon burnu
Krilon burnu (rus. Мыс Крильон) — Saxalin adasının cənubunda yerləşən Krilon yarımadasının cənub qutaracağını təşkil edir. Burun Laperuz tərəfindən fransız hərbçisi Lui-Balbes de Krilonun şərəfinə adlandırılmışdır. Burun şimaldan ensiz, qayalı bərzəxlə Krilon yarımadası ilə birləşir. Qərbdən Yapon dənizi, şərqdən isə Oxot dənizinin Aniva körfəzi suları ilə yuyulur. Cənubdan Laperuz boğazı ilə Hokkaydo adasından ayrılır. Burunda meteoloji stansiya yerləşir. Burada Sakit okean donanmasına aid mayak vardır. Burundan bir qədər aralıda Kamen Opasnosti adası yerləşir.
Krilon yarımadası
Krilon yarımadası (rus. Полуостров Крильон) — Saxalin adasının cənub-qərbində yerləşən yarımada. Yarımada ərazisi üçbucaq formaya malik olub, mərkəzi hissəsi dağlıqdır. Buradan Cənubi-Kamışovı dağ silsiləsi keçir. Sahilləri sıldırımlıdır. Uzununluğu 100 km təşkil edir. Cənub ucqar nöqtəsini Krilon burnu tutur. Ən hündür dağları Bambukovaya (588 m), Xmelniski (447 m), Sivuxa (502 m), Maquya (323 m), Perelesnaya (472 m), Taranaya (518 m) Yarımadanın səthi tayqa ilə örtülüdür. İsti Susim cərəyanının təsisinə məruz qaldığından Saxalin adasının ən isti bölgəsidir.
Kruzov adası
Kruzov adası (ing. Kruzov Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Ada 1804-cü ildə Yuri Lisyanski tərəfindən kəşf edilmişdir və rus admiralı Aleksandr Kruzun adını daşıyır. Baranov adasının qərbində, Sitka şəhəri ilə üzbəüz ərazidə yerləşir. Uzunluğu təxminən 37 km, eni isə 13 km-dir. Adanın sahəsi 433,7 km²-dir. Buda onu ABŞ-da 41-ci ən böyük ada edir. Kruzov adasının cənub ucunda konusunun hündürlüyü dəniz səviyyəsindən 976 m (adanın ən yüksək nöqtəsi) olan Eckom adlı sönmüş vulkan vardır. Daimi əhalisi yoxdur.
Leonid Krasin
Leonid Borisoviç Krasin (rus. Леони́д Бори́сович Кра́син); (15 (27) iyul 1870, Kurqan, Qərbi Sibir general-qubernatorluğu[d] – 24 noyabr 1926[…], London) — sovet mühəndisi, diplomat. == Həyatı == Bakıda işə başlarkən R. E. Klasson sonralar görkəmli sovet diplomatı olan Leonid Borisoviç Krasini özünə baş köməkçi vəzifəsinə təyin etdi. L. B. Krasin Bakıda elektrik stansiyalarının tikintisində 4 il ərzində — 1 iyul 1904-cü ilə qədər işlədi. O, faktiki olaraq, bütün tikinti, quraidırma və montaj işlərinə rəhbərlik edirdi, hərçənd ki, peşəsi mühəndis-kimyaçı idi, tikinti sahəsindəki bilik və təcrübəsini Orta Sibir, Zabaykalski və Kruqlobaykalski dəmir yollarının tikintisində qazanmışdı. İşlər dayanmadan, R. E. Klasson və L. B. Krasin tərəfindən tərtib olunmuş cədvələ əsasən aparıldı. Hər şeydə bir qayda var idi. Korpuslar, maşın zalları, istehsalın inkişafını nəzərə alaraq, gələcəkdə daha güclü aqreqatların quraşdırılması perspektivi ilə tikilirdi. Leonid Borisoviç Krasin! O Krasin ki, bir vaxtlar Bakı neft mədənlərində mühəndis işləyirdi.
Mouson-Pik
Mouson-Pik — Herd adasında Biq-Ben vulkanın massivində yerləşən vulkan. Vulkanın hündürlüyü 2750 m, digər məlumata görə isə 2745 m təşkil edir. Bu zirvə inzibati baxımdan Avstraliya ərazisində ən hündür nöqtədir. Üstəlik Mouson-Pik Avstraliya ərazisində fəaliyyətdə olan iki vulkandan biridir. 1910-cu ildən bəri 8 püskürmə qeydə alınmışdır. Son püskürmə 10 avqust 2005-ci ilə təsadüf edir. Vulkan 1948-ci ildə Duqlas Mousonun şərəfinə adlandırılmışdır. O, öz ekspedisiyası zamanı 1929-ci ildə adada olmuşdur.
Mouson dənizi
Mouson dənizi — Cənub okeanının akvatoriyasında, Antarktidanın şərqində, Vize burnu və Poynsett burnu arasında yerləşir. Sahəsi 333,000 km², sahil xəttdinin uzunluğu 800 km, maksimal dərinliyi 1000 m təşkil edir. Suları il boyu hərəkət edən buzlar və Aysberqlərlə zəngindir. Burada Selkton şelf buzlağı yerləşir. Dənizin öyrənilməsində Sovet Antartik ekspedisiyasının böyük rolu olmuşdur. 1962-ci ildə ekspedisiya Cənub okeanının bu hissəsinin müstəqil bir dəniz olmasını isbat etmişdir. Dəniz Avstraliya antarktik ekspedisiya rəhbəri Duqlas Mousonun şərəfinə adlandırılmışdır. Seklton şelf buzlağı gəmilər, üçün təhlükəlidir. Sahilində Vaqner vahəsində 1956–1958-ci illərdə "Oazis" elmi-tədqiqat stansiyası fəaliyyət göstərirdi. Hal-hazırda burada Avstraliyaya məxsus "Keysi" stansiyası fəaliyyət göstərir.
Mouson sahili
Mouson sahili (ing. Mawson Coast) — Şərqi Antarktidanın Mak-Robertson Torpağı ərazisində yerləşən sahil ərazisi. Mouson sahili materik buzlağının kənar hissəsini təşkil edir. Buzlaq sahildən materikin daxilinə doğru artır. Sahildə buzlağın qalınlığı 50 metr, daxildə isə 1000-1500 metrdir. Bəzi yerlərdə təbii suxurlar səthə çıxır. Mouson sahili ilk dəfə Britaniya-Avstraliya-Yeni Zellandiya antarktik ekspedisiyası zamanı kəşf edilmişdir. 1930-cu ildə sahil ərazisi Avstraliya ekspedisiyasının rəhbəri Duqlas Mousonun şərəfinə adlandırılmışdır. 1954-cü ildən bölgədə Mouson qütb stansiyası fəaliyyət göstərir.
Mouson yarımadası
Mouson yarımadası - Şərqi Antarktidanın Slavı körfəzi ilə Hacıyeva buxtası sahillərində yerləşir. V Qeorq torpağının şərq hissəsində mövqe tutur. Eni 50 km, sahəsi 600 m təşkil edir. Qutaracağında Voronina burnu yerləşir. Yarımadanı Amerikan "Highjump" ekspedisiyası tərəfindən kəşf edilir. Avstraliyalı ekspedisiya rəhbəri Duqlas Mousonun şərəfinə adlandırılıb. Ərazini SSRİ və Avstraliya ekspedisiyaları tərəfindən araşdırılmışdır. Sahəsi 1,386 km² təşkil edir.
Rixard Kruspe
Rixard Kruspe — alman musiqiçisi və gitaristi. Richard Kruspe Vittenberqedə (ADR) anadan olmuşdur. İki böyük bacısı və bir böyük qardaşı vardır — Gordon Kruspe. Hələ uşaq ikən valideynləri boşanır. Anası yenidən evlənir, ancaq o , ögey atası ilə uzun müddət qala bilmir və onlar Veizen kəndinə köçməli olurlar.Ögey atası ilə olan pis münasibətlərə görə, Kruspe yeniyetməlik vaxtında tez-tez evdən qaçır və park skamyalarında yatır. Daha sonra o, qəzəbini yönəltməsi üçün güləşlə məşğul olmağı bir yol seçir. 16 yaşındaykən Kruspe dostları ilə Çexoslovakiyaya gedir və oradan gitara alır. İlk əvvəl onu satmağı planlaşdırır, çünki gitaralar çox baha idi və düşünürdü ki, yaxşı gəlir əldə edə bilər. Daha sonra Almaniyaya qayıdır. Düşərgə ətrafında bir qız Kruspe gözləyərkən ondan gitara çalmağı xahiş edir.