Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Robert Kapa
Robert Kapa (ing. Robert Capa, əsl adı Endre Erne Fridman, 22 oktyabr 1913, Budapeşt – 25 may, 1954, Vyetnam) — Macarıstanlı fotoreportyor, fotojurnalist, müharibə fotoqrafı, Kornell Kapanın böyük qardaşıdır. Beş müxtəlif müharibələrdə: İspaniya vətəndaş müharibəsi, İkinci Çin-Yapon müharibəsi, İkinci Dünya Müharibəsi, 1948-ci il Ərəb-İsrail müharibəsində və birinci Vyetnam müharibəsində fotoçəkilişlər aparıb. == Həyatı == Robert Kapa 1913-cü ildə Dezso və Yuliya Fridman ailəsində, Macarıstanın Budapeşt şəhərində anadan olub. Macarıstandakı rejimlə əlaqədar öz gələcəyini görmədiyindən 18 yaşında, 1931-ci ildə Berlinə köçür. Orada siyasi elmlərdən mühazirələrdə iştirak edir, jurnalistika ilə məşğul olmağa başlayır. İlk olaraq Kapa yazıçı olmaq istəyirdi. Berlində tapdığı iş fotoqrafiya ilə əlaqədar olduğundan incəsənətə marağı artır. 1932-ci ildə Kopenhagendə Lev Troskiyin seriya portretlərini çəkir. Nasizmin daha da artmasina görə Kapa 1933-cü ildə Almaniyadan Fransaya köçür.
Kaps
Kaps — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd.
Kap alabayquşu
Kap alabayquşu (lat. Tyto capensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin alabayquşlar fəsiləsinin alabayquş cinsinə aid heyvan növü.
Kap fırtınaquşu
Kap fırtınaquşu (lat. Daption capense) — (Daption) Fırtınaquşular fəsiləsinə və Fırtınaquşukimilər dəstəsinə aid olan dəniz quşu. Öz cinsinin Daption yeganə nümayyəndəsi. Əsasən onlar Antarktidanın sahil zolağında və subantarktik bölgələrdə yerləşən adalarda yuva qururlar. Üstəlik onların yuva qurmasını Kergelen arxipelaqında, Herd adası və Makdonald adalarında və Yeni Zelandiya sahillərində müşahidə etmək olur. Onların ümumi çəkisi 250–300 q arasında dəyişir. Hündürlüyü 36 sm, qanadları arasında məsafə 89 sm-dir. Bu ölçülərinə hörə onlar kiçik fırtınaquşulara daxildirlər. Qanadları enli, quyuqları qısa və dairəvidir. Qanadlarında ağ ləkələr mövcuddur.
Kap pərttəgözü
Kap pərttəgözü (lat. Burhinus capensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin pərttəgözlər fəsiləsinin pərttəgöz cinsinə aid heyvan növü.
Kap qrifi
Kap yarımadası
Kap yarımadası (afrik. Kaapse Skiereiland) - Afrika qitəsinin cənub-qərbində Atlantik okeanında Cənubi Afrika Respublikası ərazisində yerləşən coğrafi məntəqə. Cənub qutaracağında Ümid və Keyp-Poynt burnu yerləşir. Şimalında isə Keyptaun şəhəri və onun yaxınlığında ucalan Masa dağı (Table Mountain) yerləşir. Dağlıq və düzənlik ərazilərdən ibarət olması bölgədə üzümçülüyün inkişafına imkan verir. Dünyada özünün üzümdən hazırlanan içkiləri ilə seçilir.
Kap şehçiçəyi
Kap şehçiçəyi (lat. Drosera capensis) – şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Kap şiri
Kap şiri (lat. Panthera leo melanochaitus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin şir növünə aid heyvan yarımnövü.
Kap kərkəsi
Kap kərkəsi (lat. Gyps coprotheres) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kərkəs cinsinə aid heyvan növü.
Kap Vert yarımadası
Kap Vert yarımadası (fr. Cap-Vert — yaşıl burun) — Afrikanın Atlantik okean sahillərində yerləşən yarımadası. Yarımadada Afrika materikinin ən ucqar qərb nöqtəsi olan Almadi burnu yerləşir. Yarımadanın cənub hissəsində seneqalın paytaxtı olan Dakar qəralaşır. == Coğrafiyası == Kap Vert yarımadası bir neçə keçmiş vulkanın adanın Dəniz cərəyanları vastəsi ilə toplanan qumun sayəsində materikə birləşmişdir. Yaeımada üçbucaq formaya malikdir. Bu ucu mic olan yarımada Almadi burnundan cənub-çərq istiqamətdə əyilir və gəmiçilik üçün əlverişli liman əmələ gətirir. Yarımadanın relyefi qayalıqdır. Materikə doğru isə qumluqlar üstünlıük təşkil edir. Paytaxtın qərb rayonlarında yerləşən Madlen adasında dünyanın ən kiçik milli parkı yerləşir.
Kap dırnaqsız samuru
Kap dırnaqsız samuru (lat. Aonyx capensis) — Dələkimilər fəsiləsinə daxil olan nəməli növü. == Xarici görünüş == Bədəninin uzunluğu 95 - 100 sm, quyruğu 55 sm təşkil edir. Barmaqları arasındakı pərdə balaca olmasına baxmayaraq yaxşı üzə və suya dala bilirlər. Onların dırnaqları olduqca qısa olur və ancaq arxa ətrafların ikinci və üçüncü barmaqlarında olur. xəzləri elə də sıx deyildir. Bu səbəbndən onlar elə də tez-tez ov obyektinə çevrilmirlər. == Yayılması == Cənubi Afrika, Efiopiya və Seneqalın lal axan sularında, sahillərdə, çay mənsəblərində yayılmışlar. == Həyat tərzi == Qida rasionunun əsasını yengəclər təşkil edir. Onlar asanlıqla yengəcin sərt olan qabığını qıra bilirlər.
Kap dəniz pişiyi
Kap dəniz pişiyi, və ya Cənubi Afrika pişiyi(lat. Arctocephalus pusillus) — qulaqlı suiti fəsiləsinə daxil olan Dəniz pişikləri yarımfəsiləsinə daxil olan növ. Əsasən Cənubi Afrika və Avstraliya sahillərində yaşayır. == Xaiçi görünüşü == Erkəklər 2,5 metr, dişilər isə 1,8 metr uzunluğa malik olurlar. Bu göstərici ilə bu növ dəniz pişikləri arasında ən irisidir. Bu baxmayaraq latın dilində pusillus kəlməsi "kiçiçik" mənasını verir. == Yayılması == Arctocephalus pusillus pusillus yarımnövü koloniya şəklində CAR və Namibiya sahillərində yaşayır. Bəzən isə şimalda Anqola sahillərində də görsənir. Hətta subantarktik ərazilərdə Şahzafə Eduard adalarına qədər üzürlər. Digər yarımnöv Arctocephalus pusillus doriferus isə Tasmaniya adası sahilləri və Bass boğazı akvatoriyasında çütləşmə mövsümünü keçirir.
Par Kap-So
Par Kap-So (d. 25 noyabr 1970) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Par Kap-So Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Mustafa Kapı
Mustafa Kapı (8 avqust 2002, Dənizli) — türk futbolçudur. Super Liqada "Qalatasaray" da oynayır.
Qərbi Kaap vilayəti
Qərbi Keyp və ya Qərbi Kap (afrik. Wes-Kaap; ing. Western Cape; kosa Ntshona-Koloni) — Cənubi Afrikanın cənub-qərbində vilayət. 1994-cü ildə ölkənin inzibati ərazi bölgüsündən sonra yaradılmışdır. Mərkəzi Keyptaun şəhəridir.
Ka (kana)
か (hiraqana) və ya カ (katakana) – yapon dilində kanalardan biri. Hər iki forma 加 kancisinin sol tərəfindən törəyib. Romaci versiyası "ka"dır. Kananın dakuten forması da mövcuddur: が və ya ガ. Dakuten formasının romaci versiyası "qa" şəklindədir. Handakuten (゜) versiyası normal yapon dilində yoxdur, lakin bəzən dilçilər "nga" səsini göstərmək üçün ondan istifadə edirlər. か yapon dilində sual yaradıcı hissəciklərdən biridir. が isə qrammatik hissəcik olub mübtədaya və ya tamamlığa vurğu etmək üçün istifadə olunur. == Yaranması == Həm か, həm カ formalar 加 kancisinin sol tərəfindən törəyiblər. == Yazılış == か hiraqanası 3 xətlə yazılır: Əvvəlcə horizantal xətt dönür və qarmaq şəklində bitir.
Kaa-Xemsk kojuunu
Kaa-Xemsk kojuunu — Tıva Respublikasında şəhər tipli qəsəbədir. İnzibati mərkəzi Qızılski rayonudur. 2010-cu ildə həyata keçirilən əhali siyahıyaalınmasının nəticəsi onu göstərirdi ki, bu qəsəbənin əhalisi 150044 nəfər idi. Qəsəbə 1975-ci ildə bir sənaye müəssisəsinin açılması nəticəsində salınmışdır.
Kan kan
Kan kan (fr. cancan) — yüksək enerjili, fiziki cəhətdən tələbkar rəqs. 1840-cı illərdə məşhur musiqi-zal rəqsi olmuş, bu günə qədər fransız kabaresində populyarlığını davam etdirir. Əvvəlcə cütlər tərəfindən rəqs edilirdi, indi ənənəvi olaraq qadın rəqqasların xor xətti ilə əlaqələndirilir. Rəqsin əsas xüsusiyyətləri yüksək ayaq hərəkətləri, şpaqat ilə birlikdə ətəklərin güclü manipulyasiyasıdır.
AKP
Azərbaycan Kəndli Partiyası — Azərbaycanda 1993-cü ildə əsası Feyruz Mustafayev tərəfindən qoyulmuş və 2020-ci ildə Yeni Azərbaycan Partiyasına birləşmiş siyasi partiya. Azərbaycan Kommunist Partiyası (1920) — Azərbaycanda 1920-ci ildə əsası qoyulmuş, 1920-1991-ci illərdə Azərbaycanda iqtidar partiyası olmuş və Sovet İttifaqı Kommunist Partiyasına bağlı siyasi partiya. Azərbaycan Kommunist Partiyası (1993) — Azərbaycanda 1993-cü ildə əsası qoyulmuş solçu, kommunist siyasi partiya.(2021-ci ilədək AzKP) Albaniya Kommunist Partiyası — Albaniyanın kommunist dövründə (1945–1991) hakim və yeganə qanuni partiyası. Sonradan "Albaniya Əmək Partiyası" adlandırılmışdır. Almaniya Kommunist Partiyası — XX əsrin birinci yarısında Almaniyada mövcud olmuş siyasi partiyalardan biri. Avstraliya Kommunist Partiyası (1920) — Avstraliyada siyasi partiya. Avstraliya Kommunist Partiyası (1971) — Avstraliyada siyasi partiya. Avstriya Kommunist Partiyası — Avstriyada kommunist siyasi partiya. Ədalət və İnkişaf Partiyası — Rəcəb Tayyib Ərdoğanın lideri olduğu, 2001-ci ildən Türkiyədə iqtidar partiyası olan siyasi partiya.
JAP
JAP (JonDo Anonim Proksisi) — proqramının başlıca təyinatı internet istifadəçilərinin onlayn kimliyini ziyarət etdikləri saytlardan, internet xidmət provayderinizdən və internet bağlantını izləyən hər kəsdən gizlətməkdir. JAP bunu "Mixes" (Qarışıqlar) sistemindən istifadə etməklə reallaşdırır. Belə ki, istifadəçilərin məlumatları internetə çatmazdan öncə digər JAP istifadəçilərinin məlumatları ilə qarışdırılır. Əgər istifadəçi JAP anonimlik xidmətini aktivləşdiribsə və internetdən məlumat əldə etmək istəyirsə, həmin istifadəçinin sorğusu kodlaşdırılır, sonra isə çoxlu sayda qarışıqlardan ibarət "Mix Cascade" (Qarışıq şəlalə) adlı sistem vasitəsilə filtrasiya olunaraq həmin istifadəçinin internet bağlantısındakı kimlik məlumatları digər istifadəçilərin kimlik məlumatlarının müxtəlif hissələri ilə qarışdırır. Ən sonda isə istifadəçinin sorğusunun şifrəsini açaraq ona anonim olaraq istədiyi məlumatı əldə etməyə imkan verir.
Kalp
Kalpe (isp. Calp) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 23,51 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 29909 nəfərə çatmışdır.
Karp
Çəki və ya karp (lat. Cyprinus carpio) Yarımkeçici balıqdır. Dənizə tökülən çaylarda çoxalır. Aralıq dənizində, Xəzər, Qara və Aral dənizlərində, həmçinin İssıkkulda yayılmışdır. Uzunluğu 17 sm-dən 79 sm-ə qədər ola bilər, kütləsi 1,6-2,8 kq təşkil edir. Uzunluğu 1 m, çəkisi 20 kq-dan çox olan balıqlara nadir də olsa rastlanılır. == Yayılması == Yarımkeçici balıqdır. Dənizə tökülən çaylarda çoxalır. Aralıq dənizində, Xəzər, Qara və Aral dənizlərində, həmçinin İssıkkulda yayılmışdır. Uzunluğu 17 sm-dən 79 sm-ə qədər ola bilər, kütləsi 1,6-2,8 kq təşkil edir.
Kaup
İohann Yakob Kaup (alm. Johann Jakob Kaup‎) — Almaniya zooloqu.
Küp
Küp — mayeləri tutmaq üçün çox istifadə olunan bir qab növüdür. Dökülmək və ya içmək üçün açılan, bəzən dar olan bir qolu var və tez-tez tökülən bir dodaq var. Tarix boyu küplər metaldan hazırlanmışdır və keramika və ya şüşədən və plastikdən indi yayılmışdır.