Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zarı-zarı
Zarı–zarı - Azərbaycan xalqına məxsus bu rəqs Şərur mahalında, xüsusən Havuş və Şahbulaq kəndlərində geniş yayılmışdır. İndi çox az oynanılan "Zarı-zarı" rəqsini toy şənliklərində, xınayaxdı mərasimlərində əsasən qadınlar oynayırlar. Kişi və uşaqların da ifasında təsadüf olunur.
Lari Abramson
Larri Abramson (1954) Cənubi Afrika Respublikası doğumlu İsrailli incəsənət xadimi == Həyatı == Larri Abramson 1954 cü ildə Cənubi Afrikada anadan olmuşdur. Ailəsi 1961 ci ildə Qüdsə köçür burda yerləşir 1970 ci ildə Misir prezdentinin sülh təşəbbüsünün ilk rədd edən şəxslərdən idi. 1973 cü ildə Çelsi İncəsənət və Dizayn kollecində təhsil alır , Londondan qayıtdıqdan sonra 9 il Çap mərkəzində karikaturalar yaratmaqla məşğul olur. == Sənət karyerası == Abramsonun ilk tək kolleksiyası 1975 ci ildə təşkil olunub . 1980-cı illərdə əsasən modern avropa sənəti ilə təqlidi və modern ikonik simvollara məşğul olurdu.Bunlarda Kazmir Maleviçin "Qara meydan"əsərinə əsaslanır. 1993 və 1994-cü illərdə Abramson, Tel Aviv Kibbutz İncəsənət Qalereyasında sərgilənən "tsooba" əsərini yaratdı. Seriya 38 mənzərə şəkilləri (tuval üzərində yağ), 38 mənzərə şəkillərində təəssürat və saytdan götürülmüş flora nümunələrindən sonra bir sıra hansısa həyat şəkillərindən ibarət idi. Bu seriya on il əvvəl rəssam Cozef Zaritskinin boyadığı bir sayt olan Kibbutz Tzova yaxınlığında xarabalıqlara aiddir. Zaritsky saytında tapılan Fələstinli xarabalıqları görməmiş və beləliklə, landşaftın əlifbasından istifadə edərək, Abramson görünüşü realist şəkildə boyanmış və sonra onu itələmişdir. Fələstin kəndi xarabalıqlarını "görərək" İsrailin Fələstinli şəxsiyyətini özləşdirən ərazidən silmək istəyən cəhətini tənqid edir.
Neorenicola lari
Neorenicola lari (lat. Neorenicola lari) — Yastı qurdlar tipinin Trematodlar sinfinə aid olan növ. == Xarici quruluşu == Xırda trematodlardır. Bədənin uzunluğu 1,6–1,8 mm, maksimal eni (qarın sormacı sahəsində) 0,62–0,68 mm-dir. Bədənin axırına qədər tikanla örtülmüş, kutikulanın uzunluğu 0,02 mm-dir. Ağız sormacı yaxşı inkişaf etmişdir. Diametri 0,21 mm-dir. Oval farinksın ölçüləri isə 0,090–0,122 x 0,095–0,113 mm-dir. Qida borusu yoxdur, qarın sormacı yaxşı inkişaf etmişdir, dairəvidir. Bir qədər ağız sormacından kiçikdir, diametri 0,17 mm-dir.
Bari
Bari — İtaliyanın cənub-şərqində Adriatik dənizi kənarında bir liman şəhəridir. Puglia bölgəsinin ve eyni adlı Bari ilinin mərkəzidir. Bari bələdiyəsi əhatəsi daxilində əhali sayı 319.978-ə , varoş bələdiyyəsi ilə birlikdə (təx. 230 km² lik) 653.028 dir. Metropoliten Bari bölgəsində əhali təxminən 1 milyondur. Cənubi İtalyanın yarımadadakı Napolidən sonra ikinci böyük şəhəri olan Bari, böyük bir regional mərkəz və xüsusilə Aralıq dənizinin şərqlə əlaqələrində əhəmiyyətli bir ticarət şəhəridir. Yaxın dövrdə ənənəvi sənayeyə, qida sənayesi, kimya, toxuma və maşın sənayeləri əlavə olunmuşdur. Köhnə şəhərin iştirak etdiyi burun, köhnə və yeni limanları ayırır; arxada iştirak edən 19. əsr şəhəri, dama taxtası formasında bir plana görə qurulmuşdur. Bari Azərbaycanın Sumqayıt şəhəri ilə qardaşlaşıb.
Dari
Dəri dili (dəri دری ) — Əfqanıstanda yaşayan taciklərin, həzaraların, aymaqların və digər etnik qrupların dili. İran dillərindən biridir. Əfqanıstan Konstitusiyasında müəyyən edilibdir ki Əfqanıstanın iki rəsmi dillərindən biridir, digəri isə Puştu dilidir.
Ladi
Ladi (rus. лади, ing.
Ladı
Ladı - xovsuz xalça növü. Bu texnika da palaz texnikasının bir növü hesab edilə bilər. Lakin bu texnika palaz toxunma texnologiyasında xeyli fərqlənir. Ladının toxunuşu zamanı hər dəfə arğac-ərişlərin arasından müəyyən say əsasında keçirilir. Ladını toxumaq üçün yer hanasından (sadə toxucu dəzgah) istifadə edirlər. Digər xalça növlərindən fərqli olaraq şəddə və xalça məmulatı olan örkən kimi ladı da əvvəllər evdə deyil həyətdə torpağın üstündə yer hanasını üfüqi vəziyyətdə uzatmaqla toxunurdu. Ladının ənənəvi mərkəzləri Qazax və Xızı hesab olunur. Bu gün ladının əsas istehsal mərkəzləri Yardımlının, Lerikin, Astaranın dağ kəndlərində yerləşir. Ladı rəngli arğac sapların müəyyən hesabla ərişdən keçirilməsi yolu ilə hazırlanır. Nəticədə məmulatın daralan və genişlənən naxışlar şəklində bədii xüsusiyyətləri üzə çıxır.
Lali
Lali — İranın Xuzistan ostanının şəhərlərindən və Lali şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 16,213 nəfər və 3,041 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Lori
Loru və ya Lori — Yaşayış məntəqələri Loru mahalı — Azərbaycanın tarixi mahallarından biri. Loru əyaləti — Azərbaycanın tarixi mahallarından biri. Osmanlı Loru mərzi — Ermənistan Respublikasında inzibati-ərazi vahidi. Loru qəzası — Rusiya imperiyasının Gürcüstan quberniyası tərkibində mövcud olmuş inzibati-ərazi vahidi. Loru çökəkliyi — Loru mərzində düzənlik. Loru Berd — Ermənistan Respublikasının Loru mərzində kənd. Bu adı olan tanınmış şəxslər Lori Stroud — Digər Luri — Hind-Avropa dil ailəsinin İran dil qrupuna daxil olan dil.
Luri
Lur dili (لری,لوری – lori, luri) Hind-Avropa dil ailəsinin İran dil qrupuna daxil olan dildir. İranın (Luristan, Çahar-Mahal və Bəxtiyari, Kohgiluyə və Boyer-Əhməd, Xuzistan, İsfahan, Fars) ostanlarında və İraq ərazilərində yaşayan lur oymaqlarının dilləridir.
Mari
== Toponimlər == Mari (Suriya) — indiki Suriyada qədim sami şəhəri. Mari (şəhər, Suriya) — Suriyada şəhər. Mari (Braziliya) — Mari (Fransa) — Mari (çay) — Mari (ad) — == Digər == Mari (rus. мари, ing. mari) — səthi 0,5-1,0m yüksəkliyində təpəciklər və tirəciklərlə mürəkkəbləşən və ara­ları cil və mamır-ot bitkiləri ilə örtülü, maili və ya üfqi səthlər.
Marı
Marı — Türkmənistan Respublikasında etrap hüquqlu şəhər, Marı vilayətinin inzibati mərkəzi.
Qari
Qari (ərəb. قارئ‎) — təcvid elmini yaxşı bilən alim, Quran oxuyucusu.
Sari
Sari — İranın Mazandaran ostanının və Sari şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 259,084 nəfər və 71,522 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və mazandaran dilində danışırlar. Mazandaranlılardan əlavə, türkmənlər, ermənilər də az sayda bu şəhərdə yaşayırlar.
Sarı
Sarı – rənglərdən biri. İsti, yüngül, şən rəngdir. O, xoş hisslər yaradır və hərəkətin, sevincin simvoludur. Bu rəng uzun müddət yadda qalır. Lakin başqa rənglərlə qarışdırıldıqda əks emosiyalar yarada bilər. Məsələn, yaşıla çalan sarı yalanı, paxıllığı simvolizə edir. Braziliyada bu rəng ümidsizliyin, bənövşəyi rəng ilə qarışdıqda xəstəliyin, Suriya müsəlmanları üçün isə ölüm rəngidir. Çində isə əksinə, bu rəng imperiyanın simvolu olduğu üçün çox populyardır. Sarı Günəşin rəmzidir. Parlaq sarı ilhamverici xüsusiyyətə malik olsa da, iş otaqlarında istifadəsi məsləhət deyil.
Xari
[mənbə göstərin] Xari — Tiflis quberniyasının Qori qəzasında dağ adı. == Toponimkası == Xari-Tiflis quberniyasının Qori qəzasında dağ adı.Şimali Qafqazda Ter əyalətinini Nalçik dairəsində Xari çay (yenə orada), Veden dairəsində Xari-Buzdeçu-Bars dağ, Xari-Qaburtli aşırım, Qazax qəzasında Xarya dağ adları (yenə orada) ilə mənaca eynidir.Türk dillərində kair "sıldırım" sözündəndir.
Lasi
Lasi (lat. Latium) — qədim İtaliyada müasir roman dillərinin ilkin vətəni olan region. Romalıların bir xalq kimi formalaşdığı regiondur. Onun ərazisi hal-hazırda müasir İtaliyanın daha böyük inzibati-ərazi quruluşu olan Latsionun bir hissəsidir .
Larix
Qara şam (lat. Larix) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinə aid bitki cinsi.
Nari
Nari — ad. Nari Li — Kambocalı marafonçu. Nari (şair) — kürd şairi. == Həmçinin bax == Nari (Mərgavar) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı, Mərgavar dehistanı ərazisinə daxil olan kənd.
Hari Mata Hari
Hari Mata Hari — 1985-ci ildə Sarayevoda yaradılmış Bosniya pop-rok qrupu. Qrup 2006 Avroviziya Mahnı Müsabiqəsində "Lejla" mahnısı ilə iştirak etmiş və 3-cü yeri tutmuşdur. Bu nəticə Bosniya və Herseqovinanın bu günə qədər bu müsabiqədəki ən yaxşı nəticəsidir.
Nasist UNO-ları
Elmi fantastika, konspirasiya nəzəriyyələri və yeraltı komikslər, UNO və Nasistləri əlaqələndirən hekayələr və ya iddialar yayılmışdır. Nasist UNO nəzəriyyələrinə görə İkinci Dünya Müharibəsi dövründə və ondan əvvəl qabaqcıl təyyarələrin və ya kosmik gəmilərin inkişaf etdirilməsi üçün uğurlu cəhdlərin edildiyi və bundan əlavə bu nəqliyyat vasitələri müharibədən sonra yaradıcıları ilə birlikdə Antarktida, Cənubi Amerika və ABŞ-dakı gizli yeraltı bazalarda qorunması iddia edilir. Mediya kanonunda UFO nəqliyyat vasitələri üçün bir neçə kod adı və ya alt təsnifatı təyin edilmişdir: Rundflugzeug, Feuerball, Diskus, Haunebu, Hauneburg-Geräte, V7, VRIL, Kugelblitz, Andromeda-Geräte, Flugkreisel, Kugelwaffen, Reichsflugscheiben == Vril == Vril, Nasist Almaniyasının istehsal etdiyi iddia edilən uçan nəlbəki modelidir. Bu şəhər əfsanəsinə görə almanlar İkinci Dünya müharibəsinin əvvəlində, xüsusən dünyada Hitlerin təşviqi ilə; İkinci Dünya Müharibəsində əhəmiyyətli fayda verəcək əhəmiyyətli hadisələri, ixtiraları və kəşfləri araşdırmaq üçün bir qrup topladılar. Komanda, Ararat dağının yaxınlığındakı bir əfsanəni araşdırmaq üçün Türkiyəyə gəldi. Region sakinlərin dediyinə görə, uçan dairə şəklində dolaşan bir obyekt Ararat dağına düşmüşdü. Komanda qazıntı işlərinə başladı və qısa müddətdə uçan dairəni tapdı. Şayiələrə görə, uçan dairə havada dövrə vururdu və istənilən fiziki müdaxiləyə tez reaksiya verirdi. Almaniyaya aparılmış uçan dairənin aparılmış tədqiqatlar nəticəsində alman versiyası istehsal edildi. Vril adlı bu insan istehsalı olan uçan dairə, yüksək sürətlərə çata bilir və daha az yanacaq sərf edirdi.
Ari
Arilər (hind. ā́rya-, avest. airya-, fars. ariya-‎) — e.ə. 2000-ci ilə yaxın Mərkəzi Asiyadan Hindistana yerləşmiş Hind-İran köçəri tayfalarının özlərinə verdikləri ad. Hindisumda ariler tədricən yerli əhali ilə qarışaraq onlarla birlikdə hindxalqını təşkil etdilər. İran və Azərbaycan ərazilərində yerli əhali ilə qarışan arilərdən, o cümlədən Azərbaycan ərazisində bir çox irandilli tayfalar - parfiyalılar, farslar, midiyalılar, saqartilər, kadusilər, mardlar, kirtilər və b. meydana gəlmişdilər. Müasir İranın adı buradandır; qədim İran dilində aquapat – "arilər ölkəsi" və ya "padşahlığı" deməkdir. İrandilli tayfa və qəbilələr indiki İran ərazisinə b.e.ə.
Arı
Arılar — uçan həşaratlar ailəsinə aiddir. Dünyada 20 mindən artıq arı növü vardır. Antraktidadan başqa dünyanın istənilən yerində rast gəlinir. İşçi arının ömrü 50 gün olur. 17–18 günlükdə arılar artıq bala çıxarırlar. Qüvvəsi, yəni işçi arı sayı çox olan arı ailəsi ildə 35–40 kq təmiz bal verə bilir. Arı ailəsi 3 qrupa bölünür: Ana arı Erkək arı Dişi və ya işçi arı Onlar 15 km-ə qədər yol qət edə bilirlər. Arı 15 km məsafədə yaxşı şirə taparsa, qayıdıb o biri arılara qəribə hərəkətlərlə xəbər verirlər Arılar həm də yaxşı şirə olan yeri hiss edirlər, həm də onlara qulluq edən insanı tanıyırlar. == Arı ailəsi == Arı ailəsi – pətəkdə və ya təbii yuvalarda toplum halında yaşayan bir ana, on minlərlə işçi və minlərlə erkək arıdan (yaz-yay dövründə) ibarət bal arısı koloniyası. Bal arıları ailə halında yaşayan həşəratlar qrupuna daxildir.
Lar
Lar — İranın Fars ostanının şəhərlərindən və Laristan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 51,961 nəfər və 12,891 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində danışırlar və şafi sünni müsəlmandırlar.
Alleqra Lapi
Alleqra Lapi (d. 8 sentyabr 1985) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Alleqra Lapi, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu.