1. sif. Narıncı rənglə yaşıl arasında olan (rəng), limon rəngi, qızıl rəngi.
// sif. Bu rəngdə olan. Sarı çit. Sarı parça. Sarı saç. Sarı kəhrəba.
// İs. mənasında. Sarıları ağlardan ayırmaq.
2. Müxtəlif mürəkkəb sözlərin və ya terminlərin birinci tərkib hissəsi; məs.: sarı zanbaq, sarı qızılgül, sarı acıotu, sarı bıtraq və s.
3. is. dan. Qızıl mənasında.
◊ Sarı ev köhn. – ruhi xəstələr üçün xəstəxana.
…sarı yağ kimi yayılmaq (ürəyinə, canına, bədəninə sözləri ilə) – çox xoşuna gəlmək, çox ləzzət vermək, çox məmnun olmaq. Bu söz ürəyimə sarı yağ kimi yayıldı.
Sarı simə vurmaq, sarı simdə çatdırmaq – bir sözü, işi, mətləbi çox incə bir yolla çatdırmaq, nazikanə demək.