Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ləkə
Ləkə (teleserial, 2014) – 2013-cü il istehsalı Azərbaycan filmi. Ləkə (komiks) – 2017-ci il istehsalı Azərbaycan superqəhrəman komiksi.
Ləkə (komiks)
Ləkə – Fuad İsayevin yazdığı və çəkdiyi, Rəsul Həsənovun isə dizayneri olduğu, 2017-ci ilin noyabr ayında nəşr edilmiş Azərbaycan komiksi. Komiks Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyindən qeydiyyatdan keçmiş ilk komiksdir. "Ləkə" komiksi fövqəltəbii güclərə malik azərbaycanlı bir şəxsin macəraları haqqındadır. Qəhrəman Royal Babayevdir. Komiksdə hadisələr Bakıda cərəyan edir. Əsər 16 yaşdan yuxarı oxuyucular üçün nəzərdə tutulub. Komiksin müəllifi Fuad İsayev Beynəlxalq münasibətlər fakültəsinin tələbəsidir. 3 ildir ki, "Ləkə"-nin üzərində işlədiyini deyir: Ləkə bəzi mənbələrdə Azərbaycanın "ilk komiksi" olaraq göstərilir, fəqət, bundan əvvəl 2015-ci ildə bir qrup şəxs "Külək adam" adlanan komiks hazırlayıb. Lakin ortaya çıxan maddi çətinliklər onları bu işə fasilə verməyə vadar edib.
Böyük qara ləkə
Böyük Qara Ləkə və ya GDS-89 — Yupiterin böyük qırmızı ləkəsinə bənzər Neptunun qaranlıq ləkələrindən biridir. GDS-89 ((G)reat (D)ark — (S)pot — 19 (89)) yəni, Böyük Qara Ləkə 1989, 1989-cu ildə NASA-nın Voyager 2 kosmik roketi vasitəsilə müşahidə edilmiş Neptun ilk böyük qaranlıq ləkəsidir. Yupiterdəki kimi, Böyük Qara Ləkələr də qədim siklon fırtınalarıdır. Habelə, onların daxili hissələri nisbətən buludsuzdur və Yupiterin ləkəsinin yüzlərlə eyni yerdə olmasından fərqli olaraq, bu ləkələr bir neçə ildən bir yenidən yaranmaqda və dağılmaqdaymış kimi görünür. Voyager 2 ilə edilən və o tarixdən sonra, Habbl kosmik teleskopu ilə edilən müşahidələrə əsaslanaraq demək olar ki, Neptun, zamanının yarıdan çox hissəsini Böyük Qara Ləkə(Big Dark Spot) ilə keçirir. Neptun haqqındakı demək olarki bütün biliklər Voyager 2 tərəfindən aparılan tədqiqatlara əsaslanır. Voyager ən son planet – Neptunla qarşılaşarkən bir neçə maraqlı faktlar ortaya çıxdı. Neptunun üzərində Yupiterdəkinə bənzəyən bir neçə qara ləkələr müşahidə olundu. Bu ləkələrdən Yupiterin Böyük Qırmızı Ləkəyə bənzəyən Böyük Qara Ləkə Yer Kürəsi böyüklükdədir. Neptunun peyklərindən Tritonun üzərində isə qeyzerlər müşahidə edildi.
Böyük qırmızı ləkə
Böyük qırmızı ləkə (ing. Great Red Spot) — Yupiter planetində yerləşən antisiklondur. Yupiterin ekvatoruna nəzərən 22°Cənubda yerləşir. Böyük qırmızı ləkə ən azı 340 ildir ki, mövcuddur. Bu antisiklon Yerdəki teleskoplardan müşahidə oluna biləcək qədər böyükdür. İlk dəfə 1664-cü ildə Robert Huk tərəfindən müşahidə olunmuşdur. İlk dəfə Voyager 1 kosmik gəmisi tərəfindən 25 fevral 1979-cu ildə 9,2 mlrd. kilometr uzaqlıqdan şəkli çəkilmişdir. Böyük qırmızı ləkə kimi antisiklonlara Günəş sisteminin digər Xarici planetlərində də rast gəlinir. Böyük qırmızı ləkənin uzun müddətdir ki, varlığını davam etdirməsinə baxmayaraq, bu cür antisiklonların mövcudluğu əsasən bir saatdan bir neçə ilə qədər davam edir.
Kiçik qara ləkə
Kiçik qara ləkə — Neptun atmosferində olan siklondur. 1989-cu ildə Voyacer-2 kosmik aparatının planet üzərindən keçərkən müşahidə etdiyi ikinci siklondur. Ona həm də İkinci qara ləkə və Sehrbaz gözü deyilir. Böyük və kiçik qara ləkələr ilk dəfə 1989-cu ildə Voyacer-2 kosmik aparatı vasitəsilə müəyyən olunmuşdur. Kiçik qara ləkə Neptunun şərq ətrafında, 54 °Cənub enliyində hərəkət edirdi. Onun periodu 16,1 saata bərabər idi. Bu zaman kiçik qara ləkə siklonunda küləyin sürəti müəyyən edilməmişdir. 1994-cü ildə Neptuna göndərilən Habbl teleskopu bu siklonları müşahidə etməyib. Kiçik qara ləkə böyük siklondan 30°Cənuba doğru hərəkət edir və periodu ondan 2 saat qısadır. Siklon mərkəzində alçaq təzyiq formalaşdıqdan sonra hava kütləsinin saat əqrəbi istiqamətində hərəkət etməsi nəticəsində yaranıb Also present within the dark region of the storm were sharp band-lines potentially indicating unseen high winds, despite exact measurements having never been taken.
Ləkə (Azərbaycan komiksi)
Ləkə – Fuad İsayevin yazdığı və çəkdiyi, Rəsul Həsənovun isə dizayneri olduğu, 2017-ci ilin noyabr ayında nəşr edilmiş Azərbaycan komiksi. Komiks Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyindən qeydiyyatdan keçmiş ilk komiksdir. "Ləkə" komiksi fövqəltəbii güclərə malik azərbaycanlı bir şəxsin macəraları haqqındadır. Qəhrəman Royal Babayevdir. Komiksdə hadisələr Bakıda cərəyan edir. Əsər 16 yaşdan yuxarı oxuyucular üçün nəzərdə tutulub. Komiksin müəllifi Fuad İsayev Beynəlxalq münasibətlər fakültəsinin tələbəsidir. 3 ildir ki, "Ləkə"-nin üzərində işlədiyini deyir: Ləkə bəzi mənbələrdə Azərbaycanın "ilk komiksi" olaraq göstərilir, fəqət, bundan əvvəl 2015-ci ildə bir qrup şəxs "Külək adam" adlanan komiks hazırlayıb. Lakin ortaya çıxan maddi çətinliklər onları bu işə fasilə verməyə vadar edib.
Ləkə (teleserial, 2013)
Ləkə — Rejissor Kənan Mahmudovun filmi. Serial kriminal məhəbbət mövzusundadır. Həyatda elə səhvlər olur ki, onları dəf etmək olmur. İnsanda ləkə kimi qalır.
Ləkə (teleserial, 2014)
Ləkə — Rejissor Kənan Mahmudovun filmi. Serial kriminal məhəbbət mövzusundadır. Həyatda elə səhvlər olur ki, onları dəf etmək olmur. İnsanda ləkə kimi qalır.
Saturnda ağ ləkə
Saturnda ağ ləkə — Saturnu müşahidə edən astonomlar 1990-cı ilin sentyabr- oktyabr aylarında bu planetin atmosferində güclü hadisələrin şahidi oldular. ABŞ-da S. Uilber 25sm-lik teleskopla saturnun cənub ekvatorial zolağında parlaq ağ ləkə müşahidə etdi. Bir az sonra R. Tatum (ABŞ) söylədi ki, o, bu ləkəni daha kiçik 10sm-lik teleskopda da müşahidə edib. Nəhayət, bir neçə müşahidəçiyə əsasən bu törəmənin ölçüləri təyin olundu və onun böyük yarımoxunun 1700–1000 km planetin oxuna nəzərən fırlanma periodunun isə 10 saat 15 dəq 45-49 san olması müəyyənləşdirildi. Lakin 21 saatdan sonra ləkənin yarımoxlarının ölçüləri 20%-dək artdı. 4 oktyabrda ləkənin ölçüləri böyüyərək 240 uzunluq dairəsinədək uzandı və 10 oktyabrda isə uzanaraq Saturnun bütün diskini tutdu. Bundan sonra ləkənin yerinin dəqiq təyin etmək və izləmək çətinləşdi. Daha sonra O. Qonsales və V. Qonsales /kanar adaları/ tərəfindən Uilber ləkəsinin olduğu yerdə ikinci ləkənin meyfana çıxdığı söylənildi. Üçüncü və nisbətən daha böyük ləkə Saturnun şimal ekvatorial zolağının bütün enini tutdu. Belə oxşar hadisə saturnyn atmosferində 1876, 1903, 1933, 1960-cı illərdə baş vermişdir.
Cemre
Cemrə — Yaz başlanğıcında yeddi gün ara ilə əvvəl hava, su və torpaqda meydana gəldiyi sanılan istilik artımı. Ərəbcə olan söz kor vəziyyətində atəş mənasını verər. Türk və altay xalq mədəniyyətində və mifologiyasında İmrə (İmere və ya Əmrə) adı verilən cinin səbəb olduğuna inanılar. Yazda görünüb titrək işıqlar saçaraq göyə yüksəlir. Sonra buzların üzərinə düşərək onları əridir. Oradan da yerə girər. Bundan sonra istilənmiş torpaqdan buxar yüksələr. İmrə baharın gəlişini təmsil edir. Bulgarlarda Zemirə olaraq iştirak edər. Anadolu Türkcəsində, Ərəbcədən gəlmə Cemrə sözcüyünün əslində bu adın bənzətmə ilə dəyişmiş halı olduğu deyilə bilər.
Cemrə
Cemrə — Yaz başlanğıcında yeddi gün ara ilə əvvəl hava, su və torpaqda meydana gəldiyi sanılan istilik artımı. Ərəbcə olan söz kor vəziyyətində atəş mənasını verər. Türk və altay xalq mədəniyyətində və mifologiyasında İmrə (İmere və ya Əmrə) adı verilən cinin səbəb olduğuna inanılar. Yazda görünüb titrək işıqlar saçaraq göyə yüksəlir. Sonra buzların üzərinə düşərək onları əridir. Oradan da yerə girər. Bundan sonra istilənmiş torpaqdan buxar yüksələr. İmrə baharın gəlişini təmsil edir. Bulgarlarda Zemirə olaraq iştirak edər. Anadolu Türkcəsində, Ərəbcədən gəlmə Cemrə sözcüyünün əslində bu adın bənzətmə ilə dəyişmiş halı olduğu deyilə bilər.
Cəmrə
Cəmrə — Həcc ziyarəti zamanı zəvvarların şeytanı daşlamaq ayinini icra edərkən atdıqları daşlar və ya bu daşların atıldığı yer.
Dəbkə
Dəbkə (ərəb. دبكة‎) — Levantda oynanılan rəqs. Fələstin, İordaniya, İraq, Livan və Suriyada oynanılır.
Dəkkə
Dəkkə (Dácca, benq. ঢাকা) – Banqladeşin paytaxtı. Dəkkə vilayətinin inzibati mərkəzi. Әhalisi 7,0 mln. (2011). Benqal düzənliyində, Burhi Qanq çayı sahilində, onun Dhalesvari çayına töküldüyü yerin yaxınlığındadır. Ölkənin siyasi, iqtisadi və mədəniyyət mərkəzidir. Mühüm avtomobil və dəmir yolları qovşağıdır. Şəhərdə Sadarqhat çay portu və Ziya beynəlxalq aeroportu var. Dəkkədə Banqladeş EA (1973), Cut ETİ (1951), Banqladeş elm və sənaye tədqiqatları şurası (1955), Atom Enerjisi üzrə Banqladeş Komissiyası (1973), Benqal Akademiyası (1972; humanitar elmlər sahəsində tədqiqatlar), Beynəlxalq və Strateji Araşdırmalar İnistutu (1978); ali təhsil müəssisələrindən: Dəkkə Universiteti (1921), Mühəndis-Texnologiya Universiteti (1962), İslam Texnologiya Universiteti (1981; 2001 il -dən indiki adı ilə) yerləşir.
Dəmək
Dəmək — Azərbaycanın əsasən Şimal rayonlarında ev quşlarının saxlanması üçün tikiliyə verilən ad. Kiçik və alçaq ev mənasında; daxma. Heyvanların torpaq altında qazıdıqları yuva. 1. Heyvanların torpaq altında qazıdıqları yuva. Tülkü dəməyi. Siçan dəməyi. – Günorta vaxtı siçan öz dəməyində olur, ona binaən ol zaman mallar yeri tapdalamaqdan dəməklərin deşikləri tutulduğuna siçanın nəfəsi darıxıb boğulub tələf olur. \"Əkinçi\". 2.
Həmzə
Ərəb əlifbasına məxsus diakritik işarə. Həmzənin (ء) öz səsi yoxdur, yalnız hərəkə ilə işlənəndə səs ifadə edir. Bu bir neçə ildə, İranda Ərəb qrafikalı Azərbaycan əlifbalı Azərbaycan dilində çalışanlar həmzəni bir səsli hərf kimi işlətməyə çalışırlar.[mənbə göstərin] Həmzəylə gələn hərflər və onların səsləri: Gündəlik Azərbaycan-ərəb mətnlərində çox yazılan həmzə ئـ (ye) həmzəsidir ki I, ı və E, e səsi verir. Həmzə başda gələndə əlif ilə gəlir.
Lefka
Lefka (yun. Λεύκα; türk. Lefke) ― Kiprdə qəsəbə. Ərazi Şimali Kiprin de-fakto nəzarəti altındadır. 2011-ci ildə qəsəbənin 3009 nəfər sakini var idi. Qəsəbə 2016-cı ilə qədər Gözəlyurd ilçəsinin mərkəzi olmuş, daha sonra isə yeni yaradılan Lefka ilçəsinin mərkəzinə çevrilmişdir. Lefka sitrus meyvələri və mədənləri ilə məşhurdur. Qəsəbədə Avropa Lefka Universitetinin yerləşir. Kiprin Venesiya dövründə Lefkada İtalyan əsilli Katoliklər üstünlük təşkil etmiş, Osmanlı hakimiyyəti dövründə isə əraziyə türklər köçürülmüşdür. Asil Nadir və Nil Burak Lefkada anadan olmuşdurlar.
Lemben
Lemben (fr. Lumbin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Muayan Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38214. Kommunanın 2012-ci il üçün əhalisi 2080 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 222 ilə 880 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 20 km şimal-qərbdə yerləşir.
Leççe
Leççe, cənubi İtaliyanın Apuliya bölgəsində yerləşən və öz adını daşıyan Leççe rayonunun mərkəzi olan bir şəhərdir. Leççe, barokko stili memarlıq əsərlər baxımından olduqca zəngindir. Barokko stili memarlığın qızıl dövründə inşa edilən, günümüzdə iz buraxan memarlıq abidələri nümunələrini Leççedə görmək mümkündür. Leççe şəhəri ümumiyyətlə düzlük bir ərazi olan "Salento Ovası" nın orta-şimalında yerləşir. Selanto düzənliyi çox geniş bir düzlüktür və şimalında "Mürği platosu" və cənubunda "Salento Serre" platosu yerləşir. Tarixi mifologiyaya görə Leççe şəhəri Troya müharibəsi dövründə "Mesapii" adlı bir İtalyan tayfası tərəfindən məskunlaşılan Sybar adlı bir şəhər idi. Sonra; İapyqes adlı digər bir İtalyan qövmünün əlinə keçdi, İ.Ö. 3. əsrdə antik Roma Respublikasının əlinə keçdi və şəhərə Romalılar tərəfindən Lupiae adı verildi. Qədim Roma Amfi Teatrı: İ.S.II əsrdə inşa olunub. Təxminən 25 min nəfər tutumu var idi.
Ləhcə
Ləhcə — eyni dilin digər ləhcələrinə məlum olmayan bir sıra ümumi hadisələrlə bir-birinə bağlı olan şivə qrupunu (və hətta dialektləri) birləşdirən bir dilin böyük bir bölməsi. Məsələn, məlumat XIX–XX əsr terminologiyasına görə, Kursk və Ryazan dialektlərinə əsaslanan rus dilinin Böyük Novqorod ləhcələr qrupu – Şimali Böyük rus və Cənubi Böyük rus ləhcələrinini mənşəyi budur.
Ləhnə
Ləhnə (az-əbcəd. لهنه‎, fars. لهنه‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 30 nəfər yaşayır (11 ailə).
Ləkər
Ləkər — Azərbaycan Respublikasının Lerik rayonunun Bürsülüm inzibati ərazi vahidində kənd. Əhalisi 206 nəfərdir. Yaşayış məntəqəsi həmin rayondakı Şiləvar kəndindən ayrılmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonimi ləkər/ləgər (dağ ətəyində çökəklik) və ya lüəkər (yarğanlı yer) sözləri ilə əlaqələndirirlər. Kəndin adı ərazidən axan eyniadlı çayın adından götürülmüşdür.
Ləçək
Ləçək - Çiçək tacında şəklini dəyişmiş yarpaq. Tozlayıcı həşaratları cəlb etmək üçün şəklini dəyişmiş və parlaq rənglərdə olurlar. Dişicik və erkəkciyi qoruyan hissədir. Tozlaşmaya yardım edir. Botanika sahəsində daha geniş olaraq öyrənilir.
Çəkmə
Çəkmə — Kişi və qadınlara aid ayaq geyim forması Çəkmə — altlığı aşılı göndən, ayaqlığı kosaladan, "qunc" adlanan uzun boğazı xrom, tumac və ya müşküdən tikilən uzunboğaz çəkmə kişi və qadın geyim dəstinə daxildir. Çəkmənin ayaqlığı biçim etibarilə başmaqla tipoloji oxşarlıq təşkil edir. Çəkmənin boğazlığı arxa tərəfdən calandıqdan sonra topuğa və pəncəyə birləşdirilir. Çitməsi (uc hissəsi) geriyə doğru qatlanıb əyilmiş uzunboğaz çəkməni, əsasən, at belində gəzən kişilər geyərdilər. Uzaq yol gedən zaman atı mahmızlamaq üçün çox vaxt çəkmənin dabanına "mahmız" keçirərdilər. Varlı elat qadınları da çox vaxt səfərə atla çıxdıqlarından, ayaqlarına uzunboğaz çəkmə geyərdilər. XIX–XX əsrin əvvəllərində gəlin köçən qızların ayağında uzunboğaz çəkmənin olması vacib idi. Uzunboğaz çəkmə maldar elatların yuxarı təbəqələri arasında daha geniş yayılmışdır. Quncundan (boğazından) tutulub yuxarı "çəkmə" (dartma) üsulu ilə geyildiyi üçün ona "çəkmə" deyilirdi. Çəkmə tipli ayaq geyiminin Azərbaycanda qədim tarixi vardır.
Qəmzə
Qəmzə — bəzi insanların gülümsədikləri zaman yanaqlarında altdakı ət səbəbiylə çıxan dəridə görünən çuxurlar. Ölü hüceyrələr səbəbindən yanaqda çökmə meydana gəlir. Ümumən, qəmzələr cəmiyyətlərdə cəlbedici görünür. Körpələr tez-tez qəmzəlidirlər, daha sonra əzələlərin yaşın irəlləməsi ilə birlikdə uzanmasıyla çox vaxt yox olur və ya naməlum olurlar. Nəticə etibarıyla, yetkinlərə görə, qəmzələr ümumən xoşluq və məsumiyyət simgələridir. Qəmzə irsi xarakter daşıyır və basqın genlərlə daşınır. Eyni zamanda qız adıdır.