LƏMBƏ

I
(Ağcabədi, Göyçay)
qabığı bərkiməmiş yumurta. – Bizim toyuğ ləmbə yumurtdamışdı (Göyçay); – Tö:x dəni az yeəndə ləmbə salır (Ağcabədi)
II
(Ağdaş, Oğuz)
kiçik ot topası. – Hər mala gündə bir ləmbə ot versəm bəsdi (Ağdaş)
III
(Gəncə, Mingəçevir, Şəki, Zaqatala)
keçilməz kolluq, cəngəllik. – Qarabulaxda hindi qızılcıx ləmbəsinnən keşmağ olmur (Şəki)
IV
(Cəbrayıl, Beyləqan)
bacarıqsız, küt. – Muradın oğlu çox ləmbə adamdı (Beyləqan)
V
(Ağdam, Xaçmaz, Quba, Qusar)
küləş
VI
(Çənbərək, Karvansaray, Kürdəmir)
nəm. – Barama ləmbə olsa çürüyər (Kürdəmir)
LƏM
LƏMBƏ-LƏMBƏ
OBASTAN VİKİ
Cəmil bəy Ləmbəranski
Cəmil bəy Ləmbəranski (1884, Lənbəran, Cavanşir qəzası – 1959, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, travmatoloq, ortoped, dosent, əməkdar həkim, səhiyyə əlaçısı. == Həyatı == Cəmil Ləmbəranski 1884-cü ildə Cavanşir qəzasının Lənbəran kəndində anadan olmuşdur. 1913-cü ildə Kiyev Universitetinin tibb fakültəsini qurtarmışdır. Universiteti bitirdikdən sonra Tərtərdə zemski həkim işləmişdi. Cəmil bəy 1919-cu ildə Bakıya gələrək doktor Larionovun müalicəxanasında cərrah işləməyə başlayır. 1922-ci ildə Xalq Səhiyyə Komisarlığının qərarı ilə cərahiyyə xəstəxanası yaradılmış və Cəmil bəy Ləmbəranski xəstəxananın müdiri təyin edilmişdir. 1929-cu ilə qədər orada işləyən Cəmil bəy xəstəxana ləğv edildikdən sonra Caparidze adına Bakı Şəhər 3 nömrəli klinik xəstəxanasının travmatologiya şöbəsinə müdir təyin olunur. 1941–1945-ci illərdə Cəmil bəy İkinci Dünya müharibəsində iştirak etmişdir. 1946-cı ildən Bakı Elmi Tədqiqat Travmatologiya və Bərpa Cərrahiyyəsi İnstitutunda baş həkim işləyən Cəmil bəy Ləmbəranski 1948-ci ildən Cəmil bəy Ləmbaranski Bakı şəhər 2 nömrəli klinik xəstəxanasında travmatologiya şöbəsinə müdir təyin olunur. O, həmçinin Həkimləri Təkmilləşdirmə İnstitutu travmatologiya və hərbi səhra cərahiyyəsi kafedrasında da baş elmi işçi olaraq da işləyir.
Ləmbəli
Ləmbəli (Loru) — Tiflis quberniyasının Borçalı qəzasında, Ermənistan SSR-inin Barana rayonunda, hazırda Ermənistan Respublikasının Loru mərzində kənd. Ləmbəli (Qaraçöp) — Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Ləmbəli (Loru)
Ləmbəli — Tiflis quberniyasının, Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda kənd. Rayon mərkəzindən 15 km şimal-qərbdə, Tona çayının sağ tərəfində yerləşir.Ən tanınmış tayfası Ayvazdar tayfasıdır. == Tarixi == Bu yer "Ermənistan"ın şimalında sonuncu nöqtədir. Dəniz səviyyəsindən 470 m yüksəklikdə yerləşən, dərəli-təpəli, dağlı-düzlü yerdir. Erməni mənbələrində "Ləmbəli qyuğ" formasında qeyd edilir. Toponim "rütubətli və bürkülü zonalar üçün səciyyəvi olan tikili" mənasında işlənən ləm və "düzənlik, açıqlıq, açıq yer", "geniş düzənlik" mənasında işlənən pila//pala (> bəli) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir. == İqlimi == Qışı mülayim-orta temperaturu +50 °C, yayı nisbətən isti –orta temperaturu +300C-dir. == Əhalisi == Kənddə 1831-ci ildə 11 nəfər, 1886-cı ildə 292 nəfər, 1897-ci ildə 376 nəfər, 1908-ci ildə 400 nəfər, 1914-cü ildə 493 nəfər azərbaycanlı yaşamışdır. 1915-ci ildən sonra azərbaycanlılar ermənilərin təcavüzünün nəticəsində tarixi-etnik torpaqlarından qovulmuşlar.
Ləmbəli (Qaraçöp)
Zemo Ləmbəli (gürc. ზემო ლამბალო, zemo lambalo) — Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 2014-ci il siyahıyaalınmasına əsasən kənddə 99,9%-i azərbaycanlılardan ibarət 2.959 nəfər əhali yaşayır.
Ləmbər (Meşkinşəhr)
Ləmbər (fars. لمبر‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 562 nəfər yaşayır (161 ailə).
Ləmbəran
Ləmbəran (Kəlbəcər)
Ləmbəran (Kəlbəcər)
Ləmbəran — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati-ərazi vahidində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == İqtisadiyyatı == 1900-cü illərin əvvəllərində kənddə müxtəlif çoxrəngli və incəşəkilli ipək xalçalar toxunurdu.
Ləmbəran (Vərziqan)
Ləmbəran (fars. لنبران‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 289 nəfər yaşayır (81 ailə).
Ləmbəran rus-tatar məktəbi
Rus-Azərbaycan məktəbləri və ya Rus-tatar məktəbləri— XIX əsrin sonu — XX əsrin əvvəllərində Qafqaz azərbaycanlıları arasında geniş yayılmış məktəblər. Daha çox rus-müsəlman məktəbləri adı ilə tanınırdılar. Əsası 1887-ci ildə Bakıda Həbib bəy Mahmudbəyov və Sultanməcid Qənizadə tərəfindən qoyulmuşdur. Xüsusi şəkildə açılmış ilk rus-Azərbaycan məktəbi dörd il şagirdlərdən toplanmış təhsil haqqı hesabına fəaliyyət göstərmişdir. == Rus-Azərbaycan məktəbləri == 1891-ci ildə Bakı əhalisinin xahişi ilə ilk xüsusi rus-Azərbaycan məktəbinin işinə xitam verilmiş, onun yerində xalq məktəbləri direktorunun nəzarəti altında şəhər bələdiyyə idarəsinin vəsaiti hesabına iki ibtidai təhsil ocağı yaradılmışdır. Birinci məktəbə S.Qənizadə müdir təyin edilmişdi.Şəhər əhalisinin təhsilə olan ehtiyacını təmin etmək üçün rus-müsəlman məktəblərinin sayı ildən ilə artırılmış, birinci rus inqilabı ərəfəsində Bakıda 12 oğlan, 4 qız rus-Azərbaycan məktəbi açılmışdı. 1898-ci ildə S.Qənizadənin təşəbbüsü ilə onun müdir olduğu ikinci rus-Azərbaycan məktəbi natamam orta təhsil verən ikinci dərəcəli məktəbə çevrilmiş, Aleksey ali ibtidai məktəbi adı ilə tanınmışdır. Rus-Azərbaycan məktəbi xalqın təhsil maraqlarına cavab verən güclü təhsil hərəkatına çevrilmiş, onun nümunəsində Bakı, Tiflis, Gəncə, İrəvan quberniyalarında rus-Azərbaycan məktəbi açılmışdır. Rus-Azərbaycan məktəbinin təsiri ilə əski molla və məhəllə məktəblərində islahatlar aparılmış, onların böyük əksəriyyəti müasir tələblərə uyğunlaşdırılmışdır. Rus-Azərbaycan məktəbi Azərbaycanda siyasi müstəqillik və istiqlaliyyət, milli dirçəliş uğrunda mübarizə tarixində, xalq maarifınin və mədəniyyətin inkişafında misilsiz rol oynamışdır.
Ləmbəran xalçaları
Ləmbəran xalçaları — Qarabağ xalçaçılıq məktəbinin yüksək keyfiyyətli xovlu xaça növü. == Ümumi məlumat == Bu xalçalar öz adını Bərdə şəhərindən 30 km şimal – şərqdə yerləşən Lənbəran qəsəbəsinin adından götürmüşdür. Hələ lap qədim zamanlarda Bərdə yüksək keyfiyyətli xovlu xalçaların toxunduğu yer kimi məşhur idi. Lənbəranda toxunmuş zililər, vərnilər, cecimlər yalnız bizim ölkədə deyil, həm də xaricdə muzey eksponatı hesab edilir. Sənətkarlıqda əvvəllər Xanqərvənd kəndi ilə rəqabət aparan Ləmbəran qəsəbəsində çoxlu çuvallar, xurcunlar, yun corablar və digər məişət məmulatları toxunardı. XIX əsrdə Lənbəranın ipək cecimləri və xüsusi sifarişlə hazırlanan ipək xalçaları ixracatda mühüm yer tuturdu. == Bədii analiz == "Ləmbəran xalçası" bir neçə variantda hazırlanırdı. Birinci variant. Bu xalçalar bitki naxışları ilə bəzədilirdi. Orta sahənin kompozisiyası "Bəndi–rumi" əsasında yaradılmışdır.
Ləmbəran xalçası
Ləmbəran xalçaları — Qarabağ xalçaçılıq məktəbinin yüksək keyfiyyətli xovlu xaça növü. == Ümumi məlumat == Bu xalçalar öz adını Bərdə şəhərindən 30 km şimal – şərqdə yerləşən Lənbəran qəsəbəsinin adından götürmüşdür. Hələ lap qədim zamanlarda Bərdə yüksək keyfiyyətli xovlu xalçaların toxunduğu yer kimi məşhur idi. Lənbəranda toxunmuş zililər, vərnilər, cecimlər yalnız bizim ölkədə deyil, həm də xaricdə muzey eksponatı hesab edilir. Sənətkarlıqda əvvəllər Xanqərvənd kəndi ilə rəqabət aparan Ləmbəran qəsəbəsində çoxlu çuvallar, xurcunlar, yun corablar və digər məişət məmulatları toxunardı. XIX əsrdə Lənbəranın ipək cecimləri və xüsusi sifarişlə hazırlanan ipək xalçaları ixracatda mühüm yer tuturdu. == Bədii analiz == "Ləmbəran xalçası" bir neçə variantda hazırlanırdı. Birinci variant. Bu xalçalar bitki naxışları ilə bəzədilirdi. Orta sahənin kompozisiyası "Bəndi–rumi" əsasında yaradılmışdır.
Zemo Ləmbəli (Qaraçöp)
Zemo Ləmbəli (gürc. ზემო ლამბალო, zemo lambalo) — Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. 2014-ci il siyahıyaalınmasına əsasən kənddə 99,9%-i azərbaycanlılardan ibarət 2.959 nəfər əhali yaşayır.
İbrahim Ləmbəranski
İbrahim Ləmbəranski (21 sentyabr 1972, Bakı)— Azərbaycan Respublikası Baş Prokurorluğu Bakı şəhər Sabunçu rayon prokuroru., == Həyatı == İbrahim Ləmbəranski 21 sentyabr 1972-ci ildə Bakı şəhərində anadan olub. 1989-cu ildə Bakı şəhər 6 №li orta məktəbi bitirib və həmin ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. 1994-cü ildə oranı bitirmişdir. Ailəlidir, üç övladı var. == Fəaliyyəti == 1995-ci ildə Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsi üzrə stajor təyin edilmiş və 1996–2001-ci illərdə həmin rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsində işləmişdir. 2001–2006-cı illərdə Bakı şəhəri Binəqədi rayon prokurorluğunun böyük müstəntiqi, 2006–2007-ci illərdə Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin böyük müstəntiqi vəzifəsində işləmişdir. 2007–2016-cı illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsində işləmişdir. 2016-cı ildən 2020-ci ilin iyun ayınadək Bakı şəhər Pirallahı rayon prokuroru, 2020-ci ilin iyun ayından Bakı şəhər Sabunçu rayon prokuroru vəzifəsində işləyir. Baş ədliyyə müşaviri xüsusi rütbəsindədir. Səmərəli işə, o cümlədən, ağır və xüsusilə ağır cinayət hadisələrinin açılmasında ölkəmizdə ictimai rezonansa səbəb olan bir sıra cinayət işlərinin müvəffəqiyyətlə aparılmasına görə Azərbaycan Respublikası Prokurorluğunun rəhbərliyi tərəfindən dəfələrlə təşəkkür, qiymətli hədiyyə və s.
Əliş Ləmbəranski
Əliş Cəmil oğlu Ləmbəranski (10 may 1914, Lənbəran, Cavanşir qəzası – 1 may 1999, Bakı) — Azərbaycan SSR dövlət xadimi, Azərbaycan SSR Neft Sənayesi nazirinin müavini (1954) Bakı Şəhər İcraiyyə Komitəsinin sədri (1959–1966), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1970–1987), Azərbaycan SSR Ali Sovetinin III, V, VI, VIII və X çağırış deputatı, SSRİ Dövlət mükafatı laureatı (1951), Azərbaycan SSR əməkdar mühəndisi (1964), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü. == Həyatı == Əliş Cəmil oğlu Ləmbəranski 10 may 1914-cü ildə Bərdə rayonunun Ləmbəran kəndində anadan olub. 1936-cı ildə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. İkinci Dünya müharibəsində iştirak etmiş, 1942-ci ildə ağır yaralanaraq tərxis olunmuşdur. O, 1999-cu ildə Bakıda vəfat edib, birinci Fəxri Xiyabanda dəfn edilmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Ardınca Çaparidze adına zavodun baş mühəndisi, sonra isə direktoru (1943–45), "Bakı Neftayırma zavodları" trestinin müdiri (1945–47). Ə. Qarayev adına neftayırma zovodunun direktoru (1947–50), "Azərbaycan Neftayırma zavodları" birliyinin rəisi (1950–59) işləmişdir. === Siyasi fəaliyyəti === 1954-cü ildən eyni zamanda Azərbaycan SSR Neft Sənayesi nazirinin müavini idi. 1959–66-cı illərdə Bakı şəhər ZDS İcraiyyə Komitəsinin sədri seçilmiş, 1966-cı ildə SSRİ Nazirlər Soveti yanında Mikrobiologiya Sənayesi Baş İdarəsi rəisinin birinci müavini vəzifəsinə təyin edilmişdir. 1970-ci ildən Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olmuşdur.
Ləmbəli körpüləri
Ləmbəli körpüləri — Loru mahalının Barana (31.12.1937:ci ildən — Noyemberyan) rayonunun qədimdən Türk-Oğuz boylarının anayurdu olmuş, 1948-ci ildən sonra isə ermənilərin məskunlaşdığı Ləmbəli (31.12.1937-ci ildən — Debedaşen) kəndində Tona (Debed) çayı üstündə körpü tağları. == Haqqında == Azərbaycanlıların kompakt halda yaşadığı Loru mahalının Barana rayonunun Ləmbəli kəndində (dəyişdirilmiş adları ilə: Noyemberyan rayonunun Baqrataşen kəndi) Tona çayı üzərində körpü tağları mövcud olmuşdur.Ləmbəli kəndi ilə Sadaxlı kəndini birləşdirən üç qədim körpü aran Borçalısı ilə dağ Borçalısını birləşdirməklə tarixi İpək Yolunun üstündə yerləşirdi. XVI–XVIII əsrlərdə inşa edilən bu körpülər XIX yüzildə Rusiya-İran müharibələri zamanı dağıdılmışdır.
Ləmbəlidə partlayış
Ləmbəlidə partlayış — 4 sentyabr 1994-cü ildə Ermənistanın şimalında, Tavuş mərzinin Ləmbəli kənd bazarında baş vermiş partlayış. Partlayış nəticəsində 14 nəfər (iki hücumçu da daxil olmaqla) həlak olmuş və 46 nəfər yaralanmışdır. Buna baxmayaraq, ilkin məlumatlarda 10 nəfərin həlak olması və 26 nəfərin yaralanması qeyd edilmişdir. Ləmbəli kəndi Gürcüstan–Ermənistan sərhədində, Azərbaycandan çox da uzaq olmayan böyük kənddir. 10,000 azərbaycanlının yaşadığı Sadaxlı kəndi Gürcüstanla sərhəddə yerləşir. 1990-cı illərdə Sovet İttifaqının dağılmasından sonra ərazi "xüsusilə qara bazarda yanacaqla məşğul olan mafioz dəstələrin mərkəzi"nə çevrilmişdi. Azərbaycan və Ermənistan Birinci Qarabağ müharibəsində qanlı münaqişəyə cəlb olunmuşdular. Partlayışı Bakıdan olan İmran Hüseynov və Gürcüstanın Marneuli bələdiyyəsinin Bula kəndindən Türkmən Cəfərov törətmişdilər. Hər ikisi etnik azərbaycanlı idi. Yerli rəsmilərin dediyinə görə, "partlayıcı qurğu kodlu çantada yerləşdirilmişdir".
Ləmbəranskilər
Ləmbəranskilər — Azərbaycan xalqının tanınmış soylarından biri. == Soyun yaranması == Bu soyun ulu babası Bayramdır. Bayram müqəddəs Kərbəla torpağını ziyarət etmişdi. Kərbəlayı Bayramın Qəhrəman, Bayram adlı oğlanları vardı. Kərbəlayı Bayramın ikinci oglu Bayram 1809-cu ildə Qarabağın Kəbirli mahalının Lənbəran kəndində anadan olmuşdu. Molla yanında təhsil almışdı. Əhməd xan İbrahimxəlil xan oglu Sarıcalı-Cavanşirin rəiyyəti idi. O, rəiyyət təbəqəsindən çıxsa da, varlı-hallı bir adam idi. Xeyli torpağa yiyələnmişdi. Lənbəran kəndi ilə Kəngərli obası arasında "Hacı Bayram yeri" adlı torpağı vardı.