Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Litsea
Litsea (lat. Litsea) — dəfnəkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Litsea:The Plant List saytında takson barədə məlumat.
Liviya
Liviya (ərəb. ‏ليبيا‎) — Şimali Afrikanın Məğrib hissəsində yerləşən dövlət. Şimalda Aralıq dənizi, şərqdə Misir, cənub-şərdə Sudan, cənubda Çad və Niger, qərbdə Əlcəzair və Tunis ilə həmsərhəddir. Liviya vətəndaş müharibəsinə görə Liviyada "de-yure" Müəmmər Qəddafi və onun rəhbərlik etdiyi Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsi var. Eyni zamanda bütün ölkə ərazisinə "de-fakto" hakimiyyət olan Mustafa Abdul Cəlilin rəhbərlik etdiyi Liviya Milli Keçid Şurası nəzarət edir. Onlar ölkəni Liviya Dövləti adlandırırlar. . BMT-də Liviya hələ də Qəddafinin dövründəki kimi adlanır; ancaq oradakı sayt keçid hökumətinin nəzarətindədir.Ərazisinə görə Liviya Afrikanın dördüncü, dünyanın 17-ci ölkəsidir. .6.4 milyon əhalinin 1.7 milyonu paytaxt Tərabülüs əl-Qərbdə yaşayır. Ölkə üç tarixi ərazidənTripolitaniya, Fəzzan və Kirenaikidən ibarətdir. 2009-cu il statistikasına görə Liviya həyat səviyyəsinə görə Afrikada dördüncüdür .
Livlər
Livlər və ya livoniyalılar (latış. līvi‎ или lībieši, liv. līvlizt, q.rus либь) — Baltikyanı-fin xalqlarından biri. == Tarixi == Özlərini livli, kalamiez ("balıqçı"), bəzən də pandalist ("sahil adamı") adlandırırlar. Ural dil ailəsinin fin qrupunun pribaltika-fin qoluna mənsub olan liv dilində danışırlar. Antropoloji cəhətdən ağ (avropa) irqin aqdəniz-balt tipinə aiddirlər. Xristian dininin lüterçilik təriqətinə mənsubdurlar. Latviya Respublikasının Talsin və Ventcpil rayonlarında yaşayırlar. Assimilyasiya olunub qurtarmaq üzrədir. 1989-cu il məlumatına görə sayları 150 nəfərə yaxın olmuşdur.
Olivaea
Olivaea (lat. Olivaea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Olivaea leptocarpa DeJong & Beaman Olivaea tricuspis Sch.Bip.
MİREA
Moskva Dövlət Radiotexnika, Elektronika və Avtomatlaşdırma Texniki Universiteti (rus. Московский государственный технический университет радиотехники, электроники и автоматики (МГТУ МИРЭА)) — Rusiyada universitet. == Tarixi və fəaliyyəti == 1947-ci il, senyabrın 1-də SSRİ-in Nazirlər Şurasının 28 may 1947-ci il tarixli sərəncamı ilə Moskvada mühəndislərin hazırlanması və təkmilləşdirilməsi üzrə Ümumittifaq Qiyabi Energetika İnstitutu Sank-Peterburq, Kiyev, Bakı, Daşkənd, Sverdlovsk və Novosibirsk şəhərlərində yaradılan filialları ilə birlikdə fəaliyyətə başlamışdır. Ali məktəb qiyabi təhsil sistemində energetika və radiotexnika ixtisasları üzrə əsas institut idi, müdafiə sənayesi və energetikanın bir çox yeni sahələri üçün mühəndislər hazırlayırdı. Sonradan Omsk, Kemerov, Kirov və bir sıra başqa şəhərlərdə yaradılan filialları və tədris korpusları texniki ali məktəblərin əsası oldu. Ali təhsil ocağı sürətlə inkişafa doğru gedirdi. Belə ki, institutun fəaliyyət prosesində bir çox tədris istiqamətləri, struktur və müasir texniki ali məktəbin kadrları formalaşdırılırdı. Artıq 60-cı illərdə radioelektronika və elektron texnika ixtisasları üzrə peşəkarlara ehtiyac yarandığından bu istiqamət üzrə tədris həyata keçirilməyə başlanır və energetika ixtisasları öz əvvəlki mövqeyini itirir. Beləliklə, yeni tip təhsil müəssisəsinin qurulmasına hazırlıq çərçivəsində istilik enerjisi, hidroenergetika, elektrik enerjisi və elektromexanika fakültələrinin tələbə kontingenti Moskva Energetika İnstitutuna köçürülür. Ali məktəbdə avtomatlaşdırma, telemexanika və ölçü texnikası, hesablama texnikası, radio elektron aparaturanın layihələndirilməsi və istehsalı fakültələri açılır.
Rivea
Rivea (lat. Rivea) – sarmaşıqkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Rivea bernoulliana (Peter) Hallier f.
Albersia livida
Qırmızıbaldır pəncər (lat. Amaranthus blitum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin pəncər cinsinə aid bitki növü. == Sinonimləri == Albersia arenaria Schur Albersia ascendens Fourr. Albersia blitum Kunth Albersia livida Kunth Amaranthus adscendens auct. Amaranthus albus Rodschied ex F.Dietr. Amaranthus alius K.Krause Amaranthus ascendens Loisel. Amaranthus berchtoldii Seidl ex Opiz Amaranthus blitonius St.-Lag. Amaranthus blitum var. ascendens (Loisel.) DC. Amaranthus blitum var. blitum Amaranthus blitum var.
Angelica Rivera
Anxelika Rivera (d. 12 avqust 1969; Mexiko, Meksika) — Meksikalı sənətçi və müğənni. Meksika Prezidenti Enriqe Penya Nyetonun həyat yoldaşı və Meksikanın Birinci xanımı. Bir sıra KİV-nin sorğusuna əsasən Anxelika Rivera, dünyanın ən gözəl «Birinci xanım»-larından biri hesab olunur. == Həyatı == Anxelika Rivera 1969-cu il avqustun 12-də Mexiko şəhərində çoxuşaqlı ailədə anadan olub. Onun bir qardaşı və altı bacısı var.
Anxelika Rivera
Anxelika Rivera (d. 12 avqust 1969; Mexiko, Meksika) — Meksikalı sənətçi və müğənni. Meksika Prezidenti Enriqe Penya Nyetonun həyat yoldaşı və Meksikanın Birinci xanımı. Bir sıra KİV-nin sorğusuna əsasən Anxelika Rivera, dünyanın ən gözəl «Birinci xanım»-larından biri hesab olunur. == Həyatı == Anxelika Rivera 1969-cu il avqustun 12-də Mexiko şəhərində çoxuşaqlı ailədə anadan olub. Onun bir qardaşı və altı bacısı var.
Canni Rivera
Covanni (Canni) Rivera (it. Giovanni (Gianni) Rivera; 18 avqust 1943, Alessandriya, Pyemont) – İtaliyalı keçmiş futbolçu. Mövqeyi hücumçu və yarımmüdafiəçi olub. "Alessandria", "Milan" klublarında və İtaliya millisində oynayıb. 1969-cu ildə Avropanın ən yaxşı futbolçusu olaraq Qızıl Top qazanıb. 1973-cü il İtaliya çempionatının ən yaxşı bombardiri olub. IFFIIS-ə görə dünyanın ən yaxşı oyunçuları arasında 20-ci, Avropanın ən yaxşı oyunçuları arasında 12-ci sıradadır. Eyni versiyaya görə, Rivera, İtaliyanın 20-ci əsrdə ən yaxşı futbolçusudur. Rivera FIFA 100-ün üzvüdür. Futbolçu karyerasını başa vurduqdan sonra Rivera siyasətlə məşğul olub, Zeytun Ağacı Partiyasından Avropa Parlamentinin üzvü olub.
Cədid (Liviya)
Cədid — Liviyanın cənub-qərbindəki Fəzzan bölgəsində, Böyük Səhrada vadi şəhəridir. Səbha rayonunun inzibati-mərkəzi olan Səbha şəhərinə yaxındır.
Dieqo Rivera
Dieqo Rivera (8 dekabr 1886, Quanoxuato — 24 noyabr 1957, Mexiko) – yəhudi və ispanəsilli Meksika rəssamı. Digər Meksikalı rəssam Frida Kalonun həyat yoldaşıdır. == Həyatı == 1886-cı ildə anadan olmuşdur. Rivera ana tərəfdən Katolik kilsəsi dövründən qalma yəhudi, ata tərəfdən isə ispan əsilli idi. Mexiko şəhərindəki San Kalos Akademiyasında təhsilini almışdır. Latın Amerikası və ABŞ-də freska yaradıcılığını canlandırmışdır. Gənc yaşlarda divar rəsmləri yaratmağa başlayarkən San Karlos Akademiyasında bir mitinqə qatıldığı üçün akademiaydan atılmışdır. Təhsilini davam etdirmək üçün İspaniyaya getmiş, daha sonra Parisə yerləşmişdir. Orada Pablo Pikasso və Amadeo Modilyani kimi insanlarla dost olmuşdur. 1920-ci ildə İntibah dövrünün freskalarını araşdırmaq üçün İtaliya səyahət etmişdir.
Hüms, Liviya
Litsea auriculata
Litsea auriculata (lat. Litsea auriculata) — dəfnəkimilər fəsiləsinin litsea cinsinə aid bitki növü.
Litsea beddomei
Litsea beddomei (lat. Litsea beddomei) — dəfnəkimilər fəsiləsinin litsea cinsinə aid bitki növü.
Litsea bindoniana
Litsea bindoniana (lat. Litsea bindoniana) — dəfnəkimilər fəsiləsinin litsea cinsinə aid bitki növü.
Litsea calicaris
Litsea calicaris (lat. Litsea calicaris) – dəfnəkimilər fəsiləsinin litsea cinsinə aid bitki növü.
Liviya Krallığı
Liviya Krallığı (ərəb. المملكة الليبية‎ al-Mamlaka al-Lībiyya) — 1951-ci il dekabrın 24-də yaradılıb və 1969-cu il sentyabrın 1-də idarəetmə forması monarxiyadan respublikaya keçəndən sonra dağılıb. == Konstitusiya == Krallıq konstitusiyalı monarxiya hakimiyyət quruluşuna sahib idi, onun başında Sənusilər sufi ordenindən olan I İdris dururdu. Əsas hakimiyyətə kral malik idi. Parlament iki palataladan ibarət idi: Senat və Nümayəndələr Palatası. Baş naziri kral təyin edə və istefaya göndərə bilərdi. == Tarixi == 1949-cu il noyabrın 21-də BMT-nin Baş Məclisi Liviya 1952-ci il yanvarın 1-dək müstəqillik əldə etməsinə dair qətnamə qəbul etdi. Sonrakı danışıqlar üçün Liviyanı I İdris təmsil edirdi. 24 dekabr 1951-ci ildə Liviya müstəqilliyini elan etdi, və bununla da müstəqilliyini BMT-nin qərarı ilə əldə etmiş ilk ərəb dövləti və ilk müstəqil Afrika dövlətlərindən biri oldu. 1959-cu ildə Liviyada böyük neft yataqları tapıldı və onun sonrakı hasilatından gələn gəlirlər sayəsində Liviya dünyanın ən yoxsul dövlətlərindən ən zəngin birinə çevrildi.
Liviya Soyqırımı
Liviya Soyqırımı və ya II. İtalyan-Sənusi müharibəsi — 1923-1932-ci illərdə Liviyada İtalyan rəhbərliyi altında olan İtaliyanın hərbi birləşmələri ilə yerli Senusi üsyançıları arasında,üsyançı lider Ömər Muxtarın tutulmasına və öldürülməsinə qədər davam edən uzun qarşıdurmalı bir dövrdür. İtaliya'nın Liviyanı idarə etmək cəhdləri sırasında, Sirenayka (Arapça:برقه - Barka) xalqı böyük bir qətliama məruz qaldı. İşğal zamanı Sireneykanın 225.000 əhalisinin dörddə bir hissəsi məhv oldu.Atışmalar zamanı İtaliya; kimyəvi silahdan istifadə, təslim olan müharibə əsirlərini öldürmə, dinc əhalinin öldürülməsi kimi ağır cinayətlərə imza atdı. İtaliyalı səlahiyyətlilər, 100.000 qədər Sireneyka bədəvisini zorla yerlərindın çıxarmış, etnik ttəmizləmə həyata keçirmişdilər.Çünki Bədəvilərin torpaqları İtalyan dövlət tərəfindən italiyalı köçkünlərə vədd edilmişdir. 2008-ci ildə İtalyan müstəmləkə idarəsinin yaratdığı zərərin əvəzlənməsi üçün İtaliya ilə Liviya arasında bir müqavilə imzalanıb. Liviya lideri Muammer Qəddafinin imzaladığı mərasiminə, Ömər Muxtarın İtalyan təhlükəsizlik qüvvələri tərəfindən tutulduğu zaman ,onun zəncirlənmiş halda çəkilmiş şəklindəki geyimini bənzərini geyinərək qatılmışdı. İtaliya Baş naziri Silvio Berluskoninin imzaladığı mərasimində; "Bu tarixi sənəd ilə İtaliya, müstəmləkə dövründə Liviya xalqına edilən qırğınlar və təzyiqlər üçün üzr istəməkdədir.İtaliya,müstəmləkə dövründə Liviyaya verdiyi zərərin ağırlığını anlayır " deyərək Liviya xalqından üzr istədi. == Hadisələrin inkişafı == İtaliya-Osmanlı müharibəsindən sonra, Liviya Osmanlı İmperatorluğundan əlindən çıxaraq, İtalyan hökmranlığı altına girdiyi andan bir müddət sonra bir üsyan başladı. İtalyanlar bu böyük torpağı idarə etməkdə çətinlik çəkirdilər. Liviya İtalyanın hökumətinə getdiyi andan etibarən Sənusilərlə İtalyanlar arasında bir mübarizə getməkdəydi.İtalyanların Sənusilərlə qarşıdurması,I Dünya Müharibəsi zamanı,Sənusilərin Osmanlı İmperiyası ilə müttəfiq olaraq,İngilis qüvvələrinə qarşı Osmanlıların Levant bölgəsinə başlatdığı hücuma yardım məqsədi ilə,Misirə daxilinə etdikləri axinlara əsaslanırdı.İngilislər və Sənusilər arasındakı müharibə, iki tərəfin sülh razılaşması etdiyi,1917-ci ilə qədər davam etdi.1917-ci ildə İtaliya Liviyanın müstəqilliyini tanıyan Akrama müqaviləsini imzaladı.
Liviya Yuliya
Liviya Yuliya (lat. Livia Ivlia), Klavdiya Liviya Yuliya (lat. Claudia Livia Ivlia), Livilla (lat. Livilla Liviyanın əzizlənmə, kiçildilmə forması) (e.ə. 13, Roma – 31, Roma) Neron Klavdi Druz və Gənc Antonianın qızı IV Roma imperatoru Klavdinin bacısi, Seyana qarşı sui-qəsdin iştirakçısı. Xatirənin lənətlənməsi damğası almışlardandır. == Ailə həyatı == === Birinci nikah === İlk dəfə e.ə. 2-ci ildə, 10 yaşında Avqust tərəfindən Aqrippin ölümündən dərhal sonra oğulluğa götürülmüş 17 yaşlı Qay Yuli Sezar Vipsaniana ərə verilmişdir. O zamanlar Qay Yuli Avqust səltənətinin inamlı xələfi sayılırdı. Nigah 6 il sürür.
Liviya bayrağı
Liviya bayrağı — Afrika ölkəsi olan Liviyanın 24 dekabr 1951-ci ildə ilk dəfə istifadə olunan bayrağı, 27 fevral 2011-ci ildə rejimin dəyişikliyindən sonra Liviya hökumətinin Milli keçid Şurası tərəfindən yenidən istifadə verildi. Bayraq, 1951-1969 illəri arasında istifadə edilən Liviya Krallığı bayrağı ilə eynidır. Mülki müharibədən əvvəl istifadə edilən düz yaşıl zəmindən ibarət bayraq Muəmmər Qəddafi rejiminin dayandırılması ilə ləğv edildi.
Liviya dinarı
Liviya dinarı(Ərəbcə: ليبي ينار;simgə:ل.د;ISO 4217:LYD)Liviyada rəsmi pul vahidi. == Əsginaslar == 1971-də əsginaslar 1,5,10,20,50,100 dinar idi və üzərində I İdrisin şəkli var idi.Amma 2008-ci il 31 avqust tarixində Liviya dinarında yenilik baş verdi:Dinarlar üzərində Müəmmər Qəzzafinin şəkli yerləşdiriləcəkdi... 2011 hadisələrindən sonra Dinarda dəyişiklik oldu:14 yanvar 2012 Qəddafi xalq düşməni adlandırıldı və Ömər Əlqəbrin əmri ilə 1 və 50 dinardakı Qəddafinin rəsmi çıxarıldı. 2 sonra, 2013-cü il 17 fevralda anti-Qəddafi protestoçuları 1 dinarda Liviya sivil müharibəsinə aid şəkil yerləşdirdi. == Maraqlı Faktlar == Qəddafi öz şəklini dinara yerləşdirmə qərarını verəndə, Xalqı heç bir üsyan qaldırmamışdı:Qəddafi isə reportajların birində belə demişdi:"'Əlbəttə ki, xalqım məni sevir və hər bir xalq özünə sadiq bir lider axtarır.Mən öləndən sonra dinarda qalan portrəm xalqımda əzm və cəsarət yaradacaq və sonrası isə bütün qərb xalqına məlumdur.'" Deyilənlərə görə Qəddafi dinara öz şəklini yerləşdirməyi Səddam Hüseyndən öyrənib. == İstinadlar == Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Liviya dənizi
Liviya dənizi (yun. Λιβυκό Πέλαγος, ərəb. البحر الليبي‎)- Aralıq dənizinin mərkəzi hissəsində Krit adası ilə Afrikanın şimalı arasında yerləşir. Dəniz şimalda Krit dənizi, şərqdə Kipr dənizi, şimal-qərbdə isə İon dənizi ilə hüdudlanır. Bu termin antik dövrdə topoqrafik xəritələrdə öz əksini tapırdı. Ən iri limanı Benqazi şəhəridir.
Liviya səhrası
Liviya səhrası (ərəb. الصحراء الليبية‎, Əl-Libya — Şimali Afrikada, Saxaranın şimal-şərqində yerləşən səhra. == Coğrafi yerləşməsi və təbii xüsusiyyətləri == Liviyanın səhrasının sahəsi 2 milyon km² təşkil edir. Qərbdən Əl-Haruc-əl-Asvad massivi, cənub-şərqdə Tibesti öndağlığı və Ennedi platosu, şərqdən isə Nil çayı ilə əhatələnir. Liviyanın şərqi, Misirin qərbi və Sudanın şimalını əhatə edir. Səhra okean və materik qabığı üzərində yerləşir. Şimalı düzənlik düzənlikdir və dyunlarla örtülüdür. Dyunların uzunluğu 650 km, hündürlüyü 300 metrdir. Şimal-şərində çökəkliklər yerləşir. Afrikanın ən çökək hissəsi 133 metr olan Kattar çökəkliyidir.
Liviya tarixi
Liviyanın tarixi keşməkeşli olub. == Ümumi tarix == Liviyanın yerli sakinləri daim xaricilərin əsarətində olublar. Əvvəlcə Roma, sonra Ərəb xilafəti, nəhayət Osmanlı imperiyasının əsarətində olan ərazi zamanın müəyyən mərhələsində yunanların da koloniyası olub. Makedoniyalı İsgəndərin Liviyanı işğalından sonra uzun müddət qədim Roma-Yunan sərkərdələri burada hakimlik edirlər. Ərəb istilası zamanında Tripoli və Sirenayka yunan şəhər-dövlətləri dəfələrlə öz ordularını bu əraziyə göndəriblər. 1146-cı ildə Siciliyalı Normanlar Tripolini zəbt etdilər. 1553-cü ildən sonra isə Liviya Osmanlıların hakimiyyətinə keçdi. Sultan Turqut Rəisin dövründə ərazidə islahatlar geniş vüsət aldı. Bundan sonra Liviya bölgələrə ayrıldı və “dayı” adlanan müstəqil bəylər tərəfindən idarə edilməyə başladı. Bu bəylər qonşu həmkarları, həmçinin, ümumi sərhədə malik olan dövlətlərlə mədəni, ticarət, eləcə də siyasi əlaqələr qurdular.