Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Linqvistik antropologiya
Linqvistik antropologiya, dilin sosial həyata təsirini öyrənən fənlərarası bir elm sahəsi olub Antropologiyanın mühüm bir qoludur. Ölməkdə olan dilləri sənədləşdirməklə öz fəaliyyətinə başlamışdır. Dilin quruluşu ilə istifadəsinin hər tərəfini əhatə edəcək bir formada son 100 ildə böyümüşdür. Linqvistik antropologiya, dilin ünsiyyəti necə formalaşdırdığını, sosial identiklik ilə qrup üzvlüyünün necə tənzimlədiyini, müştərək mədəni inancları və ideologiyanı necə təşkil etdiyini və sosial və təbii dünyanın müştərək mədəni təmsilini necə inkişaf etdirdiyini tədqiq edir.
Linqvistik tipologiya
Linqvistik tipologiya və ya dillərin morfoloji təsnifatı — alman əsilli ədəbiyyat tarixçisi, tərcüməçi, yazıçı və filosof Avqust Vilhelm Şleqel-Humbolt tərəfindən işlənib hazırlanmış morfoloji dil təsnifatı daha geniş yayılmışdır. Bu təsnifat dünya dillərini dörd tipə bölür: Köklü və yaxud təcrid olunan dillər; Aqlyutinativ (iltisaqi) dillər; Flektiv dillər; İnkorpor edilənlər. == Dünya dilləri tiplərinin əsas xüsusiyyətləri == Birinci tipin xüsusiyyəti ondadır ki, sözlər morfoloji cəhətcə dəyişməz vəziyyətdə olur. Sözlərdə qramatik məna verən affikslər yoxdur. Cümlədə sözlər bir-birindən təcrid olunmuş vəziyyətdə yerləşir. Burada sözlər arasında əlaqə sintaksis olaraq, yəni sözlərin ardıcıllığı köməkçi sözlər, ritm və intonasiya vasitəsilə müəyyən olunur. Məs. qədim çin, yapon və koreya dilləri təcrid dillərdir. Məs. çin dilində sözlər cümlədəki yerlərindən asılı olaraq müxtəlif məna daşıyır.
Yens Lundqvist
Yens Lundqvist (29 avqust 1979) — İsveçi təmsil edən stolüstü tennisçi. == Karyerası == Yens Lundqvist İsveçi 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, Komanda turnirində isə 9-cu pillənin sahibi olub. Daha sonra Yens Lundqvist İsveçi 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 9-cu pillənin sahibi olub.
Linqvistik relyativizm fərziyyəsi
Linqvistik relyativizm fərziyyəsi və ya Sapir–Vorf hipotezi — bir dilin quruluşunun onun danışanlarının dünyagörüşünə və baxışlarına, habelə onların idrak proseslərinə təsir etdiyini iddia edən fərziyyə. Bu fərziyyənin iki forması var: Sərt versiya: dil təfəkkürü müəyyən edir, buna uyğun olaraq linqvistik kateqoriyalar koqnitiv kateqoriyaları məhdudlaşdırır və müəyyən edir. Yumşaq versiya: dil yalnız təfəkkürə təsir edir, linqvistik kateqoriyalarla yanaşı, təfəkkürə ənənələr və bəzi qeyri-linqvistik davranış növləri də təsir edir."Sapir–Vorf hipotezi" termini əslində yanlış adlandırmadır, çünki Edvard Sepir və Bencamin Vorf heç vaxt həmmüəllif olmayıblar və heç vaxt öz fikirlərini elmi fərziyyə kimi iddia etməyiblər. Fərziyyənin sərt və yumşaq variantlarının ortaya çıxması da sonrakı dövrlərə aiddir. Sepir və Vorf heç vaxt qəsdən belə fərqləndirmə etməsələr də, onların əsərlərində linqvistik relyativizm prinsipinin həm sərt, həm də yumşaq təsvirlərinə rast gəlmək mümkündür. Bəzi tədqiqatçıların fikrinə görə, fərziyyənin ilk müəllifi Sepir olmuşdur. Buna görə də hipotezin adlandırmasında onun adı birinci qeyd edilir.Linqvistik relyativizm prinsipi, həmçinin dil və düşüncə arasındakı əlaqə fəlsəfədən tutmuş psixologiya və antropologiyaya qədər müxtəlif elm sahələrinin marağına səbəb olmuş, ədəbi əsərlər və süni dillərin yaradılması üçün ilham mənbəyi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Бородай С. Ю. Язык и познание: введение в пострелятивизм Arxiv surəti 3 yanvar 2020 tarixindən Wayback Machine saytında. М.: ООО Садра, Языки славянских культур, 2020. 800 с.