LİNQVİST
LİNZA
OBASTAN VİKİ
Linqvistika
Dilçilik, dilşünaslıq, linqvistika — dil, dilçilik, onun ictimai təbiəti və funksiyaları, daxili quruluşu, funksiyalarının qanunauyğunluqları, tarixi inkişafı və konkret dillərin təsnifatı haqqında elm. Dil (mövcud və ya nə vaxtsa mövcud olmuş dillər) haqqında elm. Dilçiliyə qədərki, mikrodilçilik və metadilçilik kimi hissələrə bölünür. Nəzəri dilçilik şərti olaraq ümumi və xüsusi dilçiliklərə bölünür. İngilis və fransız mənbələrində linqvistika işlənsə də o, dilçiliyin sinonimi kimi başà düşülür. Strukturalizmdə daxili və xarici dilçilik fərqləndirilsə də, linqivistika ümumi və nəzəri dilçiliyin bir hissəsi kimi başa düşülür. XX əsrin 50-ci illərindən bu yana linqvistika çağdaş, sinxron, daxili struktura yönəlikli bir elm kimi götürülür və bütün səviyyələrdə dil qanunauyğunluqlarını aydın və formal təsvir metodlarla tədqiq edir.
Morfologiya (linqvistika)
Morfologiya (yun. μορφή -forma, λόγος-elm) — Linqvistikada nitq hissələri və onların dəyişilmə qaydalarını öyrənir. Termin biologiyadan götürülüb, hal-hazırda da bu elmdə işlənməkdədir. Morfologiya termini dilçiliyə məşhur alman dilçisi, naturalizm dilçilik məktəbinin banisi A. Şlayxer tərəfindən gətirilib. Morfologiya qaydalarına dilin daxili strukturlarını izah edən sözlər daxildir. Morfologiya sözlərin iç quruluşundakı dil faktlarına bağlı qaydaları öyrənir. Morfologiya qrammatik əsas iki formasından (sintaksis) biri olub, sözün formalarını öyrənir. Morfologiyanın əsas mövzusu nitq hissələridir. Morfologiyada sözlər nitq hissələri kimi öyrənilir, onların quruluşu və dəyişmə qaydalar araşdırılır. Müasir dilçilikdə morfologiya dilin ayrıca səviyyəsi və dilçilik şöbəsi kimi qəbul edilir.
Tarixi linqvistika
Tarixi linqvistika tarix elmindən istifadə edərək dilin yaranması və qrammatika qaydalarının tarixi inkişafını izah etmək üçün yaradılmış elmi metoddur. Dil ailələrinin necə meydana gəldiyini də tədqiq edən bu metodun mövzuları arasında dillərin niyə dəyişdiyi, danışan cəmiyyətlərin necə doğulduğu və sözlərin mənşəyi kimi mövzular da mövcuddur.
İnversiya (linqvistika)
İnversiya — nitqin bədii təsirini artırmaq üçün sözlərin sırasının qəsdən pozulması (inversiya - yerdəyişmə deməkdir). Daha çox nəzmdə istifadə olunur. İnversiya obrazlılığın qrammatik səviyyədə göstəricilərindən biridir. Adətən söz sırasında ilk olaraq Mübtəda ondan sonra tamamlıq sonda xəbər və xəbərdən əvvəl zərflik işlənməli təyin isə aid olduğu üzvdən əvvəl işlənməlidir. Başın var, başını başsızdan qoru, Zarafat gəlməsin sənə bu dünya.
Verbalizasiya (linqvistika)
Verbalizasiya (lat. verbum) — digər nitq hissələrinin sözlərinin fel kateqoriyasına keçməsi. Verbalizasiya həm geniş mənada, həm də fel olmayanların felə çevrilməsinin istənilən formasını ifadə edən, həm də yalnız dar mənada başa düşülə bilər (sintaktik verbalizasiya). Sonuncu halda, qeyri-fel şifahi predikat funksiyasını yerinə yetirdikdə, fel uyğun morfoloji dəyişikliklərlə digər nitq hissələri əsasında əmələ gələndə morfoloji transformasiyaya qarşı çıxır.
İnternet linqvistikası
İnternet linqvistikası — İngiltərə linqvisti Devid Kristalın tərəfdarı olduğu dilçilik sahəsi. Bu, internetin və qısa mesaj xidməti (SMS) mətn mesajlaşması kimi digər yeni medianın təsiri altında yaranan yeni dil üslublarını və formalarını öyrənir. Kompüter vasitəçiliyi (CMC) və internet vasitəçiliyi ilə ünsiyyətə (IMC) gətirib çıxaran insan–kompüter qarşılıqlı əlaqəsi (HCI) başlayandan bəri Qretçen MakKalok kimi ekspertlər linqvistikanın veb-interfeys və istifadənin şərtləri baxımından bunda mühüm rol oynadığını etiraf etmişdilər. İnternetdə yaranan dili öyrənmək konseptual təşkili, tərcüməni və vebdən istifadəni yaxşılaşdırmağa kömək edə bilər. Bu cür araşdırma həm linqvistlərə, həm də veb-istifadəçilərə birlikdə fayda gətirməyi hədəfləyir. İnternet linqvistikasının öyrənilməsi dörd əsas perspektiv vasitəsilə həyata keçirilə bilər: sosial linqvistika, təhsil, stilistika və tətbiqi linqvistika. Sonrakı texnoloji irəliləyişlər nəticəsində, o cümlədən internetin korpus kimi inkişafı və internetin yayılmasının gətirdiyi stilistik variasiyaların kütləvi informasiya vasitələri və ədəbi əsərlər vasitəsilə yayılması və təsiri nəticəsində inkişaf etmişdir. İnternetə qoşulan istifadəçilərin sayının artması nəzərə alınmaqla, internetin linqvistik gələcəyini müəyyən etmək hədəf olaraq qalır. Çünki yeni kompüter vasitəçiliyi texnologiyaları yaranmağa davam edir və insanlar dillərini bu yeni mediaya uyğunlaşdırmağa davam edirlər. İnternet həm insanları həvəsləndirməkdə, həm də diqqəti dillərin istifadəsindən yayındırmaqda mühüm rol oynamaqda davam edir.

Digər lüğətlərdə