Tətbiqi tərcümə nəzəriyyəsi
Törədici model
OBASTAN VİKİ
Firas Tlas
Firas Mustafa Tlas (azərb. فراس مصطفى طلاس‎; 20 avqust 1960, Dəməşq) — Suriya biznes maqnatı, siyasətçi, keçmiş bəəsçi. O, Suriyanın keçmiş prezidenti Hafiz Əsəd ilə yaxın münasibətlərdə olan, lakin Suriyada vətəndaş müharibəsi zamanı üsyançıların tərəfinə keçən əhəmiyyətli bir sünni müsəlman ailənin üzvüdür. == İlk illəri == Firas Tlas 20 avqust 1960-cı ildə Suriyanın Dəməşq şəhərində anadan olmuşdur. O, 1972–2004-cü illərdə Suriyanın müdafiə naziri olmuş Mustafa Tlasın ikinci böyük oğludur. Tlasın ailəsi yerlilər arasında görkəmli bir sünni müsəlman ailəsində anadan olmuşdur. Onun atası Əbdülqədir Tlas Osmanlı dövründə türk qarnizonlarına sursat sataraq dolanan bir sünni zadəgan idi. Digər tərəfdən, ailəsinin üzvləri Birinci Dünya müharibəsindən sonra fransız işğalçılar üçün də çalışır. Atasının nənəsi çərkəz mənşəli, anası isə türk əsilli idi. Tlasın anası vasitəsi ilə bəzi ələvi əlaqələrinə sahib olduğu deyilir.Tlas Dəməşq şəhərindəki fransız məktəbində təhsil alır və oradan 1978-ci ildə məzun olur.
Manaf Tlaf
Manaf Mustafa Tlas (ərəb. مناف طلاس‎; 1964, Ər-Rəstən, Hims mühafazası) — Suriya hərbi zabiti, Suriya Respublikası Qvardiyasının keçmiş briqadiri və 2012-ci ildə fərarilik edənə qədər Bəşər Əsədin yaxın çevrəsinin üzvü. == İlk illəri == Tlas 1964-ci il tarixində Suriyanın Homs şəhəri yaxınlığındakı Rastan kəndində, yerlilər arasında görkəmli bir sünni müsəlman ailəsində anadan olmuşdur. Onun atası Əbdülqədir Tlas Osmanlı dövründə türk qarnizonlarına sursat sataraq dolanan bir sünni zadəgan idi. Digər tərəfdən, ailəsinin üzvləri Birinci Dünya müharibəsindən sonra fransız işğalçılar üçün də çalışır. Atasının nənəsi çərkəz mənşəli, anası isə türk əsilli idi. Tlasın anası vasitəsi ilə bəzi ələvi əlaqələrinə sahib olduğu deyilir.Tlas Hafiz Əsədin böyük oğlu və 1994-cü ildə baş verən qəzada ölümünə qədər varisi olan Basil Əsədin yaxın dostu idi. O, daha sonra Bəşər Əsəd ilə dostlaşır, Əsədlə birlikdə hərbi kollecdə oxuyur. Bəşər Əsəd Manaf ilə Firas Tlas qardaşlarını öz həmyaşıdları və dostları kimi qəbul edirdi. == Karyerası == Tlas 2000-ci ildə Hafiz Əsədin ölümündən sonra Bəşər Əsədin sağ əlinə çevrilir.
Manaf Tlas

Mustafa Tlas
Mustafa Əbdülqədir Tlas (ərəb. مصطفى طلاس‎‎; 11 may 1932, Ər-Rəstən, Hims mühafazası və ya Homs – 27 iyun 2017, Bobini[d]) — Suriya hərbi zabiti və siyasətçisi, 1972–2004-cü illərdə Suriyanın müdafiə naziri. O, Hafiz Əsəd dövründə dörd nəfərlik Regional Komandanlığın üzvü idi. == İlk illəri == Tlas 11 may 1932-ci il tarixində Suriyanın Homs şəhəri yaxınlığındakı Rastan kəndində, yerlilər arasında görkəmli bir sünni müsəlman ailəsində anadan olmuşdur. Onun atası Əbdülqədir Tlas Osmanlı dövründə türk qarnizonlarına sursat sataraq dolanan bir sünni zadəgan idi. Digər tərəfdən, ailəsinin üzvləri Birinci Dünya müharibəsindən sonra fransız işğalçılar üçün də çalışır. Atasının nənəsi çərkəz mənşəli, anası isə türk əsilli idi. Tlasın anası vasitəsi ilə bəzi ələvi əlaqələrinə sahib olduğu deyilir. O, ibtidai və orta təhsilini Homs şəhərində alır və 1952-ci ildə Homs Hərbi Akademiyasına daxil olur. == Karyerası == Tlas 15 yaşında Bəəs Partiyasına qoşulur və Hafiz Əsəd ilə Homs şəhərində hərbi akademiyada təhsil alarkən tanış olur.
Tlacuatzin
Tlacuatzin (lat. Tlacuatzin) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin opossumkimilər dəstəsinin opossumlar fəsiləsinə aid heyvan cinsi.
Tlatolelko müqaviləsi
Tlatolelko müqviləsi—Müqavilə 1984-cu ildə Argentina ,Braziliya və Çili 1995-ci ildə Kubanın qoşulması ilə (2002-ci ildə ratifikasiya edilib) bütünlüklə region tam nüvəsiz zonaya çevrilirdi. Latın Amerikası və Karib Hövzəsində Nüvə Silahlarının qadağan olunması Agentliyi (OPANAL) fəaliyyət göstərir. Tlatolelko müqaviləsinin birinci protokolu regionda ərazisi olan dövlətlərin ( ABŞ, Niderland, Böyük Britaniya ,Fransa) müqaviləyə hörmətlə yanaşmasını, ikinci protokol isə 5 nüvə dövlətinin müqavilə iştirakçılarına qarşı nüvə silahını tətbiq etməməsi və qorxutmamasını nəzərdə tutur.
Tlaçene buxtası
Tlaçene buxtası (bolq. залив Тлачене, ‘Zaliv Tlachene’ \'za-liv 'tla-che-ne\) — 4 km uzunluğu olan və Antarktidanın Antarktik yarımadasının Loubye sahilindən 3.6 km məsafədə yerləşən buxtadır. 20-ci əsrin son iki onilliyində Hopkins buzlağının əriməsi nəticəsində formalaşıb.Burun şimal-qərbi Bolqarıstanda yerləşən Tlaçene şəhərinin adını daşıyır. == Yerləşməsi == Tlaçene buxtası 66°35′40″ c. e. 65°42′50″ q. u. koordinatlarında yerləşmişdir. Kudelin burnundan cənub-qərbdə, Qostilya burnundan şiaml-şərqdə yerləşmişdir. Biritaniya xəritəsinə 1976-cı ildə daxil edilmişdir.