Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sandra Baqariç
Sandra Baqariç (xorv. Sandra Bagarić; 5 aprel 1974) — Xorvatiya opera müğənnisi və aktrisası. == Həyatı == Zenitsa şəhərində (hazırda Bosniya və Herseqovinanın ərazisində yerləşir) anadan olmuşdur. Orada musiqi məktəbini bitirmişdir və sonra Sarayevoda təhsil almağa davam etdi, lakin Bosniya müharibəsi başladıqdan sonra 1992-ci ildə Zaqreb şəhərinə köçdü və orada musiqi akademiyasında oxudu. Lilyana Molnar-Talaiç onun müəllimi idi. "Madam Trubadur", "Qrafinya Maritsa", "Yarasa", "Bokkaççio" və "Oxuyan yanlış fikirləşmir" operalarında ariyaların ifası ilə tanınır. "Sonati od sna", "Teatar marmelade" və "Adagio" adlı üç disk buraxmışdır. 2007-ci ildə Sandra Baqariç, Helsinkidə Avroviziya üçün Xorvatiya təmsilçisini təyin edən "Dora 2007" musiqi festivalında "Kraljevi Ulice" qrupu ilə "Pjesma za novčić" mahnısı ilə çıxış etdi və 2-ci yeri tutdu.Evlidir, əri pianoçu və Zaqreb Musiqi Akademiyasının professoru Darko Domitroviçdir. Marko və Lovro adlı oğulları var.
Bavaric
Bavaric — Baricah dəniz gəmilərinə görə Bavaric adlandırılan, Qucaratdan olan, Hindistan və Çinə səfər edən ərəb gəmilərini təqib edən Sind dəniz quldurları. == Haqqındɑ == VIII əsrin sonu və IX əsrin bir neçə onilliyi ərzində Oman sahilləri də Bavariclər tərəfindən hücumlara məruz qalırdı. Bu hücumların qarşısı İmam Həsən ibn Abdulla (809-823) tərəfindən dəf edilmişdi. Bir neçə il sonra isə İmam Muhənnə ibn Cəfər bu cür hücumların qarşısını almaq üçün 300 nəfərlik donanmaya malik olduğunu qeyd edir.X əsrin sonu XI əsrdə hind dəniz quldurları daha çox tanınmağa başladılar. Ərəb coğrafiyaçısı və səyyahı Əbu İshaq İbrahim ibn Məhəmməd əl–Farisi əl-İstəxri (850—934), X əsr ərəb coğrafiyaşünas-səyyahı Əbu-l-Qasim ibn Havqəl ən-Nisibi Qətər barədə Qətəriyyə formasında məlumat verir. Onun sözlərinə görə, Qətəriyyədə Sokotra və Qırmızı dənizə yaxın adaların sakinləri məskunlaşmışdı. Bu ərazi Bavaric adlanan hind dəniz quldurlarını tez-tez ziyarət etdiyi məntəqələrdən biri idi. Baricah dəniz gəmiləri cəmdə Bavaric mənasını ifadə edir. Bunu Sir Elliot da təsdiq edir. Onu da sözlərinə görə, Bavaic ərəb sözü olub, sözün kökü ərəb dilində Barica sözündəndir və böyük hərbi gəmi mənasını verir.Ensiklopediyaçı alim və mütəfəkkir Əl-Biruni yazır ki, Bavaricin əsası Kaç və Somnatda qoyulmuşdu.Samma sülaləsi dövründə İslamı qəbul ediblər.
Məqarin
Məqarin (ərəb. مقارين‎) — Əlcəzairin şimal-şərqində, Uarqla vilayətində şəhər və kommuna. Meqarin dairəsinin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, Böyük Səhranın şiaml vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 468 kilometr (291 mil) cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 68 metrdir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 66 mm-dir). Orta illik temperatur 21,4 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 10,1°C, ən isti ayın (iyul) orta temperaturu 33,3°C-dir. == Nəqliyyat == Şəhərin qərbindən 3 nömrəli respublika əhəmiyyətli avtomobil yolu keçir.
Qaqarin
Qaqarin — soyad. Bu soyadı olan şəxslər.Yuri Qaqarin — sovet kosmonavtı və kosmosa uçan ilk insan.Yaşayış məntəqələriQaqarin (Smolensk) — Rusiya Federasiyasında yerləşən şəhər.
Maarif
Maarif — kişi adı. Bu adı olan tanınmış şəxslərMaarif Cəfərov — fizika-riyaziyyat elmləri doktoru. Maarif Əkbərov — riyaziyyatçı, filosof Maarif Köçkün — şair. Maarif Məhərrəmbəyli — rejissor. Maarif Təmkin — şair.Yaşayış məntəqələriMaarif (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd.DigərMaarif (təhsil) — bilik və təhsil yayımı. Maarif (nəşriyyat) — kitab çapı ilə məşğul olan nəşriyyat. Maarif (qəzet) — aylıq jurnal-qəzet. Maarif (telekanal) — Televiziya kanalı.
Mağara
Mağara ya Köhül — təbii və süni olmaqla, həm də ibtidai insanların ilk sığınacaq yerləri, yaşayış evləri. == Geomorfoloji termin == Mağara - (rus. пещера, ing. cave) yer qabı­ğının üst qatında boşluq, yer sət-hinə bir, yaxud bir neçə çıxışlarla açılır. Əsasən suda asan həll olan süxurların (əhəng daşı, dolomit, gips və b.) yuyulması və həll ol­ması, həmçinin suffoziya, abra­ziya və başqa proseslər nəticəsində əmələ gəlir. Ən böyük mağaralar - karst mağaralarıdır; mürəkkəb sistemli keçidlər və zallardan iba­rət olur, ümumi uzunluğu bəzən bir neçə 10 km-ə çatır (məs: ABŞ-də Flint-Mamont mağaralar sisteminin uzunluğu , RF-də Optimis­tik mağarasının uzunluğu ). Mağaraları speleologiya öyrənir. == Ümumi məlumat == Azərbaycaının ən qədim məskən tipləri təbii və süni mağaralar kimi formalaşmışdır. Belə mağaralar həm də ibtidai insanların ilk sığınacaq yerləri-evləri olmuşdur. Məhsuldar quvvələrin inkişafı və bununla həmahəng olaraq inşaat texnikasının təkmilləşdirilməsi nəticəsində suni mağaralar qazma tipli evlərlə əvəz olunmuşdur.
Anjulu Marqarit
Anjulu Marqarit (fr. Marguerite d'Anjou) (23 mart 1430 – 25 avqust 1482) — İngiltərə kralı VI Henrinin xanımı olması səbəbilə İngiltərə və Fransa (de-yure) kraliçası. Neapol kralı I Rene və Lotaringiyalı hersoqinası İzabellanın qızı olaraq Lotaringiya torpaqlarında dünyaya gəldi. Gül müharibəsi olaraq bilinən taxt mübarizəsinin ilk illərində mühüm rol oynadı və bir müddət Lankaster fraksiyasına da rəhbərlik etdi. Bir çox mənbələrdə kişi kimi mərd və cəsur olduğu qeyd olunur. Ərinin əqli xəstəliyi səbəbilə Marqarit uzun müddət onun yerinə dövləti idarə etdi. 1455-ci ilin mayında çağırdığı yeni məclislə, başda Yorklu Riçard olmaqla, bütün York ailəsinin mənsublarını dövlət idarəsindən uzaqlaşdırdı. Onun bu hərəkəti York və Lankaster ailələri arasında düşmənliyə səbəb oldu və yeganə oğlu olan Eduardın 1471-ci ildə ölməsi ilə nəticələndi. 1471-ci ildə Lankasterlərin məğlubiyyətinin ardından Marqarit əsir alındı və 4 illik əsarətin ardından bibisi oğlu olan Fransa kralı XI Lüdoviqin pul ödəməsiylə bağışlanaraq Fransaya göndərildi. Burada kralın kasıb qohumu olaraq yaşadı və 52 yaşında burada vəfat etdi.
Edvard Maybric
Edvard Maybric (ing. Eadweard Muybridge) - rəsmləri birləşdirmək yolu ilə hərəkəti yaradan ilk şəxs.
Magalie Poisson
Magalie Poisson (9 mart 1982) — Fransanı təmsil edən bədii gimnast. == Karyerası == Magalie Poisson Fransanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 9-cu pillənin sahibi olub.
Marqarit Mid
Marqarit Mid (16 dekabr, 1901 - 15 noyabr 1978) ABŞ-lı antropoloq idi. 1960-70-ci illərdə kütləvi informasiya vasitələrində müəllif və aparıcı olmaqla mədəni antropologiya ilə bağlı verilişlər hazırlamışdır. Nyu-Yorkda Bernard Kollecində (Universitetində) bakalavr təhsili almış, magistr və dokrorluq dərəcəsini isə Kolumbiya Universitetində almışdır. Marqarit Mid beş uşaqdan birincisi idi. ABŞ-da, Filadelfiyada doğulub. Ancaq Pensilvaniya ştatının Doylstoun şəhəri yaxınlığında böyüyüb. Atası Edvard Şervurd Mid Pensilvaniya Universiteti Varton məktəbində maliyyə professoru idi. Anası Emili Mid isə italyan köçkünləri araşdıran sosioloq idi. Bacısı Katarin (1906-1907) 9 aylığında ölmüşdü. Bu hadisə Mid üçün böyük zərbə olmuşdu.
Marqarit Pol
Marqarit Pol (ing. Margaret Pole) (d. 14 avqust 1473 - ö. 27 may 1541) — İngilis əsilzadəsi, İngiltərə kralı IV Eduard və III Riçardın qardaşı Klarens hersoqu Corc Plantagenetlə İzabella Nevilin qızı. O, XVI əsrdə İngiltərədə ərindən müstəqil şəkildə ünvan qazanan 2 qadından biri idi. Gül müharibəsindən sonra Plantagenet sülaləsindən həyatda qalan azsaylı insandan biri kimi, Marqarit Pol 1541-ci ildə əmisi qızı Yorklu Elizabetin oğlu VIII Henrinin əmriylə edam edildi. Papa XIII Lev onu 29 dekabr 1886-cı ildə Roma-Katolik kilsəsi üzrə şəhid elan etdi. == Həyatı == == Mənbə == Pierce, Hazel (2003).
Masarik Universiteti
Masarik Universiteti (çex. Masarykova univerzita; lat. Universitas Masarykiana Brunensis) — Çexiyanın Brno şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1919-cu ildə qoyulmuşdur. == Xarici əlaqələri == Utrext Şəbəkəsinin üzvüdür.
Məxaric funksiyası
Məxaric funksiyası (ing. Expenditure function) mikroiqtisadiyyatda istifadə olunan və müəyyən bir fayda əldə etmək üçün (fayda funksiyası və qiymətlər verilmiş halda) minimal pul məbləğini göstərən funksiyadır. Riyazi şəkildə, əgər L məhsulları üzrə üstün tutmanı təsvir edən u {\displaystyle u} fayda funksiyası mövcüddursa, onda xərc funksiyası budur: e ( p , u ∗ ) : R + L × R → R {\displaystyle e(p,u^{*}):{\textbf {R}}_{+}^{L}\times {\textbf {R}}\rightarrow {\textbf {R}}} O, göstərir ki, u ∗ {\displaystyle u^{*}} faydasını hansı pul məbləği ilə almaq mümkündür, əgər qiymətlər p {\displaystyle p} kimi təyin olunub. Bu funksiya aşağıdakı kimi təyin olunur: e ( p , u ∗ ) = min x ∈≥ ( u ∗ ) p ⋅ x {\displaystyle e(p,u^{*})=\min _{x\in \geq (u^{*})}p\cdot x} burada x {\displaystyle x} ≥ ( u ∗ ) = { x ∈ R + L : u ( x ) ≥ u ∗ } {\displaystyle \geq (u^{*})=\{x\in {\textbf {R}}_{+}^{L}:u(x)\geq u^{*}\}} faydası ən azı u ∗ {\displaystyle u^{*}} olan bütün seçimlərdir.
Phaethornis malaris
Phaethornis malaris (lat. Phaethornis malaris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin kolibrilər fəsiləsinin günəş kolibrisi cinsinə aid heyvan növü.
Qaqarin (Göyçə)
Qaqarin — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Sevan rayonu ərazisində kənd. == Tarixi == Qaqarin adı 1955-ci ildə qoyulmuşdur. == Əhalisi == Hazırda əhalisiz yaşayış məntəqəsidir.
Qaqarin (Smolensk)
Qaqarin — Rusiya Federasiyasında yerləşən şəhər. Smolensk vilayətinə daxildir.
Qaqarin (Özbəkistan)
Qaqarin (özb. Gagarin) — Özbəkistanın Cizzəx vilayətində şəhər.
Qaqarin körpüsü
Cavanşir körpüsü (əvvəlki adı:Qaqarin körpüsü) — Afiyəddin Cəlilov küçəsi ilə Üzeyir Hacıbəyov küçəsini birləşdirən körpü. == Tarixi == “Cavanşir” körpüsü 1962-ci ildə inşa olunub. 12 aşırımlı bu körpünün ümumi uzunluğu 203 metr, eni isə 17 metrdir. Yaxın vaxtlara qədər körpünün altından qatarlar, üstündən isə avtomobillər hərəkət edib. Hazırda isə ərazidən keçən dəmir yolu xətləri sökülüb. 2019-cu ildə Cavanşir körpüsünün yaxın vaxtlarda söküləcəyi, körpünün yerində yeni yolun salınması nəzərdə tutulduğu barədə xəbər verilib.
Qriqori Qaqarin
Qaqarin Qriqori Qriqoryeviç (29 aprel (11 may) 1810, Sankt-Peterburq – 18 (30) yanvar 1893, Şatelro[d]) — rus rəssamı, incəsənət tədqiqatçısı. Romada K.P. Brüllovdan dərs almışdır. Peterburq Rəssamlıq Akademiyasının vitse-prezidenti olmuşdur (1859-1872). Qaqarin Qafqazda hərbi xidmətdə olarkən (1840-1850) burada yaşayan xalqların məişətinə aid tablolar, portret, mənzərə rəsmləri və batal səhnələri çəkmişdir. Qaqarin Azərbaycanın şəhərlərində də olmuş, "Şamaxı rəqqasələri", "A.A. Bakıxanovun portreti" və s. rəsmlər, həmçinin, Azərbaycan memarlıq abidələrini təsvir edən əsərlər çəkmişdir. == Əsərləri == Григорий Гагарин. Костюмы Кавказа (Scenes, paysages, meurs et costumes du Caucase). Paris, 1845. == İstinadlar == == Mənbə == Олег Кузнецов, канд.
Tomaş Masarik
Tomaş Masarik (çex. Tomáš Garrigue Masaryk, 7 mart, 1850-14 sentyabr, 1937) — çex filosofu, tarixçi, siyasətçi, Çexoslovakiyanın ilk prezidenti (1918-1935). == Həyatı == Tomaş Masarik 7 mart 1850-ci ildə doğulmuşdu. Atası Yozef Masarik (1823—1907) Slovak əsilli Avstriya-Macarıstanın macar tərəfindən bir şəxs idi. Anası Tereza Masarikova (qızlıq soyadı — Kropaçkova) (1813—1887) — Moraviyalı alman idi. Tomaş Masarik müəllim məktəbini bitirdisə də, çilingər yanında şagird işləməyə başladı. Tomaş Masarik 14 sentyabr 1937-ci ildə vəfat edib. == Əsərləri == Ideály humanitní; Problém malého národa; Demokratism v politice. Praha: Melantrich, 1990 Masaryk T.G. Svobodni zednari, Nase doba 1925. Masaryk T.G. Katolicke povery o zednarstvi a satanismus, Svobodny zednar VIII/1934.
Yorklu Marqarit
Yorklu Marqarit (ing. Margaret of York) (d. 3 may 1446 - ö. 23 noyabr 1503) — Burqundiya hersoqu Cəsur Karlın üçüncü xanımı və onun vəfatından sonra Burqundiyanın qoruyucusu. 3. York hersoqu Riçard və Sesilya Nevilin qızı, İngiltərə kralları olan IV Eduard və III Riçardın bacısıdır.
Yuri Qaqarin
Yuri Qaqarin (rus. Юрий Алексеевич Гагарин; 9 mart 1934[…], Kluşino[d], Qərb vilayəti[d] – 27 mart 1968[…]) — sovet kosmonavtı və kosmosa uçan ilk insan. == Həyatı == Yuri Qaqarin kəndli ailəsində anadan olmuşdur. Onun atası Aleksey İvanoviç Qaqarin dülgər, anası Anna Timofeyevna Qaqarina isə heyvandarlıqla məşğul idi. Uşaqlığını Kluşino kəndində keçirmişdir. 1941-ci ildə məktəbə getmiş, 24 may 1945-ci ildə ailəsi ilə birlikdə Qjatsk şəhərinə köçmüşdür. 1951-ci ildə Yuri orta ixtisas məktəbini bitirərək metal tökmə üzrə ixtisasa yiyələnmişdir. Həmin ilin avqustunda Qaqarin Saratov sənaye texnikumuna daxil olur və oktyabr ayından Saratov aeroklubunun üzvü olur. 1955-ci ildə təhsilini əla qiymətlərlə başa vuraraq Yak-18 təyyarəsində ilk dəfə sərbəst uçuş edir. 27 oktyabr 1955-ci ildə Qaqarin əsgərliyə çağırılır və Orenburqdakı 1-ci hərbi aviasiya məktəbinə göndərilir.
Маqiriça supu
Маqiriça şorbası (yun. Μαγειρίτσα)- Pasxa bayramının milli şorbasıdır. == Haqqında == Müqəddəs şənbə günündə yunanlar tərəfindən hazırlanır. Bu supu Pasxa bayramlarında bayram tədbirindən sonra digər milli bayram yeməkləri (pendirli salat, çurekam və kraşenka) ilə yeyilir. Kanada və ABŞ-də yaşayan yunanlar bu şorbanı elə pasxa şorbası adlandırırlar == Hazırlanması == Maqiriçanı qoyunun içliyindən (ürək, böyrək, qara ciyər və s.), soğan, göyərti avqolemon sousu (şorbanı qatılaşdırmaq üçündür), hazırlayırlar. Yunanıstanın bəzi bölgələrində maqiriçanı düyü ilə göyərtisiz hazırlayırlar. Fessalidə maqiriçanı çoxlu tərəvəz ilə düyüsüz hazırlayırlar. == Həmçinin bax == Yunan salatı == Ədəbiyyat == Блюда пасхального стола. А. Братушева. ISBN 9785457419322 Cyprus Cuisine.
Маqiriça şorbası
Маqiriça şorbası (yun. Μαγειρίτσα)- Pasxa bayramının milli şorbasıdır. == Haqqında == Müqəddəs şənbə günündə yunanlar tərəfindən hazırlanır. Bu supu Pasxa bayramlarında bayram tədbirindən sonra digər milli bayram yeməkləri (pendirli salat, çurekam və kraşenka) ilə yeyilir. Kanada və ABŞ-də yaşayan yunanlar bu şorbanı elə pasxa şorbası adlandırırlar == Hazırlanması == Maqiriçanı qoyunun içliyindən (ürək, böyrək, qara ciyər və s.), soğan, göyərti avqolemon sousu (şorbanı qatılaşdırmaq üçündür), hazırlayırlar. Yunanıstanın bəzi bölgələrində maqiriçanı düyü ilə göyərtisiz hazırlayırlar. Fessalidə maqiriçanı çoxlu tərəvəz ilə düyüsüz hazırlayırlar. == Həmçinin bax == Yunan salatı == Ədəbiyyat == Блюда пасхального стола. А. Братушева. ISBN 9785457419322 Cyprus Cuisine.
Sorbus migarica
Miqariya quşarmudu (lat. Sorbus migarica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. == Botaniki təsviri == Miqariya quşarmudu 0,5-2,0 m hündürlükdə koldur. Tumurcuqları zəif keçətükcüklüdür. Yarpaqları az və ya çox dərəcədə dərivari, dəyirmidir, 5-10 sm uzunluqda, 4,5-8 sm enindədir, yuxarı hissəsi kütdür. Yan damarlarının sayı 8-10 cütdür. Üst səthi damarlardan başqa çılpaq və ya zəif tükcüklüdür. Alt səthinin damarlarının arası sıx ağ keçəvari tükcüklü, damarların üzəri isə çox zəif tükcüklüdür. Ona görə də damarlar daha tünd rəngi ilə aydın seçilirlər. Yarpağın kənarı aşağı hissədən tamkənarlı, yuxarıya doğru hissəsi isə (1/8-1/3) dişciklidir.