Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Makama
Arame
Arame və ya Aramu (e.ə 858–844-cü illər), Urartunun ilk tanınmış kralı idi.
Stefan Malarme
Stefan Malarme (fr. Stéphane Mallarmé; 18 mart 1842[…], Paris – 9 sentyabr 1898[…]) — Fransa yazıçısı və şairi.
Madame Monsieur
Madame Monsieur — vokalist Emili Satt və prodüser Jan-Karl Lukasdan təşkil olunan Fransalı musiqi dueti. Onlar "Mercy" mahnısı ilə Fransanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. == Yaranma tarixçəsi == Emili Satt və Jan-Karl Lukas ilk dəfə 2008-ci ildə tanış olmuş və Madame Monsieur duetini birlikdə yaratmışdırlar. 2015-ci ildə duet Fransız reper Yusufa üçün "Smile" mahnısını bəstələmiş və daha sonra France 2 telekanalında yayımlanan Taratata musiqi şousunda iştirak etmişdirlər. Duetin debüt albomu olan Tandem 2016-cı ilin noyabr ayında işıq üzü görmüşdür. 2018-ci ilin yanvar ayında Madame Monsieur duetinin "Mercy" mahnısı ilə Fransa telekanalının Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak edəcəyi öz təsdiqini tapmışdır. Seçim turunda onlar yarımfinal mərhələsini uğurla adlayaraq, finala vəsiqə qazanmışdırlar. Finalda duet bir daha öz mahnısını ifa etmiş və nəticədə ən çox xal toplayaraq, yarışmanın qalibləri elan olunaraq, Fransanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ qazanmışdırlar.Fransa Böyük Beşlik ölkələrindən biri olduğu üçün Madame Monsieur 12 may tarixində keçirilən Avroviziya finalından mübarizəyə qoşulmuşdur. Nəticədə duet 26 ölkə təmsilçisinin yarışdığı final şousunda 173 xal toplayaraq, 13-cü yerdə qərarlaşmışdır. == Heyət == Emili Satt (fr.
Maranə (Soyuqbulaq)
Maranə (fars. مرانه‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 269 nəfər yaşayır (56 ailə).
Sitti-Mükrimə Xatun
Sitti-Mükrimə Xatun (d. ? — ö. 1486), — II Mehmedin yeddi qadınından üçüncüsü və Sultan II Bəyazidin doğma anasıdır. == Həyatı == Sitti-Mükrimə Xatun Dulqədiroğulları bəyliyinin 6. hökmdarı Zülqədiroğlu Süleyman bəyin qızıdır. II Mehmed 15 yaşında ikən 15 dekabr 1446 tarixində, 11 yaşlı Sitti-Mükrimə Xatun ilə evlənmişdir. 3 dekabr 1447 tarixində Sultan II Bəyazidi dünyaya gətirmiş, ancaq 1486 tarixində hələ 53 yaşındaykən vəfat etmiş və Validə sultan ola bilməmişdir. Oğlu şahzadə Bəyazidin təlim-tərbiyəsi ilə isə II Mehmedin digər qadını olan I Gülbahar Xatun maraqlanmışdır. Məzarı Ədirnədə öz adını daşıyan Sitti Şah Xatun Məscidindədir.
Akame ga Kill!
Akame ga Kill! (yaponca: アカメが斬る!, Hepbörn: Akame ga Kiru!, azərb. "Akame kəsib doğrayır!"‎) — Takahiro tərəfindən yazılmış və Tetsuya Taşiro tərəfindən çəkilmiş şonen manqa seriyası. 2010-cu ilin martından Square Enix nəşriyyatının "Gangan Joker" jurnalında nəşr olunur. Manqa seriyası Tatsumi adlı gəncin pul qazanmaq və kəndini xilas etmək məqsədilə Paytaxta gəlməsindən, lakin burada güclü korrupsiya ilə rastlaşmasından bəhs edir. Gecə Reydi (ing. Night Raid) adlı sui-qəsd komandasına qoşulan Tatsumi imperiyaya və korrupsiyaya qarşı döyüşməyə başlayır. Seriya qrafik məzmununa görə tanınır. Seriya 2014-cü ilin iyununda lisenziyalaşdırılmışdır. "Akame ga Kill!
Mercy (Madame Monsieur mahnısı)
Mercy (azərb. Təşəkkür‎) — Fransanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Madame Monsieur dueti "Mercy" mahnısı ilə Fransa telekanalının Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda qələbə qazanmış və Fransanı həmin mahnı ilə Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. "Mercy" Madame Monsieur duetinin üzvləri olan Emili Satt və Jan-Karl Lukas tərəfindən bəstələnmişdir. Mahnıda Avropada yaşanan miqrant böhranının qızğın vaxtında dünyaya gələn "Mercy" adlı qızın düşüncələri əks etdirilir.
Makome M'Bovole işi
Makome M'Bovole işi — Fransada müfəttiş Paskal Kompen tərəfindən başından odlu silah ilə vurulan Makome M'Bovolenin ölümündən sonra başladılan məhkəmə işi. Hadisə 6 aprel 1993-cü ilda Parisin XVIII arondismanında yerləşən Qran-Karyer polis idarəsində baş vermişdir. Polis şübhəlini qorxutmaq istədiyi zaman silahının maqazininin boş olduğunu düşünərək təsadüfən atəş açdığını bildirmişdir. Makomé M'Bovoleni qəsdən öldürməkdə günahlandırılan 38 yaşlı müfəttiş Paskal Kompen 15 fevral 1996-cı ildə Paris Ağır Cinayətlər Məhkəməsi tərəfindən qəsdən zorakılıq və ölüm ilə nəticələnən zorakılığa görə 8 il həbs cəzasına məhkum edilmişdir. Bu iş qəzetlərdə manşetlərə çevrilmişdir, çünki o zaman iştirak edən şahidlər boşaldılmış odlu silah və ya ov tüfəngindən istifadə edərək şübləliləri qorxutmağı adət etdiklərini etiraf etmişdilər. Hadisələr "Amnesty International" təşkilatının hesabatında qeyd edilmişdir. Məhkəmə işi həmçinin, üç günlük iğtişaşlara, o cümlədən Parisin mərkəzində kütləvi talanlara, etirazçı dəstələr ilə polis arasında toqquşmalara səbəb olmuşdur.
Akame ga Kill! fəsillərinin siyahısı
Akame ga Kill! (アカメが斬る!, Akame ga Kiru!, azərb. Akame kəsib doğrayır!‎) Tetsuya Taşironun rəssamlığı ilə Takahiro tərəfindən yazılan manqa seriyasıdır. Manqa Tatsumi adlı kəndlinin kəndi üçün pul qazanmaq ötrü imperiya paytaxtına gəlməsindən, lakin paytaxtda güclü rüşvətxorluğun olduğunu kəşf etməsindən bəhs edir. Tatsumi tezliklə imperiyaya qarşı döyüşən Gecə Reydi adlı sui-qəsd komandasına qoşulur. Manqanın nəşr olunmasına Square Enix nəşriyyatının "Gangan Joker" jurnalının 20 mart 2010-cu ildə çıxmış 2010-cu il aprel sayında başlanmışdır. İlk tankobon cildi 21 avqust 2010-cu ildə buraxılmışdır. 22 avqust 2016-cı ilə qədər 14 cildi çapdan çıxmışdır. Yen Press 2014-cü ilin iyununda manqanı Şimali Amerika üçün lisenziyalaşdırmış və ilk cildi 20 yanvar 2015-ci ildə buraxmışdır."Monthly Big Gangan" jurnalının 25 oktyabr 2013-cü ildə çıxmış 11-ci sayında "Akame ga Kill! Zero" (アカメが斬る!