Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Monpası
Monpası (fr. Montpensier) — şəffaf karamel kütləsindən hazırlanmış xırda ölçülü şirniyyat növü. Monpası yarpaq, giləmeyvə, kürəcik və s. formalarda, müxtəlif rənglərdə hazırlanır. Səthi hamar, parlaq və ya şəhər tozu səpilmiş olur. Hiqroskopik olduğundan tənəkə qutularda buraxılır. Həmliyi 3%-dir.
Səma mannası
Səma mannası — dini əfsanəyə görə səhrada dolaşan israillilər üçün göydən tökülən azuqə( Yunan: μάννα;Ərəbcə: اَلْمَنُ;bəzən mana, kişi və ya manna kimi də istifadə olunur); Xristanların Müqəddəs Kitabı İncilə görə, bu, İsrail övladlarının Misirdən çıxdıqdan sonra və Kənanı fəth etməzdən əvvəl səhra səfərləri zamanı Allahın onlara göndərdiyi yeməkdir.Bu yemək Quranda üç dəfə qeyd edilmişdir. Manna Müqəddəs Kitabın “Çıxış” kitabının 16-cı fəslində, “Saylar”ın 11-ci fəslində və Quranın 2-ci fəslində rast gəlinir.Çıxış kitabının 16-cı fəslindəki qeydlərə görə, israillilər Misiri tərk etdikdən sonra ikinci ayın 15-də manna peyda oldu.O zaman Musa israilliləri Elimlə Sinay arasındakı Sin səhrasına apardı.Yeməyə heç nə yox idi.İsrail xalqı Musaya şikayət etdi ki, aclıqdan öləcəklər.Sonra Rəbb Musaya İsrail övladlarına yemək verəcəyini vəd etdi.Həmin gecə Yehova onlara yemək üçün manna göndərməyə başladı və o gündən israillilər 40 il fasiləsiz manna yedilər.Manna gecə vaxtı şehlə birlikdə düşərgəyə düşdü və bu, don kimi bir az yuvarlaq bir şey idi.Forması keşniş toxumuna bənzəyir, mirvariyə bənzəyir, ağ rəngdədir.İsraillilər mannanı yığıb dəyirmanda əzdilər və ya məhlulda döydülər, qazanda qaynadıb tortlar düzəldiblər, təzə yağ kimi dad verirdilər.Adətən altı gün ard-arda yağış yağır, lakin şənbə günü bir gün dayanır ki, insanlar şənbə günü keçirsinlər.Ona görə də altıncı gün yağan yağışın miqdarı ikiqat olacaq.İlk beş gündə düşənlər eyni gündə yeyilməlidir, əks halda səhərə qoyulsa, qurd böyüyəcək və iylənəcək;Yalnız Yeşua xalqı İordan çayının o tayından Kənan torpağına apardıqdan və onlar Kənan torpağının məhsullarını yedikdən sonra yağış dayandı . Forması: Keşniç toxumuna bənzəyir, həm də mirvariyəbənzəyir.Rəngi ağ rəngdədir.
Banbaşı
Banbaşı — Azərbaycan Respublikasının Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Banbaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Banbaşı kəndinin ərazisindən 44,20 ha (bundan bələdiyyə mülkiyyətində olan 1,0 ha və xüsusi mülkiyyətdə olan 43,20 ha) torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. == Toponimikası == Oykonim ban (çardaq), baş və ı (mənsubiyyət şəkilçisi) komponentlərindən düzəlib, "çardaq üstü" mənasındadır. Türk dillərində baş sözü "dağ, təpə zirvəsi", "çayların mənbəyi" mənasını daşıyır. Kənd yüksəklikdə yerləşdiyi üçün bu adı almışdır. Bambaşı variantında da qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 5 km qərbdə, Masallı dəmiryolu stansiyasından 14 km aralı, Masallı—Göytəpə şose yolu kənarındadır. Viləş çayının sol sahilində, Lənkəran ovalığındadır. == Əhalisi == 1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Banbaşı kəndində 52 evdə 160 nəfəri kişilər, 118 nəfəri isə qadınlar olmaqla 278 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar yaşayırdı. Viləşçay sahilində yerləşən kənd həmin tarixdə dövlət xəzinəsinə məxsus idi.
Maebaşi
Maebaşi (yap. 前橋市) — Yaponiyanın Honşu adasında olan Kanto regionunda yerləşən Qunma prefekturasının paytaxtı.
Manasçı
Manasçı, qırğızların milli dastanı olan Manas dastanı 'nı kopuz müşayiəti ilə söyləməyi peşə edən şəxslərə verilən ad . Manas dastanı, bütün Qırğız Türklərinin 2 milyon misraya yaxınlaşdığı çox böyük bir dastandır. Manasçi, Qırğızıstanda minlərlə bəndi kopuzun müşayiəti ilə bir şeir oxuduğu kimi oxumur. Əslində türk xalqları buna əhəmiyyət verdilər və döyüşlərini və qəhrəmanlıqlarını rəvayətlər ilə çatdırdılar.
Manaşid
Mənəşli (əvvəlki adı: Manaşid) — Azərbaycan Respublikasının Goranboy rayonunun Mənəşli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Goranboy rayonunun Manaşid kəndi Mənəşli kəndi adlandırılmışdır. == Tarixi == == Toponimikası == Mənəşli kəndi dağətəyiə ərazidədir. XIX əsrdə Çar Rusiyası Azərbaycanı işğal etdikdən sonra burada Türkiyənin Qars vilayətindən və Gürcüstandan gəlmə ermənilər yerləşdirilmiş və kənd bir müddət Manaşid adlandırılmışdır. 1992-ci ildən Mənəşli kimi rəsmiləşdirilmişdir. Mənəş türk dillərində "gözal surət, görünüş, mənzərə" deməkdir. Oykonim "mənzərəli", "gözəl görünüşlü" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 244 nəfər əhali yaşayır.
Mandazi
Mandazi həmçinin "Şahili Kokos Doghut" (Şahili: Mandazi, Maandazi) - bu yemək Şahili sahillərində kərf edilib. Afrika böyük gölü ətrafında Şahili xalqının mətbəxinin əsas yeməyidir . == Xarakteri == Mandazi dougnats ilə bir-birinə çox oxşayır. Yeməyin hazırlanmasında müxtəlif inqredentlərdən istifadə edilir. Ancaq əsasən az şirin olur. Serviz edilən zaman soyuq həmçinin buz şəkildə verilməlidir. Adətən oval və yumru şəkildə olur . == Hazırlanması == Mandazi xəmir yeməyidir. Onu yağda bişirillər. Mandazinin tərkibinə su, şəkər, düyü, maya və süd əlavə edilir.
Minbaşı
Minbaşı — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Kanzaşi
Kanzaşi – ənənəvi yapon saç bəzəkləri. Əsasən metal və ya taxtadan hazırlanır, ipəklə bəzədilir. Bəzək əşyası olmaqla yanaşı, saçı tutmaq üçün də istifadə olunur. Sözün yaponca yazılışında bambuk (簪) heroqlifindən istifadə olunur. Belə ki, qədim Çində saç sancaqlarının hazırlanmasında bambukdan istifadə olunurdu. == Tarixi == Yaponiyada tapılmış ən qədim saç bəzəyi nümunələri Comon dövrünün son hissəsinə aiddir və heyvan sümüklərindən hazırlanıblar.Kanzaşi ilk dəfə Heyan dövründə istifadə olunmağa başlanmışdır. Orijinal kanzaşi şəri qovduğuna inanılan talisman hesab olunurdu. VIII əsrdə Çinin təsiri ilə qızıl və gümüş kimi metallardan hazırlanan ornamental kanzaşilər yaranmışdır. Belə ki, bu dövrdə qadınlar uzun tareqami üslubundan imtina edib yığcam, ləçəkli saç üslublarına üstünlük vermişdirlər. "Gencinin hekayəsi" əsərində kanzaşidən bəhs olunur.
Mantaş
Mantaş (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. Çeşmə Mantaş (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Masaşi
Masaşi — ad. Masaşi Vatanabe — Yaponiya futbolçusu.
Manas
Manas — qırğız dastanı. == Ümumi məlumat == Həcm etibarilə "Manas" dünya folklorunun ən böyük əsəridir. Türk dünyasının şah əsərlərindən olan bu dastan bütün türk xalqları tərəfindən sevə-sevə oxunulur. Qırğızların “Manas” dastanı dünya xalqlarının şifahi ədəbiyyatının möhtəşəm zirvələrindən biridir. Vətənin azadlığını, müstəqilliyini hər şeydən uca tutan, müqəddəs ata yurdunu yadellilərin işğalından qorumaq üçün xalqı mübarizəyə çağıran, türk xalqlarının həyat və məişətini, adət-ənənələrini, torpaq sevgisini özündə yaşadan “Manas” dastanı əsrdən-əsrə, nəsildən-nəslə keçərək bu günümüzə gəlib çatmışdır. "Manas"ın kökləri qədim əsrlərə gedib çıxır. Bununla belə 1995-ci ildə dastanın YUNESKO-nun qərarı ilə 1000 illiyinin qeyd olunması səbəbindən onu X əsrə aid edirlər. "Manas" Qırğızıstanda bu gün də genişlənməkdədir. Çağdaş manasçılar ona yeni-yeni motivlər və çalarlar əlavə edirlər. Eposun manasçılar tərəfindən söylənilmiş 18-dən çox variantı qeydə alınmışdır.
Adana mantısı
== Tərkibi == 1 kq un, 1 yumurta, 1 stəkan su, 1 çimdik duz , 500 qram süzmə qatıq, 2 su stəkanı ət suyu, 1 stəkan qaynadılmış noxud, 1 çay qaşığı qırmızı bibər, 1 çay qaşığı quru nanə, 500 qram qiymə, 1 çay qaşığı qara bibər, 1 kiçik doğranmış soğan. == Hazırlanması == Un, duz, yumurta, su ilə bərk bir xəmir yoğurun. 1–2 mm qalınlığında açın. 2 sm halında kəsin. Qiymə, duz, qara bibər, kırmızıbiber, doğranmış soğan ilə qarışdırın. Noxud böyüklüyündə qiyməni götürüb xəmirin ortasına qoyun. Əvvəl küncləri sonra hər küncü bir-birinə yapışdıraraq xəmiri gül şəklində bağlanın. Zeytunyağında qızardın. Soba nimçəsinə sərin. Ət suyu və noxudları qoyun.
Anna Manyani
Anna Manyani (it. Anna Magnani) — İtaliya aktrisası.
Arxa çantası
Bel çantası — arxa üstə geyilən bir növ çanta. Məktəb, turizm, səyahət, gediş və ya düşərgə üçün istifadə edilə bilər. Arxa çantalarının yüngül olanları tək çiyində də daşına bilinər.
Bazalt maqması
Maqma (yun. μάγμα — qatı yağ, xəmir) — Yer qabığında və ya yuxarı mantiyada, böyük olmayan dərinlikdə təbii halda yaranan, soyuduqda maqmatik dağ qayalarna çevrilən, silikat tərkibli, isti və maye ərintidir. Axan maqma lava adlanır. == Geomorfoloji termin == Maqma — (rus. магма, ing. maqma) Yerin dərinliyində əmələ gələn mürəkkəb, əksərən silikat tərkibli ərgin, qızğın kütlə. M. tərkibində oksigen, silisium, alüminium, dəmir, maqnezium, natrium və kaliumun üstünlük təşkil etdiyi çoxlu miqdarda kimyəvi elementlərin birləşmələrindən, bəzən bir neçə faizi uçan komponentlərdən (su, kükürd, hidrogen, ftor, xlor və s.) təşkil olmuş məhluldan ibarətdir. == Kimyəvi tərkibi == Maqmada demək olar ki, bütün kimyəvi elementlərə rast gəlinir, onların arasında: Si, Al, Fe, Са, Mg, К, Ti, Na, həmçinin müxtəlif uçan komponentlərə (karbon oksidi, kükürd, hidrogen, flüor, xlor və s.) və buxarşəkilli suya da rast gəlinir. Uçan komponentlər maqmanın kristallaşması zamanı müxtəlif minerallara daxil olur. Nadir hallarda qeyri-silikat tərkibli maqmatik ərintilər mövcud olur.
Bel çantası
Bel çantası — arxa üstə geyilən bir növ çanta. Məktəb, turizm, səyahət, gediş və ya düşərgə üçün istifadə edilə bilər. Arxa çantalarının yüngül olanları tək çiyində də daşına bilinər.
Devi lampası
Devi lampası— tor arakəsmənin içində qapalı alov fitili lampadan ibarət alışqan atmosferə malik yerlərdə istifadə olunan təhlükəsiz lampalardır. 1815-ci ildə Hemfri Devi tərəfindən kəşf olunub. Əvvəllər onun yanmasında bitki yağından istifadə edilib. Bu daş kömür mədənlərində metan və digər alışan qazların olmasına görə partlayış təhlükələrini azaltmaq üçün yaradıldı. Devi lampası barədə xəbərlər noyabrın 3-də 1815-ci ildə Nyukaslda Kral Cəmiyyətinin görüşdə açıqlanıb və lampanı əks etdirən sənəd formal olaraq Noyabrın 9-də təqdim olunub. Bu kəşf üçün, Devi Cəmiyyətin Rumford Medalına layiq görülmüşdür. Bu lampadan sınaq üçün ilk dəfə 9 yanvar 1816-cı ildə Hebburnda istifadə edilib.
Elektrik lampası
Elektrik lampası — elektrik enerjisi ilə qidalanan işıqlandırma avadanlığı. XIX əsrin sonuncu onilliyində ilk olaraq Avropada, daha sonra isə bütün dünyada istifadə edildi. Elektrik işıqlandırılması elm və texnikanın tarixində çox mühüm hadisələrdən biri olmaqla, həm də böyük və cürbəcür nəticələrə gətirdi. Lampanın bu formasını Thomas Edison icad edib və bu icad digər icadları qabaqlayaraq bütün dünyaya uğurla yayılıb. Həmin dövrdə iki tip: közərmə və qövs elektrik lampası yaradılmışdı. Onların iş prinsipi Volta qövsünə əsaslanırdı: əgər güclü cərəyan mənbəyinin qütblərinə qoşulmuş iki naqilin əks uclarını bir‐birinə toxundurub sonra bir neçə millimetr məsafəyə uzaqlaşdırsaq, bu naqillərin həmin (toxundurulub uzaqlaşdırılan) ucları arasında parlaq işıq saçan alov yaranar. Metal naqillər əvəzinə ucları itilənmiş (iynə şəklinə salınmış) iki kömür çubuq götürüldükdə bu hadisə daha gözəl və daha parlaq olar. Bu çubuqları tətbiq olunan gərginliyin kifayət qədər böyük qiymətlərində onların ucları arasında gözqamaşdırıcı şiddətə malik işıq əmələ gəlir.
Gecə lampası
Gecə lampası — qaranlıq otaqların və ya bəzən qaranlıq olan otaqların (məsələn, gecə) işıqlandırılması üçün istifadə olunan kiçik dekorativ çıraq. Gecə lampası otaqda oriyentasiyanı yüngülləşdirir, zədələrdən qoruyuraq; eyni zamanda, o, otaqda yatmış insanları narahat etmək üçün kifayət qədər parlaq deyil.
Hippokrat maskası
Hippokrat maskası (lat. facies Hippocratica) — qarın boşluğu orqanlarının ağır xəstəliyi, orqanizmin tükənməsi, xroniki yuxusuzluğun əlamətidir. Ölümün yaxınlaşdığını bildirən əlamətlərdən biri hesab olunur.Əsas əlamətləri: batıq gözlər,solmuş yanaqlar, soyuq tərlə örtülmüş göyümtül-solğun dəri.
Kədər maskası
Kədər maskası —— SSRİ-da siyasi repressiya qurbanı olanlara həsr olunmuş Maqadanda yerləşən memorial abidə. Nəzərdə tutulan "Kədər üçbucağı" abidələrindən birincisi. "Kədər üçbucağı"na aid olan ikinci abidə isə 2017-ci ildə Yekaterinburq ətrafında qoyulub. == Abidənin tarixi == 1990-cı ilin yayında ABŞ-də yaşayan heykəltaraş Ernst Neizvestnıy Maqadana gəlir. O özü ilə 1930–1950-ci illərdə stalin repressiyalarının qurbanlarının xatirəsinə həsr olunmuş abidənin eskizlərini gətirərək burada nümayiş etdirir. Nəzərdə tutulurdu ki heykəltaraş tərəfindən düşünülən "Kədər üçbucağı" (Maqadan, Vorkuta, Yekaterinburq) abidələrindən ilki Maqadanda ucaldılacaq. 23 iyul 1990-cı ildə Maqadan şəhər icraiyyə komitəsi Maqadanda Stalin repressiyaları qurbanlarına memorial abidənin ucaldılması ilə bağlı qərar verir. Memorialın mərkəzi abidəsi sol gözündən kiçik maskalar şəklində göz yaşı axan insan üzünə bənzədilib. Sağ göz isə dəmir barmaqlıqlı pəncərə formasında düzəldilib. Abidənin arxa tərəfində isə standart olmayan xaçın altında bürüncdən düzəldilmiş ağlayan qadın heykəli var.
Mannalı Aza
Aza — Manna dövlətinin ikinci hökmdarı, hökmdar İranzunun oğlu və Ullusununun qardaşı.Aza da atası İranzu kimi Assura meylli siyasət yürütmüşdü. Lakin, o, çox az hakimiyyət sürdü və tezliklə Urartu ilə ittifaq tərəfdarları tərəfindən məğlubiyyətə uğradı. Urartu ilə ittifaq bağlamış Manna canişinləri uişdişli Baqdatti və zikertulu Metatti Azanın əleyhinə çıxdılar. Aza öz dövləti ərazisində müdafiəyə çəkilməyə məcbur oldu. O, "çıxılmaz Uauş dağı"nda (Səhənd) möhkəmləndi, lakin düşmənlərini yənə bilmədi və öldürüldü. Azanın öldürülməsindən qəzəblənən Assur hökmdarı II Sarqon qatilləri cəzalandırmaq üçün e.ə. 716-cı ildə Mannaya yürüş etdi. Bu haqqda Dur Şarukkin (Xorsabad) sarayının V zalındakı divar yazısında deyilir: "...Hakimiyyətimin altıncı ilində Urartulu Ursa, Mannalılar ölkəsinin canişinləri Uişdişli Baq [dattini və] Zikertulu [Metattini] Şarrukinin (Assuriyalı) və hökmdarlarının oğlu Azanın əleyhinə qaldırdı və [....] Mannalılar ölkəsində qiyam edib, sıldırım Ua[uş] dağında öz hökmdarları Azanın meyitini atdılar. Manna ölkəsinin intiqamını almaq və onu Assuriyanın tabeliyinə qaytarmaq üçün Aşşura, mənim ağama əllərimi ucaltdım və Uauş dağında, Azanın meyitinin atıldığı yerdə Baqdattinin dərisini soydum və Mannalılara göstərdim. Ullusununu, onun (Azanın) qardaşını taxta əyləşdirdilər, mən də ona bütün [....] Mannalılar ölkəsini tabe etdim." Aza — Manna dövlətinin ikinci hökmdarı, hökmdar İranzunun oğlu və Ullusununun qardaşı.Aza da atası İranzu kimi Assura meylli siyasət yürütmüşdü.
Minbaşı bələdiyyəsi
Sabirabad bələdiyyələri — Sabirabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Polşa markası
Polşa markası (pol. marka polska) — 1917–1924-cü illərdə Polşa və 1921–1922-ci illərdə Mərkəzi Litvanın pul vahidi. 100 fenigə (pol. fenig) bölünürdü. 1917-ci ildən Polşa Borc Kassası, daha sonra Polşa Xəzinəsinin Emissiya Ofisi tərəfindən buraxılırdı. == Tarixi == Birinci Dünya müharibəsinin 1914 və 1915-ci il yürüşləri zamanı Rusiya imperiyasının tərkibində olan Polşa çarlığının ərazisi Almaniya və Avstriya-Macarıstan qoşunları tərəfindən işğal edildi. 1915-ci ildə işğal olunmuş əraziləri idarə etmək üçün Varşava General-Qubernatorluğu yaradıldı. 1916-cı ildə alman höküməti ostrubl adlı işğal pulunu buraxmağa başladı. General-qubernatorluğunun ərazisində ostrubl şərq bölgələrində istifadə olunurdu. 1917-ci ildə yeni işğal valyutası olan Polşa markasının buraxılışı başladıldı.