Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mərnə (Urmiya)
Mərnə (fars. مرنه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 397 nəfər yaşayır (58 ailə).
Anni Erno
Anni Erno, (fr. Annie Ernaux; 1 sentyabr 1940[…], Lilbon[d], Fransa) — Fransalı yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2022). == Həyatı == Anni Erno 1940-cı il sentyabrın 1-də Fransanın Lilbon şəhərində anadan olub. O, Ruan Universitetini bitirdikdən sonra orta məktəbdə ədəbiyyat fənnini tədris edib. == Yaradıcılığı == Anni Erno "Boş rəflər" (fr. "Armoires vides") adlı ilk romanından etibarən şəxsi təcrübə və sosial tarixlə birləşən elementləri ortaya qoymağa başlayıb. O, təkmilləşmə, evlənmə, qadın azadlığı, cinsəllik, abort, xəstəlik, qocalıq və ölüm kimi məsələləri öz təcrübələri ilə nəql edib, əsərlərinin arxa planında daima ictimai həyat və onu təşkil edən mədəni, siyasi və tarixi hadisələrə yer verib. Onun yaradıcılığı "sosial yaddaş ədəbiyyatı" olaraq təsvir edilə bilər. Ədəbi fəaliyyətə 1974-cü ildə "Boş rəflər" adlı avtobioqrafik romanla başlayıb. Bu roman müəllifin sonrakı yaradıcılığına da təsirsiz ötüşməyib.
Erno Oşvat
Erno Oşvat (mac. Osvát Ernő; 7 aprel 1877 – 28 oktyabr 1929, Budapeşt) — Macarıstan yazıçısı, redaktoru. == Həyatı == İlk əsəri 1897-ci ildə Esti Újság adlı macar qəzetində nəşr olundu. 1902-ci ildə Magyar Géniusz qəzetinin redaktoru oldu və onu bir milliyyətçi nəşrdən müasir macar ədəbiyyatının beşiyinə çevirdi. Daha sonra 20-ci əsrin əvvəllərində ən mühüm Macarıstan ədəbi jurnalının Nyuqat jurnalının təsisçi redaktoru oldu. 1929-cu ildə intihar etdi.
Ernö Rubik
Ernö Rubik və ya Rubik Ernö (mac. Ernő Rubik, 13 iyul 1944[…], Budapeşt) – macar mühəndis, heykəltaraş. O, Rubik kubu da daxil olmaqla, Rubik sehiri, Rubik ilanı kimi mexaniki tapmacaların kəşfi ilə məşhurdur. == Həyatı == Ernö Rubik 1944-cü il iyul ayının 13-də Macarıstanın paytaxtı Budapeştdə anadan olmuşdur. Atası mexanik və təyyarə mühəndisi, anası isə yazıçı idi. Bu səbəbdən o, ailədən gələn ənənələrə sadiq qalaraq əvvəl memarlıq və mühəndis, daha sonra sənət memarlığı , heykəltaraşlıq təhsili almışdır. 1958-1962-ci illərdə Budapeşt İncəsənət məktəbində heykəltaraşlıq ixtisasına yiyələndikdən sonra, 1962-1967-ci illərdə Budapeşt Texnologiya Universitetində dərs almağa başladı. 1967-ci ildə Macarıstan Tətbiqi İncəsənət Universitetinin “interyer və dizayn” fakülətsinə daxil oldu. == Karyerası == 1971-1975-ci illərdə memar olaraq fəaliyyət göstərmişdir. Daha sonra Budapeşt Tətbiqi İncəsənət Universitetinin professoru oldu.
Mak-Merdo vadisi
Mak-Merdo (quru, quraqlıq) vadiləri (ing. Dry Valleys) — Mak-Merdo boğazından qərbdə Antarktidadakı Viktoriya Torpağlarında Antarktika vahələrinin (Viktoriya, Rayt, Teylor) qarsız vadiləri. Bu, Antarktidadakı ən böyük (təxminən 8 min km²) buzsuz ərazidir.. 320 km / s sürətə çatan katabatik küləklər (yer üzündə ən yüksək külək sürəti) nəmin buxarlanmasına səbəb olur. Bunun sayəsində vadilər təxminən 8 milyon ildir praktik olaraq buz və qardan azaddırlar, bu, geoloji və digər tədqiqatların aparılmasını asanlaşdırır. Antarktika haqqında konvensiyaya görə, Mak-Murdo quru vadiləri xüsusi mühafizə olunan bölgələr olaraq təyin edilmişdir. Quru vadilər Mars planetinin təbii şərtlərinə o qədər yaxındır ki, NASA orada Vikinq proqramının sınaqlarını da keçirdi. Buz və qar olmamasına baxmayaraq, canlı aləm dünya buz qitəsinin qalan hissələrindən daha kasıbdır. Daha nəmli yerlərdə qayalarda endolitik bitkilər aşkar edilmişdir. Taylor buzlağında Antarktidanın görməli yerlərindən biri — görünüşünü metabolizması dəmir və kükürdün işlənməsinə əsaslanan anaerob bakteriyaların fəaliyyətinə borclu olan Qanlı şəlaləsidir.
Mak-Merdo (Antarktika stansiyası)
Mak-Merdo (ing. McMurdo) — Antarktida ərazisində yerləşən yaşayış məntəqəsi, liman və araşdırma mərkəzi. Stansiya ABŞ Antarktika proqramına mənsub olsada digər dövlətlərin araşdırma proqramlarını da həyata keçirir. Ross şelf buzlağının kənarında qərarlaşır. Stansiya Yeni Zelandiyanın ərazi iddiası irəli sürdüyü bölgədə yerləşir. Stansiyadan Yeni Zelandiyaya məsafə 3500 km, Skott stansiyasına olan məsafə isə 5 km-dir. Yayda əhalisinin sayı 1 258 nəfər (1996-cı il), qışda isə 150 nəfər (1999 il) təşkil edir. Ancaq hazırda stabsiyada 1300 nəfər yaşayır == Xüsusiyyətləri == Stansiya yaxınlığında Robert Skottun düşərgəsi yerləşir. 1902-ci ildən Antarktidanın paytaxtı rolunu oynayır. Hazırda stansiya müasir elmi mərkəzdir.
Mak-Merdo şelf buzlağı
Mak-Merdo şelf buzlağı — Ross şelf buzlağının tərkib hissəsini təşkil edən, Mak-Merdo boğazı və Ross adasının şimalında yerləşən buzlaq. Aparılan araşdırmalar Ross şelf buzlağının bu hissəsinin tap fərqli xüsusiyyətə malik olduğu göstərmişdir. Bu isə buzlağa müstəqil ad verilməsini mümkün edir. Buzlağı 1962-63-cü illərdə araşdıran A. Heyn buzlağın sərhədləri Ross adasından götürməyi təklif etmişdir. Ancaq Antarktidanın ad məsələləri üzrə kosultasiya komitəsi (US-ACAN) məsələyə baxmış və sərhədin Minndən başlamasını qeydə almışdır.
Meron (Yuxarı Provans Alpları)
Meron (fr. Meyronnes, oks. Maironas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barselonnet kantonuna daxildir. Kommunanın dairəsi — Barselonnet. INSEE kodu — 04120. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 77 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 51 yaşda (15-64 yaş arasında) 36 nəfər iqtisadi cəhətdən, 15 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70,6%, 1999-cu ildə 78.1%). Fəal olan 36 nəfərdən 33 nəfər (16 kişi və 17 qadın), 3 nəfər işsiz (2 kişi və 1 qadın) idi.
Mak-Merdo — Cənub qütbü şossesi
Mak-Merdo — Cənub qütbü şosesi (ing. McMurdo-South Pole highway) — Antarktidada yerləşən və uzunluğu 1450 km olan, Amerikaya məxsus olan Mak-Merdo və Amundsen-Skott stansiyaları arasında yerləşir. Yol qarın müəyyən yerlədə kürüdülməsi yolu ilə çəkilmişdir. Hazırda məsafəni sürücülər qaz yerişi ilə maşınlarla 10 günə qət edirlər. Vaqonlar xüsusi xizəklərdə hərəkət edir. Bu vaqonlarda ayaq yolu və yataq otağı vardır. Yolla bağlı tikinti işləri 2002-ci ilin sonları başlamışdır. Tikinti işləri 2006-cı ilin yayında başa çatmışdır. Mak-Merdo şelf buzlağı və Antarktida platosu düzən olduğundan 48 kilometrlik mədafə qısa vaxt ərzində inşa edilmişdir. Hündürlüyü 2000 metr olan sahələrdə çətinliklər yaranmışdır.
Berzo San Fermo
Berzo San Fermo (it. Berzo San Fermo) İtaliyada kommuna. Lombardiya bölgəsinin Berqamo vilayətində yerləşir. Əhalisi 1227 nəfərdir (2008), əhalinin sıxlığı 212 nəfər / km²-dir. Sahəsi 6 km² ərazini əhatə edir. Poçt kodu — 24060. Telefon kodu — 035. Kommunanın himayədarı müqəddəs San Fermo e San Rustico di Veronadır.
Ameno
Ameno – Eric Levinin Era musiqi layihəsi adından çıxardığı debüt albomu olan Era albomundan olan ilk rəsmi sinql. Sinql arada bir il fərqlə üç ölkədə satışa çıxarılmışdır. Mahnıya həmçinin klip də çəkilmişdir. Mahnının musiqisi Eric Leviyə məxsusdur, mahnı uydurma dildə - psevdo-latın dilində yazılmışdır. Yəni, sözlər fonetik cəhətdən latın dilinə bənzəyir, lakin əslində heç bir məna kəsb etmir.
Bernh.
İohann Yakob Bernhardi (ing. Johann Jakob Bernhardi; 1 sentyabr 1774; 13 may 1850) – Alman həkimi və botaniki. == Əsərləri == Catalogus plantarum horti Erfurtensis, 1799. Systematisches Verzeichnis der Pflanzen, welche in der Gegend um Erfurt gefunden werden, 1800. Anleitung zu Kenntnis der Pflanzen, 1804. Beobachtungen über Pflanzengefäße, 1805. Ueber den Begriff der Pflanzenart und seine Anwendung, 1835.
Berni
Berni (fr. Bernie) rejissor Alber Düpontelin 1996-ci ildə çəkdiyi faciəvi komediyadır. == Məzmun == Berni 30 yaşlı yetim oğlandır. Günlərin bir günü o ata və anasını axtarıb tapmaq qərarına gəlir. Lakin bu axtarışlar ona baha oturur. Xüsusilə atasını tapdıqdan sonra onunla birlikdə anasının yeni ailəsinin bütün üzvlərini amansızcasına qətlə yetirərək, anasını atasının köməyi ilə qaçırır. Bu da daha böyük faciəyə gətirib çıxarır. Filmin yaradıcıları "məcburi xoşbəxtlik olmaz" deyimini kinematoqrafik dillə izah etməyə çalışmışlar. Əlbəttə bu məcburiyyət digərlərinin bəlasına səbəb olur və qəhrəman yavaş-yavaş məhvə doğru addımlayır.
Derna
Derna (ərəb. درنة‎) – Liviyanın şimalında, Aralıq dənizin sahilində yerləşən liman şəhəri. Tarixən ərəb dövlətlərinin paytaxtı rolunu oynamış Derna hər zaman mühüm liman şəhəri kimi tanınmışdır. Hələ ellinizm mədəniyyəti zamanında aktiv liman funksiyasını yerinə yetirən Dernada 1850-ci ildə 4.500 yaxın əhali yaşamaqda idi. Günümüzdə Derna bölgəsinin mərkəzi olan şəhər hal-hazırda İraq Şam İslam Dövlətinə bağlı terror birləşmələrinin nəzarəti altındadır. Sinay yarımadasında aktiv olan terror qrupları şəhəri ələ keçirdikdən sonra İraq Şam İslam Dövlətinə bağlılıq andı içərək şəhəri terror təşkilatının nəzarəti altına qatıblar.
Heron
Heron (təq. 10, İsgəndəriyyə, Roma Misiri[d] – təq. 75, İsgəndəriyyə, Roma Misiri[d]) – bizim eranın əvvəlində (I əsr) İsgəndəriyyədə yaşamış, öz dövrünün ən məşhur mühəndisilərindən biri, yunan riyaziyyatçısı və mexaniki. == Həyatı == Heronun tərcümeyi halı üzün müddət müəmmalı olaraq qalmışdır. Əsərlərində özünü "Heron Ktesibiu" adlandırması tarixçilər arasında çaşqınlığa səbəb olmuşdur. Tərcümədə "Heron Ktesibios oğlu" alınması onun məşhur alim, bizim eranın III əsrində yaşamış Ktesibiosun oğlu olmasına şübhə yaratmışdır. Heron öz başqa əsərlərində ayın üzünün tutulmasından yazır ki, bu da onun bizim eranın əvvəlində yaşamasına dəlalət edir. Çünki ayın üzünün tutulması hesablamalara görə bizim eranın əvvəlində, 62-ci il martın 12-də baş vermişdir. Onun Ktesibiosun oğlu olması qaranlıq qalmaqdadır. Tarixçilər güman edirlər ki, onun atasının adı sadəcə olaraq "Ktesibios" olmuşdur.
Lernu!
Lernu! (və ya lernu.net) — esperanto dilini öyrənmək üçün beynəlxalq, pulsuz sayt. Saytda esperanto dili uzrə informasiya, çoxlu sayda kitab və dərsliklər var. Bundan başqa interaktiv təlimlər və imtahanlar, fleş-oyunlar, esperanto dilində hekayələr, qısa filmlərlə tanış olmaq, forumda müzakirələrə qoşulmaq olar. "Lernu" sözu esperanto dilindən "öyrən" kimi tərcümə olunur. Saytın Azərbaycan dilində versiyası da fəaliyyət göstərir. == Xarici keçidlər == (ru) Lernu!
Leryo
Leryö (fr. Leyrieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Riv kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38210. Kommunanın 1999-cu il üçün əhalisi 643 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 32 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Mareo
Mareo— Bolzanonun təxminən 50 kilometr şimal-şərqində yerləşən, Şimali İtaliyada Cənubi Tirolda yerləşən bir bələdiyyə. == Coğrafiyası == 30 noyabr 2010-cu il tarixinə əsasən ərazinin əhalisi 2,911 nəfər və sahəsi 161,6 kvadrat kilometr (62,4 km²) idi. Mareo aşağıdakı şəhərlərlə sərhədlənir: Badia, Pragz, Brunek, Kortina d'Ampezzo, La Val, Lüsen, St. Lorenzen, San Martin de Tor və Olang.
İerro
İerro (isp. El-Hierro) — Kanar adalarında, Atlantik okeanda, Afrika materikinin şimal-şərq sahillərində yerləşən ada. O, adalar qrupunun yeddi böyük adalarından biri olub ən qərbdə, La Palma adasının cənubunda və La Qomera adasının cənub-qərbində yerləşir. == Etimologiya == Kanar adalarının yeddi böyük adasından biri olan İerronun əvvəlki adı Ferro olmuşdur. Belə ki, oykonimin mənası ingilis dilində iron, latın dilində ferrum, portuqal dilində ferro, qalis dilində ferro, fransız dilində fer, ispan dilində hierro kimi səslənən dəmir deməkdir. XVIII əsrdən etibarən adaya portuqlca Ferro, fransızca L'île de Fer, latınca Insula Ferri adları verilmişdir. == Coğrafiya == İerro vulkanik mənşəli adadır. Sahəsi 278 km²–dir. Ən yüksək nöqtəsi Palpaso olub 1.501 metr təşkil edir. Adanın vulkanları aktivdir.
Averno
Averno (it. Lago d'Averno) İtaliyada, Kampaniyada göl. Təxminən 2 kilometr (1.2 mil) enində və təxminən 60 metr (200 ft) dərinliyində, demək olar ki, yuvarlaq bir vulkanik kraterdir. Neapol yaxınlığında, Pottsuolidən 4 kilometr (2.5 mil) şimal-qərbdə yerləşir. Gölün yaxınlığında eramızdan əvvəl İtaliya materikindəki ilk yunan koloniyası olan, VIII əsrdə salınmış Kumı şəhəri yerləşirdi. O vaxtdan bəri göl və onun yanındakı mağara Aidin girişlərindən biri hesab olunurdu. Böyük Pyotrun hakimiyyəti dövründə dövlət xadimi və diplomat olmuş Pyotr Tolstoy "Ölü dəniz" adlanan bir gölü təsvir etmişdir.
Antuan Kurno
Antuan Ogüsten Kurno (fr. Antoine Augustin Cournot; 28 avqust 1801[…], Qre[d] – 31 mart 1877[…], Paris) — Fransa filosofu və riyaziyyatçısı. İqtisadi nəzəriyyənin inkişafında böyük töhfələri olmuşdur. == Həyatı == Antuan Ogüsten Kurno Yuxarı Sonada dünyaya gəlmişdir. 1821-ci ildə dövrünün nüfuzlu təhsil müəssisələrindən biri olan Paris Ali Normal Məktəbinə qəbul olur. Sanmoya görə, Sonralar Kurno riyaziyyat üzrə professor kimi uzun müddət fəaliyyət göstərir və Dijon Akademiyasının rektoru təyin edilir. 1877-ci ildə vəfat etmişdir. Ömrünün son illərində Kurno, demək olar ki, kor idi. == Fəaliyyəti == === İqtisadiyyat === Kurnonun əsas təhsili riyaziyyat üzrə olsa da, iqtisadi nəzəriyyəyə də öz töhfəsini vermişdir. Onun monopoliyalar və duopoliyalar haqqında nəzəriyyələri hələ də öz aktuallığını qoruyub saxlayır.
Baş Gərni
Baş Gərni — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 32 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Kənd Gərni çayının mənbəyində salınmışdır. Toponim türk dilində «çayın mənbəyi» mənasında işlənən baş sözü ilə urartu dilində «qala» mənasında işlənən gərini (gərni) sözü əsasında formalaşmışdır. Relyef əsasında əmələ gələn toponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Gərni qoyulmuşdur.
Bernd Drexsel
Bernd Drexsel (28 Oktyabr 1953 – 21 Yanvar 2017) — 1972 Yay Olimpiya Oyunlarında iştirak edən Almaniyalı güləşçi. Drexsel Almaniyanın Karl-Marks-Stad şəhərində anadan olmuşdur.
Bernd Leno
Bernd Leno (4 mart 1992-ci ildə anadan olub) — EPL təmsilçilərindən olan Arsenal klubunda və Almaniya milli futbol komandasında qapıçı kimi çıxış edən peşəkar Almaniya futbolçusudur.
Berni Sanders
Bernard "Berni" Sanders (ing. Bernard "Bernie" Sanders; 8 sentyabr 1941[…], Bruklin, Nyu-York ştatı, ABŞ[…]) — ABŞ siyasətçisi, solçu ictimai xadimi, 2007-ci ildən Vermont ştatından seçilmiş senator. Sanders ABŞ Konqresi tarixində ən uzun müddət fəaliyyət göstərən müstəqil konqresmendir. 2013–2015-ci illər arasında Senatın Veteranların işi üzrə komitəsinin sədri olub. 1981–1989-cu illər arasında Vermont, Berlinqton kimi böyük şəhərlərin meri, 1991–2007-ci illər arasında isə ABŞ Nümayəndələr Palatasının üzvü olub. Senatda komitələr formalaşdırılanda Demokrat partiyasına qoşulur, Proqressiv Konqressmenlər Forumuna daxildir.(ing. Congressional Progressive Caucus) Özünü demokratik sosialist (ABŞ senatorları arasında yeganədir) və amerikan proqressivizminin, "Yeni xəttin" nümayəndəsi kimi təqdim edir. Skandinav modeli sosial-demokratiyanın tərəfdarıdır. İşçi və orta təbəqənin maraqlarının müdafiəçisi kimi çıxış edir. Korporasiyaların və Uoll-Stritin təsirlərinə, sosial ədalətsizliyə, əmlak bərabərsizliyinə, varlılar və kasıblar arasında olan kəskin fərqə və polis zorakılığına qarşı çıxır.
Bernt Brendemoen
Bernt Brendemoen (10 yanvar 1949, Oslo – 9 mart 2024) — görkəmli Norveç türkoloqu, dilçi, ədəbiyyatşünas, tərcüməçi. == Həyatı və fəaliyyəti == Bernt Brendemoen 1949-cu ildə Norveçin paytaxtı Oslo şəhərində anadan olub. Orta təhsilini doğulduğu şəhərdə alıb. Oslo Universitetinin yunan və latın (1969–1973) dilləri bölünümü bitirib. İstanbul Universitetində (1974–1976) və Oslo Universitetində (1976–1977) türkologiya üzrə təhsil alıb. 1977-ci ildə Oslo Universitetində Türk dilçiliyi üzrə magistr dərəcəsinə yiyələnib. 1977-ci ilin payızında təhsil almaq üçün Qahirəyə getmiş, lakin bu niyyətini gerçəkləşdirə bilməmişdir. Daha sonra 1977–1981-ci illərdə Oslo Universitetində elmi tədqiqatla məşğul olmuşdur. 1982-ci ildə türk dili tərcüməçisi kimi çalışmışdır. 1978–1979-cu illərdə Türkiyənin Qara dəniz sahilindəki Trabzon bölgəsini dialektləri ilə bağlı araşdırmalar aparmışdır.
Bernt Nilsson
Bernt Nilsson (22 avqust 1939, Göteborq) — İsveçli keçmiş üzgüçü. Bernt Nilsson İsveçi 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Bernt Nilsson birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 200 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 2:45.7 saniyəlik nəticəsi ilə öz cığırında 4-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Breno (En)
Breno (fr. Brénod) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Breno kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01060. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 544 nəfər təşkil edirdi. == Həmçinin bax == Fransa rayonlarının siyahısı == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Breno (En) ilə əlaqəli mediafayllar var.
Breno (kanton)
Breno (fr. Brénod) — Fransada kanton, Rona-Alplar regionunda yerləşir. Departamenti — En. Nantyua dairəsinə daxildir. Kantonun əhalisi 2006-cı ildə 3576 nəfər təşkil edirdi. Kodu — 0106. Breno kantonuna 12 kommun daxildir və bunlardan əsas Breno kommunası hesab edilir. == Kantonun kommunları == Breno — əhalisi 511 nəf. Vyo-d'İznav — əhalisi 651 nəf. Le-Petit-Aberjman — əhalisi 141 nəf.