MƏRƏX’

(Başkeçid, Borçalı, Cəbrayıl, Çənbərək, Hamamlı, Qazax, Zəngilan, Zərdab)
bax mənəx’ (1-ci məna). – Mərəyin içi çox isdidi (Zərdab); – Samanı mərəyə yığıram (Hamamlı); – Mən mərəx’dən iki səvət saman gətdim inəyə (Borçalı); – Mərəyə yazda qurd qoyurux (Zəngilan); – Samanı mərə: yığırıx kın, xarav olmasın; – Qamışdan mərəx’ tix’di Noyruz, boyl samanı içinə yığdı (Çənbərək); – Samanı, ələfi yığmışam mərəyə (Hamamlı)
MƏRƏD
MƏRƏKƏ