Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Billiard topulqası
Billiard topulqası (lat. Spiraea × billardii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü. == Təbii yayılması == Amerika, Şimali Avropa və Asiyanın ərazisində yayılmışdır. == Botaniki təsviri == Yarpaqların rəngi zəngin palitraya malikdir: zərif yaşıldan gümüşüyə, payız dövründə isə sarı çalarlardan bənövşəyi və al qırmızıyadək dəyişir. Təbii formaları topulqaya şar, kaskad və ya piramida, sallaq və ya sürünən görünüş verir. Topulqanın çiçəkləri xırda və gözəldir. Onlar çoxsaylı süpürgəvari, qalxanvari, sünbülvari və ya piramidal çiçək qrupları ilə açılır. == Ekologiyası == Çöl və dağ bitkisi hesab edilir. Qış şəraitinə, tüstüyə, qaza davamlıdır. == Azərbaycanda yayılması == Mədəni şəraitdə becərilir.
Millard Fillmor
Millard Fillmor (ing. Millard Fillmore; 7 yanvar 1800[…] – 8 mart 1874[…], Buffalo, Nyu-York ştatı ) — Amerika Birləşmiş Ştatlarının 13-cü prezidenti (1850-1853) və 12-ci vitse-prezidenti (1849-1850). Zakari Teylor vəfat edən günün səhəri, 1850-ci il iyunun 10-da vitse-prezident Millard Fillmor prezident səlahiyyətlərinin icrasına başladı. Sələfindən fərqli olaraq uzunmüddətli siyasi təcrübəyə malik Fillmor ənənəvi yolla çətin ki, prezident seçilərdi. Viqlər partiyasının liderləri ilə sıx əməkdaşlıq edərək daxili və xarici siyasətdə bəzi uğurlar qazanmasına baxmayaraq onun ikinci müddətə prezident seçilməsi üçün heç bir şansı olmamışdır. Fillmor 1856-cı il prezident seçkilərində iştirak etsə də uğur qazana bilməmişdir. == Erkən həyatı == Millard Fillmor 7 yanvar 1800-cü ildə kasıb fermer ailəsində dünyaya gəlib. Gələcək prezidentin ağır uşaqlıq dövrü atasına məxsus fermada keçib. Təsərrüfat işlərində ailəyə kömək etməsi səbəbindən ildə iki-üç ay təhsil ala bilib. Çətin fermerlik həyatının bəhrəsizliyini görən ailə başçısı övladlarına heç olmasa yaxşı sənət öyrətməyi qərara alır.
Millard Filmor

Miltiad
Miltiad (q.yun. Μιλτιάδης; təq. e.ə. 554, Afina – e.ə. 489, Afina) — Afina dövlət xadimi, Yunan-İran müharibələri (e.ə. 500 – e.ə. 449-cu illər) zamanı sərkərdə, Frakiya Xersonesosun tiranı (təxminən e.ə. 520—e.ə. 493-cü illər), sərkərdə Kimonun atası. Miltiad qədim zadəgan nəslindən idi.
Milyard
1.000.000.000 (bir milyard) — 999.999.999-dan üstün, 1.000.000.000.000-dən əvvəlki təbii say. Elmi yazılarda 109 kimi yazılır. Cənubi Asiya ölkələrində ingiliscə ona 100 kurur (crore) deyilir. Milyard termini 1.000.000.000i rəqəmini ifadə etmək üçün istifadə edilə bilər. SI Giga prefiksi bu ədədi + 1.000.000.000 dəfə baza bölməni göstərir.
Achillea milliana
Achillea milliana (lat. Achillea milliana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin boymadərən cinsinə aid bitki növü.
Death Billiards
Death Parade (yaponca: デス・パレード, Hepbörn: Desu Parēdo) — Yuzuru Taçikava tərəfindən yaradılan, Madhouse istehsalı, 2015-ci ildə çıxan anime serialı. O, əvvəldən Madhouse tərəfindən Cavan Cizgiçilər Öyrənmə Layihəsi üçün çəkilən və 2013-cü ilin martın 2-də çıxan Death Billiards (デス・ビリヤード, Desu Biriyādo) adlı qısametrjı animesinin əsasında yaradılıb. == Məzmun == Yer üzündə iki nəfər eyni zamanda ölən zaman, onlar hakim olan barmenlərin sirli barlarına göndərilir. Onlar orada həyatlarının aslı olduğu "Ölüm Oyunları"nda iştirak etməlidir. Oyunların nəticələri onların vəziyyətinin sirrini və onların taleyinin gələcəyini açığlayır. Hakimlər onları mühakimə etdikdən sonra, insanlar ya reinkarnasiya, ya da boşluqa sürgün olunur.
Culiya Gillard
Culiya Qillard (ing. Julia Gillard) — Avstraliyanın ilk qadın baş naziri. == Həyatı == Avstraliyanın baş naziri Culia Qillard Böyük Britaniyada şaxtaçı ailəsində anadan olub. Uşaqlıqdan bronxnevmaniyadan əziyyət çəkən Culiyaya həkimlər sağalması üçün isti iqlimi məsləhət görürlər və bu səbəbdən ailəsi Avstraliyaya köçür. Təhsilini Adelaida Universitetində alır, sonradan Melburn Universitetinə köçürülür və orada 1983-cü ildə Avstraliya tələbələri ittifaqının sədri seçilir. Hüquq ixtisasına yiyələnən Culia 1987-ci ildə hüquq firması olan "Slater and Gordon"da işləməyə başlayır. 1990-cı ildə 29 yaşında firmanın partnyoru olur. 1998-də Avstraliya nümayəndələr palatasına deputat seçilir. 2007-ci ildə parlament seçkilərində partiyaları qalib gələndən sonra Qillard baş nazirin müavini olur. 2010-cu il iyununun 24-də o Avstraliyanın yeni baş naziri təyin olunur.
Culiya Qillard

Georgi Millyar
Georgi Millyar (rus. Гео́ргий Фра́нцевич Милля́р; d. 7 noyabr 1903, Moskva, Rusiya – ö. 4 iyun 1993, Moskva, Rusiya) — mahir ifaçısı, məşhur teatr və kino aktyoru, Rusiyanın Xalq artisti. == Həyatı və fəaliyyəti == Georgi Millyar 7 noyabr 1903-cü ildə Moskva şəhərində anadan olmuşdur.Atası fransalı körpü-tikinti mühəndisi Franst de Milyon işlə əlaqədar Rusiyaya gəlmiş və İrkutsk şəhərinin qızıl mədənində bir mühəndisin qızı onun gələcək anası ilə tanış olmuşdu. Georginin 3 yaşı olanda atası rəhmətə getmişdi. Buna baxmayaraq, onlar çox yaxşı yaşayıblar, iki yerdə mənzilləri, bağ evləri olub. Xalası aktrisa olduğundan Georgini tez-tez teatra apararmış. Beləcə onda uşaqlıqdan sənətə məhəbbət yaranıb. Georgi evə gələn qonaqlara kiçik səhnəciklər göstərərdi.1917-ci ildə Rusiyada inqilab başlayanda anası onu Krasnodar diyarının Gelincik qəsəbəsinə - babasının yanına göndərir və o, beş il orada yaşayır.
Miltiad (böyük)
Miltiad (q.yun. Μιλτιάδης; e. ə. VI əsr, Afina – e. ə. VI əsr, Gelibolu yarımadası, Mərmərə regionu) — Frakiya Xersonesosun tiranı və eyniadlı şəhərin banisi. == Həyatı == Miltiad Afinada ən nüfuzlu sülalələrindən biri Filaidlər sülaləsindən idi. Onun atası Kipsel idi. E.ə. 559-cu ildə Afinada Pisistratın tiranlığı başlayanda, o, Frakiya Xersonesosun sakinlərinin çağırışına cavab verdi və şimaldan hücum edən düşmənə qarşı müharibədə müdafiə komandanlığını ələ aldı.
Miltiad (dəqiqləşdirmə)
Böyük Miltiad (q.yun. Μιλτιάδης) — Frakiya Xersonesosun tiranı və eyniadlı şəhərin banisi. Kiçik Miltiad (q.yun. Μιλτιάδης) — əvvəlkinin qohumu, e.ə. 490-cı ildə Marafon döyüşündə farsları məğlub edən Afinalı sərkərdə Miltiad (Roma papası) (lat. Miltiades) — 311-ci il iyunun 2-dən 314-cü il 11 yanvar ayına qədər Roma papası olmuşdur.
Qızıl milyard
Qızıl milyard (rus. золотой миллиард, ing. Golden billion) — qeyri-müəyyən (müəyyən edilməmiş) elitaların sərvət toplamaq və adi insanların həyatını məhv etmək üçün iplər çəkdiyi bir sui-qəsd nəzəriyyəsidir.
Panthera pardus millardi
Hindistan bəbiri (lat. Panthera pardus fusca) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Cozayya Uillard Gibbs
'Cozayya Uillard Gibbs (d. 11 fevral, 1839 – ö. 28 aprel, 1903) — amerikan fiziki. Termodinamikanın və statik mexanikanın banilərindən biri. Jelsk universitetinin professoru olub (1871). Termodinamik sistemlərin tədqiqi üçün qrafik üsulları inkişaf etdirmiş, üçölçülü diaqramlar vermiş, maddənin həcmi, enerjisi və entropiyası arasındakı asılılığı müəyyənləşdirmiş, termodinamik potensiallar nəzəriyyəsini işləyib hazırlamış, fazalar qaydasını isbat etmiş səth hadisələrinin və elektrokimyəvi proseslərin termodinamikasını yaratmışdır. Gibbs entropiya prinsipini tamalamış, termodinamikanın ikinci qanununu bir sıra prosesə tətbiq etmişdir.Onun verdiyi heterogen tarazlıq nəzəriyyəsi elmdə mühüm yer tutur. Gibbsin işləyib hazırladığı statistik üsul maddənin halını xarakterizə edən termodinamik funksiyaları almağa imkan verir. O, həmçinin vektor hesabının banilərindən biri sayılır.
Miltiad (Roma papası)
Miltiad (Melxiad) (lat. Miltiades; bilinmir, Roma – 11 yanvar 314, Roma, Roma imperiyası) — 2 iyul 311-ci ildən 11 yanvar 314-cü ilədək Roma yepiskopu. == Mənşəyi == Liber Pontificalis-ə görə, Miltiad afrikalı idi, Şimali Afrika mühaciri hesab olunur, daha dəqiq Berbera mənşəli ola bilərdi, baxmayaraq ki alim Riçard P. MakBrayn onun Romalı olduğunu iddia edir. == Pontifikat == Onun seçilməsi Sede Vacante dövrünün sona çatması ilə qeyd olunur; dövr İmperator Maksentsinin papa Yevsevini Siciliyaya sürgün etməsindən az bir müddətdən sonra, 17 avqust 310-cu il (bəzi mənbələrə görə 309) tarixində Yevsevinin vəfatı ilə başladı Miltiadın pontifikasiyası zamanı, 312-ci il oktyabr ayında I Konstantin Maksentsi məğlub edərək Romaya nəzarəti ələ keçirdi. Konstantin Lateran sarayını papaya təqdim etdi və bura papanın iqamətgahı və kilsənin hökumət mərkəzi oldu. 313-cü ilin əvvəlində Konstantin və onun hakimiyyət şəriki Lisini Milanda razılaşma əldə edərək, xristianlar və digər dinlərin nümayəndələri üçün din azadlığı və kilsə əmlakının bərpasını elan edən Milan ediktini (fərman) hazırladılar. == Vəfatı == Daha sonra, 313-cü ildə Miltiad Karfagenli Setsiliana bəraət verən və donatistləri qınayan Romada Lateran yığıncağına sədrlik etdi. O, Arelat yığıncağına dəvət olunsa da, keçirilməzdən əvvəl öldü. == İrsi == 5-ci əsrdən bəri hazırlanan Liber Pontificalis əsərində Miltiadın bir neçə yeni qanun tətbiq etdiyi yazılıb, o cümlədən cümə axşamı və bazar günlərində oruc tutmamaq adəti. 13-cü əsrdə müqəddəs Melxiad bayramı yanlış "məzlum" xülasəsi ilə "Baş Roma təqvimi"nə" əlavə olunmuşdur, qeyd olunduğu gün 10 dekabr oldu.
Uillard van Orman Kuayn
Willard Van Orman Quine — (d.25 iyun 1908 - ö. 25 dekabr2000), Məntiqin əsasları və xüsusilə də semantik istiqamətləriylə əlaqədar bir qayda inkişaf etdirmiş olan ABŞ-lı müasir məntiqçi və filosofdur. Ümumiyyətlə Russell və Whitehead tərəfindən inkişaf etdirilmiş olan riyazi məntiqə sadiq qalmış olan Quinn, İngilis filosoflarının məntiqin ontoloji olaraq neytral olduğu ümumi fikirinə əleyhdar bir tərzdə , bir məntiq nəzəriyyəsinin qəbulunu ortaya çıxardığı ontoloji nəticələri dilə gətirməyə çalışmışdır. Düzəldilməsi mümkün olmayan analitik mülahizələrlə, təcrübə nəticəsində düzəldilə bilən sintetik mülahizələr arasında əsaslı bir ayrı-seçkilik olduğu nəzəriyyəsi ilə, mənalı hər mülahizənin, birbaşa və vasitəçisiz təcrübələrdən hərəkətlə yaradılmış bir şey olduğu fikirinə şiddətlə qarşı çıxan Quinn, Duhem'i izləyərək, elm adamının təcrübəni sınaqdan keçirməsinə, dağınıq bir mülahizəni deyil, bir sıra təklifləri qəbul etdiyini iddia etdi. Onun fikirinə görə, bir mülahizə yalnız "təcrübələrin yalın bir xülasəsi" deyil, lakin elmi sistemin bir hissəsidir. === Seçmə Kitabları === 1951 (1940). Mathematical Logic. Harvard Univ. Press. ISBN 0-674-55451-5.
Willard van Orman Quine