Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Miskal
Misqal və ya miskal (ərəb. مثقال‎‎) — ölçü vahidi. == Ümumi məlumat == Misqal məişətdə çox az işlənsə də, hamıya tanış olan çəki vahidlərindən biridir. Təxminən 4,26 q-a bərabərdir. Bu gün zərgərlik və boyaqçılıq işlərində istifadə olunur. Misqal haqqında müxtəlif ədəbiyyatlarda verilən bilgilər eyni deyildir. Onun ayrı-ayrı ədəbiyyatlarda 4,4 q (4,464 q) olduğu göstərilir. IX-XII əsrlərdə misqal 4,25 q olmuşdur ki, bu da onun indiki ölçüsünə uyğun gəlir. Misqal Azərbaycan folklorunda və yazılı ədəbiyyatında bir şeyin azlığını bildirmək üçün işlənmişdir: "De görüm, nə qədər ət istəyirsən? Bir çetvert, ya altı misqal?" Və yaxud, "dərd xalvarla gəlir, misqalla çıxır".
Mistral
Mistral — Fransada, Rona çayının dərəsində əsən güclü və soyuq şimal-qərb küləyi.
Misqal
Misqal və ya miskal (ərəb. مثقال‎‎) — ölçü vahidi. == Ümumi məlumat == Misqal məişətdə çox az işlənsə də, hamıya tanış olan çəki vahidlərindən biridir. Təxminən 4,26 q-a bərabərdir. Bu gün zərgərlik və boyaqçılıq işlərində istifadə olunur. Misqal haqqında müxtəlif ədəbiyyatlarda verilən bilgilər eyni deyildir. Onun ayrı-ayrı ədəbiyyatlarda 4,4 q (4,464 q) olduğu göstərilir. IX-XII əsrlərdə misqal 4,25 q olmuşdur ki, bu da onun indiki ölçüsünə uyğun gəlir. Misqal Azərbaycan folklorunda və yazılı ədəbiyyatında bir şeyin azlığını bildirmək üçün işlənmişdir: "De görüm, nə qədər ət istəyirsən? Bir çetvert, ya altı misqal?" Və yaxud, "dərd xalvarla gəlir, misqalla çıxır".
Frederik Mistral
Frederik Mistral (fr. Frédéric Mistral, oks. Frederic Mistral/Mistrau — klassik dil normalarına görə, Frederi — onun özünün özünü adlandırdığı kimi; 8 sentyabr 1830[…] – 25 mart 1914[…]) — provansal şairi və leksikoqraf, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1904). == Həyatı == 1904-cü ildə ədəbiyyat sahəsində Nobel mükafatını ispan şairi və dramaturq Xose Eçeqarayla bölüşən Frederik Mistral Fransanın cənubunda doğulmuşdu. O, varlı torpaq sahibi Fransua Mistralın yeganə övladı idi. Evlərində fransızcadan fərqlənən provans dilində danışılırdı. Frederik əvvəlcə yerli məktəbdə, sonra Avinyon şəhərindəki pansionatda təhsil almışdı. Burada məktəb yoldaşlarının bütün məsxərə və istehzalarına baxmayaraq o, inadla provans dilində danışırdı. Doğma dilinin qüdrət və zənginliyini nümayiş etdirmək üçün hətta Vergilinin ilk ekloqunu provanscaya çevirmişdi. Bu sahədə yolgöstərəni provans dilini dirçəltməyə çalışan və özü də bu dildə şeirlər yazan müəllimi Jozef Rumanil idi.
Qabriela Mistral
Lusila de Maria del Perpetuo Sokorro Qodoy Alkayyaqa (isp. Lucila de María del Perpetuo Socorro Godoy Alcayaga; 7 aprel 1889[…] – 10 yanvar 1957[…]) — əsasən Qabriela Mistral təxəllüsü ilə tanınan çilili şairə, maarifçi, diplomat, qadın hüquqları uğrunda fəal mübariz, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1945). == Həyatı == Qabriela Mistral Çili şairəsi və pedaqoq Luiza Qodoy Alkayaqanın təxəllüsüdür. O, And silsiləsindəki yüksək dağ kəndlərinin birində dünyaya gəlmişdi. Gəzəri sənətkar-minstrel olan atası hindu tayfasından, anası isə İspaniya basklarının nəslindən idi. Ögey bacısı Evelina Luizanın mütaliəyə və ədəbiyyata marağının yaranmasında mühüm rol oynamışdı. Evelina müəllim idi. Luiza da bacısı kimi müəllim olmaq istəyirdi. Lakin o, müvafiq təhsil ala bilməmişdi. Bunun üçün sadəcə imkan yox idi.
Fiskal kəsir
Fiskal siyasət
İqtisadiyyat və siyasət elmində fiskal siyasət dövlət gəlirlərinin və xərclərinin köməyi ilə iqtisadiyyata təsir etmək üçün istifadə olunur. Keyns iqtisadi məktəbinə görə, dövlət vergilərin səviyyəsini (dərəcəsini) və xərclərini dəyişdikdə bu məcmu tələbə və iqtisadi aktivliyə təsir göstərir. Fiskal siyasət biznes tsikllərində dəyişikliklər baş verdikdə iqtisadiyyatı sabitləşdirmək üçün tətbiq edilir. Fiskal siyasətin iki əsas aləti olan vergilər və dövlət xərcləri dəyişdikdə, bu aşağıdakı makroiqtisadi göstəricilərə təsir edir: Məcmu tələb və iqtisadi aktivliyin səviyyəsi; Yığım və investisiyalar; Gəlirlərin bölgüsü. Fiskal siyasət monetar siyasətdən bəzi xüsusiyyətlərinə görə fərqlənir. Belə ki, fiskal siyasət qanunvericilik aktı ilə tənzimlənən dövlət gəlirləri və xərclərindəki dəyişiklik vasitəsi ilə iqtisadiyyata təsir göstərir. Monetar siyasət isə mərkəzi bank tərəfindən pul təklifinə, faiz dərəcəsinə və məcburi ehtiyat normasına təsir etməklə bunu həyata keçirir. == Fiskal siyasətin növləri == Fiskal siyasətin 3 əsas növü vardır: Neytral fiskal siyasət adətən iqtisadiyyat tarazlıq hökm sürən zaman tətbiq edilir. Bu zaman dövlət xərcləri tam olaraq dövlət gəlirləri hesabına maliyyələşir və iqtisadiyyata neytral təsir göstərir. Genişləndirici fiskal siyasət zamanı dövlət xərcləri gəlirləri üstələyir.
İnna Rıskal
İnna Valeryevna Rıskal (rus. Инна Валерьевна Рыскаль; 15 iyun 1944, Bakı) — karyerasını başa vurmuş Azərbaycan voleybolçusu. == Həyatı == İnna Rıskal 1944-cü ildə Bakıda anadan olub. Yeniyetmə yaşlarından Bakının "Neftçi", 16 yaşından isə SSRİ yığma komandasının heyətində çıxış edib. "Xəzər qasırğası" təxəllüsü ilə şöhrət qazanıb. == Uğurları == Tokiodakı 1964 Yay Olimpiya Oyunları və Monrealdakı 1976 Yay Olimpiya Oyunlarında gümüş, Mexikodakı 1968 Yay Olimpiya Oyunları və Münhendəki 1972 Yay Olimpiya Oyunlarında analoji yarışların qızıl mükafatçısı olub. 1968-ci ildə SSRİ-nin əməkdar idman ustası adına yiyələnib. 1970-ci ildə dünya çempionu, 1973-cü ildə dünya kubokunun sahibi, 1963, 1967 və 1971-ci illərdə Avropa çempionu olub. O, 1961-ci ildə əvvəlcə 16 yaşında Bakıda keçirilən məktəblilərin Ümumittifaq Spartakiadasında iştirak etmiş və oradan birbaşa SSRİ-nin yığma komandasına dəvət almışdır. "Məhsul", sonra isə "Neftçi" komandasında çıxış etmiş və təcrübə qazanmışdır.
Uels fiskal balansı
Uels fiskal balansı — Uelsdə dövlət gəlirləri və xərcləri arasında ümumi fərq. 1999-cu ildən 2022-ci ilə qədər Uelsdə dövlət xərclərinin vergi gəlirlərini aşması səbəbindən ölkədə mənfi fiskal balans var idi. 2018–2019 fiskal ili üçün fiskal kəsir Uelsin təxmin edilən ÜDM-nin təxminən 19,4 faizini təşkil etmişdir. Bütövlükdə Birləşmiş Krallıq üçün bu rəqəm 2 faizdir. Şərqi, Cənub-Şərqi İngiltərə və London istisna olmaqla, bütün Birləşmiş Krallıq ölkələri və regionlarında kəsir var. Uelsin adambaşına 4,300 funt sterlinq olan fiskal kəsiri adambaşına təxminən 5,000 funt sterlinq olan Şimali İrlandiya fiskal kəsirindən sonra iqtisadi rayonlar arasında ikinci ən yüksək olandır. Dublin Siti Universitetinin politoloqu Con Doylun fikrinə görə, müstəqil Uelsin "ilk günlərində" fiskal kəsir təxminən 2,6 milyard funt sterlinq olardı. Bu, 2019-cu ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olan ölkələr üçün orta hesabla 3,2%-ə bərabər olan ÜDM-in 3,4%-dən aşağısına bərabərdir. Kardiff Universitetində Uels İdarəetmə Mərkəzinin 2023-cü ildə apardığı araşdırma göstərir ki, kəsir "Müstəqil Uels üçün çətin iqtisadi perspektiv" deməkdir və burada konstitusiya müzakirələrinin fiskal reallıqları nəzərə almasını tövsiyə edilmişdir. == Fiskal kəsir == Hesablamalar ardıcıl olaraq Uelsin Birləşmiş Krallıqdan köçürmələr hesabına maliyyələşən böyük və davamlı fiskal kəsirə malik olduğunu göstərir.
Büdcə-vergi (fiskal) siyasəti