Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Neoseiulus mumae
Neoseiulus mumae (lat. Neoseiulus mumae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Neoseiulus mumai
Neoseiulus mumai (lat. Neoseiulus mumai) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Paraamblyseius mumai
Paraamblyseius mumai (lat. Paraamblyseius mumai) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin paraamblyseius cinsinə aid heyvan növü.
Phytoseius mumai
Phytoseius mumai (lat. Phytoseius mumai) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. == İstinadlar == Phytoseius mumai Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Platyseiella mumai
Platyseiella mumai (lat. Platyseiella mumai) — phytoseiidae fəsiləsinin platyseiella cinsinə aid heyvan növü. == İstinadlar == Platyseiella mumai Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Duman
Duman, çən və ya sis — havada xırda su buxarı hissəciklərinin kondensasiya məhsullarının toplanması, daha doğrusu su buxarının Yer səthinə yaxın hava qatında kondensasiya və ya sublimasiyaya uğraması ilə meydana çıxan atmosfer hadisəsi. Atmosferin Yer səthinə yaxın hava qatında mikroskopik su damlalarının və ya buz kristallarının toplanması ilə müşayiət olunur. Havanın temperaturu −10°-dən yüksək olduqda xırda su damlaları, −10…-15°-də su damlalarının və buz kristallarının qarışığı, −15°-dən aşağı temperaturda işıq şüaları altında parlayan buz kristalları şəklində müşahidə olunur. İlıq və rütubətli havanın soyumuş Yer səthi üzərində hərəkəti nəticəsində əmələ gələn dumana advektiv duman deyilir. Advektiv duman okeanlarda isti cərəyanın soyuq cərəyanla qarşılaşdığı yerlərdə daha çox müşahidə olunur..
Humay
Humay — qadın adı.
Jumak
Jumak (kor. 주막) — Alkoqollu içkilərin satıldığı və içildiyi restoran tipli məkan. Jumaklar Koreya sosial-kulturoloji mədəniyyətinin mühüm tərkib hissələlərindən biridir.
Kumja
Kumja (lat. Salmo trutta) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinin qızılbalıq cinsinə aid heyvan növü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. == Yarımnövləri == Salmo trutta aralensis — Aral kumjası Salmo trutta labrax — Qara dəniz kumjası Salmo trutta fario — Qızılxallı kumja Salmo trutta ciscaucasicus — Önqafqaz kumjası Salmo trutta ezenami — Eyzenam kumjası ? Ancaq Dağıstandakı Eyzenam gölündə yaşayır.
Küman
Küman — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 190 nəfərdir. == Toponimiyası == Oykonim minilliyin ortalarından kaymakların (kimakların) tərkibində olmuş koman/ kuman türk tayfasının adını əks etdirir. Komanlar rus mənbələrində 1078-ci ildən poloves adı ilə məlumdur. X əsrdə Volqanı keçərək Qara dəniz sahillərinə köçmüşlər. Komanların bir qismi qıpçaqların tərkibində Azərbaycana gələrək burada məskunlaşmışlar.
Lumar
Lumar — İranın İlam ostanının şəhərlərindən və Sirvan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,702 nəfərdən və 591 ailədən ibarət idi.
Maman
Maman (heykəl) — tuncdan heykəl. Maman (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Mamay
Mamay (1335? — 1381, Kafə müasir Feodosiya) —Qıpçaq əsilli Qızıl Orda sərkərdəsi. == Həyatı == Qızıl Orda hakimi Mamay xan (1335?-1381) türk sərkərdəsi və bahadırı kimi tarixdə çox geniş şöhrət tapmışdır. Tatar sərkərdəsi Xıdır xan öldükdən sonra, Mamay hakimiyyət arzusuna düşür. Xan nəslindən olmadığına baxmayaraq Qızıl Orda hakimi Berdi bəyin bacısı ilə (qeyd: Berdi bəy Cani bəyin, Cani bəy də qüdrətli Özbək xanın oğludur) evləndikdən sonra dağılmağa üz qoymuş bu hakimiyyəti ələ keçirmiş, bununla çarpışma meydanına atılmışdı: bu mübarizədə Abdul, Məhəmməd Sultan, Tülübək və s. xanları yenmişdi. Qızıl Orda dövlətini gücləndirmək, onu qoruyub saxlamaq məqsədilə böyük işlər həyata keçirmişdir. Mamay xan misilsiz hünərlərə sahib olmuş, keçirdiyi döyüşlərdə həmişə qələbə qazanmış, böyük ad qoymuşdur. Sonuncu döyüşü Kulikova çölündə olan döyüş (1380) oldu. Müharibə meydanında məğlub olub qaçan Mamayın Azov boyunda qarşısını kəsdilər.
Memar
Memar ― binaların və başqa tiklilərin texniki, iqtisadi, funksional və görünüşü baxımından planlaşdırılması və tikilməsi işlərini yerinə yetirən şəxs. Memarlıq sənətinə ənənəvi olaraq böyük önəm verilmişdir. Onlar keçmişdə tikililərin layihələndirilməsindən tutmuş işlərin yerinə yetirilməsinə kimi rəhbərliyi bir nəfərdə cəmləyən dövlətə yaxın şəxsiyyətlər idilər. Müxtəlif dövrlərdən asılı olaraq onların iş istiqamətləri də müxtəlif olmuşdur. Məsələn, Roma imperiyası dövründə onların çoxu hərbi tikililər üçün çalışmışlar (məs.Vitruvi). Zaman keçdikcə memarlar daha çox gözəl binaların salınması ilə məşğul olmuşlar (məs. Əcəmi Naxçıvani). Renessans dövründə memarların məşğul olduqları sahələrə heykəltaraşlıq da daxil olmuşdur. Memar olmaq üçün universitetlərin 4 illik təhsil verən "Memarlıq" ixtisası üzrə pilləni bitirmək zəruridir. İctimai qurumlarda işləmək üçün "İctimai kadrların seçimi imtahanı"nın keçirilməsi zəruridir.
Mesaj
İsmarış —virtual aləmində sözlə və ya yazıylə göndərilən məlumat, ya da xəbər növü.
Mulat
Mulatlar — avropeid və neqroid irqlərinin qarışığından yaranan insanlar. Mulatlar Latın Amerikası və Karib dənizi hövzəsi əhalisinin əksəriyyətini təşkil edirlər (Dominikan Respublikası — 73 %, Kuba — 51 %, Braziliya — 38 %), həmçinin bəzi Afrika ölkələri (CAR, Namibiya). Bu ifadə ilk dəfə XVI əsr ispan sənədlərində rast gəlinir və ispan və ya portuqal dilindən yarandığı ehtimal edilir. Mulato sözü birinci versiyaya görə o ərəb sözü olan muvalloddan yaranıb, bu sözlə təmiz ərəb olmayanlar adlandırılırdılar. İkinci versiyaya görə ispan sözü olan mulodan yaranıb ki, eşşəklə atın qarışığı olan qatıra deyilir. Həmçinin kvarteron- 1/4 zənci qarışığı olan, oktoron və ya myulatr — 1/8 zənci, myustiv(1/2), qriff (3/4), marabu (7/8), musti (1/8) və mustafino (1/16)qarışığı olan tiplər də var. Axırıncı iki ad yerli Yamay adlarıdır. İndi bu terminlər az işlədilir. Elmdə isə "açıq" və "tünd" mulatlar anlayışı var. == Məşhur mulatlar == Barak Obama — Amerika Birləşmiş Ştatlarının 44-cü Prezidenti.
Mumbay
Mumbay -(mumbəi; marathi मुंबई, Mumbaī; 1995-ci ilə qədər Bombey बॉम्बे və ya बंबई Bambaī) Hindistanda Maharashtra əyalətinin paytaxtı və Cənub subkontinentinin əsas liman şəhəridir. O Salsette yarımadasında yerləşir. Şəhərin mərkəzi yarımadadan Ərəbistan dənizinə tərəf uzanan nazik tormaq sahələri üzərində yerləşmişdir. Şəhər Hindistanın iqtisadi mərkəzi hesab edilir və dünyada məşhur fil studiyası olan Bollivudun vətənidir. Mumbay nəqliyyat xətlərinin kəsişdiyi şəhər olub, özündə çoxlu sayda universitet, muzey, teatr və qalereyaları cəmləşdirir. Mumbay öz 13,7 milyon əhalisi ilə dünyanın ən çox əhalisi olan şəhərlərindən biridir. Ətraf sahəsində yerləşən metropol reionu ilə birlikdə onun əhalisi 20 milyindan artıqdır, bu da dünya üzrə 5-ci yer demədkir. Hindistanda əhalinin qeydiyyat məsləsi ilə məşğul olan idarələrin olmaması ucundan burada verilən rəqəmlər yalnız təxmini götürülə bilər. Mumbay böyük beynəlxalq nəqliyyat şəbəkəsinin düyümündə yerləşdiyindən hər il Hindistanın sərnişinlərinin yarısı yarısı keçir. Böyük iqtisadi rəngarənglik şəhərin kontrastında da özünü göstərir.
Mumlu
Mumlu — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Mumlu kəndi Düz Bilici kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Taxtalar kəndi olmaqla, Taxtalar kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Coğrafiyası və iqlimi == Kənd 19 iyul 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir.
Mumya
Mumya nadir və çox qiymətli təbii müalicəvi maddədir. Bu maddə əsasən Hindistanda, Tibetdə və həmçinin Altayda (Rusiya) dağlardan yığılır. Mumya güclü ümumimöhkəmləndirici, iltihabəleyhinə, ödqovucu, bakterisid, bərpaedici təsirə malikdir. Təbii mumya qara-qəhvəyi rəngdə olan elastik parıltılı maddədir. Mumyanın spesifik iyi və acı dadı var. Mumya suda tam həll olunur və su qəhvəyi rəng alır. == Mumyanın müalicəvi xüsusiyyətləri == İnsanlara qədim zamanlardan mumyanın müalicəvi xüsusiyyətləri məlumdur. Mumya və onun müxtəlif xəstəliklər zamanı istifadəsi haqqında məlumat dahi Avisenna və Aristotelin elmi işlərində tapılıb. Mumya nadir kimyəvi tərkibə malikdir. Onun tərkibində hormonlar, fermentlər, aminturşular, vitaminlər, efir yağları, minerallar və s.
Murad
Murad — Azərbaycan kişi adı və təxəllüs. I Murad — Osmanlı Dövləti’nin üçüncü padşahı. II Murad — Osmanlı sultanı I Mehmedin oğlu III Murad — Osmanlı sultanı II Sultan Səlimin oğlu IV Murad — 1623–1640-cı illərdə Osmanlı sultan I Əhmədin oğlu V Murad — Osmanlı sultanı. Əbdülməsidin oğlu Murad Dadaşov — azərbaycanlı aktyor, aparıcı, şoumen. Murad Sebastatsi — erməni qulduru, dəstə başçısı, Ermənistanın milli qəhrəmanı. Murad Rəhimov — ABŞ Silahlı Qüvvələrinin Azərbaycan əsilli əsgəri. Murad bəy — Misir məmlüklərinin rəhbəri, süvari dəstəsinin komandiri. Murad Ömərov — texniki elmləri doktoru, professor.
Mural
Panno (fr. panneau, lat. pannus sözündən — "parça") — divarın və ya tavanın (plafon) tam və ya qismən örtülməsi üçün nəzərdə tutulmuş dekorativ xarakterli rəsm əsəri, yaxud barelyef, yonma, yapma və ya keramik kompozisiya. Bayır divarlarda freska texnikası ilə rəngli plitələrdən hazırlanmış pannoları bəzən mural adlandırırlar.
Muğam
Muğam və ya muğamat — mürəkkəb, ideya, emosional məna daşıyan, dərin və bitkin təfəkkür, bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən musiqi janrı. Muğam yarandığı ən qədim zamanlardan başlayaraq, əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış və kamilləşmişdir. Azərbaycanda muğamı adətən, muğam üçlüyün müşayiəti ilə xanəndə ifa edir. Belə ansamblın ifa etdiyi vokal instrumental bütöv muğam dəsgahı adlanır. Dəsgah muğamın küll halında, yəni, onun dəramədinin, bütün şöbə və guşələrinin, eləcə də hər şöbənin təsnif və rəng, yaxud diringələrinin ardıcıl ifa olunması deməkdir. Muğam kompazisiyasına daxil olan şöbələr əsərin musiqi-poetik məzmununu müəyyənləşdirən improvizə reçitavit səpkili vokal melodiyalardan ibarətdir. Bunlar dəqiq ritmə malik mahnı və rəqs epizodları ilə əvəzlənir. Mahnı epizodları təsnif, rəqsinki isə rəng adlanır. Muğamların monumental, silsilə formaları, eyni zamanda, ən kiçik detalların son dərəcə cilalanması melodiyanın ifadəlilik imkanlarının əks etdirilməsindəki çoxplanlılıqla fərqlənir. Vokal – instrumental muğamdan fərqli olaraq çox vaxt rəngdə ifa edilmir.
Muğan
Yaşayış məntəqələri Muğan dairəsi — 1929–1930-cu illərdə mövcud olmuş inzibati-ərazi vahidi. Muğan şahlığı Muğan (tarixi ərazi) Muğan mahalı — tarixi-coğrafi ərazilərdən biri. Muğan (Hacıqabul) — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində qəsəbə. Muğan (kənd, Biləsuvar) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun inzibati ərazi vahidində kənd. Muğan (qəsəbə, Biləsuvar) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun inzibati ərazi vahidində möbcud olmuş qəsəbə. Muğan (Cəlilabad) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Muğan (Karbi) — Karbi mahalında kənd. Muğan (Germi) Digər Muğan düzü — Azərbaycan Respublikasında düzənlik. Muğan Salyan FK — Azərbaycan Respublikasının Salyan rayonunda futbol klubu. Muğan (əsər) — Səməd Vurğunun poeması.
Mübah
Mübah (ərəb. مباح‎) — İslam dininə görə axirət savabının yazılması haqqında heç bir dəlil olmayan bəyənilən əməldir. == Sərbəstlik == Allahın və Rasulunun, edib etməməmək haqqında bütün insanların edəcəyi işdə sərbəst buraxdığı işə Mübah deyilir. Halal, Caiz və Mütləq kimi dini məfhumları buna nümunə göstərə bilərik. Haqqında hökm gəlməmiş olan hər hansı bir şey halaldır. O Allah ki, yerdə olanların hamısını sizin üçün yaratdı. Bu ayətlərdə yerdə və göylərdə olan nələr varsa insanları üçün yaradıldığına əyani sübutdur. Yeyilməsi, içilməsi və, istifadə edilməməsi haqqında ayət və hədislər mövcud olmadığı təqdirdə isdifadə etmək dini terminlərlə Caizdir. Bunlar insan üçün faydalı olan şeylərdir. Haramlar isə zərərli olan şeylərdir.
Qumar
Qumar — Oynayana qazanc və ya zərər gətirən hər cür şans oyunu, pul ya da maddi dəyəri olan bir şey yatırdılaraq oynanan, qarşılığında qazanana maddi gəliri olan oyunlara verilən ümumi ad. İndi qumar oyununu qanuni olaraq tanıyan bir çox ölkə var və ondan pul yığırlar. İnsan cəmiyyətlərinin ilk zamanlarından bu yana mövcud olan qumar çox dəyişik üsullarla reallaşdırıla bilər. Qumar, haqsız yerə başqasının malını götürmək, bilə-bilə ortaq şəkildə oğurluq etməkdir. Qumar, ictimai bir fəlakətdir. Qumarda itirilən pulda uşaqların, kasıbların haqqı vardır. Qazanılan pul da qanuni deyil. Qumar yayıldıqca ictimai zərərlər artar. Qumar ailə həyatında nizamsızlıqlara, anlaşılmazlıqlara, laqeydliklərə səbəb olar. Çox zaman əyləncəli vaxt keçirmək üçün seçilən qumar çox zərərli bir oyundur.