Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Neoseiulus mumai
Neoseiulus mumai (lat. Neoseiulus mumai) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Paraamblyseius mumai
Paraamblyseius mumai (lat. Paraamblyseius mumai) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin paraamblyseius cinsinə aid heyvan növü.
Phytoseius mumai
Phytoseius mumai (lat. Phytoseius mumai) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. == İstinadlar == Phytoseius mumai Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Platyseiella mumai
Platyseiella mumai (lat. Platyseiella mumai) — phytoseiidae fəsiləsinin platyseiella cinsinə aid heyvan növü. == İstinadlar == Platyseiella mumai Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Buzaçi
Buzaçi - Xəzər dənizinin şimal-şərqində, Qazaxıstan Respublikasının cənub-qərbində yarımada. Maksimal hündürlüyı 61 metrdir. Səthi barxanlar və qum təpələri olan düzənlikdir. Yarımadanın şimalında geniş şoranlıqlar var. Bitkisi yarımsəhra tiplidir. Xəzər dənizinin səviyyə tərəddüdü ilə əlaqədar sahəsi dəyişkəndir. Buzaçi yarımadasında neft yatağı var. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, V cild, Bakı, 2017, səh,137.
Kumari
Kumari və ya Kumari Devi (nepal dilindən tərcümədə "qız" deməkdir) — Nepalda canlı hinduizm tanrısı. Kumari olmaq üçün nevari xalqının Şakya kastasından həddi-büluğa çatmamış qız seçilir. Kumarinin hinduizm tanrısı hesab edilməsinə baxmayaraq, ölkədə hinduistlərlə yanaşı buddistlər də ona sitayiş edir. Nepalda bir neçə Kumari olsa da, onlardan ən əsası Katmanduda yaşayan Krallıq Kumarisidir. Krallıq Kumarisinin seçilməsi xüsusi sərt ritualların keçirilməsini tələb edilir. Bu rituallardan sonra o, şəhərin mərkəzində yerləşən Kumari Qxar sarayına yollanır. Hazırkı Krallıq Kumarisi sayılan Matani Şakya 2008-ci ildə 3 yaşında Kumari seçilmişdir. Kumari - krala tilaka (mərasim zamanı alına qoyulan qırmızı nöqtə) qoya bilən və kralın ona sitayiş etdiyi yeganə şəxsdir. Bu ildə bir dəfə Kumadricatra bayramı zamanı baş verir. Bu gündə kral məbədə pucini yerinə yetirmək (hinduizm ritualıdır) üçün baş çəkir.
Muraşi
Muraşi — Rusiya Federasiyasında yerləşən şəhər. Kirov vilayətinə daxildir.
Muraşı
Muraşi — Rusiya Federasiyasında yerləşən şəhər. Kirov vilayətinə daxildir.
Musalı
Musalı — Musa adından yaranan soyad və təxəllüs. Bu soyadı olan tanınmış şəxslər Yaşayış məntəqələri Musalı (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd. Musalı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Musalı (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. 1997-ci ildə ləğv olunmuşdur.
Romaci
Romaci — Yapon dilinin latın hərfləri ilə yazılışı. Bu yazılışda Katakana, Hiraqana və ya Kancidən istifadə olunmur. == Romanizasiyalar arsında fərqlər == Cədvəl üç sistemin fərqini göstərir: Hepbörn, Nihon-şiki and Kunrei-şiki: Bu cədvəl onların arasındaki fərqləri göstərir.
Turacı
Turacı — Azərbaycan qədim qadın xalq rəqsi. Qədim xalq rəqsi "Turacı" lirik və incə melodiyası ilə seçilir və qadınlar tərəifndən ifa edilir. Gözəl dağ quşuna həsr edilmiş qədim, təqribən XIX əsrin əvvəllərində aid olan rəqsdir. Azərbaycanın hər yerində geniş yayılmışdır. Həzin, qəlboxşayan musiqisi var. Rəqs bir növ turacın uçuşunu xatırladır. Rəqqasənin hər bir hərəkəti quşun uşuçunu, havada süzməsini xatırladır. Turacı rəqsinə dair belə bir əfsanə var. Qarabağ xanı Nəcəfqulu xanın çox qəşəng bir rəqqası varmış, xan onun gözəlliyini, məharətini çox qiymətləndirərmiş. Bir dəfə xanın oğlunun toyunda bu rəqqas rəqs sənətinin çox incə, çox gözəl möcüzələrini nümayiş etdirir.
Kumasi
Kumasi (Çvi dialekti ilə Kumase) — Qanada, ölkənin paytaxtı Akkradan sonra ikinci böyük şəhər. 2012-ci ilin məlumatına görə, əhalisi 1,989,062 nəfərdir. Qana Aşanti vilayətinin inzibati mərkəzidir. Kumasi keçmişdə çoxlu çiçək və bitki növlərinə ev sahibliyi etdiyinə görə alternativ olaraq "Bağ şəhəri" kimi tanınır. Bu ərazidəki yaşayış məskənləri Neolit dövründən məlumdur, lakin Kumasi 1615-ci ildən şəhər statusu almış və Aşanti imperiyasının mərkəzinə çevrilmişdir. Kumasidə Aşanti hakimi aşantihenenin iqamətgahı yerləşir. Kumasi Hava Limanı xidmət göstərir.
Memati
Məmati Baş (– 7 iyun 2012, İstanbul) — Qurdlar Vadisi teleserialının uydurma personajlarından biri. Gürkan Uyğun tərəfindən canlandırılıb. Türkiyədə uşaqlara "Məmati" adının verilməsi qadağan edilib.
Məmati
Məmati Baş (– 7 iyun 2012, İstanbul) — Qurdlar Vadisi teleserialının uydurma personajlarından biri. Gürkan Uyğun tərəfindən canlandırılıb. Türkiyədə uşaqlara "Məmati" adının verilməsi qadağan edilib.
Qumarçı
Qumar — Oynayana qazanc və ya zərər gətirən hər cür şans oyunu, pul ya da maddi dəyəri olan bir şey yatırdılaraq oynanan, qarşılığında qazanana maddi gəliri olan oyunlara verilən ümumi ad. İndi qumar oyununu qanuni olaraq tanıyan bir çox ölkə var və ondan pul yığırlar. İnsan cəmiyyətlərinin ilk zamanlarından bu yana mövcud olan qumar çox dəyişik üsullarla reallaşdırıla bilər. Qumar, haqsız yerə başqasının malını götürmək, bilə-bilə ortaq şəkildə oğurluq etməkdir. Qumar, ictimai bir fəlakətdir. Qumarda itirilən pulda uşaqların, kasıbların haqqı vardır. Qazanılan pul da qanuni deyil. Qumar yayıldıqca ictimai zərərlər artar. Qumar ailə həyatında nizamsızlıqlara, anlaşılmazlıqlara, laqeydliklərə səbəb olar. Çox zaman əyləncəli vaxt keçirmək üçün seçilən qumar çox zərərli bir oyundur.
Cumanci
Cumanci(ing. Jumanji) — Fantastik film. == Süjet == Alan Perriş təsadüfən "Cumanci" adlı stolustü oyunu tapır,bu oyunun qaydalarını bilməyərək rəfiqəsinin gözü qarşısında cəngəlliyə düşür.İki balaca uşaq çox illər sonra həmin oyunu taparaq oynamağa başlayır və Alanı cəngəlliklərdən evinə qaytarırlar.
Musci
Yarpaqlı mamırlar (lat. Bryopsida) — mamırkimilər şöbəsinə aid bitki sinfi. Yarpaqlı mamırlar sinfi mamırların 95 %-ni əhatə edən böyük sinfidir. Bu sinfə demək olar ki, dünyanın hər yerində bitən 11500-ə yaxın növ daxildir. == Təsnifatı == Əvvəllər Bryopsida qrupuna bütün mamırlar aid edilirdi. Hazırda bu, bir qədər məhdudlaşdırılıb.
Azərbaycan muğamı
Muğam və ya muğamat — mürəkkəb, ideya, emosional məna daşıyan, dərin və bitkin təfəkkür, bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən musiqi janrı. Muğam yarandığı ən qədim zamanlardan başlayaraq, əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış və kamilləşmişdir. Azərbaycanda muğamı adətən, muğam üçlüyün müşayiəti ilə xanəndə ifa edir. Belə ansamblın ifa etdiyi vokal instrumental bütöv muğam dəsgahı adlanır. Dəsgah muğamın küll halında, yəni, onun dəramədinin, bütün şöbə və guşələrinin, eləcə də hər şöbənin təsnif və rəng, yaxud diringələrinin ardıcıl ifa olunması deməkdir. Muğam kompazisiyasına daxil olan şöbələr əsərin musiqi-poetik məzmununu müəyyənləşdirən improvizə reçitavit səpkili vokal melodiyalardan ibarətdir. Bunlar dəqiq ritmə malik mahnı və rəqs epizodları ilə əvəzlənir. Mahnı epizodları təsnif, rəqsinki isə rəng adlanır. Muğamların monumental, silsilə formaları, eyni zamanda, ən kiçik detalların son dərəcə cilalanması melodiyanın ifadəlilik imkanlarının əks etdirilməsindəki çoxplanlılıqla fərqlənir. Vokal – instrumental muğamdan fərqli olaraq çox vaxt rəngdə ifa edilmir.
Aşı sumağı
Bakı Duması
Bakı Şəhər Duması — Bakı Şəhər Bələdiyyə İdarəsinin sərəncamverici orqanı. == Tarix == Rusiya senatının 1877-ci il 24 may tarixli qərarına əsasən 1878-ci ildə yaradılmışdı. Çar hökumətinin şəhərlər haqqındakı 1870-ci il 16 iyun tarixli qərarı Bakıda 8 il sonra, həm də yarımçıq surətdə tətbiq edilmişdi. Bakının ilk şəhər dumasına 72 (sonralar 75) nəfər üzv seçilmişdir. Bakı Şəhər Dumasının üzvləri xüsusi seçki iclaslarında 4 il müddətinə seçilirdilər. Duma üzvlüyünə ancaq daşınmaz əmlakı olan və ya qiyməti 1500 manatdan az olmamaq şərti ilə, ticarət və ya sənaye müəssisələrinə malik olan, 25 yaşından yuxarı şəxslər seçilə bilərdilər. Qadınlar seçki hüququndan məhrum idilər. Seçki hüququnun məhdudluğu nəticəsində duma seçkilərində əhalinin ancaq 2–3%-i iştirak edə bilirdi. Bakı Şəhər Dumasında azərbaycanlıların sayı üzvlərin ümumi sayının yarısından çox olmamalı idi. 1892-ci il qanunun 44-cü maddəsinə görə, Bakı Şəhər Duması üzvlərinin ən çox 1/3-i müsəlmanlardan seçilməli idi.
Cam Tamaçi
Cam Xayruddin Əl-Məruf Cam Tamaçi ibn Cam Unar (Sind dilində: ڄام خيرالدين المعروف ڄام تماچي بن ڄام انڙ‎, Urdu dilində: جام خيرالدين المعروف ڄام تماچي بن جام انر‎ ) — Sindin 1367-1379-cu illərdə məşhur hakimi idi. O Pakistanda Sindin Unar tayfasından idi. == Tarixi == Sultan Əlauddin Xalci ordusu ilə Bukkura ətraflarına gəldi, bu istehkamı geri aldı və Sexvan yola düşməyə hazırlaşdı. Onların arasında Sammoy döyüşü oldu. Bu döyüşdə sonuncu məğlubiyyətə düçar oldu. Cam Tamati və onun bütün ailəsi əsir götürülərək Dehliyə göndərildi. Orada sürgündə o, uzun müddətə yaşamağa məcbur oldu. Öz hökmdarılarının olmadığı vaxtlarda insanlar onun qardaşı, Cam Unarın oğlu Cam Tamati Babinanın hakimiyyəti altında Tarri ətraflarında sakit ömür sürürdülər. Bir neçə il sonra Cam Tmatinin oğlu Xayruddin Sində qayıtmaq üçün izin ala bildi. O atasılnın ölümündən sonra öz tayfasının rəhbəri olmalı idi.
Emin Musavi
Musavi Emin Qabil oğlu (29 sentyabr 1976, Bakı) — Azərbaycan Respublikasının əməkdar jurnalisti, televiziya və radio aparıcısı, "ASAN Radio"nun direktoru. == Həyatı == Musavi Emin Qabil oğlu 29 sentyabr 1976-cı ildə Bakı şəhərində doğulub. Orta təhsilini Bakı şəhər 46 saylı orta məktəbdə alıb. 1994–2000-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində Psixiatr ixtisasına yiyələnib. Həmçinin Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu Politologiya ixtisası üzrə bitirib. 1997–1999-cu illərdə ANS ÇM radiosunda aparıcı vəzifəsində çalışıb. 1999–2000-ci illərdə 106 FM radiosunda direktor vəzifəsində çalışıb. 2000–2002-ci illərdə orduda həqiqi hərbi xidmətdə olub. 2003–2004-cü illərdə Space TV-də aparıcı, 2004–2012-ci illərdə "Azad Azərbaycan" radiosunda (106.3 FM) direktor və aparıcı kimi fəaliyyətini davam etdirib. Eyni zamanda "Azad Azərbaycan Televiziyası"nda aparıcı və müəllif kimi çalışıb.
Ermənistan luması
Ermənistan luması (erm. լումա) — Ermənistanda mübadilə olunan pul vahididir və dramın 1⁄100 hissəsini təşkil edir. Sikkələr 10, 20 və 50 nominallı lum olaraq 21 fevral 1994-cü ildə istifadəyə buraxılmışdı. Hal-hazırda mübadilədə istifadə olunmurlar, amma qanuni ödəmə vasitəsinin statusunu saxlayırlar. == Xarakteristikası == Bütün sikkələr alüminiumdan hazırlanmışdır.
Florida puması
Florida puması (lat. Puma concolor coryi) — ABŞ-nin Florida ştatı üçün səciyyəvi olan və nəsilləri kəsilmək üzrə olan puma yarımnövü. == Haqqında == Pişikkimilər dəstəsinə aid olan və adını yaşadığı Florida ştatından alan bu puma növü ABŞ-nin şərqində yaşayan yeganə puma növüdür. 70-dən az çoxala bilən üzvə sahib olan Florida pumalarının sayı hazırda 87-dir. Florida puması ilk dəfə 1958-ci ildə Florida qanunlarında nəsli kəsilmək üzrə olan heyvan növü kimi qeydə alınmışdır. Ən böyük təbii düşməni Amerika alliqatoru və Amerika timsahıdır.
Kamil Musavi
Kamil Musavi (6 iyul 1990, Qazax) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı. == Həyatı və fəaliyyəti == Kamil Musavi 6 iyul 1990-cı ildə Qazax şəhərində anadan olmuşdur. 1997-ci ildə Qazax şəhəri internat orta məktəbində ibtidai təhsilini almışdır. 8 avqust 2008-ci il tarixində Heyder Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2012-ci ildə leytenant hərbi rütbəsi alaraq bitirmişdir. 2015-ci ilin oktyabr ayında Naftalan, Talış kəndi istiqamətində gedən döyüşlərdə kəşfiyyat qrupu komandiri vəzifəsində döyüş tapşırığı yerinə yetirərkən mina partlaması nəticəsində xəsarət almışdır. Kamil Musavinin həmin əməliyyatda əsgəri olmuş Elşən Yusifovun bildirdiyinə görə, Kamil Musavi minalardan təmizlənməmiş ərazi ilə hərəkət etməklə texniki normaları pozmuş və nəticədə səhvə yol verərək həm özünün, həm də digər iki yoldaşının ağır yaralanmasına səbəb olmuşdur. 2020-ci il Azərbaycan parlament seçkilərində 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizəd olsa da, seçkidə qələbə qazana bilməyib. Seçki təbliğatı zamanı Kamil Musavi bir qrup şəxslə digər namizədə hücum etmiş, nəticədə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi onun barəsində araşdırmaya başlamışdır. Evlidir, iki oğlu var. == Təltifləri == "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medal, "Vətən Naminə" medalı[mənbə göstərin] və "General Həzi Aslanov"[mənbə göstərin] medallarının laureatıdır.