Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Murabit
Əlmürabilər, əl-Mürabilər (1090-1147; əl-Murabitun, yaxud "yaşmananlar" - ləmtuna) — 150 ilə yaxın zaman ərzində Məğribin və İspaniyanın böyük hissəsinə hökmranlıq etmiş sülalə. Sonralar Əlmüvəhhidilər tərəfindən sıxışdılımışlar. Abdulla ibn Yasinin başçılığı ilə bərbər tayfalarının hərəkatı nəticəsində yaranmışdı. == Əlmürabilər Mərakeşdə == 1060-cı ildə cənubdan şimala hərəkət edərək Atlas dağlarından keçib Məğribdə 1070-ci ildə Mərakeşin əsasını qoyan bərbər tayfaları. Söhbət bərbərlərdən - müasir Mavritaniyada və Rio-de-Oro rayonlarında yaşayan köçəri maldarlardan gedir. Onların hərəkatın mərkəzi indiki Mavritaniya ərazisi idi. Burada Abdulla ibn Yasinin ribatı (xanəgahı) yerləşmişdir. Onun ardıcılları əlmürabitun ("ribatda yaşayanlar") adlanırdı. Onlar gəzərgi həyat tərzi keçirməli və din düşmənləri ilə mübarizə üçün hərb sənətini öyrənməli idilər. Hərbi rəhbərlik Ləmtun tayfası əmirlərinin (Əlmürabilərin ikinci adı - Ləmtun da buradandır) əlində idi.
Brijit
Brijit (fr. Brigitte) — ad.
Brijit Bardo
Bricit Bardo və ya Brijitt Bardot (fr. Brigitte Bardot, 28 sentyabr 1934[…], XV arondisman (Paris)[d], Fransa) — "BAFTA" mükafatına namizəd göstərilmiş keçmiş fransız kino aktrisası, maniken, müğənni və heyvan haqları aktivisti. Ən çox 1950–60-cı illərin qadın fiquru kimi tanınır. Qadın müstəqilliyinin və cinsi azadlığının simvolu olan Brijitt Bardo karyerası ərzində bir çox uşaq-qadın və füsunkar qadın rolunu oynamışdır. Dövrünün ən böyük rejissorları ilə işləmiş və zərif bir xəfifliyin yanında, şəhvət ehtiva edən rollarda oynaması onu tezliklə seks simvoluna çevirmişdir. 1969-cu ildən bəri Fransanın azadlığını əks etdirən "Marianna"nın rəsmi simasıdır. Brijittdən əvvəl Marianna anonim fenomen idi. Bardo aktrisalıq karyerasından əvvəl Paris Konservatoriyasında təhsil almış balerina idi. Aktrisalıq karyerasına isə 1952-ci ildə başladı. On altı filmdə oynadıqdan sonra o dövrdə həyat yoldaşı olan Rocer Vadimin rejissoru olduğu "Və tanrı qadını yaratdı" (fr.
Brijit Makron
Brijit Makron (fr. Brigitte Macron, qızlıq soyadı. Tronyö (fr. Brigitte Trogneux), əvvəllər — Ozyer (fr. Auzière), doğ. 13 aprel 1953, Amyen, Fransa) — Fransanın 25-ci prezidenti, fransız siyasətçi Emmanüel Makronun xanımı. İxtisasca orta məktəbdə fransız və latın dilləri müəlliməsidir. Fransanın (2017-ci il mayın 15-dən) birinci xanımıdır. == Həyatı == Brijit Tronyö şokolatye və şirniyyat mağazaları şəbəkəsinin sahibi Jan Tronyö (1909—1994) və onun xanımı Simonanın (qızlıq soyadı. Puyol, 1910—1998) ailəsində anadan olub.