MÜRACİƏT

is. [ ər. ]
1. Birinə üz tutub söylənilən söz, çağırış (istər şifahi, istər yazılı). Xalqa müraciət.
2. Xahiş, iltimas, rica.
Məhəlli komitə, şöbə müdirinin … müraciətini bir həftə təxirə uğratmışdısa da, yenə Zeynaldan bir xəbər çıxmamışdı. S.Hüseyn.

□ Müraciət etmək1) üz tutub demək.
…Veys bu dəfə Qadirə müraciət elədi… Ə.Əbülhəsən.
[Müəllim:] Siz bu alətlə tanışsınızmı? – deyə sinfə müraciət edib soruşdu. Ə.Sadıq.
Elçinin atası uşaqlara müraciət etdi. M.Rzaquluzadə;

2) bir şey üçün şifahi və ya yazılı şəkildə birindən xahiş etmək, yaxud yanına getmək. Həkimə müraciət etmək. Məktubla müraciət etmək.
[Nemət hakimə:] Haqqımı müdafiə etmək üçün ədalət qapısına müraciət edirəm. Çəmənzəminli.
Zeynal ötəyə-bəriyə müraciət edib, sabiq xidmətini geri istəyirdisə də, müvəffəq olmayırdı. S.Hüseyn.

3. Geri dönmə, qayıtma.
□ Müraciət etmək1) dönmək, qayıtmaq.
[Yusif] Usta Xəlilin yanında qırx yaşında ikən sərraclıq sənətini bir il müddətində öyrənib Qəzvinə müraciət etdi. M.F.Axundzadə;

2) məc. tarixi mövzu və s.-dən istifadə etmək, onun haqqında yazmaq. Keçmişə müraciət etmək.
– “Vaqif”də Səməd Vurğun yaxın keçmişə müraciət edirsə, “Fərhad və Şirin”də uzaq keçmişə, Nizami poemalarının əks etdirdiyi tarixə müraciət edir. M.Arif;

3) bir şeyi və ya şəxsi tapmaq üçün bir yerə baş vurmaq.
4. bax müraciətnamə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MÜRACİƏT 1. MÜRACİƏT [Bahadır bəy.] Biz ..ziyalılarına müraciət edə bilərik (C.Cabbarlı); XİTAB Mirzə Rəhim: Xitab yetişər, ey mənim bəndələrim
  • MÜRACİƏT xitab — demə
MÜNTƏZİRLİK
MÜRACİƏTNAMƏ
OBASTAN VİKİ
Müraciət
Müraciət — kiməsə ünvanlanan şifahi və ya yazılı çağırış, nitq, xahiş.
Subst:Qəsb üçün müraciət
== İstifadəçi adınızın qəsb olunması üçün müraciət == Salam, VP:İAD vasitəsilə başqa bir istifadəçi, deaktiv olduğunuzu nəzərə alaraq sizin istifadəçi adınızı əldə etmək üçün müraciət edib. İstifadəçi adınızı götürməsinə etiraz etmirsinizsə lütfən hesabınıza daxil olun və bunu bizə bildirin. Həmçinin istifadəçi adınız götürüldükdən sonra siz də yeni ad seçə bilərsiniz. Bunun üçün "Xüsusi:GlobalRenameRequest", yaxud Vikipediya:İstifadəçi adı dəyişdirmək səhifəsinə müraciət edə bilərsiniz. Heç bir şey etməsəniz, qısa müddətdə sizin istifadəçi adınız onun üçün müraciət edən istifadəçiyə veriləcək. Lakin sizin istifadəçi hesabınız silinməyəcək olduğu kimi qalacaq. Sadəcə istifadəçi adınız dəyişdiriləcək. Əgər adın dəyişdirilməsinə etiraz edirsinizsə, lütfən hesaba daxil olun və qəsb edilməsinə etiraz etdiyinizi açıq şəkildə bildirin. Sizin hər hansı bir etirazınız istifadəçi adınızın qəsb edilməsinin qarşısını alacaq. Nəzərə alın ki, cari istifadəçi adınız qəsb edilsə belə, siz yenə də redaktə edə bilərsiniz və məlumatlarınız itməyəcək.
Alman millətinə müraciətlər
Alman millətinə müraciətlər - Alman filosof İohann Qotliebb Fixte tərəfindən yazılmış siyasi-ədəbiyyat kitabıdır. Bu kitab Napoleonun alman torpaqlarını işğal etməsinə cavab olaraq yazılmışdır. Fixte bu əsərdə alman millətində ortaq dilə, adət-ənənəyə və ədəbiyyata dayanan ümumi aidlik hissini oyatmağa çalışırdı. == Ədəbiyyat == David Ceyms (2011), Fichte's Social and Political Philosophy: Property and Virtue. Qreqory Jusdanis (2001), The Necessary Nation.
Məhəmməd Əmin Rəsulzadənin Amerikanın Səsi radiosundan Azərbaycan xalqına müraciəti
Məhəmməd Əmin Rəsulzadə 1953-cü il mayın 28-də Azərbaycanın Cumhuriyyət günü Amerikanın səsi radiosuna müsahibə zamanı Azərbaycan xalqına müraciət etmişdi. Soyuq müharibə dövrü bu, Azərbaycan xalqına müraciət üçün Məhəmməd Əmin Rəsulzadəyə verilən yeganə imkan idi. Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin səs yazısı 60 ildir "Amerikanın səsi"nin arxivində qorunub saxlanır.

Digər lüğətlərdə