Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mamo
"Mamo", (Ukrayna dili ndə: Мамо, Rus dili ndə: Мама, Azərbaycan dili ndə: Ana) 2009 Avroviziya Mahnı Müsabiqəsi ndə Rusiya nı təmsil edən Anastasiya Prixodko nun ifa etdiyi mahnı. Mahnı Ukrayna və rus dilindədir.Sözləri və musiqisi Konstantin Meladze və Diana Goldenindir. 16 may 2009-cu ildə keçirilmiş finalda Anastasiya Prixodko 10-cu nömrə altında çıxış etdi və 91 xalla 11-ci yeri tutdu.
Marso
Marso — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Toponimiyası == Xəzər dənizi sahilində yerləşir. Yaşayış məntəqəsi 1960-cı illərdə salınmışdır. Bəzi tədqiqatlara görə oykonim fars dillərindəki mersa “liman, port, gəmilərin dayanacaq yeri” mənasında işlənən sözlə bağlıdır. Ərəb dilində marso sözü “körpü (gəmilərin yan alması üçün)” mənası daşıyır. Eyni zamanda oykonimi bəzi tədqiqatçılar rus dilindəki mors sözünün yerli tələffüz forması hesab edirlər. Bu ərazi keçmişdə Murdov (talış, “ölü, zığlı su”) adlanırdı. Murdar variantında da qeydə alınmışdır. Zənnimizcə, oykonimin mənası fars dilindəki izaha əsasən açıqlanır.
Masa
Masa və ya büro — məktəbdə, ofisdə, evdə və ya oxşar, oxu, yazma və ya kompüter kimi avadanlıqlardan istifadə etmək kimi akademik, peşə və ya məişət fəaliyyəti üçün istifadə olunan düz bir masa tərzi iş səthinə malik bir mebel parçasıdır. == Tarix == Masa üslubunda mebel klassik antik dövrdə və ya Yaxın Şərq və ya Uzaq Şərqdəki savadlı sivilizasiyanın digər qədim mərkəzlərində istifadə edilməmiş kimi görünür, lakin konkret bir dəlil yoxdur.
Masao
Masao — ad. Masao Uçino — Yaponiya futbolçusu.
İaso
İaso (yun. Ἰησώ, Iēsō) — yunan mifalogiyasında sağaltma, müalicə ilahəsi. Asklepin qızı . Higeya və Panakeyanın bacısı eyni zamanda Apollonun nəvəsi.
Mason
Masonluq (ing. Freemasonry) – fəlsəfi-etik hərəkat olub XVIII əsrdə gizli beynəlxalq təşkilat şəklində meydana gəlmişdir. Mason sözü ingilis dilində olan freemason sözündən yaranmışdır və tərcüməsi azad bənna deməkdir. Çünki təşkilatı ilk dəfə bənnalar yaradıb. Bu bənnalar məhz Süleyman peyğəmbər üçün məbəd tikiləndə bir araya gəliblər. Hətta təşkilatın simvolunda da tikinti pərgarı və üçkünc xətkeş işarəsi var. Onların ideologoyasına görə Allah da dünyanın memarıdır. Masonluq müxtəlif formalarda mövcud olub üzvlərinin vahid mənəvi və metafiziki idealları bölüşməsi ilə səciyyələnir. Bunlardan ən birincisi Ali Varlığa inamdır. Masonlar həmin varlığın adlandırılmasından Kainatın ulu memarı ifadəsindən istifadə edirlər.
Miso
Miso şorbası (yap. 味噌) — Yapon şorbası. Düyü, arpa, dəniz duzu, mərcinin birləşməsindən əmələ gələn şorba. Əslində şorbadan duz dadı gəlir ancaq bəzi məmulatlar qatıldığı üçün şorba dadını dəyişib. Yemək miso ilə hazırlanmışdır. Miso şorbası şirində ola bilər. Həmçinin dieta üçündə əlverişlidir. == Tarixi == Miso şorbasının yaranmasının səbəbi uzun sürən müharibələrdir. Yaponiya tarixində Edo dövrünü incələyən alimin iddiasına görə misonun kökü Çinə qədər gedib çıxır. O dövrdə miso, hişio və kuki olaraq adlandırılırdı.
Andre Mişo
Andre Mişo (fr. André Michaux, 1746—1802) — XVIII əsrin ikinci yarısında fransız səyyahı və botaniki. == Ədəbiyyat == H. Savage and E. J. Savage, André and François-André Michaux, University Press of Virginia, 1986. (ing.) The Proceedings of the André Michaux International Symposium, in Castanea, The Journal of the Southern Appalachian Botanical Society, Occasional Papers number 2, December 2004 (printed May 2006) (ing.) Régis Pluchet, André Michaux : le laboureur et l'explorateur, in Hommes et Plantes, Hiver 2005, Paris. (fr.) Régis Pluchet, François-André Michaux : l'homme des arbres, in Hommes et Plantes, Automne 2007, Paris. (fr.) Joseph Philippe François Deleuze, Notice historique sur André Michaux, Annales du Muséum National d'Histoire Naturelle, tome 3, An XII (1804). (fr.) Brummitt R. K.; Powell C. E. (1992). Authors of Plant Names. Royal Botanic Gardens, Kew. ISBN 1-84246-085-4.
Burkina-Faso
Burkina Faso — Qərbi Afrikada dövlət. 1984-cü ilin avqustuna qədər Yuxarı Volta adlanırdı. Şimalda Mali, şərqdə Niger, cənub-şərqdə Benin, cənubda Toqo və Qana, cənub-qərbdə Kot-d-İvuar ilə həmsərhəddir. Burkina Fasonun dənizə çıxışı yoxdur. Burkina Fasonun adı tərcümədə "vicdanlı adamların vətəni" deməkdir. (moore dilində "burkina" -""vicdanlı adamlar", dyula dilində "faso" — "vətən"). Digər tərcüməyə görə Burkina Faso — "ləyaqətli adamların ölkəsi" deməkdir. Ərazisi 273 187 km², əhalisi 15,7 mln. nəfərdir.(2009). Paytaxtı — Uaqaduqu şəhəridir.
Burkina Faso
Burkina Faso — Qərbi Afrikada dövlət. 1984-cü ilin avqustuna qədər Yuxarı Volta adlanırdı. Şimalda Mali, şərqdə Niger, cənub-şərqdə Benin, cənubda Toqo və Qana, cənub-qərbdə Kot-d-İvuar ilə həmsərhəddir. Burkina Fasonun dənizə çıxışı yoxdur. Burkina Fasonun adı tərcümədə "vicdanlı adamların vətəni" deməkdir. (moore dilində "burkina" -""vicdanlı adamlar", dyula dilində "faso" — "vətən"). Digər tərcüməyə görə Burkina Faso — "ləyaqətli adamların ölkəsi" deməkdir. Ərazisi 273 187 km², əhalisi 15,7 mln. nəfərdir.(2009). Paytaxtı — Uaqaduqu şəhəridir.
Castin Mask
Castin Mask (ing. Justine Musk; qızlıq soyadı: Uilson; 2 sentyabr 1972, Peterborouh, Ontario) kanadalı yazıçı. Sahibkar İlon Maskın birinci həyat yoldaşıdır. 6 əsəri ingilis dilində 17 dəfə nəşr olundu. Hal-hazırda 839 kitabxanada mövcuddur. == Karyerası == Castin Mask 2005-ci ildə ilk kitabı olan Blood Angel-i nəşr etdirdi. İkinci kitabı Uninvited 2007-ci ildə nəşr olundu. Ardınca 2008-ci ildə Blood Angel-in davamı olan Lord of Bones-i nəşr etdirdi. Mask yeni roman planı hazırlamaq üçün Pinterest kimi saytlardan istifadə edən ilk şəxslərdən biri oldu.Mask həmçinin davamlı olaraq TED Talks-da çıxış edir.
Diana Başo
Diana Başo (d. 5 dekabr 2000) — Albaniyalı üzgüçü. Diana Başo Albaniyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Diana Başo birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 2:22.86 saniyəlik nəticəsi ilə 54 üzgüçü arasında 48-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
El-Paso
El Paso — Texas ştatında şəhər, ABŞ.
El Paso
El Paso — Texas ştatında şəhər, ABŞ.
Elon Mask
İlon Riv Mask (ing. Elon Reeve Musk; 28 iyun 1971[…], Pretoriya, CAR) — Cənubi Afrika Respublikasında doğulmuş ABŞ sahibkar, mühəndis, investor və milyarderi. Mask SpaceX şirkətinin təsisçisi, informasiya texnologiyalarından cavabdeh rəhbəri və baş icraçı direktoru, Tesla-nın ilkin investoru, baş icraçı direktoru və məhsul dizayneri, The Boring Company-nin təsisçisi və Neuralink və OpenAI şirkətlərinin həmtəsisçisidir. 2022-ci ilin mart ayında xalis sərvəti 270 milyard ABŞ dolları olan Mask həm "Bloomberg milyarderlər siyahısı"na həm də "Forbes" jurnalının milyarderlər siyahısına görə dünyanın ən varlı adamıdır.Mask kanadalı ana və cənubi afrikalı atanın ailəsində dünyaya gəlib CAR-ın Pretoriya şəhərində böyümüşdür. Hərbi xidmətə çağırılmamaq üçün 17 yaşında Kanadaya köçməzdən əvvəl qısa müddət Pretoriya Universitetində təhsil almışdır. O, Kuens Universitetinə qəbul oldu və iki il sonra Pensilvaniya Universitetində təhsilini davam etdirib iqtisadiyyat və fizika ixtisası üzrə bakalavr dərəcəsi aldı. Təhsilini Stenford Universitetində davam etdirmək üçün 1995-ci ildə Kaliforniyaya köçdü, amma burada qardaşı Kimballa birlikdə veb-proqram təminatı şirkəti Zip2-ni quraraq biznes karyerasına başladı. Bu startap 1999-cu ildə Compaq tərəfindən 307 milyon dollara satın alındı. Elə həmin il Mask Confinity ilə birləşərək 2000-ci ildə indiki PayPal olan onlayn bank X.com-u təsis etdi. Şirkət 2002-ci ildə eBay tərəfindən 1,5 milyard dollara satın alındı.
Kimbal Mask
Kimbal Mask (ing. Kimbal Musk; 20 sentyabr 1972, Pretoriya, Cənubi Afrika) cənubi afrikalı restoran meneceri, baş aşpaz və sahibkardır. Bir çox filialı olan The Kitchen Restaurant Group-un sahibidir. Qeyri-kommersiya təşkilat olan Big Green-in həmtəsisçisi və prezidentidir. Həmçinin dizayn şirkəti Square Roots-un həmtəsisçisi və prezidentidir. Kimbal hal-hazırda Tesla Motors və SpaceX-in idarə heyətində yer alır. Milyarder sahibkar İlon Maskın kiçik qardaşı və Tesla-nın irihəcmli səhmdarıdır. 1995-ci ildə qardaşı İlon ilə birlikdə Zip2-ni qurmuşdular. == İlk illəri == Kimbal qardaşı İlon, bacısı Toska və bir neçə qohumu ilə birlikdə böyüdü. Anası Mey Mask diyetaloq və model, atası Errol Mask isə mühəndis idi.Cənubi Afrikada Respublikasında yerləşən Pretoriya məktəbindən məzun olduqdan sonra qardaşı ilə görüşmək üçün Kanadaya köçdü.
Maho çimərliyi
Maho çimərliyi (nid. Maho Beach) — Sen-Marten adasının cənub-qərbində yerləşən çimərlik. Adanın bu hissəsi Niderlandın tərkibində bir asılı ərazi olaraq Sint-Marten bölgəsinə daxildir.. Çimərliyi məşhurlaşdıran onun Şahzadə Yulian hava limanının yaxınlığında yerləşməsidir. Bu səbəbdən bəzən təyyarələr çimərlikdə istirahət edənlərin 10-20 metr üstlərindən uçaraq hava limanına daxil olur.. çimərlik və hava limanını iki hasar ayırır. Çimərliyin uzunluğu 300 m, eni isə 10-20 metr arasında dəyişir. Çimərlikdə çoxlu sayda kafe vardır. Onlar arasında ən məşhuru Sunset Bar and Grilldir. Burada olan lövhədə təyyarələrin uçuş-eniş vaxtları yazılmışdır.
Maho Şimizu
Maho Şimizu (d. 9 mart 1960) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Masa (bürc)
Masa (lat. Mensa) — göyün cənub yarımkürəsində zəif görünən bürc.
Masa dağlar
Masa / tava/ dağlar – (rus. горы столовые, ing. table mountains) denudasiyaya davamlı çökmə və ya püskürmə süxur layları ilə örtülmüş dik yamaclı və yastı səthli təcrid olunmuş yüksəklik. Qalxmış laylı düzənlik­lərin erozion parçalanması və ya qırılmalar boyu ayrı-ayrı blokların differensial yerdəyişməsi zamanı əmələ gəlir.
Mason lojası
Mason lojası — Masonların toplaşdıqları və fəaliyyət göstərdikləri yerlərə verilən ad. Hər bir mason lojası daha yüksək qurum olan Böyük Loja tərəfindən nəzarət edilir və mason lojaları əsasən lokal səviyyədə idarə olunur. Yerli mason lojaları Baş loja tərəfindən qəbul edilən qanunlar və nizamnamələr əsasında fəaliyyət göstərməkdədirlər.
Mass-spektrometriya
Mass-spektrometriya - maddələrin ionlaşmış hissəciklərinin kütləyə görə xüsusi analizatorlarda ayrılmasına əsaslanan fiziki analiz növü. Mass-spektrometriya kütlə spektrlərini, atomların kütlə ədədlərini dəqiqləşdirməyə, yeni izotoplar aşkar etməyə, müxtəlif obyektlərdə izotopların yayılmasını müəyyən etməyə imkan verir. Kütlələrin spektrini qeydə almaq sistemindən asılı olaraq üsul mass-spektroskopiya (işıqlanan ekranda kütlələrin bütün spektrinin alınması) və ya mass-spektroqrafiya (fotoplastinkadan istifadə etdikdə) adlanır. Mass-spektrometriya yeni izotopların identifikasiyası üçün əlverişli üsuldur. Geologiyada süxur, mineral, filiz, sularda element izotoplarının yayılmasının anomal nisbətlərinin tədqiqinin bütün hallarında mass-spektrometriya izotop tədqiqatlarının əsas üsulu kimi istifadə edilir. İzotop tərkibinin variyasiyaları nümunədə radiogen izotopun yığılması, ya da müxtəlif geoloji proseslərinin təsiri, temperatur fərqləri, genezis və b. faktorlarla bağlıdır. Mass-spektrometriya (mass-spektroskopiya, mass-spektroqrafiya, mass-spektrometrik tədqiqat, analiz və.s) ionlaşma zamanı əmələ gələn təcrübə komponentlərinin marağını əks etdirən ionların kütlələrinin enerjiyə olan nisbətini təyin etməyə əsaslanan maddələrin tədqiqat metodudur. Maddənin keyfiyyət identifikasiyasının güclü üsullarından biri olub, kəmiyyəti təyin etməyə də imkan verir. Demək olar ki, mass-spektrometriya — təcrübədə olan molekulun "tərəzidə çəkilməsidir." Bütün mass-spektrometrlər – vakum cihazlarıdır, bir halda ki, ionlar yad molekulların iştirakı zamanı ionlar qeyri-sabitdirlər.
Mass Effect
Mass Effect (azərb. Kütlə təsiri‎) — Keysi Hadson, Dryu Karpişin və Preston Vatamanyuk tərəfindən yaradılan elmi fantastika media franşizası. Franşiza bəşəriyyətin və bir neçə yadplanetli sivilizasiyanın inkişaf etmiş əvvəlki bir sivilizasiyasının geridə qoyduğu texnologiyadan istifadə edərək Süd yolu qalaktikasını kolonizasiya etdiyi bir alternativ kainatı təsvir edir. Franşizanın əsası "BioWare" tərəfindən inkişaf etdirilmiş və "Electronic Arts" tərəfindən yayımlanmış bir sıra videooyun ilə qoyulur. Seriyanın hər bir epizodu rol oyunu elementlərinə malik üçüncü şəxs atıcıdır. İlk üç epizodu oyunçu personaj olan Komandir Şepardın qalaktikanı "oraqçılar" adlanan qədim, qışlayan maşınlardan ibarət bir irqdən qurtarmağa çalışdığı bir trilogiya təşkil edir. Seriyanın ilk videooyunu olan "Mass Effect" (2007) Şepardın oraqçıların agentlərindən olan Saren Arterius haqqında apardığı istintaqı təsvir edir. "Mass Effect 2" (2010) birinci epizoddan iki il sonrakı kainatda cərəyan edir və Şepard ilə qüvvələrinin oraqçıların geri qaytarılmasını asanlaşdırmaq üçün insan koloniyalarını qaçıran yadplanetli "kollektorlar" irqi ilə apardığı mübarizəni təsvir edir. Orijinal trilogiyanın son epizodu olan "Mass Effect 3" (2012) oraqçılar ilə qalaktikanın qalan hissəsi arasındakı müharibəni təsvir edir. Dördüncü oyun olan "Mass Effect: Andromeda" (2017) yeni bir mövzuya və personajlara sahibdir.
Masyo (En)
Montyo (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Masyo (İzer)
Masyö (fr. Massieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sen-Juar-an-Valden kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38222. Kommunanın 2006-cı il üçün əhalisi 742 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 30 km şimal-qərbdə yerləşir.