Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Varidat
Varidat (dövriyyə və satış həcmi) — müəyyən müddət ərzində istehsal olunan məhsulların, xidmətlərin, işlərin satışı nəticəsində müəssisə və ya sahibkarın alıcılara təqdim etdiyi tələblərin (o cümlədən ödənilməmiş tələblərin) ümumi məbləği.
Akimat
Akimat, Akimiat (idarəetmə; qaz. әкімшілік, әкімдік, qırğ. акимчилик) — Qazaxıstanda regional icra orqanı, Qırğızıstanda rayon dövlət idarəsi. Əyalət başçısı (regional hökumət) bələdiyyə sədridir, bölgədə respublikanın prezidentini və hökumətini təmsil edir. Bölgələrin, respublika əhəmiyyətli şəhərlərin və paytaxtın icra hakimləri prezident tərəfindən təyin edilir. Təşkilati struktur yerli icra hakimiyyətinin icra orqanı kimi məsuliyyət və səlahiyyətləri ilə müəyyən edilir. Bələdiyyə, bələdiyyə sədrindən, müavinlərindən, şöbələrdən, şöbələrdən və digər xidmət bölmələrindən ibarətdir. Əyalətin quruluşu bölgənin, rayonun, şəhərin idarəetmə sxeminə uyğun olaraq müəyyən edildikdən dərhal sonra bələdiyyə başçısının təklifi ilə məsləhət tərəfindən təsdiq edilir. Yerli icra orqanlarının iqtisadi və maliyyə əsaslarını inzibati ərazi vahidlərinin əmlakı (onlara aid olan məsləhətin və yerli idarəetmə orqanlarının əmlakı), yerli büdcədən vəsaiti, büdcədən ayrılan yerli vergilər, qrantlar və yardımlar, dövlət rüsumları təşkil edir. Şəhər və rayon mülkləri üçün icarə, vergi və digər ödənişlər tutulur.
Hakikat (qəzet)
Hakikat (avar. XӀакъикъат) - Dağıstan Respublikasının Mahaçqala şəhərində avar dilində nəşr olunan qəzet. Qəzet 1917-ci ildə təsis edilmişdir. 1979-1918: XӀакъикъат - (azərb. Həqiqət‎) 1918-1920: ХӀалтӀулел чагӀи - (azərb. İşləyən insanlar‎) 1920-1921: БагӀараб байрах - (azərb. Qırmızı bayraq‎) 1921-1934: БагӀарал мугӀрул - (azərb. Qırmızı dağlılar‎) 1934-1951: МагӀарул большевик - (azərb. Bolşeviklər dağlarda‎) 1951-1957: Дагъистаналъул правда - (azərb. Dağıstan həqiqətləri‎) 1957-1990: БагӀараб байрах - (azərb.
Nakihət Xanım
Nakihət Xanım (və ya Nakihət Begüm), Səfəvi şahı II Abbasın (1642–1666) çərkəz kökənli həyat yoldaşı. II Şah Abbasın varisi və ondan sonrakı Səfəvi şahı Şah Süleyman Səfəvinin anasıdır. İlk əvvəllər Səfəvi sarayında kəniz olmuş, sonradan kəbinli həyat yoldaşı və şahın əsas arvadı olmuşdur. Şah ailəsinin digər qadınları kimi, ölümündən sonra İraqdakı Şiə müqəddəs türbələrində dəfn edilmişdir. Bu yerlər 1639-cu il, Qəsri-Şirin sülh müqaviləsi imzalanan zamandan formal olaraq Osmanlı dövlətinə tabe idi. Bierbrier, Morris. "The Descendants of Theodora Comnena of Trebizond". The Genealogist. 12 (1). 1998.
Tatsuya Nakadai
İctimai varidat
İctimai varidat və ya İctimai mülkiyyət ― əsərə aid müəlliflik hüququnun qanunla təsbit olunmuş müəyyən bir müddətdən sonra qüvvədən düşərək ictimai varidata keçməsi halı. Azərbaycan Respublikasının ərazisində heç vaxt qorunmamış əsər də ictimai varidata keçmiş sayılır.
Tatsuya Nakaday
Tatsuya Nakaday (仲代 達矢, 13 dekabr 1932, Tokio[d]) — Yaponiya aktyoru və rejissoru. 1932-ci ilin dekabr ayının 13-də Tokio şəhərində Motohisa Nakaday (仲代 元久) adı ilə dünyaya gəlib. Nakaday çox kasıb bir ailədə dünyaya gəldiyi üçün ali təhsil ala bilməmişdi və aktyor olmağa qərar vermişdi. O, Amerika filmlərini izləyir, Con Ueyn və Marlon Brando kimi aktyorlara pərəstiş edirdi. Günlərin birində, Tokioda geyim mağazasında kargüzarlıq edən bir gənc Masaki Kobayaşinin diqqətini cəlb edir və "Qalın divarlar arxasında" ("Qalın divarlı otaq"/ "Qalın divar") filmində baş rolu ifa etmək üçün dəvət alır. Beləcə, çox illər davam edəcək dostluğun başlanğıcı qoyulur. 1954-cü ildə Nakaday "Yeddi samuray" filmində bir neçə saniyəlik şəhərdə gəzən samuray obrazını canlandıraraq qarşımıza çıxır. Texniki olaraq "Yeddi samuray" filmi onun debütü hesab olunur. Çünki "Qalın divar" filminin buraxılması (release) mübahisli məsələlərin nəticəsində 3 il müddətinə saxlanılır. Bir aktyor kimi onun böyük uğuru Kobayaşinin rejissorluğu ilə ekranlaşdırılan "Qara nehr" filmində canlandırdığı gənc bir yakuza – Co obrazı ilə gəlir.
Bakıda mədəniyyət
Bakı şəhərinin əsası V əsrdə qoyulmuşdur. Azərbaycanın paytaxtı olan bu şəhər müxtəlif dövrlərdə Şirvanşahlar dövləti, Bakı xanlığının və Rusiyanın Bakı quberniyasının mərkəzi olmuşdur. Bakıda dövrümüzə çatmış ən qədim tikili Qız qalasının təməl hissəsi hesab edilir. Şirvanşahlar dövründə Bakıda çoxlu inşaat işləri həyata keçirilmiş və şəhər inkişaf etdirilmişdir. XII əsrdə qala divarları inşa edilmiş və şəhərin müdəfiə sistemi gücləndirilmişdir. XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra şəhərin “Qala” adlandırılan qədim hissəsinin həyatında “kristallaşma” dövrü başlamışdır. XIX əsrdə Abşeron yarımadasında neft sənayesinin inkişafı ilə ictimai və mədəni həyatda da canlanma baş verir. XX əsrin əvvəllərində Bakı Rusiya imperiyasının əsas sənaye şəhərlərindən birinə çevrilir. Şəhərin iqtisadi baxımdan sürətli inkişafı aralarında Emanuel Nobel, Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, Aleksandr Mantaşev və s. milyonçuların şəhərə böyük sərmayələr yatırmasına şərait yaradır, çoxsaylı yeni binalar və komplekslər inşa edilir.
Naziat Surəsi
79-cu surə
Bakıda Amerika Universiteti
Bakıda Amerika Universiteti (ing. American University in Baku) və ya qısaca BAU — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində fəaliyyət göstərmiş, özündə təhsilin amerikan modelini təcəssüm etdirən ingilisdilli keçmiş qeyri-dövlət ali təhsil müəssisəsi və və elmi-texniki tədqiqatlar mərkəzi. Universitet Azərbaycan Respublikasının dünya standartlarının tələblərinə uyğun ingilis dilli yüksək ixtisaslı mütəxəssislərə kəskin ehtiyacını nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 yanvar 1995-ci il tarixli, 008 nömrəli Qərarı ilə yaradılmışdır. Həmin Qərara görə ABŞ ali məktəblərinin professor-müəllim heyəti cəlb edilməklə Universitetdə tədrisin ingilis dilində aparılması məqsədəuyğun hesab edilmişdir. Bundan başqa həmin Qərara əsasən aşağıdakıların həyata keçirilməsi nəzərdə tutulmuşdur: Universitetin binasının tikintisinin sponsorların vəsaiti hesabına maliyyələşdirilməsi; Azərbaycan Respublikası Beynəlxalq Bankı tərəfindən Universitetin tikintisi və inkişafı layihəsinin həyata keçirilməsi ilə bağlı investisiyalar üçün müvafiq hesabın açılması; Universitetin tələbə şəhərciyinin tikintisi üçün Qanlıgölün qərb sahilində 30 hektar torpaq sahəsinin ayrılması məsələsinin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həll edilməsi; Səhiyyə Nazirliyi tərəfindən Bakı şəhəri Tbilisi prospekti, 9 nömrəli ünvanda yerləşən və tikintisi başa çatdırılmamış qastroenteroloji mərkəzin Universitetə şəhər kollecinin yerləşdirilməsi üçün icarəyə verilməsinin təmin edilməsi; Müdafiə Nazirliyi tərəfindən Bayılda yerləşən yataqxanasının Universitetə icarəyə verilməsi; Səhiyyə Nazirliyi tərəfindən Universitetin ABŞ-dən gələn müəllimlərinə tibb xidmətini təmin etməsi; Rabitə Nazirliyi tərəfindən Universitetdə hökumət rabitəsi telefonunun və lazımi miqdarda şəhər telefonlarının qoyulmasının təmin edilməsi; Təhsil Nazirliyi tərəfindən normal-tədris prosesinin təmin edilməsi məqsədilə, Bakı Politexnik Texnikumu binasının bir hissəsini Universitetə icarəyə verilməsi. 19 avqust 2000-ci ildə fəaliyyəti dayandırılmışdır. Universitetin tələbələri amerikan nümunəsi üzrə inşa edilmiş tələbə şəhərciyində — Kampusda yüksək səviyyəli ali təhsil almaq imkanına malik olmuşlar. Bu Kampus Amerika və Avropa universitetlərinin oxşar tələbə şəhərciklərinin yaxşı ənənələrini özündə birləşdirir. Universitetin Treninq Mərkəzi 1998-ci ilin payızında — BAU-nun yerləşdiyi şəhərciyə (Kampusa) köçməsindən sonra fəaliyyətə başlamışdır. Mərkəzin fəaliyyətinin məqsədi universitet əməkdaşlarının potensialından və texniki imkanlarından istifadə etməklə Azərbaycan vətəndaşlarına müxtəlif sahələrdə biliklərini artırmaq və təkmilləşdirməkdə xidmətlər göstərməkdən ibarət olmuşdur.
Bakıda qadın qiyamı
Bakıda qadın qiyamı və ya "Babiy bunt" — 1916-cı ilin fevral ayında qıtlığa və qiymət artımına qarşı baş verən qadın qiyamı. 1916-cı ildə Bakıda ən vacib ərzaq mallarının qiymətləri xeyli bahalaşmışdı. Altı nəfər möhtəkir ət ticarəti məqsədilə sindikat yaratmışdı. Bu sindikat Türkmənistandan qoyun gətirib, bazarlarda baha qiymətə satırdı. Qıtlıq başlamış, bazarda qiymətlər 4–5 dəfə artmışdı. 1916-cı ildə çörəyin qiyməti 1914-cü ilə nisbətən 266 faiz artmışdı. Un, düyü, çörək, ət, toyuq, yumurta, göyərti və başqa ərzaq mallarının qiymətləri yüksək idi. Südün qiyməti 305 faiz, ətin qiyməti 327 faiz, düyünün qiyməti 355 faiz, ərinmiş yağın qiyməti isə 520 faiz artmışdı. Şəhərdə əhalinin yoxsul təbəqələri içərisində acından ölmə halları da çoxalmışdı. Buğda olmadığından şəhərdə dəyirmanların çoxu işləmirdi.
Bakıda qəbiristanlıqların siyahısı
Bakıda qəbiristanlıqların siyahısı — Bakıda dəfn üçün ayrılmış xüsusi yerlər. Siyahıya Bakıda yerləşən və Bakı qəsəbəsi ərazisində olan qəbiristanlıqlar, eləcə də bir zamanlar şəhər və onun ətrafında yerləşən qəbiristanlıqlar daxildir. 2017-ci ilin IV rübündən etibarən Bakı şəhərinin əhalisinə mülki xidmətlərə baxan trestin nəzdində 32 qəbiristanlıq var. Onlardan ən böyüyü və ən qədimi Yasamal qəbiristanlığıdır. Bəzi qəbiristanlıqlar müxtəlif bələdiyyələrə tabedirlər. Dağıdılmış qəbiristanlıqlar kursiv ilə yazılıb.
Budyonnı Bakıda (1952)
Budyonnı Bakıda qısametrajlı sənədli filmi rejissor Muxtar Dadaşov tərəfindən 1952-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Vətəndaş müharibəsi qəhrəmanı, Sovet İttifaqı Marşalı S. M. Budyonnının Bakıya gəlməsinə həsr olunmuşdur. Film Vətəndaş müharibəsi qəhrəmanı, Sovet İttifaqı Marşalı, Sovet Ordusu süvari qoşunlarının komandanı və SSRİ Silahlı Qüvvələr Nazirliyi Ali Hərbi Şurasının üzvü S. M. Budyonnının Bakıya gəlməsinə həsr olunmuşdur. Film "Ordenli Azərbaycan" kinojurnalının xüsusi buraxılışıdır.
Bakıda küləklər əsir
Bakıda küləklər əsir filmi rejissor Muxtar Dadaşov tərəfindən 1974-cü ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Şahmar Ələkbərov, Həsən Məmmədov, Nikolay Fedortsev, Rza Təhmasib, Pavel Kadoçnikov, Aleksandr Afanasyev və Andrin İnqrid ifa edirlər. Film İkinci Dünya müharibəsi illərində Bakı neftinə can atan faşistlərin məkrli niyyətlərinə, düşmən agenturasına, təxribatçılara qarşı çekistlərin apardıqları mübarizəyə həsr olunmuşdur. Beynəlmiləlçilik və xalqlar dostluğu kino əsərinin əsas mövzularındandır. Filmdəki hadisələr Bakıda, Şimali Qafqazda və Nalçikdə cərəyan edir. Filmdə kor Həsənzadə rolunu ifa edən qocaman rejissor Mikayıl Mikayılovun ömrünün son illərində həqiqətən gözləri tutulmuşdu. Ssenari müəllifləri: Muxtar Dadaşov,Yuri Dobroxotov,Vladimir Spitsin,Vladimir Sinitsin Rejissor: Muxtar Dadaşov Operator: Vladimir Qusyev Rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Xəyyam Mirzəzadə Rollarda: Şahmar Ələkbərov - Azad Həsən Məmmədov (aktyor) - Tahir Cəliloviç Nikolay Fedortsev - Orlov Rza Təhmasib - Şahmar bəy Pavel Kadoçnikov - Kaştanov Aleksandr Afanasyev - Ştellinq Andrin İnqrid - Erika İsmayıl Osmanlı - Əlibala Xalidə Quliyeva - Solmaz Aleksandr Susnin - Starşina Muxtar Maniyev - Kərim Mikayıl Mikayılov (rejissor) - Həsənzadə Ceyhun Mirzəyev - əsgər Anatoli Falkoviç - Nikolayev Kamil Qubuşov - fəhlə;neftçi Süleyman Ələsgərov (aktyor) - Zabit Ağayev Bahadur Əliyev - Bahadur Filmi səsləndirənlər: Həsənağa Turabov - Orlov (Nikolay Fedortsev)(titrlərdə yoxdur) Yusif Vəliyev - həkim İvan (titrlərdə yoxdur) Səməndər Rzayev - Şahmar bəy (Rza Təhmasib)(titrlərdə yoxdur) Əliabbas Qədirov - Kaştanov (Pavel Kadoçnikov)(titrlərdə yoxdur) Həsən Əbluc - Ştellinq (Aleksandr Afanasyev)(titrlərdə yoxdur) Əminə Yusifqızı - Erika (Andrin İnqrid)(titrlərdə yoxdur) Xuraman Hacıyeva - Solmaz (Xalidə Quliyeva)(titrlərdə yoxdur) Sadıq Hüseynov (aktyor) - Həsənzadə (Mikayıl Mikayılov (rejissor))(titrlərdə yoxdur) Yaşar Nuri - əsgər (Ceyhun Mirzəyev)(titrlərdə yoxdur) Kamil Qubuşov - Nikolayev (Anatoli Falkoviç)(titrlərdə yoxdur) Bahadur Əliyev - Zabit Ağayev (Süleyman Ələsgərov (aktyor))(titrlərdə yoxdur) Ramiz Məlik - əsgər (titrlərdə yoxdur) Ssenari müəllifi: Muxtar Dadaşov, Yuri Dobroxotov, Vladimir Spitsin, Vladimir Sinitsin Rejissor: Muxtar Dadaşov Operator: Vladimir Qusyev Rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Xəyyam Mirzəzadə Şahmar Ələkbərov — Azad Həsən Məmmədov — Tahir Cəliloviç Nikolay Fedortsev — Orlov Rza Təhmasib — Şahmar bəy Pavel Kadoçnikov — Kaştanov Aleksandr Afanasyev — Ştellinq Andrin İnqrid — Erika İsmayıl Osmanlı — Əlibala Xalidə Quliyeva (Xalidə Qasımova kimi) — Solmaz Aleksandr Susnin — starşina Muxtar Maniyev — Kərim Mikayıl Mikayılov — Həsənzadə Ceyhun Mirzəyev — Əsgər Anatoli Falkoviç — Nikolayev Kamil Qubuşov — fəhlə; neftçi Süleyman Ələsgərov — Zabit Ağayev Bahadur Əliyev — Bahadur Həsənağa Turabov — Orlov (Nikolay Fedortsev) (titrlərdə yoxdur) Yusif Vəliyev — həkim İvan (titrlərdə yoxdur) Səməndər Rzayev — Şahmar bəy (Rza Təhmasib) (titrlərdə yoxdur) Sadıq Hüseynov — Həsənzadə (Mikayıl Mikayılov) (titrlərdə yoxdur) Əliabbas Qədirov — Kaştanov (Pavel Kadoçnikov) (titrlərdə yoxdur) Həsən Əbluc — Ştellinq (Aleksandr Afanasyev) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Erika (Andrin İnqrid) (titrlərdə yoxdur) Xuraman Hacıyeva — Solmaz (Xalidə Quliyeva) (titrlərdə yoxdur) Yaşar Nuri — Əsgər (Ceyhun Mirzəyev) (titrlərdə yoxdur) Kamil Qubuşov — Nikolayev (Anatoli Falkoviç) (titrlərdə yoxdur) Bahadur Əliyev — Zabit Ağayev (Süleyman Ələsgərov) (titrlərdə yoxdur) Ramiz Məlikov — Əsgər (titrlərdə yoxdur) Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред.
Bakıda Xocalı soyqırımı abidəsi
Ana harayı və ya Bakıda Xocalı soyqırımı abidəsi — 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində mülki azərbaycanlılara qarşı erməni silahlı birləşmələri tərəfindən törədilmiş soyqırım hadisəsi qurbanlarının xatirəsinə Bakı şəhərinin Xətai rayonunda, Şah İsmayıl Xətai metrostansiyası yaxınlığında ucaldılmış abidədir. Layihənin rəhbəri memar Camal Rəşid Əlizadə, abidənin müəllifləri isə Aslan, Mahmud və Teymur Rüstəmovlardır.[1] Hər il soyqırımın il dönümündə Azərbaycan Prezidenti və minlərlə Bakı sakini abidəni ziyarət edir. Xocalı soyqırımının baş verməsindən sonra, 1993-cü ildə hazırda heykəlin yerləşdiyi yerdə əlində öldürülmüş körpəsinin cəsədini qaldıran gənc ananın dramatik heykəli ucaldılmışdı. Müəllifi Elçin Muxtarov olan abidənin qoyulmasında dövlət büdcəsindən maliyyə xərclənməyib. Abidə vətənpərvər insanların maddi köməkliyi sayəsində başa gəlib. O zaman Xətai Rayon İcra Hakimiyyətinin başçısı işləmiş Zəlimxan Məmmədli qeyd edir ki, "...sonra o abidənin başına yüz oyun açdılar. Düz beş dəfə söküb-tikdilər. Nəhayət ki, götürüb harasa apardılar, başqası ilə əvəzlədilər." 2008-ci ildə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən mövcud abidənin daha böyük abidə ilə əvəz edilməsi qərara alınır və bu məqsədlə yeni heykəlin hazırlanması üçün Aslan, Mahmud və Teymur Rüstəmovlara müraciət olunur. Beləliklə abidənin hazırlanması işinə heykəltaraşlar ailəsi cəlb edilmişdir. Heykəlin müəlliflərindən biri olan Teymur Rüstəmov bildirir ki, "Bir kompozisiyada Xocalı gecəsində baş vermiş bütün faciələri və dəhşətləri əks etdirmək lazım idi, əlində ölmüş uşaq tutmuş qadın isə bu təsvirdə açar rolunu oynadı." Heykəlin digər müəllifi Mahmud Rüstəmov isə qeyd edir ki, Abidə kompleksin məzmununda elə ciddi dəyişiklik olmayıb.
Bakıda kütləvi informasiya vasitələri
Azərbaycanda olan kütləvi informasiya vasitələrinin böyük qismi Bakı şəhərində cəmlənmişdir. Bakıda demək olar kı ölkənin ən iri milli telekanalları yayım aparır: AzTV (dövlət), Azad Azərbaycan (özəl), Ictimai TV (dövlət), Lider TV (özəl), Space TV (özəl), Xəzər TV (özəl), Mədəniyyət TV, İdman Azərbaycan TV. İri şəhər radiostansiyalarından İctimai Radio, Radio Antenn, Burc FM, Lider FM Jazz və s göstərmək olar. Radiolar:ANS ÇM, Araz FM, ASAN Radio, Avto Radio (Azərbaycan), Azad Azərbaycan radiosu, Azərbaycan Dövlət Radiosu, Baku.fm, Buta FM, Bürc FM, Lider Jazz FM, Media FM. ANS ÇM Qafqaz və Mərkəzi Asiya regionunda ilk FM-diapozonunda ilk müstəqil radio olmuşdur. Bakıda Azərbaycan (dövlət), "Zaman", "Exo" (gündəlik), "Baku Today", Yeni Müsavat, İki sahil və s. böyük tirajlı qəzetlər buraxılır.
Bakıda neftçilərin tətili (1954)
Bakıda neftçilərin tətili — 16 iyul 1954-cü il tarixində öz həyat şəraitlərindən narazılıq edən və əsasən azərbaycanlılardan ibarət olan Bakı neftçiləri tərəfindən təşkil edilmiş və insan tələfatı ilə nəticələnmiş tətil. Milisin silahlı müdaxiləsi nəticəsində tətil iştirakçılarından təxminən 20 nəfər öldürülmüş, yüzlərlə insan həbs olunmuşdur. Həbs olunanlardan 300-ə yaxını sonradan SSRİ-nin müxtəlif bölgələrinə sürgün olunmuşdur. Sürgün olunanlar arasında tətil iştirakçılarının ailə üzvləri, qadınlar və uşaqlar da olmuşdur. Hadisə barədə məlumat 1954-cü ilin oktyabrında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə ötürülüb və 2007-ci ildə məlumatın üzərindən məxfilik qrifi götürülüb. Hazırda həmin məlumatla MKİ-nin kitabxanasında kağız və elektron variantda tanış olmaq mümkündür.
Bakıda tikinti (film, 1946)
Bakıda tikinti – rejissor Niyazi Bədəlov tərəfindən 1946-cı ildə çəkilmiş sənədli film. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film müharibədən sonrakı birinci ildə Bakı şəhərində aparılan tikinti və abadlıq işlərindən bəhs edir. Film müharibədən sonrakı birinci ildə Bakı şəhərində aparılan tikinti və abadlıq işlərindən bəhs edir. Rejissoru Niyazi Bədəlovdur.
Bakıda yerləşən abidələrin siyahısı
Bakı abidələri — Bakı öz tarixinə görə qədim şəhər olduğundan, burada müxtəlif dövrlərə aid çoxlu sayda tarixi və memarlıq abidələri vardır. Bəşər sivilizasiyasının ilkin meydana gəlmiş ərazilərindən biri də Azərbaycandır. İlk növbədə buna səbəb insanların yaşaması üçün mülayim və münasib təbii şərait olmuşdur. Ərazidə aparılmış arxeoloji qazıntıların nəticələri göstərmişdir ki, Azərbaycanda yaşamış qədim insanlar tarix boyu şərəfli yaradıcılıq yolu keçərək çoxsaylı mədəniyyət əsərləri yaratmışlar və onlardan biri də memarlıqdır. Memarlıq tarixi — insanlıq tarixidir . Bu tarixin başlanğıcı ibtidai insanların yaşadığı təbii mağaralardan başlayır. Azərbaycan ərazisində belə mağaraların sayı olduqca çoxdur. Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində, Talış dağlarında, Naxçıvanda, Zəngilan, Kəlbəcər, Gədəbəy, Xanlar, Şamaxı və nəhayət Füzuli rayonu ərazisində aşkar edilmiş Azıx mağarası buna misal ola bilər. Belə mağaralarda aparılmış tədqiqatlar göstərir ki, burada yaşamış ibtidai insanlar 1,5 milyon il öncə, yaşayışlarını mağaralardakı şəraitə uyğunlaşdırmaq məcburiyyətində qalsalar da sonralar şüurun inkişafı və bəzi əmək və inşaat alətlərinin yaranması ilə əlaqədar olaraq onlar yaşadıqları təbii mağaraları öz yaşayış tərzlərinə uyğunlaşdırmağa çalışmışlar.Tarixən formalaşan Azərbaycan şəhərlərinin və bütöv şəhərsalma sistemlərinin qorunması problemləri ilə bağlı müxtəlif qərar və tədbirlər həyata keçirilmişdir. Şəki (1968), Bakının İçərişəhər hissəsi, Şuşa və Ordubad (hər üçü 1977 ildə) şəhərləri, Lahıc qəs.
Bizim Bakıda (film, 1958)
Bizim Bakıda qısametrajlı sənədli filmi 1958-ci ildə Bakı kinostudiyasında istehsal edilmişdir. Film qədim və həmişəcavan Bakıya həsr olunmuşdur. Film qədim və həmişəcavan Bakıya, onun qaynar həyatına, bu şəhəri daha da gözəlləşdirən və abadlaşdıran əmək adamlarına həsr olunmuşdur.
Budyonnı Bakıda (film, 1952)
Budyonnı Bakıda qısametrajlı sənədli filmi rejissor Muxtar Dadaşov tərəfindən 1952-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Vətəndaş müharibəsi qəhrəmanı, Sovet İttifaqı Marşalı S. M. Budyonnının Bakıya gəlməsinə həsr olunmuşdur. Film Vətəndaş müharibəsi qəhrəmanı, Sovet İttifaqı Marşalı, Sovet Ordusu süvari qoşunlarının komandanı və SSRİ Silahlı Qüvvələr Nazirliyi Ali Hərbi Şurasının üzvü S. M. Budyonnının Bakıya gəlməsinə həsr olunmuşdur. Film "Ordenli Azərbaycan" kinojurnalının xüsusi buraxılışıdır.
Maksim Qorki Bakıda (1928)
Filmdə görkəmli rus yazıçısı Maksim Qorkinin Bakıya ikinci səfərindən bəhs edilir. Burada onun Azərbaycan yazıçıları və zəhmətkeşləri ilə görüşü öz geniş əksini tapmışdır.
Mən Bakıda Yaşayıram (1986)
Todor Jivkov Bakıda (1973)
Bakıdan Göy-gölədək (film, 1947)
Bakıdan Göy-gölədək qısametrajlı sənədli filmi rejissor Həsən Seyidbəyli tərəfindən 1947-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Mənzərə filmi tamaşaçıları doğma Azərbaycana səyahətə çıxarır. Mənzərə filmi tamaşaçıları doğma Azərbaycana səyahətə çıxarır. Kinooçerk köhnə və yeni Bakıya, Bakıdan müxtəlif istiqamətlərə gedən dəmir yol xətlərinə, Gəncəyə, Göy-gölə həsr olunmuşdur. Film ilk rəngli sənədli filmdir. Ssenari müəllifi: İmran Qasımov Rejissor: Həsən Seyidbəyli Operator: Əsgər İsmayılov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".