Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Markoman müharibələri
Markoman müharibələri Markoman müharibələri Roma İmperiyası ilə german və sarmat tayfalarının mərkəzi Dunayda (indiki Moraviya, Slovakiya, Macarıstan və Rumıniya) apardıqları müharibələrə verilən ümumi addır. Bu müharibələr eramızın 166-cı ildən 180-ci ilə qədər Mark Avrelinin hakimiyyəti dövründə davam etmişdir. Bu günə qədər gəlib çatan qədim mənbələrdə müharibə "expeditio Germanica prima et secunda" adı ilə xatırlanır.Bundan başqa, eramızın 182-ci ildə Kommodun başa vurduğu və qədim mənbələrdə "expeditio Burica" adlandırılan müharibə 3-cü Markoman müharibəsi adlanır.
Markoman müharibəsi
Markoman müharibələri Markoman müharibələri Roma İmperiyası ilə german və sarmat tayfalarının mərkəzi Dunayda (indiki Moraviya, Slovakiya, Macarıstan və Rumıniya) apardıqları müharibələrə verilən ümumi addır. Bu müharibələr eramızın 166-cı ildən 180-ci ilə qədər Mark Avrelinin hakimiyyəti dövründə davam etmişdir. Bu günə qədər gəlib çatan qədim mənbələrdə müharibə "expeditio Germanica prima et secunda" adı ilə xatırlanır.Bundan başqa, eramızın 182-ci ildə Kommodun başa vurduğu və qədim mənbələrdə "expeditio Burica" adlandırılan müharibə 3-cü Markoman müharibəsi adlanır.
Narkodam adası
Narkodam adası (hind नर्कोन्दम द्वीप) — Andaman dənizində yerləşən ada. Sahəsi 9 km²-dir. Adanın diametri 3 km X 4 km. Maksimal hündürlüyü 710 metrdir. Öz növbəsində Hindistanın müttəfiq Andaman və Nikobar adaları ərazisinə daxildir. 1986-cı ilə qədər adaya Birma iddia edirdi. Narkodam adası Şimali Andamandan 120 km şərqdə yerləşir. Narkodam adası öz növbəsində bir sönmüş vulkandır. 2004-cü il Hind okeanında zəlzələ və sunami hadisəsindən sonra 2005-ci ildə kiçik aktivlik müşahidə edilmişdir. Vulkanın kökü 1700 m dərinliyə gedir.
Sarkoma Yuinq
Sarkoma Yuinq (ing. Ewing´s sarcoma) – sümüyün birincili bəd xassəli şişi olub, birbaşa sümük hüceyrələrindən yaranır.
Aroman dili
Arumın dili (yun. Κουτσοβλάχικη γλώσσα ή Βλάχικη γλώσσα) — Hind-Avropa dillərinin Roman qrupuna aid olan dildir. Arumın dili Cənub-şərq Avropada yaşayan arumınların danışan dilidir. Bu dilin rumın dili ilə kök və dil tərkibinin ortaq olmasına baxmayaraq rumın dili, slavyan dillərindən və arumın dili yunan dilindən təsir alıblar və bir-birindən dəyişiliblər. == Nümunə == Aroman dilində bir dua Tatã a nostru cai eshci pi tser, s-ayisascã numa a Ta, s-yinã Amirãrilja a Ta, s-facã vreare-a Ta, cum pi tserlu, ashi sh-pisti loc. Pãne-a nostrã atsea di cathi dzuã dã-nã-u sh-azã shi ljartã-nã amãrtiile-a noastre ashi cum lji-ljirtãm sh-a amãrtoshlor a noshci. Shi nu nã-du la pirazmo, ala aveaglji-nã di atsel arãulu. Cã a Ta easte Amirãrilja shi puteare a Tatãlui shi Hiljlui shi a Ayului Spirit, torã, totãna shi tu eta-a etilor. Amen.
Cenni-Vanda Barkman
Cenni-Vanda Barkman (1922 – İyul 4, 1946) İkinci dünya müharibəsi zamanı alman həbs düşərgəsində gözətçi olmuşdur. Onun uşaqlığı Almaniyanın Hamburq şəhərində keçmişdir. 1944-cü ildə Polşada yerləşən Ştutthof həbs düşərgəsinin qadın gözətçisi olmuşdu ki, nəticədə orada kı məhkumlara qarşı qəddarlıq göstərmiş və bəzilərinin ölümünə səbəb olmuşdur. O, həmçinin qaz kameraları üçün qadın və uşaqların seçilməsində iştirak etmişdir. Olduqca şiddətli davranışlara sahib olduğu üçün qadın məhkumlar, ona Gözəl Kabus adını vermişdilər. Sovet qoşunları əraziyə çatdıqda Barkmann artıq Ştutthofdan qaçmışdır. O, 1945-ci ilin may ayında Qdansk şəhərinin qatar stansiyasında qaçmağa çalışarkən tutulmuşdur. O, və onun həmkarları Ştutthof həbs düşərgəsində törətdikləri cinayətlər üzündən məhkəmədə təqsirkar qismində iştirak etdilər. O, məhkəmə boyunca sakit tərzdə gülümsəyirdi və verdiyi ifadələrdə düşərgənin qadın gözətçiləri ilə zarafatlaşdığını bildirdi. Bundan başqa o, şahid ifadələrini dinləyərkən açıq-aşkar saç düzümünü qaydasına salırdı.
II Karloman (Fransa kralı)
II Karloman (lat. Carlomannus, fr. Carloman; 866 – 6 dekabr 884 və ya 12 dekabr 884, Le-Andeli[d] və ya Lion) — 879–884-cü illərdə Qərbi Frank krallığının hökmdarı. O, 882-ci ilə qədər qardaşı III Lüdoviklə birgə hökmdar olmuş, Burqundiya və Akvitaniyanı idarə etmişdir. Karolinqlər sülaləsindəndir. II Kəkələyən Lüdovik və Burqundiyalı Ansqardanın oğlu olmuşdur. Kəkələyən Lüdovikin ölümündən sonra bəzi frank zadəganları III Lüdovikin yeganə kral seçilməsini müdafiə etmişdilər, lakin nəticədə hər iki qardaş padşah elan olunmuşdur. Onların hər ikisi 879-cu ilin sentyabrında taclandırılmışdılar. Buna baxmayaraq, onların qanuniliyinə bəzi şübhələr yaranmışdı, lakin həmin ilin noyabrında vikinqlər üzərində qələbələrindən sonra bu şübhələr yox olmuşdular. 880-ci ilin martında qardaşlar atalarının səltənətini bölmüşdülər.