Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nebuq
Nebuq (адыг. Нэбгъу) — Krasnodar diyarının Tuapsinski rayonunda kənd. Nebuq kənd məskunlaşma ərazisinin inzibati mərkəzi. == Coğrafiyası == Kənd Qara dəniz sahilində, Nəbuq çayının vadisində yerləşir. Tuapse rayon mərkəzindən 9 km şimal-qərbdə və Krasnodar şəhərindən 94 km cənubda yerləşir. A-147 avtomobil yolu Rusiyanın Qara dəniz sahillərini Adlerdən Cubqaya gedən yol kənddən keçir. Nebuq şimal-qərbdən Mayski və Tümenski, şərqdən Agui-Şapsuq və cənub-şərqdən Aqoy yaşayış məntəqələrinin ərazilər ilə həmsərhəddir: Kənd Baş Qafqaz silsiləsinin cənub yamacında yerləşir. Nebuq üç tərəfdən şam və enliyarpaqlı meşələrlə əhatə olunmuş dağ silsilələri ilə əhatə olunub. Kəndin orta hündürlüyü dəniz səviyyəsindən 81 metr yüksəklikdədir. Kəndin sahilyanı hissəsi dəniz səviyyəsindədir.
Səduq (termin)
Səduq — Ərəb dilində "doğrudanışan" deməkdir. Hədis elmində doğrudanışan ravilərə deyilir. == İstinadlar == == Həmçinin bax == Hədis == Xarici keçidlər == Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Səduq şəhristanı
Səduq şəhristanı- İranın Yəzd ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Səduq şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 28,072 nəfər və 7,809 ailədən ibarət idi.
Şeyx Səduq
Şeyx Səduq (fars. شیخ صدوق‎) və ya İbn Bəbaveyhi (tam adı: Məhəmməd ibn Əli ibn Hüseyn ibn Musa ibn Bəbaveyhi əl-Qummi; d. M. 923, H.Q. 306, Qum - ö. M. 991, H.Q. 381, Rey, Qəznəvilər dövləti). Ulu babasının adı olan İbn Bəbaveyhi nisbəsi ilə də tanınır - IV əsr məşhur şiə ilahiyyatçı-mühəddis alimi. == Həyatı == Məhəmməd ibn Əli ibn Bəbaveyhi M. 923, H.Q. 306-cı ildə Qum şəhərində dünyaya gəlib. Atası Əli ibn Hüseyn ibn Musa ibn Bəbaveyhi cəfəri şiələrin 11-ci imamı Həsən əl-Əskəri və 12-ci imamı Məhəmməd ibn Həsən əl-Mehdinin zamanında yaşamış və öz dövrünün məşhur alimlərindən olmuşdur. 991-ci ildə Rey şəhərində vəfat etmiş və orada Əbdüləzim Həsəninin yanında dəfn olunmuşdur. 1919/1920-ci illərdə şiddətli yağışlar nəticəsində məzarı dağılmış və sonradan yenidən bərpa olunmuşdur. == Təhsili == Uşaq yaşlarında ikən ilk təhsilini Qum şəhərində öz atsından almışdır.
Buduq
Buduq — Azərbaycan Respublikasının Quba rayonunun eyni adlı inzibati ərazi vahidində kənd və həmin ərazi vahidinin mərkəzi. Şahdağ xalqlarının nümayəndələrindən biri olan buduqluların tarixi, mərkəzi iqamətgahı. Quba xanlığı dövründə Buduq mahalının, Çar Rusiyası dövründə Buduq sahəsinin, SSRİ dövründə Buduq kənd sovetliyinin, hazırda Buduq bələdiyyəsinin mərkəzi (1999-cu ildən). Şimaldan-Karlac, Suxtəkələ, Tülər, Əlik və Xəngah Şərqdən-Söhüb Cənubdan-Rük Qərbdən Zeyid və Yergüc kəndləri ilə həmsərhəddir == Tarixi == Qədim tarixə məskənlərin bolluğu ilə seçilən Qubanın topanimakasına nəzər salsaq burada neçə-neçə yüzillər bundan əvvəl xatırlanan yeradlarının bolluqunu görərik. Buduq belə məskənlərdən biridir. Qubanin 64;km cənubi-qərbində, Qaraçayın sol sahillində 2 km aralı, Böyük-Qafqazın yan siisiləsinin yamacında yerləşən Buduq kəndi buduqluların yaşayış məskəni olmuş və indi də əsas yaşayış yerləri olaraq qalmaqdadır. Buduq yastanında Gülxana(Güləxana)karst maqarasının və eləcə də Qaraçayın sağ sahilində Əmbərə dağında insan əli ilə yonulmuş Qaşa mağarasının olması həmin ərazidə ibtidai insanların yaşadığından soraq verir. Meşəsiz dağll yamacda yerləşən Buduqun stareşi əhəmiyəti də böyükdür. Buduq kəndində buduq dilində danışan, buduqlular yaşayır. Buduq etnik qrupu, tarixi və etnoqrafik tərəfdən çox az araşdırılıb.
Dəsuq
Dəsuq (ərəb. دسوق‎) — Misirin Kəfr əş-Şeyx mühafəzəsinin mərkəzidir. == Əhalisi == Əhalisi 129,604 nəfərdir (2009). == Həmçinin bax == Dəsuqilik == Xarici keçidlər == Dəsuq Arxivləşdirilib 2012-04-24 at the Wayback Machine.
Ledum
Ladan kolu (lat. Ledum) - erikakimilər fəsiləsinə aid bitki cinsi.
Nequr
Nequr — İranın Sistan və Bəlucistan ostanının Çabahar şəhristanının Dəştyari bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,759 nəfər və 647 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfidirlər. Nequr, bəluc dilində, təpəətəyi deməkdir.
Nequs
Nequs (tam: Çarların çarı — Nquse Negest; amh. nigūs) — 1975-ci ildə monarxiyanın ləğv olunmasınadək Efiopiya (Həbəşistan) imperatorunun titulu. Nequs hakimiyyətin və dövlətin rəhbəri olurdu. İcra və qanunverici hakimiyyəti özündə birləşdirirdi. Əfsanəyə görə İsrail Krallığının üçüncü kralı Süleyman (Solomon) və Səba Məlikəsi Bilqeysin övladları Eritreya dövlətində yaşayan tiqrelərdir. 1890-cı ilə kimi müasir Eritreyanın bir hissəsində yerləşən Medri Bahri və 1974-cü ilə kimi Efiopiya hökmdarı kimi tanınan Bahri Negusun titulu idi. Sonralar Bibliya və ya digər ədəbiyyatda qarşılandıqda, bu titul "Padşah" və "İmperator" sözlərinin tərcüməsi kimi istifadə edilməyə başlandı. == Baxış == "Nequs" sözü qədim Ge'ez Negus Ge'ez ነጉሥ dilindən gələn bir isimdir və tərcümədə "şahlıq" anlamı verir. Son vaxtlar, ən vacib və mühüm: Qojjam, Veleqa və dənizə doğru (Buradan müasir Eritreyanın bir hissəsində yerləşən Bahr Neqasi "Dənizin şahı" adı əmələ gəlir) əyalətlərinin başçılarının vəzifəsi kimi Nequs titulu istifadə olunurdu.
Nexus
Nədim
Nədim (Əhməd Nədim; 1681[…], Konstantinopol – 1730[…], Konstantinopol) — Osmanlı şairi. == Həyatı == Nədim 1681-ci ildə Konstantinopolda doğulmuşdur. 1730-cu ildə Konstantinopolda vəfat etmiş, Qaracaəhməd qəbiristanlığında dəfn olunmuşdur. Osmanlı divan ədəbiyyatının ən önəmli şairlərindən olan Əhməd Nədim də xalq şeiri formalarında şeirlər yazmış, dünyəvi eşqi vəsf etmiş, şeirdə sünilikdən qaçaraq real həyat səhnələrinin təsvirinə meyl etmişdir. Nədim xalq şeir formalarına müraciət edən ilk osmanlı şairlərindən olmuşdur.AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunda osmanlı ədəbiyyatının klassiki Nədiminin əlyazmaları qorunur.
Nəraq
Nəraq (digər adı Nərə Təvil) — İranın Mərkəzi ostanının Dilican şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,508 nəfər və 826 ailədən ibarət idi.
Redut
Redut bir regionu, məntəqəni və ya ərazini müdafiə etmək üçün inşa edilmiş və silahlarla gücləndirilmiş hərbi istehkamdır. İlk dəfə XI əsrdən sonra istifadə edilmiş redutlar Birinci dünya müharibəsindən sonra əhəmiyyətini itirmişdir. Redut (fr: redoute, latınca reductus - uzaq, sığınacaq), çoxməqsədli müdafiə məqsədi ilə hazırlanmış, qala divarları və xəndəklərlə əhatə edilmiş, əsasən (lakin mütləq deyil) torpaqdan olan qapalı tipli müstəqil bir istehkamdır. == Məqsədi == Redutlar, strateji baxımdan əhəmiyyətli bir regionun, məntəqənin, yolun və ya şəhərin təhlükəsizliyini və müdafiəsini təmin etmək üçün ərazini hər tərəfdən nəzarət altında saxlamağa imkan yaradan dominant bir təpəsində və ya dağ yamacında inşa edilmiş hərbi obyektlərdir. Tikilməsinin əsas məqsədi şəhərin müdafiəsinin ön tərəfində bir müdafiə xətti yaradaraq düşmənin hücumlarının qarşısını almaqdır. Bir növ şəhərlərin müdafiəsinin forpostudur. Redutlar memarlıq məsələləri nəzərə alınmadan, əsasən möhkəmlik və təhlükəsizlik əsasında inşa edilmişdirlər. Əsas binası və giriş yolları ümumiyyətlə torpaqdan hazırlanmış bəndlərlə müdafiə edilirdi. Tikildikləri yerin vəziyyətinə görə planlaşdırıldıqları üçün bir-birlərinə bənzəməmələrinə baxmayaraq, ümumiyyətlə şəkillərinə görə ulduzvari redutlar, torpaq redutlar, hilalvari redutlar, yay formalı redutlar kimi təsnif edilmişdirlər.
Sedum
Sedum (lat. Sedum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin dovşankələmikimilər fəsiləsinə aid bitki cinsi.
Sədun
Sədun – Tarixi Azərbaycan ərazisində vilayət, Şirvanşahlar dövlətinin tərkibində olmuşdur. "Tarix-i əl-Bab"da adı çəkilən Sədun Şəbəranın yaxınlığında idi. Xaqani və Fələki Şirvani kimi şairlər III Mənuçöhrün Girdimanda və Sədunda (Sədan) tikdirdiyi suvarma şəbəkələrini vəsf etmiş, həmin şəhərlərin Şirvanşah tərəfindən salındığını göstərmişlər. Xanıkov yazırdı: "Sədun, indiki Siadan, Qübbə rayonunda, Şabranın xarabalıqlarının yaxınlığında şəhərdir". Sədun-Sədan Xəzər dənizi və Ataçay çayının, Siyəzən şəhərinin yaxınlığında lokallaşdırılır.
Şuduq
Şuduq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. == Toponimikası == Şuduq oykonimi yerli tat dilindəki şuduq (başdan-başa şumlanmış yer, dəmyə əkin yeri, dincə qoyulmuş yer) sözündəndir. Ətraf kəndlərin əhalisi keçmişdə bu kəndi Di Şuduq (Şuduq kəndi və ya “dəmyə əkin yerindəki kənd”menasmda) adlandırırdılar. Həqiqətən də Yeddilər dağının ətəyində, güneydə yerləşən kəndin əhalisinin qədimdən əsas məşğuliyyəti taxılçılıq olmuşdur. Şuduq buğdası ətraf kəndlərin əhalisi arasında indi də məşhurdur. == Coğrafiyası və iqlimi == Şuduq kəndi Quba-Qonaqkənd yolunun sağ tərəfində, dəniz səviyyəsindən 942 metr yüksəklikdə yerləşir. İqlimi mülayim isti, rütubətlidir. Kənd hər tərəfdən meşələrlə əhatə olunub. == Əhalisi == Kənd əhalisi tatlardan ibarətdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 411 nəfər əhali yaşayır.
Uduq
Uduq (şum. 𒌜), sonralar akkad dilində utukku — qədim Mesopotamiya mifologiyasından bəzən yaxşı, bəzən də şər qüvvə hesab edilən qeyri-müəyyən demonlar sinfi. Ekzorsizm mətnlərində bəzən "xeyir uduğu" "şər uduğu"na qarşı çağırılır. Bu, ümumiyyətlə qeyri-müəyyən bir sözdür və bəzən müəyyən bir cin növünə deyil, bütövlükdə cinlərə xitab etmək üçün istifadə olunur. Uduğun heç bir vizual təsviri hələ müəyyən edilməmişdir, lakin adətən onun digər qədim Mesopotamiya cinlərində olduğu kimi qaranlıq kölgədən ibarət olması, onu əhatə edən işığın olmaması, zəhər və karedici səsə sahib olduğu bildirilir. Salamat qalmış qədim Mesopotamiya mətnlərində şər uduqlarını qovmaq üçün "Uduq-hul" mətnləri kimi tanınır. Bu mətnlərdə şər uduğun xəstəlik törətməkdə oynadığını rolu və xəstəliyin sağalmasında şeytan çıxaranın əhəmiyyəti vurğulanır. == Kimliyi == Bütün Mesopotamiya demonları arasında uduq ən az aydın şəkildə müəyyən olunanıdır. Bu söz əvvəlcə sözügedən demonun yaxşı və ya pis olduğunu ifadə etmirdi. İki Qudeya silindrindən birində Laqaş padşahı Qudeya (e.ə.
Ağyazı Buduq
Ağyazı Buduq — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 1250 nəfərdir.
Benthophilus nudus
Qaradəniz çömçəxulu (lat. Benthophilus nudus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü. == Yayılması == Qara dənizin Tendrovski körfəzində, Dunay deltasında yayılmışdır: Dəmirqapı, Dnestr çayının Bəndər şəhəri, Dnepr çayının Kiyev şəhərinə qədər.. Bu növ əsasən çayı və onların deltalarında, limanlar və laqunlarda yayılmışlar. Maksimal uzunnluqları 15 sm çatır.
Bentophilus nudus
Buduq bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Buduq dili
Buduq dili — Buduqluların danışdığı dil. Şahdağ yarımqrupuna daxil olan ləzgi dillərindən biridir. Qrammatik quruluşca buduq dili qrız dilinə çox yaxındır. Dialektləri yoxdur. Quba və Xaçmaz rayonlarının bir neçə kəndində (Buduq, Dalıqaya, Pirüstü, Yalavanc və s.) məişət dili kimi yayılmışdır. Bu dildə təqribən 15 min adam danışır (2007). Buduq dilində 9 (bəzi mülahizələrə görə -10) sait və 34 (37) samit fonem vardır. Bu dildə fellər şəxsə görə yox, cinsə görə təsrif edilir. Buduq dili 4 qrammatik cins (kişi, qadın, şüursuz canlılar və və cansızlar), ismin 18 halı olan yazısız dildir.
Buduq kəndi
Buduq — Azərbaycan Respublikasının Quba rayonunun eyni adlı inzibati ərazi vahidində kənd və həmin ərazi vahidinin mərkəzi. Şahdağ xalqlarının nümayəndələrindən biri olan buduqluların tarixi, mərkəzi iqamətgahı. Quba xanlığı dövründə Buduq mahalının, Çar Rusiyası dövründə Buduq sahəsinin, SSRİ dövründə Buduq kənd sovetliyinin, hazırda Buduq bələdiyyəsinin mərkəzi (1999-cu ildən). Şimaldan-Karlac, Suxtəkələ, Tülər, Əlik və Xəngah Şərqdən-Söhüb Cənubdan-Rük Qərbdən Zeyid və Yergüc kəndləri ilə həmsərhəddir == Tarixi == Qədim tarixə məskənlərin bolluğu ilə seçilən Qubanın topanimakasına nəzər salsaq burada neçə-neçə yüzillər bundan əvvəl xatırlanan yeradlarının bolluqunu görərik. Buduq belə məskənlərdən biridir. Qubanin 64;km cənubi-qərbində, Qaraçayın sol sahillində 2 km aralı, Böyük-Qafqazın yan siisiləsinin yamacında yerləşən Buduq kəndi buduqluların yaşayış məskəni olmuş və indi də əsas yaşayış yerləri olaraq qalmaqdadır. Buduq yastanında Gülxana(Güləxana)karst maqarasının və eləcə də Qaraçayın sağ sahilində Əmbərə dağında insan əli ilə yonulmuş Qaşa mağarasının olması həmin ərazidə ibtidai insanların yaşadığından soraq verir. Meşəsiz dağll yamacda yerləşən Buduqun stareşi əhəmiyəti də böyükdür. Buduq kəndində buduq dilində danışan, buduqlular yaşayır. Buduq etnik qrupu, tarixi və etnoqrafik tərəfdən çox az araşdırılıb.
Buduq mahalı
Buduq mahalı — Quba xanlığında mahal. Quba xanlığı dövründə Buduq mahalının mərkəzi Buduq kəndi olmuşdur. Həmin dövrdə xanlıq 10 mahala bölünmüşdü və həmin mahallardan da biri Buduq mahalı idi. Tarixi ədəbiyyatda olan bir məlumata görə Buduq mahalının kənd icmaları nəinki xəzinəyə vergi və mükəlləfiyyətlərdən azad idilər, hətta xandan bəxşişlər alırdılar. F.F.Simonoviçin yazdığına görə isə, Quba malikanəsi 8 mahala bölünmüşdü. Buduq və Xınalıq həmin mahallardan idilər və hər biri 9 kəndi birləşdirirdi. İki mahalın ərazisi birlikdə, coğrafi mövqeyinə görə "Dağıstan" adlanırdı. Həmin mahallar Qonaqkənd, Yerfi, Cimi, Xaltan, Utuq, Dərk, Söhüb, Buduq, Zeyid, Cek, Qrız və Xınalıq kəndlərini birləşdirirdi. Bu kəndlərdə 950-yə qədər təsərrüfat mövcud idi. P.Q.Butkov da Buduq və Xınalıq mahallarını birlikdə "Quba Dağıstanı" adlandırır və bildirir ki, Buduq mahalı 13 kəndi əhatə edir və həmin kəndlərdə 387 təsərrüfat vardır.
Buduq platosu
Buduq platosu — Azərbaycan Respublikasıda, Böyük Qafqaz sıra dağlarına daxil olan Yan silsilə ərazisində, Qudyalçay ilə Qaraçay arasında yerləşir. Qaytarqoca və Şuduq silsilələrindən dağ arası çökəkliklərlə ayrılır. Uzunluğu təqribi 12, eni 5 km təşkil edir. Hündürlüyü 1200 metrdir. Yura və Təbaşirin əhəng daşlarından ibarətdir. Səthi qərbdən şərqə meyilli, uçurumludur. Subalp çəmənlikləri vardır. Otlaq və biçənək kimi istifadə olunur.