Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Non-no
Non-no (ノン-ノ) – Shueisha nəşriyyatı tərəfindən nəşr olunan Yaponiya dəb və həyat tərzi jurnalı. Qızlar üçün nəzərdə tutulub. Tokio şəhərində nəşr olunur.Jurnalın oğlanlar üçün nəzərdə tutulmuş versiyası "Men's Non-no" ilk dəfə 1987-ci ildə nəşr olunub. == Tarixi == "Non-no" 1971-ci ildə iki həftəlik jurnal kimi qurulmuşdur. İlk buraxılışı 1971-ci ilin fevralında işıq üzü görmüşdür. Jurnalın adı aynu dilində "çiçək" mənasına gələn sözdən gəlir. "CanCam" jurnalı kimi "Non-no" jurnalı da Yaponiyanın köklü dəb jurnallarından biridir. Jurnal yeniyetmə və 20 yaşlarında olan qızlar üçün nəzərdə tutulub.Dedi-qodulara köklənmək əvəzinə "Non-no" jurnalı oxucularını öz kimliklərini inkişaf etdirməyə kömək edən materiallarla tanış edir.25 may 1987-ci ildə Shueisha nəşriyyatı jurnalın oğlanlar üçün versiyası olan "Men's Non-no" jurnalını qurmuşdur.1978-ci ildə jurnalın tirajı 850 min idi, 2014-cü ildə isə bu rəqəm 1 milyondan çox olmuşdur.
Köç
Köçərilik və ya nomadizm — köçərilərin mövsümlə bağlı yaylağa, qışlağa, güzləyə və yazlağa müvəqqəti yerdəyişməsi. == Köç və köçərilik == Sovet dövrü ensiklopediyalarında bildirilir ki, "köçərilik otlaqların azlığı və havaların isti keçməsindən irəli gəlmişdir. Köçəriliyin uzun müddət davam etməsi əhalinin iqtisadi, içtimai va mədəni inkişafına mənfi təsir göstərirdi" və b. fikirlərin əks olunması məhz bu kontekstdə anlaşılırdı. Qeyd edək ki, köçəriliyin iki qismi var: Bunlardan biri horizantal köçəbəlikdir. Horizantal köçəbəliklə məşğul olanlar qeyri-müəyyən, məsafələr arasında güzəran keçirir, ot-örüş ardınca diyar-diyar, ölkə-ölkə gəzirlər. Düşdükləri yurda bir də qayıtmırlar. Ikinci qism köçəriliyə vertikal köçəbəlik deyilir. Vertikal köçərilər müəyyən məsafə arasında, yaylaq-qışlaq həyatı yaşayırlar. Qədim çağlarda türklərdə köçəri həyat tərzi daha çox bəlli bir bölgə hüdudları içində davam etmiş, bəzən də savaş, qıtlıq, əhalisi çoxalmış bir oymağa ənənəvi yaşayış bölgəsinin artıq dar gəldiyi durumlarda çox uzaq məsafələrə köçləri ilə müşayiət edimişdir.
NEC
NEC (yap. 日本電気株式会社) — kompüter texnikası, telekommunikasiya avadanlığı istehsal edən dünyanın ən iri telekommunikasiya şirkətlərindən biridir. Mənzil-qərargahı Tokioda yerləşir. Bu şirkət Fortune Global 500 siyahısında 241-ci yeri tutub (2011). NEC Sumitomo qrupun üzvüdür. NEC Mobile Communications 1 may 2010-cu ildə yaradılmış mobil telefon istehsalçısı idi. O, NEC-in 70,74%-nə, Casio-nun 20,00%-nə və Hitachi-nin 9,26%-nə sahib olduğu üç Yapon elektronika istehsalçısı NEC, Casio və Hitachi arasında birgə müəssisə kimi başlamışdır.[1] Bir vaxtlar şirkət Yaponiyada mobil terminalların ikinci ən böyük istehsalçısı idi.[2] Şirkətin baş ofisi Kanaqavanın Kawasaki şəhərində yerləşirdi. Şirkət 2016-cı ilin martında ləğv edilib. == Tarixi == Şirkət 1899-cu ildə Tokioda açılıb. Fəaliyyətinin ilk illərində NEC telefon avadanlıqlarının istehsalı ilə məşğul olub.
NFC
Yaxın sahə rabitəsi (ing. Near-field communication) və ya qısaca NFC — iki elektron cihaz arasında 4 sm və ya daha az məsafədə əlaqə yaratmağa imkan verən rabitə protokolları toplusu. NFC daha qabaqcıl simsiz bağlantıları yükləmək üçün istifadə edilə bilən sadə quraşdırma vasitəsilə aşağı sürətli əlaqə təklif edir. Digər "yaxınlıq kartı" texnologiyaları kimi, NFC onu aktivləşdirən cihazlarda - məsələn, smartfon və printerdə - 13.56 tezliyindən 106 ilə 424 kbit/s arasında dəyişən məlumat sürətlərində ISO/IEC 18000-3 hava interfeysi standartından istifadə edərək qlobal miqyasda mövcud olan lisenziyasız radiotezlik ISM diapazonundan istifadə edərək bir və ya hər iki istiqamətdə əlaqə saxlayan iki sözdə antena arasında induktiv birləşməyə əsaslanır. Standartlar NFC Forumu tərəfindən təmin edilir. Forum texnologiyanın təşviqi və standartların müəyyən edilməsi üçün məsuliyyət daşıyır və cihazın uyğunluğunu təsdiqləyir. Kredit kartları üçün olduğu kimi şifrələmə alqoritmlərinin tətbiqi ilə və onlar şəxsi şəbəkə hesab olunma meyarlarına uyğun gələrsə, təhlükəsiz rabitə mövcuddur.NFC standartları rabitə protokollarını və məlumat mübadiləsi formatlarını əhatə edir və ISO/IEC 14443 və FeliCa daxil olmaqla, mövcud radiotezlik identifikasiyası (RFID) standartlarına əsaslanır. Standartlara ISO/IEC 18092 və NFC Forumu tərəfindən müəyyən edilənlər daxildir. NFC Forumuna əlavə olaraq, GSMA qrupu mobil telefonlarda GSMA NFC Standartlarının yerləşdirilməsi üçün platforma müəyyən etdi. GSMA-nın səylərinə Trusted Services Manager, Single Wire Protocol, test/sertifikasiya və təhlükəsiz element daxildir.
NGC
Yeni ümumi kataloq və ya NGC (ing. New General Catalogue və ya NGC) — həvəskar astronomiyada uzaq kosmik obyektlərin ən məşhur kataloqu. Kataloq qeyri-ixtisaslaşdırılmış böyük kataloqlardan biri hesab olunur. Çünki, kataloqda uzaq kosmosun bütün tip obyektləri yer alır (məsələn, təkçə yalnız qalaktikalarla ixtisaslaşmır). Kataloqa 7840 obyekt daxildir. Kataloq 1880-ci illərdə Con Lüdviq Emil Dreyer tərəfindən əsasən Vilyam Herşelin müşahidələri əsasında yaradılmışdır, daha sonra isə iki indeks kataloqlarının (IC I & IC II) vasitəsilə 5326 obyekt də əlavə olunaraq genişləndirilmişdir. Cənub yarımkürəsinin səma obyektləri daha az kataloqlaşdırılmışdır, lakin çoxusu Con Herşel tərəfindən müşahidə edilmişdir. "Yeni ümumi kataloq"da bir neçə səvlər var idi, əksəriyyəti "Yenilənmiş yeni ümumi kataloq"da aradan qaldırıldı.
Nic
Nic (udi НыъжӀ, НиъжӀ) — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Nic kənd inzibati ərazi vahidi tərkibindəki Nic kəndinə qəsəbə statusu verilmiş, Nic kənd inzibati ərazi vahidi Nic qəsəbə inzibati ərazi vahidi adlandırılmışdır. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == Qəsəbə Qəbələ-Oğuz avtomobil yolunun kənarında, Alazan-Həftəran vadisində, Qəbələ şəhərindən 40 km cənub-qərbdə yerləşir. Ərazisinə görə rayonun ən böyük yaşayış məntəqəsidir. == Əhalisi == Qəsəbədə udilər yaşayır. 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Nic qəsəbəsində 5.744 nəfər (2.824 nəfəri kişilər, 2.920 nəfəri qadınlar) əhali yaşayır. Qəbələ rayon İcra Hakimiyyətinin 2012-ci ilə olan rəsmi məlumatlarına əsasən qəsəbə əhalisinin 50 %-ni udilər, 40 %-ni azərbaycanlılar, 10 %-i isə ləzgilər təşkil edir.Əhalisinə görə rayonda ikinci sayılan qəsəbənin 6200 sakini var. Milli mənsubiyyətinə görə əhalinin 4000-i udin, 2200 nəfəri azərbaycanlılardır. Azərbaycanlılar Yalanşlı və Abdal məhəllələrində yaşayırlar. == İqtisadiyyatı == Kənddə hər həftənin bazar günü ətraf kənd və rayon sakinlərinin iştirak etdiyi kənd təsərrüfatı yarmarkası keçirilir.
Nom
Nom (Misir) — Qədim Misirdə inzibati mahal. Nom (Alyaska)— ABŞ-də şəhər.
Not
Not (lat. nota – qeyd, işarə) 1. Hər hansı musiqi səsinin şərti qrafik işarəsi. 2. Musiqi və ya mahnıda səsin özü. 3. Qrafik işarələrlə yazılmış musiqi əsərlərinin mətni; belə mətnlərdən ibarət dəftər, kitab və s. == Tarixçə == Müasir beynəlxalq not yazısı millətlər arasında yayıldığı vaxtdan çox-çox əvvəl, hər xalqın özünə məxsus işlətdiyi musiqi işarələrinin özü də müəyyən müddət ərzində təkmilləşməyə doğru inkişaf prosesi keçmişdir. Ayrı-ayrı xalqların yazı sistemi, daha doğrusu əlifbası müxtəlif olduğu kimi, not yazısı da əvvəllərdə cürbəcür olmuşdur. Çünki, ibtidai not yazısının ilk işarələri əslində hər xalqın işlətdiyi əlifba hərfləri əsasında düzəldilmişdir.
Növ
Bioloji növ (lat. species) — oxşar canlıların və predmetlərin adlandırılmasında, bunların təsnifatında istifadə olunan kateqoriya. == Xarakteristika == Bioloji növ XVII əsrin sonunda öyrənilməyə başlanılmışdır. Bu dövr bioloji növün ilk təsvirini vermiş Con Reyin (1686) tədqiqatlarını və müxtəlif konsepsiyaları əhatə edən bir neçə mərhələdən ibarətdir. Bioloji növün adı latınca iki sözdən ibarət olduğundan o binominal (binar) sayılır. Bu sözlər növün aid olduğu, cinsin adından və bioloji növə verilmiş addan ibarətdir. Məsələn, Anas platyrhyncha bir növ yaşılbaş ördəyin adını ifadə edir. Hər bir bioloji növün fərdləri bir-birinə reaksiya verən və biri digərini çoxalma məqsədi ilə axtarıb tapan reproduktiv birlik əmələ gətirir. Bioloji növ ekoloji vahid kimi həmin mühitdə yaşayan başqa növlərlə qarşılıqlı əlaqədə olur və onlara qarşılıqlı təsir göstərir. Nəhayət, bioloji növ genetik vahid olub geniş ümumi genofonda malikdir.
Qoç
Qoyun (lat. Ovis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi. Qoyunların erkəkləri qoç, balacaları isə, quzu adlanır. Azərbaycanda heyvandarlıqda geniş istifadə edilir. Qədim tarixi mənbələrə görə Azərbaycanda qoyunçuluq hər zaman geniş yayılmışdır. == Qoyun dünya mədəniyyətində == === Məhsuldarlıq rəmzi === Məhsuldarlıq rəmzi olan qoç (qoyun) Qədim Şərqdə daha çox pərəstiş olunan heyvanlardan biri olmuşdur. Müqəddəs hesab olunan qoyunlar bir sıra allahların məbədlərində saxlanılırdı. Məsələn, Misirdə qoyunu Xnum allahının, Herakleopolda Herişafa allahının təcəssümü hesab edirdilər. Qoyuna daha çox pərəstiş olunan Mendesdə isə müqəddəs qoyun Banebjed ("Jed hakiminin canı") adlandırılırdı. Erkən tunc dövrünün məhsuldarlıq rəmzinə çevrilən qoç (qoyun) sonrakı dövrlərdə bu ev heyvanına olan inanc və münasibət yeni forma və məzmun əldə etmişdir.
SoC
Çip üzərində sistem (ing. System-on-a-Chip, SoC (tələffüz edilir "es-ou-si" )) — mikroelektronikada— bir inteqral sxem daxilində yerləşdirilmiş hər hansı bütöv bir avadanlığın (məs. kompüter) funksiyalarını yerinə yetirə bilən mikrosxem növüdür.Tətbiqindən asılı olaraq analoq, rəqəmsal, analoq-rəqəmsal məlumatlarla, həmçinin radiodalğaların tezlikləri ilə əməliyyatlar apara bilər.Əsasən portativ və inteqrə sistemlərində tətbiq edilir.Əgər bütünlükdə komponentlərin hamısını bir-bir çip içərisinə yerləşdirmək mümkün olmursa, bir korpusa (ing. System in a package, SiP) yerləşdirilmiş bir neçə çipdən ibarət sxem tətbiq edilir. SüÇ daha sərfəli konstruksiya sayılır, çünki istehsal edilərkən daha çox yararlı məhsul əldə etmək və korpusun konstruksiyasını daha çox sadələşdirmək mümkün olur . == Daxili komponentləri == Ümumilikdə ÇüS ibarətdir: bir və ya bir neçə mikrokontrollerdən, mikroprosessordan və ya rəqəmsal siqnal prosessoru (DSP) nüvəsindən, ROM, RAM, Flash Yaddaş və s. yaddaş modullarından ibarət Yaddaş bankından, dayaq tezliyi mənbəsi, məsələn, kvars rezonatorları və TFA (tezliyin faza avtoköklənməsi) sxemindən, taymerlər, sayğaclar, xarici qurğuların qoşulması üçün istifadə edilən standart interfeyslər bloku: USB, FireWire, Ethernet, USART, SPI, rəqəmsal-analoq və analoq-rəqəmsal siqnal çeviriciləri bloku, gərginlik tənzimləyicisi və elektrik qidalanma stabilizatoru.Proqramlaşdırıla bilən ÇüS-də əlavə olaraq proqramlaşdırılan məntiq matrisası (ing. PLC), proqramlaşdırıla bilən analoq-rəqəmsal ÇüS-də həmçinin proqramlaşdırılan analoq bloklar olur. Bloklar bir-biriləri ilə standart konstruksiyalı və ya istehsalçının özü tərəfindən yaratdığı şinlə (məsələn AMBA ARM şirkətinin istehsalı olan çiplərdə) birləşdirilir. Əgər çipin tərkibində yaddaşa birbaşa müraciət kontrolleri vardırsa, onun vasitəsi ilə məlumatları xarici yaddaşdan mərkəzi prosessoru adlayaraq birbaşa çipin yaddaşına yükləmək olur, bununla avadanlığın iş sürətini artırmaq olar.
Ad hoc
Ad hoc (IPA: [at hɔk]); "Məqsəd üçün spesifik, niyyətə məxsus, məqsədəmüvafiq" mənasını verən Latın dilində ifadədir. Əsasən bir problem üçün müvəqqəti həll yolunu təsvir etmək üçün istifadə olunur. Bəzən bir çatışmazlığı və ya cəlbedici həlləri vurğulamaq üçün istifadə olunur. Məsələn, müvəqqəti olaraq yaradılan məhkəmələr və ya tədqiqat istintaq komissiyaları "ad hoc" komitələrdir. == Ad hoc hipotez == Bir nəzəriyyənin etibarlılığını dəstəkləmək üçün nəzəriyyəyə əlavə edilən bir fərziyyədir. Öz-özlüyündə heç bir dəyəri olmasa da, bir nəzəriyyəni təkzibdən qorumaq üçün "ad hoc hipotezi" istifadə olunur. Elmi fərziyyələrə zidd olan real məlumatların izahında da bəzən "ad hoc hipotezlər" yalnız vəziyyəti izah etmək üçün istehsal edilə bilər. Tanınmış bir nümunəsi, Albert Einşteynin Xüsusi Nisbilik Nəzəriyyəsinə əlavə etdiyi "kosmoloji sabit"idir. Nisbilik tənliklərinin göstərdiyinin əksinə olaraq, Einstein, fəzadakı sabit quruluşu izah etmək üçün tarazlıq vəziyyətini ortaya qoyan tənliyə bir sabit əlavə etmişdir. Əvvəlcə özü tərəfindən "mənim ən böyük səhvim" kimi xarakterizə olunsa da, sonradan qara enerji nəzəriyyəsi tərəfindən dəstəkləndi.
Araviya (nom)
Araviya (q.yun. Ἀραβίας νομός) və ya Sepdu (q.misir 𓈵; "lələkli şahin"), — Qədim Misirdə inzibati rayon (nom). Araviya Aşağı Misirdə yerləşirdi və regionda sayca iyirminci nom idi. Misirşünaslıqda bu ad müxtəlif şəkildə oxunur və transliterasiya edilir. Bunlara "Sepcu", "Sepecu", "Sept" və "Sopdu" daxildir. Tədqiqatda bu nom adətən "L20" adlandırılır.
Atribis (nom)
Atribis (q.yun. Ἀθριβίτης νομός), Kem-ur(q.misir 𓈪) və ya Ka-kem (q.misir ; "qara öküz") — Qədim Misirdə inzibati rayon (nom). Atribis Aşağı Misirdə yerləşirdi və regionda sayca onuncu nom idi. Misirşünaslıqda bu ad müxtəlif şəkildə oxunur və transliterasiya edilir. Bunlara "Kem-ur", "Ka-xem", "Ka-kam" və "Ka-kem" daxildir. Tədqiqatda bu nom adətən "L10" adlandırılır.
Biogöstərici növ
Biogöstərici növ – su mühitinin üzvi maddələrlə çirklənmə səviyyəsinin göstəricisi olan saprob orqanizmlər – heyvan və ya bitki növləridir. == Ədəbiyyat == 1. Axundov M.A., Mehrəliyev Ə.Ə., Əliyev A.R., Muradova E.Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.
Bioloji növ
Bioloji növ (lat. species) — oxşar canlıların və predmetlərin adlandırılmasında, bunların təsnifatında istifadə olunan kateqoriya. == Xarakteristika == Bioloji növ XVII əsrin sonunda öyrənilməyə başlanılmışdır. Bu dövr bioloji növün ilk təsvirini vermiş Con Reyin (1686) tədqiqatlarını və müxtəlif konsepsiyaları əhatə edən bir neçə mərhələdən ibarətdir. Bioloji növün adı latınca iki sözdən ibarət olduğundan o binominal (binar) sayılır. Bu sözlər növün aid olduğu, cinsin adından və bioloji növə verilmiş addan ibarətdir. Məsələn, Anas platyrhyncha bir növ yaşılbaş ördəyin adını ifadə edir. Hər bir bioloji növün fərdləri bir-birinə reaksiya verən və biri digərini çoxalma məqsədi ilə axtarıb tapan reproduktiv birlik əmələ gətirir. Bioloji növ ekoloji vahid kimi həmin mühitdə yaşayan başqa növlərlə qarşılıqlı əlaqədə olur və onlara qarşılıqlı təsir göstərir. Nəhayət, bioloji növ genetik vahid olub geniş ümumi genofonda malikdir.
Bubastis (nom)
Bubastis (q.yun. Βουβαστίτης νομός) və ya İmet-xenti (q.misir 𓈳; "cənub şahzadəsi"), — Qədim Misirdə inzibati rayon (nom). Araviya Aşağı Misirdə yerləşirdi və regionda sayca on səkkizinci nom idi. Misirşünaslıqda bu ad müxtəlif şəkildə oxunur və transliterasiya edilir. Bunlara "İmti-xenti", "İm-xent", "Amti-xenti" və "Am-xent" daxildir. Tədqiqatda bu nom adətən "L18" adlandırılır.
Busiris (nom)
Busiris (q.yun. Βουσιρίτης νομός) və ya Anceti (q.misir 𓈩; "lələkli şahin"), — Qədim Misirdə inzibati rayon (nom). Busiris Aşağı Misirdə yerləşirdi və regionda sayca doqquzuncu nom idi. Misirşünaslıqda bu ad müxtəlif şəkildə oxunur və transliterasiya edilir. Bunlara "Anceti", "Aneceti", "Anetzi" və "Ati" daxildir. Tədqiqatda bu nom adətən "L09" adlandırılır.
Camp Nou
«Kamp Nou» (kat. Camp Nou, [ˈkam ˈnɔw]- Barselona futbol klubunun stadionu, katalon dilindən tərcümədə "yeni torpaq" deməkdir. == Tarixi == 1957–ci ildə açıldıqdan sonra stadion katalon futbol klubuna məxsus idi və həmin vaxt adı Estadi del FC Barcelona adlanırdı. Yəni stadion FK Barselona, lakin elə həmin dövrdən etibarən bura Nou Kam kimi səslənməyə başlanmışdı. Öz adını isə bu stadion 2000–ci ildən etibarən qazanmışdır. Kam Nou – böyüklyünə görə yalnız İspaniyada deyil, həmçinin bütün Avropada seçilir. Burada 98 772 tamaşaçının yerləşməsi mümkündür. UEFA – nın verdiyi qərara əsasən bu futbol meydançası beş ulduza layiq görülmüşdür. Stadion tikilərkən Barselonanın president kreslosunda Fransesk Miro – Sans əyləşmişdi. O, gələcək Nou Kamp stadionun layihəsini köhnə Camp de Les Corts yerində tikərək onu əvəz etmək fikrinə düşdü.
Dramatik növ
Drammatik əsərin başlıca xüsusiyyəti, əsərdə baş verən hadisələrin, surətlərin hərəkəti və danışığı yolu ilə canlandırılmasıdır. Dramatik əsərlər səhnədə tamaşaya qoyulmaq üçün yazılır. Belə əsərlərdə iki tərkib hissəsi olur: remarka və surətlərin danışığı.
Ekin Koç
Ekin Koç (21 iyun 1992, Antalya) – Türk aktyor. Ekin Koç, Antalyada anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra İstanbul Bilgi Universitetində təhsilini davam etmişdir. Aktyor olaraq ilk dəfə 2013'də Sənə bir sirr verəcəyəm serialında oynamışdır. 2014-cü ildə Seyfi xarakteri ilə Benim Adım Gültepe adlı serialında oynamış, həmçinin 2015'də Neslihan Atagül ilə Senden Bana Kalan kinosunda da başrol olaraq yer almışdır. Star TV'də izlənən Möhtəşəm Yüz İl Kösəm serialında Sultan I. Əhməd xarakterini canlandırdi.2018 yılında Farah Zeynep Abdullah la birlikte canlandırdıği "Bizim Için Şampiyon" da Halis Karataş rolünü oynadı.2020 yılında Uyanış büyük selcuklu dizisinde Sencer bey rolunu oynadi. Hazırda Üç Kuruş dizisinde Efe komiser rolünü oynuyor.
Enoç Adegoke
Epik növ
Epik növ (yun. έπος nəql etmək) — müəyyən bir hadisə və ya əhvalatın danışmaq, nəql etmək yolu ilə təsvir olunduğu ədəbi növdür. Ədəbiyyatşünaslıqda "danışmaq", "nəql etmək" əvəzinə əksər hallarda təhkiyə sözü işlənir. Epik əsərlər süjetli olur və onların məzmunu hadisə və ya əhvalatla bağlı olur. Epik əsərlərdə tiplərin, xarakterlərin ətraflı, hadisələrin geniş və tamamlanmış şəkildə təsviri üçün hər cür imkan vardır. Lakin, bunlar müəyyən - bir və ya bir neçə süjet ətrafında, sistem daxilində, müəllif tərəfindən düşünülmüş quruluşda verilməlidir. Əsərin janr xüsusiyyəti ilə əlaqədar olaraq (roman, povest, hekayə və s.) epik əsərlərin həcmi, onlardakı tiplərin sayı, həyat səhnələrinin geniş və ya yığcam şəkildə verilməsi müəyyən edilir. Bu mənada epik əsərlər şərti olaraq kiçik, orta və böyük kimi üç formaya ayrıla bilər. Kiçik formada insanın həyatından bir epizod, bir moment, orta formada bir dövr, yaxud, mərhələ, böyük formada isə onun tam təfərrüatı ilə verilən həyat yolu təsvir oluna bilər. Həmçinin, epik əsərlərin kiçik formasında çox vaxt bir tip əsas götürüldüyü halda, orta formada bir neçə, böyük formada isə bir çox tiplər və onların silsiləsi, hətta bir neçə nəsil götürülə bilər.Epik əsərlər şəkli yazılışlarına görə üç formada - nəsr, nəzm və həm nəsr, həm də nəzmlə yazıla bilər.
Fehmi Koç
Fehmi Koç (28 avqust 2003-cü ildə Antalyada anadan olub) — Türkiyə Super Liqası təmsilçilərindən olan Antalyaspor klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Türkiyəli futbolçudur. == Klub karyerası == === Antalyaspor === Koç Antalyaspor akademiyası vasitəsilə inkişaf etmişdir. Koç öz peşəkar karyerasında debütünü 30 oktyabr 2018-ci ildə Yomraspor klubuna qarşı oyunda etmişdir. O, 91-ci dəqiqədə Danilonu əvəz etmişdir. Həmin görüşdə Antalyaspor kubok görüşündə rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. Koç Super Liqada debütünü 24 dekabr 2018-ci ildə Fenerbahçe klubuna qarşı oyunda etmişdir. O, 93-cü dəqiqədə Süleyman Dukaranı əvəz etmişdir. Liqa görüşündə Antalyaspor rəqibi ilə 0-0 hesabı ilə bərabərə qalmışdır. 15 il, 7 ay və 3 günlüyündə meydana daxil olan Koç Super Liqada meydana çıxan ən gənc futbolçu kimi tarixə düşmüşdür. == Karyera statistikası == === Klub === 28 dekabr 2018 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir.
Foç hospitalı
Foş hospitalı (fr. hôpital Foch) — Sürendə yerləşən qədim fransız xəstəxanası; hal-hazırda universitet xəstəxana kompleksidir. Établissement de santé privé d'intérêt collectif-nin bir hissəsi və Versailles-Saint-Quentin-en-Yvelines Universiteti bir tədris xəstəxanası, Avropanın ən böyük xəstəxanalarından biridir. 1929-cu ildə yaradılmışdır.