Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Oben
Oben (Averon)
Oden
Oden (yapon. おでん, 御田) - Yaponiyanın qış yeməyinin bir növü. == Tərkibi == Qaynadılmış yumurta, ağ turp, şərab suyunda balıq kotleti və s. daxildir. Çox zaman bu yeməyi bişilərkən xardalda əlavə olunur. Regiondan və ailədən asılı olaraq odenin bişirilməsi fərqli olur. Bu səbəbdən onun dəqiq resepti olmur. == Yayıldığı regionlar == Yaponiya ilə yanaşı oden Cənubi Koreyada və Tayvanda da yayılmışdır. === Yaponiya === Kansoi əyalətində kanta adlanır. === Çin === Çində hər 7-11 marketdə oden "haodun" (好炖) adlanır.
Olan
Vimne (fr. və oks. Vimenet) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12174. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 125 km şimal-şərqdə, Rodezdən isə 2 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 3165 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 1977 yaşda (15-64 yaş arasında) 1457 nəfər iqtisadi fəal, 490 nəfər hərəkətsiz (fəaliyyət göstərici 75,2%, 1999-cu ildə 68.1%) idi.
Olea
Zeytun bitkisi — Zeytun fəsiləsindən bitki cinsi. Cənubi Avropa, Afrika, Cənubi Asiya və Avstraliyanın mülayim isti və tropik zonalarında yayılmışdır. 20-yə yaxın növü var. Zeytun həmişəyaşıl halda, 4-6, nadirən 10–12 m hündürlükdə ağac olub, müxtəlif çətir formasındadır. Çətirinin diametri 2 metrə qədər çata bilir. Yarpaqları bütöv,uzunluğu 3–8 sm,eni isə 1–5 sm – dir. Yarpaqlarının üst hissəsi tutqun yaşıl, alt hissəsi gümüşü – parlaq, kənarları burulmuş halda olur. Yarpaqlarının epidermis qatında qış dövründə ikinci dəfə nişasta toplanır. Yarpaqları 2–3 il tökülmədən ağacın üzərində qalır. Nəzəri o qədər də cəlb etməyən xırda ağ və ya yaşıltəhər rəngli çiçəkləri və yetişəndə qara-bənövşəyi rəngə boyanan meyvələri vardır.
Olein
Olein turşusu(tsis 9-oktadetsen turşusu)СН3(СН2)7СН=СН(СН2)7СООН -doymamış yağ turşusudır. Omega-9 doymamış yağ turşular qrupuna aiddir. == Fiziki xassələri == Olein turşusu yağlı mayedir, sudan yüngüldür, qoxusuz, rəngsiz, suda həll olunmur, yalnız üzvi həlledicilərdə həll olunur (benzolda, xloroformda və s.). == Alınması == Texniki olein turşusu müxtəlif bitki yağlarının hidrolizi zamanı alınır, məsələn, günəbaxan, soya və ya xardal. Bu məhsul qida məqsədləri üçün tamamilə yararsızdır. Alınan turşuları fraksiyalara ayırmaqla və ya metanoldan və asetondan–400C temperaturda təkrar kristallaş- dırılma yolu ilə əldə edilə bilər. Təbiətdə müxtəlif heyvan mənşəli piylərin tərkibində olur məs. donuz, mal piyində həmçinin bitki yağlarındada (zeytun, badam, günəbaxan,avokado,palma, arqan və s. ). == Kimyəvi xassələri == Olein turşusuna ozonla təsiri nəticəsində ozonid alınır.
Oleq
Oleq — Dünyada daha çox işlədilən rus kişi adı. Bu adı olan tanınmış insanlar Oleq Şulbayev — Oleq Babak — Sovet İttifaqı Qəhrəmanı. Oleq Pavlenko — Azərbaycan şahmatçısı Oleq Protasov — Ukrayna futbolçusu və məşqçisi.
Öləng
Öləng — qədim türk su və yaşıllıq tanrıçası, Göy Tanrının zövcəsi və həkimlərin, qadınların, körpələrin himayədarı sayılırdı. == Qaynaq == Фарид Алекперли - Медицина в Азербайджане. İRS Jurnalı. No. 1 (9), 2004.
Sonuncu ölən ümidlərdir
Sonuncu ölən ümidlərdir — Varis Yolçiyevin romanı. Yazıçının ilk kitabı olan bu romanın mövzusu real həyatdan götürülüb. Son zamanların ən çox oxunan “Sonuncu ölən ümidlərdir” romanı dramatik, həm də macəra dolu bir sevgi əhvalatından bəhs edir. == Haqqında == 1990-cı illərin sonunda “168 saat” qəzetində pero-serial janrında “Sonuncu ölən ümidlərdir” adlı, mövzusu real həyatımızdan götürülmüş bədii əsər dərc olunmağa başladı. Qısa müddət ərzində qəzetin tirajı 20 min nüsxəni haqladı, satış faizi 95-ə yüksəldi. Son dərəcə dramatik hadisələrlə, macəralarla zənginləşdirilmiş bu sevgi əhvalatı qısa vaxt kəsiyində bütün ölkədə populyarlıq qazandı. Təqdim olunan bu kitab “Sonuncu ölən ümidlərdir”in qəhrəmanlarının sonrakı taleyini özündə əks etdirən roman variantıdır.
Alen-Furnye
Alen-Furnye (fr. Alain-Fournier; d. 3 oktyabr 1886 - ö. 22 sentyabr 1914) — Fransız yazıçı və hərbçi. Ssenarisi əsasında iki dəfə film çəkilən və Fransız ədəbiyyatının klassiklərindən sayılan "Adsız ölkə" romanı onun yeganə kitabıdır. == Həyatı == Alen-Furnye, bir müəllimin oğlu olaraq Fransanın mərkəzindəki La Şapel-d'Anqilyonun Şer adlı şəhərində anadan olub.Paris yaxınlığındakı Şeaux, Hauts-de-Seyndəki "Lysee Lakanal" məktəbində təhsil aldı. Burada Ekole Normale Superieure universiteti üçün çox çalışdı, amma uğurlu ola bilmədi. Bundan sonra Brest şəhərindəki dəniz ticarət məktəbinə yollandı."Lysee Lakanal" məktəbində oxuyarkən Jak Rivyera ilə tanış olmuş və o gündən yaxın dost olmuşlar. 1909-cu ildə Jak Rivyera Alayn-Furner kiçik bacısı İzabella ilə evləndi. == Yaradıcılıq fəaliyyəti == 1907-ci ildə işlərini dayandırdı və 1908-1909-cu illərdə əsgərliyə yollandı.
Alen Berliner
Alen Berliner(fr. Alain Berliner, 21 fevral 1963, Brüssel[d]) — Belçika ssenaristi, rejissoru. == Həyatı == Alen Berliner 21 fevral 1963-cü ildə Brüsseldə anadan olub. Film həyatına rejissor assisenti kimi başlayıb. Alen Berliner 2010-cu ildə Onore de Balzak eyni adlı romanı əsasında Şaqren dərisi filmini çəkib.
Alen Bokşiç
Alen Bokšić (səslənmə: [bǒkʃitɕ] ; 21 yanvar 1970[…], Makarska, Split-Dalmatiya jupaniyası[d]) — Xorvatiyalı keçmiş peşəkar futbolçu. Karyerasının çox hissəsini Fransa və İtaliyada keçirib. Hücumçu mövqeyində oynayıb. Yaxşı texnikası və fiziki gücü ilə məşhur olub. Xorvatiya milli futbol komandasının tarixinin ən böyük oyunçularından biri kimi qəbul edilir."Marsel" klubu ilə Bokşiç 1992–93 UEFA Çempionlar Liqasının qalibi olur və 1993-cü ildə Avropada ilin futbolçusu sorğusunda dördüncü seçilir. Elə həmin il o, Xorvatiyada ilin futbolçusu seçildi. Futbolçu həmçinin 1997 və 2000-ci illərdə müvafiq olaraq "Yuventus" və "Latsio" ilə iki A Seriyası şempionluğu titulunu qazanıb. Futbolçu 1980-ci ildən A Seriyası tarixində ən yaxşı əcnəbi oyunçulardan biri kimi qəbul edilir.1990-cı ildə İtaliyada keçirilən FIFA Dünya Kubokunda Yuqoslaviya millisinə dəvət alsa da, 20 yaşlı Bokşiç turnirdə meydana çıxmır. Xorvatiya Yuqoslaviyadan müstəqillik qazandıqdan sonra Bokşiç 1990-cı illərdə baş məşqçi Miroslav Blazeviçin rəhbərliyi altında Xorvatiya millisinin əsas hissəsinə çevrilir. O, 1996-cı il Avropa Çempionatında Xorvatiya millisin əsas heyətində yer alır.
Alen Delon
Alen Delon (fr. Alain Delon, 8 noyabr 1935[…], So[d], Sena[d], Fransa) — fransız aktyoru. == Həyatı == Alen Fabyen Marsel Moris Delon 1935-ci il 8 noyabrda Paris yaxınlığında o qədər də böyük olmayan bir şəhərcikdə – Soda anadan olub. Atası Fabyen Delon şəxsi kinoteatra sahib idi. Anası Edit Arnold əczaçı olmasına rəğmən ərinin kinoteatrında kassir işləyirdi. 3 yaşında olarkən valideynləri ayrılmalı oldular və anası 2-ci dəfə şəhərin məşhur qəssab dükanının sahibi Pol Bulona ərə getdi. 4 yaşı tamam olar-olmaz Alen Delon Nero ailəsinə verildi və onların faciəvi şəkildə həlak olduğu günə qədər bu ailədə yaşadı. Ardınca daha çətin dövrlər başladı. 16 yaşı olanda sallaqxanada qəssab işləməyə getdi. Hər hansı yeniyetmə üçün ağır sayıla biləcək bu işdə təxminən bir il çalışdı, amma yalnız bununla kifayətlənmədi.
Alen Simonyan
Alen Roberti Simonyan (erm. Ալեն Ռոբերտի Սիմոնյան; 5 yanvar 1980, İrəvan) — erməni siyasətçi. O, Ermənistan Respublikası prezidentinin səlahiyyətlərini icra edən, Ermənistan Respublikasının Milli Məclisinin sədri, İrəvan Şəhər Şurasının keçmiş üzvüdür. == Həyatı == Alen Simonyan 5 yanvar 1980-ci ildə İrəvan şəhərində doğulub. İrəvan Dövlət Universitetini bitirib. Vətəndaş Müqaviləsi Partiyasının üzvüdür.
Alen Uest
Alen Vest (25 mart 1929 – 1 dekabr 1978) — ABŞ-nin ən məşhur həbsxanası olan Alkatraza məhkumluq çəkmiş cinayətkar. 1962-ci ilin iyun ayında həbsxanadan qaçmağa cəhd etmişdir.
Alen Vest
Alen Vest (25 mart 1929 – 1 dekabr 1978) — ABŞ-nin ən məşhur həbsxanası olan Alkatraza məhkumluq çəkmiş cinayətkar. 1962-ci ilin iyun ayında həbsxanadan qaçmağa cəhd etmişdir.
Con Oven
Con Riçard Oven (d.' 'John Richard Owens' (7 yanvar 1956 – 4 noyabr 1980) 'Johnny Owen' adı altında döyüşən bir Welsh professional boksçu idi. Görünüşü kövrək görünməsi ona "Merthyr Matchstick" və "Bionic Bantam" da daxil olmaqla bir çox epitet qazandırdı. Səkkiz yaşında boksa başladı və 120-dən çox döyüşdə iştirak edən və yarışlarda Uelsi təmsil edən uzun həvəskar karyerasına başladı. 1976-cı ilin sentyabrında 20 yaşında peşəkar dönüş etdi və ilk döyüşündə George Sutton-a qalib gəldi. Owen, altıncı peşəkar döyüşündə Suttonu yenidən məğlub edərək ilk titulunu, Welsh Area — dakı boş bantamight titulunu qazandı. Owen, 1977-ci ildəki onuncu peşəkar döyüşündə İngilis bantamight çəkisi titulu uğrunda mübarizə apardı. On birinci raundda çempionu Paddy Maguire məğlub edərək titul qazandı, 60 ildən çox bir müddətdə kəmər tutan ilk Welshman olmaq. Owen, Commonwealth bantamweight üçün Paul Ferreri ilə görüşmədən əvvəl Wayne Evans-a qarşı İngiltərə titulunun müdafiəsi də daxil olmaqla daha beş qələbə qeyd etdi. xal üzərində təcrübəli avstraliyanı məğlub edərək Birlik adına sahib çıxdı və dörd ay sonra Avropa titulu üçün Juan Francisco Rodríguez — ə meydan oxudu. İspaniyanın Almería 'dakı mübarizə mübahisələrə büründü və Owen mübahisəli bir qərarda ilk məğlubiyyətini aldı.
Diter Bolen
Diter Bolen (alm. Dieter Günter Bohlen‎, 7 fevral 1954[…]) – Alman pop ifaçı, Modern Talking duetinin iştirakçısı. == Həyatı == Diter Bolen 1954-cü ildə Almaniyada Hamburq şəhərində anadan olmuşdur. 1978-ci ildə gimnaziyanı fərqlənmə ilə bitirir. İqtisadiyat üzrə diplom qazanır. Diter müxtəlif qqruplara prodüserlik edir. 1984-cü ildə Diter Bolenin Tomas Anders ilə əmdaşlığı nəticəsində məşhur Modern Talking (səslənməsi:"Modern Tokinq") qrupu yaranır. 1986-cı ildə onlar arasında mübahisə yaranır. Diter və Tomas arasında mübahisənin əsas səbəbi qrupun ifaçı heyəti ilə bağlı olur. Mətbuat və ictimaiyyət isə qrupun dağılmasınd əsas səbəb kimi Tomasın şöhrətpərəst həyat yoldaşı Nora Balllinqi göstərirdi.
Dolen zirvəsi
Dolen zirvəsi (bolq. връх Долен, 'Vrah Dolen' \'vr&h 'do-len\) — Antarktidanın Qreyam Torpağının Nordenskyöld sahilindən şimal-qərbdə yerləşən, 800 m hündürlüklü qaya zirvəsidir. Zirvə Albone buzlağından qərbdə yerləşmişdir.Zirvə cənub-qərbi Bolqarıstanda yerləşən Dolen şəhərinin adını daşıyır. == Yerləşməsi == Dolen zirvəsi 64°19′11″ c. e. 59°38′31″ q. u. koordinatlarında yerləşmişdir. Laki zirvəsindən 14.3 km cənub-qərbdə, Kletrak zirvəsindən 6.1 km şimalda, Treyv zirvəsindən 13.74 km cənub-şərqdə, Kopriva zirvəsindən 10.38 km cənub-şərqdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Elen Donnelli
Elen Donnelli (ing. Elaine Donnelly; 22 mart 1948) — Böyük Britaniya aktrisası. Müxtəlif seriallarda iştirak etmişdir.
Elen Kuragin
Yelena "Elen" Vasiliyevna Kuragina (rus. Елен Курагина) — Lev Tolstoyun "Hərb və Sülh" romanının və roman əsasında çəkilmiş filmlərin qəhrəmanı. == Romanda == Öz istəklərini həyata keçirmək üçün seksual vasitələrdən istifadə edən Elen, Pyer Bezuxovun cəmiyyətdə sevilən və cazibədar həyat yoldaşıdır. Maddi və social qazanc əldə etmək üçün Pyerlə evlənmişdir. Pyerlə evləndikdən sonar Elen Doloxovla əlaqəyə girir və bunu öyrənən Pyer Doloxovu duelə çağırır. Əslində axmaq bir qadın olmasına baxmayaraq Elen, tezliklə Peterburq cəmiyyətində mədəni və dünyagörüşlü bir xanım kimi tanınır. O, tez-tez ziyafətlər təşkil edir və cəmiyyətin və dövlətin nüfuzlu adamları bu ziyafətlərə qatılır. Romanın sonuna yaxın Elen dinini dəyişərək katolisizmi qəbul edir. Cinsi əlaqədə olduğu fransız zabitlərindən birindən tutduğu xəstəlikdən Elen dünyasını dəyişir.
Elen Kuragina
Yelena "Elen" Vasiliyevna Kuragina (rus. Елен Курагина) — Lev Tolstoyun "Hərb və Sülh" romanının və roman əsasında çəkilmiş filmlərin qəhrəmanı. == Romanda == Öz istəklərini həyata keçirmək üçün seksual vasitələrdən istifadə edən Elen, Pyer Bezuxovun cəmiyyətdə sevilən və cazibədar həyat yoldaşıdır. Maddi və social qazanc əldə etmək üçün Pyerlə evlənmişdir. Pyerlə evləndikdən sonar Elen Doloxovla əlaqəyə girir və bunu öyrənən Pyer Doloxovu duelə çağırır. Əslində axmaq bir qadın olmasına baxmayaraq Elen, tezliklə Peterburq cəmiyyətində mədəni və dünyagörüşlü bir xanım kimi tanınır. O, tez-tez ziyafətlər təşkil edir və cəmiyyətin və dövlətin nüfuzlu adamları bu ziyafətlərə qatılır. Romanın sonuna yaxın Elen dinini dəyişərək katolisizmi qəbul edir. Cinsi əlaqədə olduğu fransız zabitlərindən birindən tutduğu xəstəlikdən Elen dünyasını dəyişir.
Elen Parmelen
Elen Parmelen (fr. Hélène Parmelin; d. 19 avqust 1915, Nansi, Fransa – ö. 5 fevral 1998, Paris, Fransa) — fransız qadın yazıçı == Həyatı == Elen Parmelen 19 avqust 1915-ci ildə Fransanın Nansi şəhərində anadan olub. 1957-ci ildə Azərbaycanda olmuşdur. 5 fevral 1998-ci ildə Fransanın Paris şəhərində vəfat edib. == Yaradıcılığı == 1944–1956-cı illərdə "Humanite" qəzetində əməkdaşlıq etmişdir. "2078 nömrəli əsgər" (1953) sənədli povesti Vyetnamda müstəmləkəçilik müharibəsi əleyhinə mübarizədən bəhs edir. "Leonar özgə aləmdə" (1957), "Məşhur əsgər" (1962), "Əyləncəli şeylər" (1967), "Qara əda" (1970) və s. sosial mövzulu romanların müəllifidir.
Elen Svedin
Helene Sve­din (21 oktyabr 1976, Sollefteo[d], Verternorrland[d]) — isveçli model. == Həyatı == Helen Svedin 1997-ci ildə Flamenko şousunda portuqaliyalı futbolçu Luiş Fiqu ilə tanış olub. 2001-ci ildə Luiş Fiqu ilə­ evlənib. 3 qı­zı var - Da­nie­la (1999), Mar­ti­na (2002) və Stel­la (2004).Helen Svedin H&M brendinin rəsmi simasıdır.
Elizabet Olsen
Elizabet Çeyz "Lizzi" Olsen (16 fevral 1989, Los-Anceles) — ABŞ aktrisası. "Qodzilla" (2014), "Qisasçılar: Altron dövrü" (2015), "Səssiz ev" (2011), "Humanitar elmlər" (2012), "Marta, Mersi Mey, Merlin" (2011) filmlərindəki rollarına görə tanınmışdır. "Marta, Mersi Mey, Merlin" filmindəki çıxışına görə bir neçə mükafatın laureatı olmuşdur. == İlk illəri və təhsili == Elizabet Olsen 1989-cu ildə şəxsi menecer Cernet Cerninin və ipoteka bankiri Devid Olsenin qızı kimi Los-Anceles şəhərinin Şerman Oaks adlı hissəsində anadan olmuşdur. Bacıları Meri-Keyt və Eşli Olsen hənc yaşdaykən TV şousunda məşhurlaşmışdılar. Trent Olsen adlı böyük qardaşı da var. 1996-cı ildə Elizabetin valideynləri boşanmışdırlar. Elizabet Olsen ata tərəfdən norveçli, ana tərəfdən ingilis kökləri var. Uşaq yaşlarında Elizabet balet və musiqi dərslərinə getmişdir. Kiçik ikən bacılarının filmlərində görünmüşdür.
Mübariz Örən
Mübariz Hümbət oğlu Rəfiyev və ya Mübariz Örən (13 iyul 1967, Jdanov) — azərbaycanlı yazıçı, "Qızıl Kəlmə" mükafatçısı. == Həyatı == Mübariz Rəfiyev 1967-ci il iyulun 13-də Beyləqan rayonunda anadan olub. 1974–1982-ci illərdə Beyləqan rayonunda A. Puşkin adına Qəhrəmanlı kənd tam orta məktəbində, 1982–1984-cü illərdə Cəbrayıl rayonunda Horovlu kənd tam orta məktəbində təhsil alıb. 1986–1988-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. == Təhsili == Mübariz Rəfiyev 1984–1991-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti), 2013–2015-ci illərdə Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində təhsil alıb. == Fəaliyyəti == 1991–2012-ci illərdə Rusiya Federasiyasının Tümen vilayətində "PAO Varyoqanneft"də neft mütəxəssisi kimi fəaliyyət göstərib. 2012-ci ildən biznes sahəsində fəaliyyət göstərir. 2014-cü ildən "Yazı" ədəbiyyat dərgisində baş redaktor müavini işləyir. 2019-cu ildə Moldovada keçirilən "Kvadrat" Beynəlxalq proza festivalında Azərbaycanı təmsil edib.2019-cu ildə "LiFFt-2019" Avrasiya ədəbi festivalında Azərbaycan təmsilçilərindən biri olub."Ulduz", "Literaturnaya Azerbaycan", "Yazı", "Azərbaycan" jurnallarında, "525-ci qəzet", "Ədəbiyyat qəzeti" və s. qəzetlərdə roman, hekayə və müsahibələri dərc olunub.