Əhməd Özənbaşlı
Əhməd Özənbaşlı (d. 10 fevral 1893, Bağçasaray - ö. 4 dekabr 1958, Leninabad, Tacikistan SSR) — Krım tatar Milli Firqə hərəkatı rəhbərlərindən biri, siyasətçi, İsmayıl Qaspiralının ardıcıllarından biri, Krım millətçisi və filosof.
Bağçasarayda məşhur mədəniyyət xadimi Seyid Abdullah Özənbaşlının ailəsində anadan olmuşdur.
1914-cü ildə Ağməsciddə liseyi bitirdikdən sonra 1915-ci ildə Odessaya gedib Noqorossik Universitetində tibb fakültəsinə daxil olmuşdur. Əhməd Özənbaşlı liseydə oxuyarkən, tatar xalqının tarixi və mədəniyyəti ilə maraqlanırdı. Tərcüman qəzetində nəşr olunan ədəbi materiallarla Rəşid Mədiyənin fikirlərini öyrəndi. O zamanlarda Krım Milli Tələbə Cəmiyyətinə qatıldı, bu addım Milli Hərəkata qatılmasına kömək etdi. 1917-ci ildə Odessadakı lisey və universitet tələbələri bir dərnək qurdu və Əhmət Özənbaşlı dərnəyin rəhbəri oldu.
Krıma geri gəldikdən sonra Krım Müsəlmanları Konqresində yaradılan Krım İcra Komitəsinə üzv seçildi.