Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ontologiya
Ontologiya, və yaxud ontoloji prizma — varlıq haqqında təlim, fəlsəfənin bir bölməsi. Obyektivizm cərəyanının nümayəndələrinə əsasən insanlar və onların təşkil etdiyi cəmiyyət təbiətin qanunları tərəfindən idarə olunur və öz hərəkətləri üzərində az dərəcədə hökmranlıqları var. Bu fikri nümunə ilə göstərərək daha da praktik və aydın dillə başa salmaq olar. Məsələn, bir primitiv qəbilədə və bir də inkişaf etmiş sivil cəmiyyətdə yenicə dünyaya gələn uşağı nümunə götürək. Qəbilədə dünyaya gələn uşaq elə mühitdə böyüdülür ki istər-istəməz yaşadığı qəbilənin həyat tərzini götürür və digərləri kimi primitiv həyat sürür. Sivil və inkişaf etmiş mühitdə böyüdülən uşaq isə cəmiyyətin digər nümayəndələri kimi daim inkişaf etməyə can atır, çalışır və həyat tərzini onların həyat tərzinə uyğunlaşdırır.
Ontologiya (informatika)
Ontologiya, məlumatlar və subyektlər arasındakı klassifikasiyaları, xassələri və əlaqələri təsvir edən bir anlayışdır. Bu informasiya elmində fərqli sahələrdə istifadə olunan bir metodikadır. Ontologiya mövzuların xüsusiyyətlərini və subyektlər arasındakı əlaqələri açıqlamaq (domains of discourse) üçün istifadə olunur. Əsasən ontologiya subyektləri təsvir edən anlayış və kateqoriyaları müəyyən etmək üçün istifadə edilir. Hər bir akademik intizam, hər hansı sahənin mürəkkəbliyini məhdudlaşdırmaq və məlumatları biliyə çevirmək üçün ontologiyalar yaradır. Hər biri açıq nəzəriyyələri, tədqiqatları və tətbiqləri qurmaq üçün ontoloji fərziyyələrdən istifadə edir. Yeni ontologiyalar bu sahədə problemlərin həllini təkmilləşdirə bilər. Müxtəlif ölkələrdən olan ekspertlər öz dillərinin nəzarət edilən lüğətini təkmilləşdirsə, bütün sahələrdə tədqiqat işlərinin tərcüməsi asanlaşır. Məsələn, iqtisadiyyatın tərifi və ontologiyası marksist iqtisadiyyatda, eyni zamanda iqtisadiyyatın digər alt sahələrində narahatlıq doğurur. İnformasiya elminə əsaslanan iqtisadiyyat nümunəsi isə, simulyasiya və ya modelin hansı kapital aktivlərinin risk altında olduğunu və nə qədər olduğunu müəyyən etmək kimi iqtisadi qərarlar qəbul etmək üçün nəzərdə tutulur (risk menecmentinə baxın).
Ontologiya (informasiya elmi)

Antologiya
Antologiya (yun άνθολογία, anthos — çiçək və lego — yığıram) — hər hansı bir xalqın ədəbiyyatını, həmçinin müəyyən dövrə, cərəyana, tematikaya, yaxud janra aid ədəbiyyatı təmsil edən müxtəlif müəlliflərin seçilmiş əsərlərindən ibarət şeir və ya nəsr məcmuəsi. == Ümumi məlumat == Qədim zamanlarda antik ədəbiyyatın seçilmiş əsərlərindən, xüsusilə, epiqramlardan ibarət məcmuələr antologiya adlanırdı. Ədəbiyyat tarixində ilk antologiyanı qədim yunan şairi Meleaqr (e.ə.II əsrin sonları-I əsrin əvvəlləri) tərtib etmişdir. Onun "Çələng" adlı antologiyasına öz əsərlərindən əlavə, həmçinin qırx altı şairin şeiri daxil idi. Antologiya Şərqdə geniş yayılmışdır. Ərəb poeziyası antologiyaları orta əsrlərdə yaranmışdır (“Həmasə” və s.). Azərbaycanda ilk antologiyalar 19-cu əsrdə tərtib olunmuşdur ( Mirzə Yusif Qarabağinin tərtib etdiyi “Məcmueyi divani-Vaqif və digər müasirin”, Hüseyn Əfəndi Qayıbovun 4 cildlik “Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuə” və s.). 20-ci əsrdə və 21-ci əsrin əvvəllərində “Azərbaycan poeziyası antologiyası“ (M., 1939; c.1–3, M., 1960), Azərbaycan şeiri (ingiliscə) və nəsri (fransızca) antologiyaları (M., 1971), “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası“ (4 cilddə; c.1–3, 1981– 88, c.4, 1994), “Kərkük folkloru antologiyası“ (1987), Azərbaycan folkloru antologiyası (14 cildi çap olunmuşdur; 1999–2006) və s. antologiyalar nəşr edilmişdir. Antologiyalar XVIII-XIX əsrlərdə Rusiya ədəbiyyatında da yayılmışdır.
Onkologiya
Onkologiya (yun. ονκος — "şiş" və λόγος — "elm, bilim") — şiş xəstəliklərini öyrənən elmə deyilir.
Ontoloji sübut
Ontoloji sübut — fəlsəfi baxış. Anselmin təqdim etdiyi ontolji sübut "ən mükəmməl varlıq" haqqında zehni təsəvvürlərə əsaslanıradı. Belə ki,"ən mükəmməl varlıq" barədə təsəvvürü mümkün və düzgün sayırıqsa, o həqiqi və xarici aləmdə mütləq varlığa malik olmalıdır [mənbə göstərin] Orta əsrlərdə xristian ilahiyyatçısı Anselm (1033-1109) Allahın varlığını təkcə zehni anlayışa əsaslanaraq, "ontoloji yolla" sübuta yetirməyə çalışır. Anselmin fikrincə, bütün insanlar "ən mükəmməl varlıq" məfhumunu öz zehnlərində təsəvvür edə bilərlər. Lakin o bununla kifayətlənmir və deyir: "Ən mükəmməl varlıq" təkcə zehndə ola bilməz. Zehndə "var" olan bu varlıq mütləq xarici aləmdə də "var" olmalıdır. Çünki biz "ən mükəmməl" varlığı təsəvvür etmişdik. Xarici aləmdə var olan mövcud isə zehndə var olan mövcuddan daha mükəmməldir. Deməli,"biz ən mükəmməl varlıq haqqında düşünürüksə, bu varlıq mütləq (təkcə zehndə deyil) xarici aləmdə mövcud olmalıdır (Çünki təkcə zehndə olmaq onu ən mükəmməl varlıq etmir.) Nəticədə, insanların asanlıqla təsəvvür etdikləri "ən mükəmməl varlıq "xaric aləmdə də mövcud olan Allahdır. == Rene Dekart və Ontoloji sübut == Ontoloji sübutun digər forması, yeni dövr Avropa fəlsəfəsinin əsasını qoyanlardan biri Rene Dekart (1596-1650) tərəfindən irəli sürülmüşdür.
Milli Onkologiya Mərkəzi
Milli Onkologiya Mərkəzi — xərçəng xəstlikləri üzrə tədqiqat institutu. = Tarix = Azərbaycan SSR Xalq Komissarları Soveti və Xalq Səhiyyə Komissarlığının 10 dekabr 1940-cı il 2928 saylı Qərarına əsasən Bakıda Azərbaycan Respublikası Elmi-Tədqiqat Rentgen-Radiologiya İnstitutu (ETRRİ) təşkil edilmişdir.[mənbə göstərin] ETRRİ-nin Azərbaycanda rentgen-radiologiya xidmətinin inkişafında əsas rolu ilə yanaşı onkologiyanın Respublikada bir elm kimi fəaliyyətini faktiki olaraq reallaşdırmışdır. İnstitutda aparılan elmi tədqiqatların əsas istiqamətləri Respublikada bədxassəli şişlərin epidemiologiyası məsələlərinin öyrənilməsi və xərçəngin effektiv kombinə olunmuş və kompleks müalisə metodlarının işlənib hazırlanması olmuşdur. 1955-ci ildə İnstituta rəhbərlik Azərbaycanda tanınmış cərrah professor M.M.Əlikişibəyova həvalə edilmişdir. Onun təşəbbüsü ilə burada yeni elmi-kliniki və eksperimental bölmələr yaradılmışdır. Kliniki və eksperimental onkologiya sahəsində mütəmadi aparılan elmi-tədqiqat işlərinin həddən ziyadə artması ilə əlaqədar 1963-cü ilin iyul ayında Azərbaycan SSR Səhiyyə Nazirliyinin əmri ilə ETRRİ adı dəyişdirilərək, Elmi-Tədqiqat rentgenologiya, radiologiya və onkologiya İnstitutu (ETRROİ) adlandırılmışdır. 1964-cü ildə İnstitutun bütün bölmələri yerləşdirilmiş yeni korpusların tikintisinin başa çatdırılması ilə əlaqədar İnstitutun keyfiyyətli kliniki fəaliyyəti və elmi tədqiqatların aparılması üçün müsbət şərait yaratmışdır. İnstitutda yüksək ixtisaslı həkim, bioloq, mühəndislərdən ibarət kollektivin artmaqda olan fəaliyyəti ona Azərbaycanda aparıcı elmi-tədqiqat idarələrindən birinə çevrilmək imkanı verdi. İnstitutun kliniki və eksperimental bazası əhəmiyyətli dərəcədə möhkəmləşdi və zənginləşdi. 60-cı illərin ikinci yarısından başlayaraq, Moskva, Leninqrad, Kiyev və digər onkoloji institutlarla birlikdə elmi işlərin aparılmasına başlanıldı.
Milli Onkologiya Mərkəzi (Azərbaycan)