ONTOLOGİYA
ONTOLOQ
OBASTAN VİKİ
Ontoloji sübut
Ontoloji sübut — fəlsəfi baxış. Anselmin təqdim etdiyi ontolji sübut "ən mükəmməl varlıq" haqqında zehni təsəvvürlərə əsaslanıradı. Belə ki,"ən mükəmməl varlıq" barədə təsəvvürü mümkün və düzgün sayırıqsa, o həqiqi və xarici aləmdə mütləq varlığa malik olmalıdır [mənbə göstərin] Orta əsrlərdə xristian ilahiyyatçısı Anselm (1033-1109) Allahın varlığını təkcə zehni anlayışa əsaslanaraq, "ontoloji yolla" sübuta yetirməyə çalışır. Anselmin fikrincə, bütün insanlar "ən mükəmməl varlıq" məfhumunu öz zehnlərində təsəvvür edə bilərlər. Lakin o bununla kifayətlənmir və deyir: "Ən mükəmməl varlıq" təkcə zehndə ola bilməz. Zehndə "var" olan bu varlıq mütləq xarici aləmdə də "var" olmalıdır. Çünki biz "ən mükəmməl" varlığı təsəvvür etmişdik. Xarici aləmdə var olan mövcud isə zehndə var olan mövcuddan daha mükəmməldir. Deməli,"biz ən mükəmməl varlıq haqqında düşünürüksə, bu varlıq mütləq (təkcə zehndə deyil) xarici aləmdə mövcud olmalıdır (Çünki təkcə zehndə olmaq onu ən mükəmməl varlıq etmir.) Nəticədə, insanların asanlıqla təsəvvür etdikləri "ən mükəmməl varlıq "xaric aləmdə də mövcud olan Allahdır. Ontoloji sübutun digər forması, yeni dövr Avropa fəlsəfəsinin əsasını qoyanlardan biri Rene Dekart (1596-1650) tərəfindən irəli sürülmüşdür.
Ontoloji arqument
Ontoloji arqument və ya Tanrının varlığının ontoloji sübutu — xristian teologiyasında meydana çıxan Tanrının varlığı məsələsi ilə bağlı arqumentlər kateqoriyalarından biri. Ontoloji arqumentləri təsnifatlaşdırmaq üçün dəqiq meyarlar yoxdur, lakin arqumentlər adətən Tanrıya tərif verilməsi ilə başlayır, əsasən aprior səbəblərdən və empirik müşahidələrdən istifadə etməklə onun mövcudluğunun zəruriliyinin xülasəsi ilə bitir. İlk ontoloji arqumentin 1078-ci ildə Anselm Kenterberili tərəfindən “Proslogion” əsərində irəli sürüldüyü hamılıqla qəbul edilir. Anselm Tanrını “ondan daha yaxşısının təsəvvür edilə bilməyəcəyi bir şey” kimi təsvir edərək, onun zehnimizdə mövcud olduğunu iddia edirdi. O təklif edirdi ki, əgər zehnimizdə daha ideal bir varlıq ola bilərsə, o, reallıqda da mövcud olmalıdır. Əgər zehnimizdə mövcuddursa, onda ən yaxşı varlıq bəlkə də şüurda (ağılda) və reallıqda mövcud olanlardan biridir. XVII əsr fransız filosofu Rene Dekart da oxşar arqumentlər irəli sürmüşdür. Dekart öz arqumentlərinin bir neçə versiyasını nəşr etmiş, bunların hər biri Tanrının varlığının ən yüksək mükəmməl varlıq haqqında hər hansı "aydın və fərqli" ideyadan dərhal çıxarıla biləcəyi fikrinə əsaslanır. XVIII əsrin əvvəllərində Qotfrid Leybnits Dekartın ideyalarını genişləndirərək “ali kamil” varlığın tutarlı bir anlayış olduğunu sübut etməyə çalışdı. Digər ontoloji arqumentlər Tanrının varlığına dair formal arqument irəli sürən Kurt Hödeldən gəlir.

Digər lüğətlərdə